Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-183/2026 03.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu və onun müdafiəçisi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona 20 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun müdafiəçisi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə, ##.##.1984-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Potu kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona 20 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilməsi qərara alınmışdır. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu barəsində Protokolu tərtib edən orqanin icra məmuru X2 tərəfindən ##.##.2026-cı il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 10923 manat borcunu zərərçəkmiş şəxs X4 üzrsüz səbəbdən ödəməmişdir. Birinci instansiya məhkəməsi iclasında inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu göstərmişdir ki, maddi imkanı olmadığından borclarını ödəyə bilməmişdir. Aylıq 400-500 manat civarında gəlir əldə edir. Hazırda 1000 manat ödəmək imkanı vardır. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs X4 göstərmişdir ki, borcun tam ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqıda icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlundan şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun müdafiəçisi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun müdafiəçisi X1 verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, 3(5-123)-273/2026 qərarının ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məsuliyyət yalnız o halda yaranır ki, borclu icra sənədində göstərilən tələbi üzrsüz səbəbdən icra etməsin və ya icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməsin. Lakin hazırkı işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırması müəyyən olunmamışdır. Əksinə, iş materiallarından görünür ki, icra vərəqəsi üzrə borcun ödənilməsi istiqamətində real tədbirlər görülmüş, borc onun həyat yoldaşının əmək haqqının 25 faizi həcmində tutulmaya yönəldilmişdir. Bu hal borclunun icra sənədinin icrasından yayınmadığını, əksinə icranı təmin etməyə yönəlmiş davranış nümayiş etdirdiyini göstərir. Bundan əlavə, məhkəmə iclasına qədər borclu tərəfindən 1000 manat məbləğində vəsaitin ödənilməsi təklif edilmiş, lakin tələbkar bu təklifi qəbul etməkdən imtina etmişdir. Bu isə bir daha sübut edir ki, borclu tərəfindən icra sənədinin icrasına real cəhdlər olmuş, lakin icranın baş tutmaması onun iradəsindən asılı olmamışdır. Digər mühüm hüquq pozuntusu ondan ibarətdir ki, məhkəmə tərəfindən tətbiq edilmiş inzibati tənbeh növü qanuna ziddir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir və vergi orqanlarında qeydiyyatda olmaqla təşkilati-sərəncarnverici funksiyaları həyata keçirir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu və onun müdafiəçisi X1 apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu əlavə olaraq bildirdi ki, fərdi sahibkar qismində vergi orqanlarında qeydiyyata alınmaqla usta kimi fəaliyyət göstərir. Hazırkı yaranmış borc da, həmin fəaliyyəti ilə yaranmış borcdur. İş üzrə zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahatlarını və çıxışlarını dinləyərək hesab edir ki, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun müdafiəçisi X1 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona 20 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı təyin olunmuş inzibati tənbeh tədbirinə münasibətdə dəyişdirilməlidir. Apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun əməlinin tövsifi ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam və hərtərəfli araşdırılaraq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu barəsində inzibati tənbeh tədbiri seçərkən Azərbaycan Respublikası İXMnin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş fiziki şəxsin uçotu haqqnda ********** saylı şəhadətnamədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisidir. İş materiallarına əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun X3 münasibətdə borcu təmir işlərinin həyata keçirilməməsi ilə əlaqədar yaranmışdır. İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasından da göründüyü kimi həmin maddə ilə vəzifəli şəxsə münasibətdə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu barəsində hər hansı əsas göstərilmədən həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. Apellyasiya instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu barəsində qanunvericiliyin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni və əsaslı hesab edir. Bundan əlavə iş materiallarından da göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu 2 (iki) gün Göyçay RPŞ-nin MSY-sində saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il # ###### tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu 2 (iki) gün Göyçay RPŞ-nin MSYsində saxlanıldığı müddət nəzərə alınaraq onun barəsində təyin olunmuş cərimə cəzası azaldılmalıdır. İXM-in 135.1 və 135.1.5-ci maddəsinə görə tətbiq edilmiş tənbehin İXM-in 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinın 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun müdafiəçisi X1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona 20 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı təyin olunmuş inzibati tənbeh tədbirinə münasibətdə dəyişdirilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə 4000 manat məbləğində cərimə edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun həbsdə saxlanıldığı 2 gün müddət 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinə bərabər tutulmaqla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğluna təyin edilmiş 4000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirindən çıxılsın və onun üzərində qəti olaraq 3000 manat məbləğində cərimə saxlansın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlu məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Yusif oğlunun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-183/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-183/2026
03.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver