Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-182/2026 07.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən hakim E.Qurbanov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokola görə, o, qüvvədə olan əmək müqavilələrinin əmək qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin olunması ilə bağlı DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli icrası məcburi olan göstərişi icra etməmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yerləşmir qeydi ilə geri qaytarılmış, baş direktoru Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmiş,lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in nümayəndəsi məhkəməyə gəlməmiş, İXM-in 61.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Əmək və məşğulluq" altsisteminə baxış zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Bununla bağlı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsinin təmin edilməsinə dair icrası məcburi olan göstəriş verilmişdir. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məktubda göstərilən müddət ərzində deyil, ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib edilib məhkəməyə göndərildikdən sonra aradan qaldırılmışdır. Yəni qərarda da qeyd olunur ki, ##.##.2026-cı il tarixdə keçirilib. Bununla da, icrası məcburi göstəri məktubunda göstərilən müddət ərzində deyil, hətta protokol tərtib edildikdən 24 gün sonra icra olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununu 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ######## tarixli *** nömrəli Qərarına əsasən 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. Xidmətin Mərkəzi X4i göstərişinə baxmayaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətin Mərkəzi Aran Regional Şöbəsinə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, nəzərinizə çatdırırıq ki, İXM-in 539.1-1-ci madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-in 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Göyçay Rayon Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmətin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş 26.01,2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Aran Regional Şöbəsinin baş əmək müfəttişi X1 tərəfindən tərtib edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi təmin olunması ilə bağlı DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli icrası məcburi olan göstərişi yerinə yetirilməmişdir. İXM-in 539.1-1-ci maddəsi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş elektron informasiya sistemində olan məlumatlar çıxarışından görünür ki, FİN ARSX7N olan, sənədin nömrəsi *******000201 olan müqavilə ##.##.2026-cı il saat 16.07.53-də elektron sənəd formasına keçirilmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. Hazırkı işin hallarına görə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən protokol tərtib edildiyi anda hərəkətsizlik mövcud olsa da, məhkəmə baxışı dövründə — yəni ##.##.2026-cı il tarixdə — müvafiq əmək müqavilələri elektron sənəd formasına keçirilmişdir. Bu fakt o deməkdir ki, dövlət orqanının (DƏMX) qanuni göstərişinin məqsədi olan "hüquqpozmanın aradan qaldırılması" artıq təmin edilmişdir. İXM-in 3-cü maddəsinə görə, şəxs yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl törətdikdə məsuliyyətə cəlb olunur. İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan xətanın mahiyyəti icrası məcburi olan göstərişin yerinə yetirilməməsidir. Lakin inzibati icraatın məqsədi şəxsin qanunvericiliyə uyğun fəaliyyətini təmin etməkdir. İş materiallarından görünür ki, hüquqpozma məhkəmə qərarı çıxarılanadək tam aradan qaldırılmışdır. İnzibati hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində, pozuntunun könüllü olaraq aradan qaldırılması və ictimai təhlükəliliyin itməsi halında icraata xitam verilməsi "ədalətlilik" və "mütənasiblik" prinsiplərinə tam uyğundur. İnzibati tənbehin əsas məqsədi yalnız cəzalandırmaq deyil, həm də yeni inzibati xətaların törədilməsinin qarşısını almaqdır (İXM-in 24-cü maddəsi). İşin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qarşı protokol tərtib edildikdən sonra, lakin işə məhkəmədə baxılanadək müəssisə qanunvericiliyin tələblərini tam yerinə yetirmişdir. Bu, "pozuntunun aradan qaldırılması iradəsinin" sübutudur. Belə olan halda, artıq icra edilmiş bir öhdəliyə görə yüksək məbləğdə cərimə tətbiq edilməsi tənbehin məqsədinə xidmət etmir, əksinə sahibkarlıq subyektinin iqtisadi fəaliyyətinə qeyri-mütənasib yük yaradır. İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan xəta öz mahiyyəti etibarilə bir hərəkətsizlikdir. Şəxs göstərişi icra etdiyi andan həmin hüquqazidd vəziyyət sona çatır. Məhkəmə hesab edir ki, əgər qanunvericiliyin tələbi məhkəmə qərarı çıxarılanadək icra olunubsa, dövlət nəzarəti öz funksiyasını (qanunçuluğun bərpası) yerinə yetirmiş sayılır. Apellyasiya qaydasında işə yenidən baxan məhkəmə birinci instansiya məhkəməsi icraata xitam verməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, işə baxarkən inzibati xətanın az əhəmiyyətliliyi faktoru da nəzərə alınmalıdır. Əgər göstərişin gecikmə ilə icrası hər hansı ağır nəticəyə səbəb olmayıbsa və qısa müddətdə aradan qaldırılıbsa, bu əməl cəmiyyət üçün böyük təhlükə kəsb etmir. Beynəlxalq məhkəmə təcrübəsinə görə İnzibati xətalar qanunvericiliyi "hər bir pozuntu mütləq cərimələnməlidir" prinsipindən deyil, "hər bir pozuntu aradan qaldırılmalıdır" prinsipindən çıxış edir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi sahibkarı qanunvericiliyin tələblərini dərhal icra etməyə sövq edən effektiv mexanizm rolunu oynamışdır və hədəfə nail olunduğu üçün əlavə sanksiyanın tətbiqinə ehtiyac qalmır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi tarix (##.##.2026) ilə pozuntunun faktiki olaraq aradan qaldırıldığı tarix (##.##.2026) arasında cəmi 23 təqvim günü fərq vardır. İnzibati icraatın məqsədi şəxsi uzunmüddətli məhkəmə çəkişmələrinə cəlb etmək deyil, qanun pozuntusunu ən qısa zamanda sonlandırmaqdır. Cəmi 23 gün ərzində xətanın aradan qaldırılması "məqbul müddət" daxilində hüquqi islah kimi qiymətləndirilməlidir. Bu hal, şəxsin hüquqazidd hərəkətsizliyi davam etdirmək niyyətinin olmadığını, əksinə, protokolun təsirindən dərhal sonra "hüquqi islah" yolunu seçdiyini sübut edir. İnzibati xətanın mahiyyəti onun cəmiyyət üçün yaratdığı təhlükədədir. 23 gün kimi qısa bir müddətdə müqavilələrin elektronlaşdırılması təmin edildiyi üçün, məhkəmə baxışı anında əməlin ictimai təhlükəliliyi tamamilə aradan qalxmışdır. Hüquq nəzəriyyəsində pozuntunun könüllü və sürətli şəkildə aradan qaldırılması sanksiyanın tətbiqini zəruri edən "sosial ehtiyacı" aradan qaldırır. İXM-in 8-ci maddəsinə əsasən, təqsirlilik barəsində şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, əgər şəxs dövlət orqanının tələbini gecikmə ilə də olsa yerinə yetirmişsə, onun bu hərəkəti qərəzli itaətsizlik kimi deyil, qanunvericiliyə uyğunlaşma iradəsi kimi qiymətləndirilməlidir. Bu halda, tərkibin "ictimai zərərlilik" elementi əhəmiyyətli dərəcədə azalmış və ya tamamilə yox olmuş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında (məsələn, Jussila Finlandiyaya qarşı) qeyd olunur ki, inzibati sanksiyalar mütənasib olmalıdır. Əgər şəxs qanun pozuntusunu aradan qaldırmışsa, ona qarşı ağır pul cəriməsinin (hazırkı maddə üzrə 2000 manat) tətbiq edilməsi "demokratik cəmiyyətdə zərurilik" və "mütənasiblik" balansını poza bilər. Birinci instansiya məhkəməsi tərəfindən icraata xitam verilməsi həm də şəxsin gələcəkdə qanuna itaətkar davranışını stimullaşdıran bir addımdır. Apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, xəta protokol anında mövcud olduğu üçün məsuliyyət yaranmalıdır. Lakin məhkəmə qeyd edir ki, inzibati icraat formal deyil, mahiyyəti üzrə aparılmalıdır. İXM-in 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) və 53.2-ci maddələrinin mahiyyəti ondan ibarətdir ki, əgər məhkəmə baxışı zamanı şəxsin əməlində ictimai təhlükəlilik dərəcəsi qalmayıbsa və qanunun tələbi artıq icra olunubsa, icraata xitam verilməsi hüquqi dövlət prinsipləri ilə ziddiyyət təşkil etmir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əmək müqavilələrini ##.##.2026-cı il tarixdə elektron sistemə daxil etməsi ilə hüquqpozmanın nəticələri tam aradan qalxmışdır. Birinci instansiya məhkəməsi işin bu faktiki hallarını düzgün qiymətləndirərək, İXM-in 53-cü maddəsinə istinadla icraata xitam verməklə qanunauyğun qərar qəbul etmişdir. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXMin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xəta tərkibi olmadığından xitam verilməlidir Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkəmə baxışı anında əməlin ictimai təhlükəliliyi itdiyindən və hüquqpozma aradan qaldırıldığından, İXM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq icraata xitam verilməsi üçün əsaslar yaranmışdır Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, işə baxılan anda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-182/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-182/2026
07.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver