Məhkəmə qərarları › İş №3(3-10)-184/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-184/2026

03.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-184/2026 03.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsi - həmin Məhkəmənin hakimi Hüseynov Elçin Şirin oğlunun sədrliyi, Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hаkim Güləndam Quliyeva) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə, ##.##.1977-ci il tarixdə Zəngibasar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilməsi, həbsə almanın əvvəli ##.##.2026-cı il tarixdən, saat 18:00-dan hesablanması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalından dərhal həbsə alınması, qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılması müəyyən edilmişdir. işin halları: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə ##.##.2026cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 izahat verərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı icra vərəqəsi üzrə icraat başlanılaraq tələbin könüllü icrası barədə bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən rəsmi qaydada qəbul edilsə də, onun tərəfindən icra sənədi tam icra edilməmiş və 11260 manat borcu yaranmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatı alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu qəbul etməməsi səbəbindən ödəməmişdir. Belə ki, borclu tələbkara olan ödənişi etdiyini bildirərək hesab etmişdir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Bununla belə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən borclunun göstərdiyi xüsusatlar təsdiqini tapmamışdır. Ona görə də yenidən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs İbrahim oğlu pulunun tam ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı icra vərəqəsinə əsasən yaranmış borcu qəbul etmir. Belə ki, borcunu qətnamə qəbul edildikdən sonra tələbkara ödəmişdir. Bu barədə telefon yazışmaları mövcuddur. Bununla belə barəsində protokol ilə məhkəməyə müraciət edilmiş, lakin əməlində inzibati xəta olmadığından xitam edilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tələbkar Zərərçəkmiş şəxs İbrahim oğlu izahat verərək bildirmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona avtomobil satmışdır. Satdıqdan 3 gün sonra maşın elektrik sistemində olan nasazlığa görə yanmışdır. Bundan sonra Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs pulunu tələb etsə də borclu inkar etmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs maşını da götürüb aparmış, lakin pulunu verməmişdir. Bununla bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən onun xeyrinə qətnamə qəbul edilmişdir. Sonradan Ramin guya ona olan borcunu verdiyini bildirmişdir. Raminin ona pul verməsi ilə bağlı heç bir sübut mövcud deyil. Odur ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tam tələb etdiyini bildirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil apellyasiya qaydasında şikayət verərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarının ləğv edilərək inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun izahat verərək borcun tam ödənilməsini nəzərə alıb şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməsini və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahat və çıxışlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və həmin işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İbrahim oğlunun şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2024cü il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İbrahim oğlunun şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2024cü il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə gəldiyi huquqi nəticəni onunla əsaslandırmışdır ki, icra sənədləri üzrə icraata başlama barədə qərar və tələbin dərhal icrası barədə bildiriş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən qəbul edilməsinə, onun dərhal olaraq qərarda müəyyən edilmiş qaydada borclarını ödəməsi, ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdar olunmasına baxmayaraq icra etməmişdir. İşə əlavə edilmiş borclunun məhkəmə qətnaməsi ödəməli olduğu pul məbləğinin ödəməməsi nəticəsində inzibati iş üzrə icraata Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, ##.##.2025-ci il tarixli qərarları ilə borclunun borcdan qismən ödəniş etməsi, şahid ifadəsi, səs yazısı təsdiq olunduğundan onun barəsində əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilmiş, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024, ##.##.2025 tarixli qərarları ilə müvafiq qərarlar qüvvədə saxlanılmışdır. Apellyasiya məhkəməsi qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə işin hallarına görə onu İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati həbs tənbehi tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, Maddə 528. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi. (...). - 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İş materiallarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əvvəllər (son bir il ərzində) eyni icra sənədinə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibatı tənbeh alması müəyyən edilmir. Belə olan təqdirdə hazırda onu həmin Məcəllənin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur. Yuxarıda da göstərildiyi kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində onun əməllərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsinə dair qanuni qüvvəsini almış inzibati xəta haqqında iş üzrə qərarlar vardır. Apellyasiya məhkəməsinin qənaətincə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibаti Xətаlаr Məcəlləsinin 134.1.3-cü maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar (yəni inzibati məsuliyyəti istisna edən və ya inzibati məsuliyyətdən azad etməyə əsas verən hallar) mövcud olduqda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, şərh olunanlara əsasən apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilməli və həmin işin icraatına xitam verilməlidir və o, inzibati məsuliyyətdən azad edilməklə həmin işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 133- 135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz. Hakim: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar