Məhkəmə qərarları › İş №3(3-1)-76/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №3(3-1)-76/2026

26.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 3(3-1)-76/2026 26.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Quliyev Vüqar Kərim oğlu, X3 məhkəmə iclas katibliyi, Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi Vəkil iştirakları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Naxçıvan Şəhər Məhkəməsinin (hakim A.N.Heydarov) ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə ##.##.1988-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 1 uşaq atası, ali təhsilli, deməsinə görə maliyyə direktoru işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Inzibati Xətalar Məcəlləsinin 528.1-1 və 529.2-ci maddələri ilə təqsirli bilinərək, Inzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin ## ######## 2026-cı il tarixdən hesablanması, qərarın icrasının Naxçıvan MR Daxili Işlər Nazirliyinin X4 həvalə olunması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXMnin 529.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edildiyindən, Naxçıvan Şəhər Məhkəməsinin 3(078)- 120/2025 sayılı, ##.##.2025-ci il tarixli, inzibati tənbeh vermə barədə qərarına əsasən, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş 1500 manat cərimə növündə qərarın icrasına xitam verilməsi qərara alınmışdır. Qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayətlə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, 3(5-88)- ***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 528.1-1-ci və 529.2-ci maddələri ilə təqsirli bilinərək IXM-nin 529.2-ci maddəsinə əsasən 01 ay müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair hissəssinin ləğv olunması və iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya şikayətində qeyd etmişdir ki, barəsində inzibati xəta haqqmda iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli inzibati xəta haqqmda iş üzrə qərarı ilə Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci və 529.2-ci maddələri ilə təqsirli bilinərək IXM-nin 529.2-ci maddəsinə əsasən 1 ay müddətinə inzibati qaydada həbs edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin həmin qərarı ilə razılaşmır. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı işin bütün halları tam olaraq araşdırılmamış, iş üzrə təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, iş üzrə təqdim edilmiş sənədlərdən və verilmiş izahatlar işin mahiyyətinə münasibətdə təhlil edilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan bir neçə icra sənədi üzrə dövri olaraq ödənişləri təmin etmişdir. Həmçinin iş üzrə araşdırılaraq müəyyən edilən hallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müxtəlif növ sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu fəaliyyətindən əldə etdiyi və edəcəyi gəlirlər hesabına barəsində olan icra sənədləri üzrə müvafiq ödənişlərin təmin edilməsi barədə öhdəliyini qəbul edir. Icra sənədlərinin icrasının vaxtında təmin edə bilməməsini bir neçə ay işsiz qalması ilə izah edir. Bununla yanaşı qeyd edilməlidir ki, icra sənədinin icrasının təmini üsulu kimi məcburi icra tədbirləri çərçivəsində borclunun əmlakının üzərinə həbs qoyulması, satılması və digər məcburi icra tədbirlərinin tətbiqi qanunvericlikdə təsbit edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə araşdırması zamanı verdiyi ifadəsində 3000 (üç min) manat rəsmi əməkhaqqı aldığını göstərmişdir. Icra sənədləri üzrə tələbin təmin edilməsi məqsədilə məcburi icra tədbiri kimi tələbin borclunun əmək haqqına yönəldilməsi təsbit edilmişdir. Iş üzrə məhkəmə qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra sənədlərinin icrasını təmin etmək üçün hər hansı məcburi icra tədbirinin həyata keçirilməsindən bəhs edilmir. Iş materialları əsasında məhkəmə qərarmda şərh edilən hallardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra sənədləri üzrə tələbin təmin edilməsi məqsədilə məcburi icra tədbirləri tətbiq edilməmişdir. Şikayətə baxılması ilə əlaqədar keçirilən məhkəmə baxışı iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi Vəkil şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verib Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli 01 ay müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair hissəssinin ləğv olunması və iş üzrə icraata həmin hissədə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə baxışı iclasında inzibati xəta haqqında iş üzrə protokol tərtib edən Naxçıvan Şəhər Icra və Probasiya Şöbəsinin icra məmuru X1 şikayəti qəbul etmədiklərini, Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarını qanuni və əsaslı hesab etdiklərini bu səbəbdən də Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Inzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işin materiallarını şikayətin dəlilləri və proses iştirakçılarının izahatı ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət əsaslı olmadığından təmin edilməməli Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində qeyd edilən inzibati xəta haqqında iş üzrə icraat zamanı işin bütün hallarının tam olaraq araşdırılmadan iş üzrə təqdim edilmiş sübutların düzgün qiymətləndirilmədiyi ilə bağlı dəlilləri əsassız hesab etməklə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edirəm ki, iş üzrə əhəmiyyət kəsb edən bütün hallar birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılaraq qanuni və əsaslı qərar qəbul edilmişdir. Şikayətdə qeyd olunan iş üzrə məhkəmə qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra sənədlərinin icrasını təmin etmək üçün hər hansı məcburi icra tədbirinin həyata keçirilməsindən bəhs edilmədiyi barədə dəlili əsassız hesab etməklə qeyd edirəm ki, keçirilən məhkəmə baxışı iclasında qeyd olunan məsələ araşdırılmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində bütün lazımi məcburi icra tədbirlərinin keçirildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci və 529.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və apellyasiya şikayətinin dəlilləri onun təmin edilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası IXM-in 134.1.1, 136.1, 136.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar