Məhkəmə qərarları › İş №3(3-1)-73/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-73/2026

19.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-73/2026 19.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş Açar sözlər: Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin psixotrop və güclü təsir edən maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə protokol tərtib olunmuş, birinci instansiya məhkəməsi tərəfindən inzibati qaydada həbs olunmuş, apellyasiya icraatında qərar dəyişdirilmədən saxlanılmış. Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu, Seyidova Mehriban Mehdi qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Babək Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: İ. Birinci instansiya məhkəməsində icraat

1. Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin Yol patrul xidməti inspektoru R X2 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ######## 2026-cı il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Babək Rayon Məhkəməsinə göndərilmişdir.

2. Babək Rayon Məhkəməsinin (hakim A.Əhmədova) ## ######## 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 334-1.2-ci maddəsi ilə təqsirli bilinməsi, onun barəsində 1 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsi və inzibati həbsin əvvəlinin ## ######## 2026-cı il tarixdən hesablanması qərara alınmışdır.

3. Həmin qərardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Babək Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini və şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. II. Şikayətin dəlilləri və izahatlar a) Şikayət və şikayətin dəlilləri

4. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayəti onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 334-1.2-ci maddəsilə protokol tərtib olunmasına əsas olaraq qeyd edilmişdir ki, onun barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən Inzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində ##.##.2026-cı il tarixdə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 800 manat məbləğində cərimə olunmuşdur. Bu əsasla məhkəmə şəxsin Inzibati Xətalar Məcəlləsinin 334-1.2-ci maddəsilə təqsirli bilinməsinə dair icra hakimiyyəti orqanının məhkəməyə təqdim etdiyi protokolu və qərarı əsaslı hesab etmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 334- 1-ci maddəsi ilə törədilən inzibati xəta haqqında işlərə məhkəmələr baxır. Odur ki, müvafiq icra hakimiyyəti orqanının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə çıxarmış olduğu TР ******* nömrəli qərar qanunsuzdur və həmin qərar şəxsin bir il ərzində həmin inzibati xətanı təkrar törətməsi əsas gətirilərək onun IXM-in 334-1.2ci maddəsi ilə təqsirli bilinməsinə əsas ola bilməz. Şəxsin qeyd olunan inzibati xəta ilə məsuliyyətə cəlb edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalıdır. Məhkəmə bu əsasla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinin IXM-in 334-1.2-ci maddəsi ilə tövsif edilməsini düzgün hesab etməklə səhv nəticəyə gəlmişdir.

5. Məhkəmə öz qərarında ekspert rəyinə istinadən qeyd etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə Y.Budaqov adına Naxçıvan MR X6 müayinə olunmuş və sidiyində güclü təsiredici maddə olan "Preqabalin" aşkar olunmuşdur. Məhkəmə bu əsasla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi protokola əsasən IXM-in 334-1.2-ci maddəsilə təqsirli bilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin tərkibinin yaranması üçün nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunmaqla idarə edilməsi ilə yanaşı, həmçinin şəxsin nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olması lazımdır. Çünki sözügedən inzibati xətanın təhlükəliliyini artıran əsas tərkib əlaməti şəxsin sərxoş vəziyyətdə olmasıdır. Qeyd edilən maddədə sərxoşluğun müəyyən edilməsi əsas əlamət kimi müəyyən edilməsə idi bu qəbildən olan güclü təsiredici maddələri qanuni əsaslarla qəbul edən şəxslərin hüquqları ciddi şəkildə məhdudlaşdırılmış və ya pozulmuş olardı. Odur ki, müvafiq icra hakimiyyəti orqanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoşluğunu müəyyən edən sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə güclü təsir edən maddələrdən istifadə etməklə nəqliyyat vasitəsinin idarə olunması özlüyündə IXM-in 334-1.1-ci maddəsinin tərkibininin yaranması üçün əsas ola bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 334-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatda inzibati xəta tərkibi istisna olunduğundan Babək Rayon Məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında və suallara cavabında 18 yaşından dispanser qeydiyyatında olduğu üçün hərbi xidmətdə olmadığını, sürücülük vəsiqəsi ala bilmədiyini, bu ilin mart ayında metamfetamin qəbul edib avtomobil idarə etdiyi üçün 800 manat cərimə olunduğunu, hazırkı işlə bağlı narkoloji komissiyadan keçirildiyini, ona orada dəqiq heç nə deyilmədiyini, şikayəti müdafiə etdiyini bildirdi.

7. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi.

8. Inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X1 birinci instansiya məhkəməsinin qərarının qanuni olduğunu, buna görə də qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Inzibati xəta haqqında protokol tərtib etmiş X2 birinci instansiya məhkəməsinin qərarının qanuni olduğunu, buna görə də qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. III. Hüquqi məsələlər a) Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsi

10. Maddə 334-1.1. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

11. Maddə 334-1.2. Bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

12. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

13. Maddə 76.1. Inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

14. Maddə 43.1. Rayon (şəhər) məhkəmələri bu Məcəllənin .... 334-1 .... maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar.

15. Maddə 43.3. Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. b) Inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı (Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmişdir)

16. Bənd 2.2. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi adından Məcəllənin (IXM) ... 334-1.1 .... maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş Dövlət Yol Polisi Idarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi Idarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili Işlər Nazirliyinin Dövlət Yol Polisi Idarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri baxır. c) Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmişdir)

17. Bənd 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Bənd 3.3. Narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-

18. tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə narkoloq həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. IV. Məhkəmənin hüquqi mövqeyi

19. Məhkəmə işin materiallarını, şikayətin dəlillərini, tərəflərin izahatlarını və tətbiq edilən hüquq normalarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, sübutlara obyektiv və hərtərəfli qiymət vermişdir.

20. Iş materiallarından aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan güclü təsir edən maddədən (Preqabalin) istifadə etməklə nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, o, əvvəllər də eyni xətanı törətdiyi üçün ##.##.2026-cı il tarixdə IXM-nin 334-1.1ci maddəsi ilə DYP-nin vəzifəli şəxsi tərəfindən 800 manat məbləğində cərimə edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir.

21. Müdafiəçinin şikayətində göstərdiyi birinci dəlilə, yəni ilk inzibati tənbehin məhkəmə tərəfindən deyil, daxili işlər orqanı tərəfindən verildiyi üçün qanunsuz olması və bunun təkrarlıq yaratmaması barədə dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, bu dəlil tamamilə əsassızdır. Belə ki, IXM-in 43.1-ci maddəsinə əsasən, bu Məcəllənin 334-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə məhkəmələr baxsa da, həmin Məcəllənin 43.3-cü maddəsi səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) alternativ səlahiyyət verir. Qanunverici müəyyən etmişdir ki, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqan yalnız xəbərdarlıq və cərimə tənbehindən daha ağır tənbeh tədbirinin (inzibati həbsin) tətbiqi üçün əsaslar olduqda işi baxılmaq üçün məhkəməyə göndərir. Işə baxan orqanların siyahısını müəyyən edən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ###### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.2-ci bəndinə əsasən, Daxili Işlər Nazirliyinin müvafiq vəzifəli şəxsləri IXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (bilavasitə aşkar edildikdə) baxmaq səlahiyyətinə malikdirlər. Buna görə də, birinci halda polisin materialı məhkəməyə göndərmədən şəxs barəsində öz səlahiyyətləri daxilində 800 manat məbləğində cərimə tənbehi tətbiq etməsi qanunidir. Həmçinin, IXM-in 334-1.2-ci maddəsinin dispozisiyasında təkrarlıq üçün birinci qərarın məhz məhkəmə qərarı olması tələb olunmur. Maddənin məzmununa görə yalnız inzibati tənbeh almış şəxs tərəfindən qərarın qüvvəyə mindiyi gündən bir il ərzində xətanın təkrar törədilməsi əsas şərtdir.

22. Müdafiəçinin şikayətində göstərdiyi ikinci dəlil, yəni güclü təsir edən maddə aşkar olunsa da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilmədiyi barədə dəlili da hüquqi cəhətdən əsassızdır. Apellyasiya instansiyası məhkəməsi bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları"nın mənasına görə, alkoqoldan fərqli olaraq, güclü təsir edən maddənin qəbulu özlüyündə şəxsin sərxoşluq vəziyyətində olduğunu təsdiq edir. Həmin Qaydaların 2.4-cü bəndində birbaşa göstərilir ki, xüsusi texniki vasitə narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Eyni zamanda 3.3-cü bəndə əsasən, bioloji mayelərdə güclü təsir edən maddələrin izi aşkar edildikdə şəxs sərxoş hesab edilir. Buna görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs orqanizmində güclü təsir edən "Preqabalin" maddəsinin aşkar olunması onun sərxoş vəziyyətdə avtomobil idarə etməsini qanunvericiliyə müvafiq olaraq tam təsdiq edir.

23. Beləliklə, hesab edirəm ki, apellyasiya instansiyası məhkəməsinə verilən şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə qüvvədə saxlanılmalıdır.

24. Həmçinin, IXM-in 61.1.5-ci və 66.3-cü maddələrinə uyğun olaraq barəsində icraat aparılan şəxsə dövlətin vəsaiti hesabına müdafiəçi təyin olunduğundan müdafiəçinin sərf etdiyi iş saatına görə haqq ödənilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2018-ci il tarixli *** saylı qərarına əsasən “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli qərarının 1-ci hissəsində hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat müəyyən edilmişdir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Naxçıvan Asan Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqlarının dövlət hesabına müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Asan Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal qanuni qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Hakim Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar