Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 3(3-10)-180/2026 10.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, “Azəriqaz” İB-nin sabiq rəisi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin rədd edilməsinə dair Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayətə dair materialları nəzərdən keçirərək, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qərardadı ilə Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməmişdir. işin halları: Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti Bakı Şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarı ləğv edilmiş və işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. şikayətin dəlilləri: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən qəbul edilmiş ##.##.2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan sonuncu tərəfindən verilmiş şikayətə Ağsu Rayon Məhkəməsində baxılmış, şikayət təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sözügedən qərardan Xidmətin Hüquq İdarəsi tərəfindən ## ###### 2026-cı il tarixində prosessual müddət gözlənilməklə apellyasiya şikayəti verilmişdir. Lakin Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(016)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi səbəbi ilə geri qaytarılmışdır. Məlum olduğu kimi inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən sözügedən qərardad mübahisələndirilə bilmədiyindən apellyasiya şikayəti geri qaytarılma əsası ilə bağlı izahla birlikdə yenidən baxılması üçür Ağsu Rayon Məhkəməsinə göndərilmişdir Belə ki, məhkəmə qərardadında müvafiq qərarın Xidmətin əməkdaşı olduğu qeyd olunan nümayəndə1 elektron kabinetinə yerləşdirildiyini, müddətin həmin tarixdən hesablandığı üçün ötürüldüyünü qeyd etmişdir. Xidmətin bu adda əməkdaşının olmaması ilə yanaşı, ümumiyyətlə məhkəmə tərəfindən prosesdə iştirak etməmiş hər hansı bir nümayəndənin elektron kabinetinə qərarı yerləşdirməsi, ümumiyyətlə müddətin elektron kabinetə yerləşdirilmə anından hesablanması birbaşa prosessual pozuntudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsinin dispozisiyasında birbaşa qeyd olunur ki, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində qərarların elektron kabinetə yerləşdirilməsi ilə bağlı norma yoxdur və məhkəmənin inzibati xətalarla bağlı işlərdə apellyasiya şikayətinin verilmə müddətinin elektron kabinetlə hesablaması dövlət orqanının şikayət vermə hüquqununu birbaşa olaraq məhdudlaşdırır. Beləliklə, müddət qeyd olunan qərardadın qəbul edilməsi səbəbindən üzrlü olaraq ötürüldüyündən yenidən müddətin bərpa edilməsi haqqında vəsatət təqdim edilmişdir. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Məhkəmə heç bir əsaslandırma göstərmədən müddətin ötürülməsi ilə bağlı səbəbləri üzrsüz hesab etmişdir. İXM-in 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin maddənin ikinci hissəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Odur ki, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadının ləğv edilərək Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından şikayət verilməsi üçün müəyyən edilmiş 10 günlük müddətin Xidmət tərəfindən buraxılmasının səbəbi üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən “Azəriqaz” İB-nin sabiq rəisi Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi və vəkili nümayəndə2 şikayətin təmin olunmamasını və buraxılmış prosessual müddətin bərpa edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qayadada məlumat verilməsinə baxmayaraq şikayət vermiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, tərəfin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialında olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi haqqında çıxarışdan görünür ki, Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi nümayəndə1 məxsus elektron kabinetə yerləşdirilmişdir. İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İXM-nin 57.5-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş inzibati xəta haqqında protokollar, o cümlədən elektron protokollar, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarlar (qərardadlar), o cümlədən elektron qərarlar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: İXM-nin 57.5-1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 57-1.1.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; İXM-nin 57.5-1.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs bu Məcəllənin 57-1.1.1ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş sənədlər və onların əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). Ağsu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı inzibati xəta haqqında protokol tərtib etmiş orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsinə təqdim edilsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən şikayət həmin qərardan şikayət vermə müddəti bitdikdən sonra, ##.##.2026-cı il tarixdə, qanunla müəyyən edilmiş 10 günlük müddət ötdükdən sonra verilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi üzrsüz səbəbdən şikayət vermə müddətini ötürmüş və buna görə də birinci instansiya məhkəməsi tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair vəsatətin rədd edilməsi qərara alınmışdır. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayət təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-180/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-180/2026
10.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver