Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-185/2026 16.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, Barəsində inizibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Rüstəm qızının iştirakı ilə, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Arifə Cəfərova) ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarı ilə, ##.##.1989-cu il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN № *******, Balakən rayonu Talalar kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyən, Balakən rayonu Qazma kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin Şimal-X1 Yanğın Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin Şimal Regional X2 İdarəsinin barəsində tərtib etdiyi ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayəti onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Talalar kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin Şimal Regional X2 İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və (Tələbnamə № ***) yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin yerinə yetirilməməsi əsas götürülərək ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş MN ******* saylı protokol üzrə işə ## ###### 2026-cı il tarixdə Qəbələ şəhərində Şimal-X1 Yanğın Nəzarəti İdarəsi tərəfindən baxılaraq haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 90 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə ## ###### 2026-cı il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin Şimal Regional X2 İdarəsinin ## ###### 2026-cı il tarixli MN ******* saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Talalar kənd körpələr evi-uşaq bağçası 1987-ci ildə istismara verilmişdir və üstündən 38 il keçməsinə baxmayaraq xxxx yoxdur. O, ## ### 2022-ci il tarixli Tələbnamə № ***, ## ###### 2024-cü il tarixli Tələbnamə № **, ## ###### 2026-cı il tarixli Tələbnamə № ***-da qeyd olunanlar barədə və ## ###### 2026-cı il tarixdə müəssisənin yanğından mühafizə olunması üçün lazım olan tədbirlərin görülməsi barədə Balakən Rayon Təhsil X9 İdarəsinin rəhbəri M.Əzimova yazılı olaraq məlumat vermişdir. Balakən rayonu Talalar kənd körpələr evi-uşaq bağçasının heç bir müstəqil maliyyəsi olmadığı üçün bu cərimənin ödənilməsi qeyri mümkündür. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsinin məzmununa uyğun izahat verərək 2014-cü ildə ona bir dəfə xəbərdarlıq edildiyini, ##.##.2026-cı il tarixdə protokolla razı olmadığı üçün imza etməkdən imtina etdiyini, aşkar edilmiş pozuntuların bugünədək aradan qaldırılmadığını, həmin pozuntuların onun səlahiyyətinə aid olmadığını, bunun üçün bağçanın müstəqil büdcəsi olmadığını, bağça üçün maddi vəsait ayrılacağı halda pozuntuların aradan qaldırılacağını bildirmiş, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin Şimal-X1 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi Nümayəndə ## ###### 2026-cı il tarixdə Balakən rayon Talalar kəndində yerləşən körpələr evi uşaq bağçasına Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə birlikdə "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən yanğın-texniki müayinə keçirildiyini, keçirilən müayinə zamanı aşkar edilmiş yanğın təhlükəsizliyi norma və qaydaların tələblərinin pozulması hallarının aradan qaldırılması məqsədilə tələblərin yerinə yetirilməsinin tələb edildiyini bildirmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayət ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin Şimal-X1 Yanğın Nəzarəti İdarəsi tərəfindən barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Balakən rayonu Talalar kənd körpələr evi- uşaq bağçasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin Şimal Regional X2 İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və (Tələbnamə № ***) yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin yerinə yetirilməməsi əsas götürülərək ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib olunmuş MN ******* saylı protokol üzrə işə ## ###### 2026-cı il tarixdə Qəbələ şəhərində Şimal-X1 Yanğın Nəzarəti İdarəsi tərəfindən baxılaraq haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 100 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə ## ###### 2026-cı il tarixli MN ******* saylı qərar qəbul edilmişdir. Həmin qərarla razı deyildir, ona görə ki, Talalar kənd körpələr eviuşaq bağçası 1987-ci ildə istismara verilmişdir və üstündən 38 il keçməsinə baxmayaraq xxxx yoxdur. O, ## ##### 2022-ci il tarixli Tələbnamə № ***, ## ###### 2024-cü il tarixli Tələbnamə № **, ## ###### 2026-cı il tarixli Tələbnamə № ***-da qeyd olunanlar barədə və ## ###### 2026-cı il tarixdə müəssisənin yanğından mühafizə olunması üçün lazım olan tədbirlərin görülməsi barədə Balakən Rayon Təhsil X9 İdarəsinin rəhbəri M.Əzimova yazılı olaraq məlumat vermişdir. Balakən rayonu Talalar kənd körpələr evi-uşaq bağçasının heç bir müstəqil maliyyəsi olmadığı üçün bu cərimənin ödənilməsi qeyri mümkündür. 2014-cü ildə X2 İdarəsi tərəfindən ona bir dəfə xəbərdarlıq edilmiş, ## ##.2026-cı il tarixdə protokolla razı olmadığı üçün imza etməkdən imtina etmiş, aşkar edilmiş pozuntuların bugünədək aradan qaldırılmadığını, həmin pozuntuların onun səlahiyyətinə aid olmadığını, bunun üçün bağçanın müstəqil büdcəsi olmadığını, bağça üçün maddi vəsait ayrılacağı halda pozuntuların aradan qaldırılacağını bildirmişdir. Balakən Rayon Məhkəməsi (hakim Arifə Cəfərova) işə ##.##.2026-cı il tarixdə baxaraq barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinin təmin olunmaması haqqında qərar qəbul etmişdir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 3(5-112)- **/**** saylı qərarı qanunsuz və ədalətsiz olduğu üçün ləğv olunmalıdır. Belə ki, Talalar kənd körpələr evi-uşaq bağçası 1987-ci ildə istismara verilmişdir və üstündən 38 il keçməsinə baxmayaraq hazırki dövrədək binanın daxilindəki elektrik xətlərində və dam örtüyündə yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməsinə görə heç bir tədbir görülməmişdir. Lakin qeyd etmək istəyir ki, X2 İdarəsinin nümayəndəsinin barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyildir. Belə ki, həmin idarə tərəfindən keçirilən yoxlamanın nəticəsinə dair verilən yazılı göstərişləri vəzifə borcu kimi aidiyyəti quruma, yəni Balakən Rayon Təhsil X9 İdarəsinin rəhbərinə göndərmiş və bunu təsdiq edən sənədlər var. Protokolda göstərilənlər, yəni bağçanın çardağında olan ağac materiallardan ibarət konstruktiv elementlərin oda davamlı məhlulla hopdurulması, bağça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilməsi və nasazlıq aşkar edildikdə təmir edilərək saz vəziyyətə gətirilməsi, binanın daxili elektrik xətlərinin ızolyasiyasının gərginliyə müqaviməti sınaqdan keçirilməsi və nəticəsinə dair akt tərtib edilməsi, bağça binasının yanğın söndürmə vasitələri ilə təmin edilməsi, bağçada yanğın baş verən zaman insanların və əşyaların köçürülməsi üçün "xxxx’’ hazırlanması və plana əlavə olaraq yanğın zamanı işçi heyətinin edəcəyi hərəkətlərə aid təlimat işlənməsi və bağça binasının görünən yerindən asılması və sair təhlükəsizlik işlərinin yerinə yetirilməsi maddi cəhətdən və praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar əvvəllər bir sıra başqa rayonların (Zaqatala, Qax, Səki, Oquz, o cümlədən Balakən) təhsil müəssisələrinin vəzifəli şəxsi barəsində də qəbul edilmişdir, lakin qanunsuz olduğu üçün məhkəmə qaydasında həmin qərar ləğv olunmuş və inzibati orqan tərəfindən apellyasiya qaydasında mübahisələndirilmədiyi üçün qanuni qüvvəsini almışdır. Bildirir ki, qanunvericiliyə əsasən o, həmin yanğın mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, körpələr evi- uşaq bağçasının müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasında məktəbəqədər təhsil müəssisəsinin müdiri, o cümlədən körpələr evi-uşaq bağçasının müdiri üçün körpələr evi- uşaq bağçası binasının çardağına baxış keçirilməsi, çardağın ağac materiallarından ibarət konstruktiv elementləri oda davamlı məhlulla hopdurulması (və ya ağac materialı kirənçlə boyanması), bağça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktiki baxış keçirilməsi, nasazlıqlar aşkar edildikdə təmir etdirilməsi və saz vəziyyətə gətirilməsi, binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqavimətinin sınaqdan keçirilməsi və nəticəsinə dair akt tərtib edilməsi, aktın surətinin X2nə təqdim edilməsi, bağça binasının normativ sənədlərin tələblərinə uyğun olaraq ilk yanğın söndürmə vasitələri ilə təmin edilməsi vəzifələrini, yəni məsul şəxs olaraq yanğından mühafizəyə dair göstərilən tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa, yanğından mühafizəyə dair həmin tələblərin yerinə yerinə yetirilməsi ilə bağlı tədirlərin görülməsi üçün o, dəfələrlə Balakən Rayon Təhsil X9 İdarəsinin rəhbəri M.Əzimova yazılı olaraq məlumat vermiş, lakin həmin idarə tərəfindən bu tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Halbuki qanunvericilikdə bununla bağlı müvafiq tədbirlərin görülməsi və yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi həmin idarənin məsul şəxsinin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda hesab edir ki, körpələr evi-uşaq bağçasının müdiri olaraq o, hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin subyekti deyil və onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli hesab edilən və inzibatı xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində qeyd olunur: İnzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibatı xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Maddə 76-da göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127- 4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Maddə 135. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; - inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; - Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibaati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibatı icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Odur ki, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilərək inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçısının dəlilləri: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) bildirdi ki, ## ###### 2026-cı il tarixdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hər il olduğu kimi müəssisədə yoxlama keçirmişlər. Yoxlamanın nəticəsinə əsasən barəsində cərimə protokolu tərtib edilmişdir. ## ###### 2026-cı il tarixdə Qəbələ şəhərində həmin protokola baxılaraq haqqında 100 manat cərimə tətbiq olunmuşdur. Həmin cərimə ilə razı olmadığı üçün ## #### 2026-cı il tarixdə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Müraciət etməsinin əsas səbəblərindən biri indiyədək Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan altı rayonun hər birində ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar keçirilmişdir. Yoxlamaların nəticəsində bütün müəssisə rəhbərləri rayon məhkəmələrinə müraciət edərək məhkəmələr tərəfindən qərarlar ləğv edilmişdir. Ancaq ilk dəfədir ki, Balakən Rayon Məhkəməsi qərarı qüvvədə saxlamışdır. Ona görə də Şəki Apellyasiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, müəssisəsinin maddi bazasının, vəsaitinin olmaması qərarın qüvvədən düşməsinə əsas deyildir, yəni cərimə istənilən halda ödənilməlidir. O, müəssisənin rəhbəridir və vəzifələrini bilir. Belə ki, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017-ci il tarixli, 18.* nömrəli Əsasnaməsinə əsasən vahid tarif sorğu kitabçasında vəzifə öhdəlikləri qeyd olunmuşdur. Orada bağçanın müdirinin bağçada yanğına qarşı olacaq tədbirlərin görülməsinə maddiyyat xərcləri və hər hansı bir işlərin görülməsi öz əksini tapmamışdır. Bununla əlaqədar olaraq onlardan prafilaktik rəy istənilir ki, həmin rəydə elektrik enerjisinə, yanğınsöndürən balonların olması, köçürülmə planın olması, çardaqların oda davamlı məhlulla hopdurulması öz əksini tapır. Müəssisə üçün profilaktik rəy alınması üçün 600 manat rüsum ödənilməlidir və həmin profilaktik rəy hər il alınmalıdır. O, müəssisə rəhbəri təyin olunan zaman ona bütün maddi xərclərin öz hesabına ödənilməsi bildirilməmişdir. Öz vəsaiti hesabına 600 manat rüsum ödənilərək profilaktiki rəy alınsa belə dövlət orqanı tərəfindən alınmadığı üçün profilaktiki rəy etibarlı hesab edilməyəcəkdir. Rəhbərlik etdiyi müəssisədə mühafizə siqanalizasiya quraşdırılmışdır. Necə olur ki, bir müəssisədə mühafizə siqnalizasiya quraşdırılması üçün vəsait ayrıldığı halda yanğınla əlaqədar öz vəsaiti hesabına hansısa işləri görməlidir? Müəssisə rəhbəri olaraq onun büdcəsi yoxdur, qeyd edilən işləri görməsi üçün gərək əmək haqqından xərcləsin. Bütün bunlara baxmayaraq o, məsuliyyəti öz üzərindən atmamışdır. Belə ki, indiyədək yanğınla əlaqədar olaraq tələbnamə və protokol yazılıbsa bir müəssisə rəhbəri kimi tərtib edilmiş protokollara əsasən texniki təchizat şöbəsinə, rayon təhsil sektorunun rəhbərinə yazılı olaraq poçt vasitəsilə məlumat vermiş və göndərdiyi məktubların qəbzlərini birinci instansiya məhkəməsinə təqdim etmişdir. O, göndərdiyi məktublarda X2 İdarəsi tərəfindən yoxlamaların keçirildiyini və görülməli işləri bildirmiş və qeyd edilən işlərin görülməsi üçün vəsait ayrılmasını xahiş etmişdir. Bütün sadaladıqlarını birinci instansiya məhkəməsinə daha dolğun şəkildə bildirmiş və lazımı sənədləri təqdim etmişdir. Lakin məhkəmə bütün bunları nəzərə almamış və hətta qəbul edilmiş qərarı məhkəmədən bir neçə dəfə gedibgəldikdən sonra ala bilmişdir. Belə ki, o, məhkəmədən qərarın surətini istədikdə ona qərarın surətinin elektron kabinetinə yerləşdirildiyi bildirilmiş, o, isə telefonunu təqdim edərək elektron kabinetinə heç bir məlumat gəlmədiyini bildirmişdir. Bundan sonra qərarın surətini ala bilmişdir. Birinci instansiya məhkəməsi qərarında təhsil müəssisəslərinin bina və qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarını arqument gətirmiş və bunun əsasında onun müraciətini rədd etmişdir. Həmin qaydaların 1.4, 1.4.2, 1.4.3 və 1.4.4-cü bəndələrində açıq aydın göstərilmişdir ki, o, müəssisə rəhbəri olaraq yanğına qarşı rejimi müəyyən edə bilər, yanğın yollarını hər zaman açıq saxlaya bilər. Lakin bina üçün hovuz tikilməsi, çardağın oda davamlı məhlulla hopdurulması onun imkanları xaricindədir. Bunun üçün vəsait lazımdır, dövlət həmin işlərin görülməsi üçün vəsait ayırmamışdırsa o, təkbaşına həmin işləri necə görə bilər? Əsas məsələ ona təyin edilmiş 100 manat cərimə deyildir, əsas məsələ cərimə təyin edilsə belə qeyd edilən işləri onun etməsinin imkanı xaricində olmasındadır. Əgər yanğın təhlükəsizliyi ilə bağlı vəsait ayrıldığı halda o, qeyd edilən işləri görməsə təyin edilmiş cərimə ilə razılaşardı. Verilən suallara cavab olaraq bildirdi ki, su hovuzunun tikilməsi ilə əlaqədar olaraq yoxlama keçirmiş şəxslərdən soruşduqda yoxlama keçiriən şəxslər bildirmişlər ki, bunun üçün təhsil şöbəsi tərəfindən vəsait ayrılmalıdır. Protokol tərtib edilən zaman o, öz üzərinə düşən vəzifələri yerinə yetirdiyini bildirərək protokolu imzalamaqdan imtina etmişdir. Protokol tərtib etmiş şəxs protokol tərtib etməli olduqlarını, tərtib edilmiş protokol əsasında xəbərdarlıq ediləcəyini bildirmişdir. Müəssisədə hazırda dörd yanğınsöndürən balon mövcuddur, lakin vəsait ayrılmadığı üçün doldurulmamışdır. O, özü yanğın balonlarının doldurulması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə yaxınlaşaraq maraqlanmış, ona bildirmişlər ki, əgər dövlət tərəfindən vəsait ayrılmamışdırsa bir balonu 60 manata doldura bilərlər. Binanın elektrik sayğaclarına baxış keçirilməsi də profilaktik rəyin içərisindədir. Müəssisə İcra Hakimiyyətinin balansında olanda da yoxlamalar keçirilmiş, bununla bağlı İcra Hakimiyyətinə müraciət etmiş, İcra Hakimiyyəti başçısının müavinin köməkliyi ilə əlaqədar qrumlarla maraqlanan zaman bildirmişlər ki, profilaktik rəy alınması üçün ya dövlət tərəfindən vəsait ayrılmalı, ya da ki, müəssisə rəhbəri şəxsi vəsaiti heabına rüsumu ödəməlidir. Binanın ağac taxta konstuksiyalarının yanğına davamlı məhlulla hopdurulması üçün nə qədər vəsait lazım olması ilə bağlı maraqlanmamışdır. Binanın elektrik təsərrüfatının uyğunluğu da profilaktik rəyə aiddir, elektrik təsərrüfatı təhlükəsizlik qaydalarına uyğun çəkilmişdir, elektrik xətləri ilə bağlı problemləri olmamışdır. Hər il keçirilmiş yoxlamalar nəticəsində tərtib edilmiş protokollar əsasında rəhbərliyinə məlumat vermişdir. Keçirilmiş yoxlamalar zamanı hər il tələbnamə yazırdılar, bir dəfə protokol tərtib edilərək xəbərdarlıq edildiyi bildirilmiş, lakin xəbərdarlıq edilməsi ilə bağlı ona heç bir sənəd təqdim edilməmişdir. İlk dəfədir ki, barəsində cərimə tətbiq edilmişdir. Vəzifə təlimatını bilir, belə ki, o, yanğınsöndürən avtomobillərin gəlməsi üçün yolları təmiz saxlamalı, iş gününün sonunda bütün elektriklə işləyən cihazların şəbəkədən ayrılmasına nəzarət etməli, bütün işçiləri yanğınla bağlı təlimatlandırmalı, təlimat jurnallarında bunları qeyd etməlidir. Qeyd edilən bütün vəzifə funksiyalarını həyata keçirmişdir. Profilaktik rəy alınması, köçürülmə planın tərtib edilməsi onun vəzifə funksiyalarına aid deyildir, həmin işlərin görülməsinə nəzarət üçün isə maddi vəsait lazımdır. Rəhbərlik etdiyi müəssisəyə maddi vəsait ayılmır, bağçaya inventar lazım olduqda ona nağd şəkildə pul verilmir, həmin inventar dövlət tərəfindən alınaraq təmin edilir. Qeyd edilən məslələrlə bağlı rayon təhsil şöbəsinin müdirinə və texniki-təchizat şöbəsinin rəhbərinə hər il müraciət etmişdir. Sonuncu müraciətini ## ###### 2026-cı il tarixdə təhsil şöbəsinə etmiş, müraciəti ilə əlaqədar olaraq gəib baxılmış və ona vəsaitin olmaması, Təhsil Nazirliyi tərəfindən vəsait ayrılacağı təqdirdə qeyd edilən işlərin görüləcəyi bildirilmişdir. Digər bağça və məktəblərdə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yoxlamalar həyata keçirilmiş, cərimə tətbiq edildiyi halda məhkəməyə müraciət olunur və məhkəmə tərəfindən cərimələr ləğv edilir. Katex kombinat bağçasında da keçirilmiş yoxlamalar nəticəsində protokol tərtib edilərək cərimə tətbiq edilmiş, müəssisə rəhbəri tərəfindən məhkəməyə müraciət edilmiş və məhkəmə tərəfindən həmin cərimə protokolu ləğv edilmişdir. Yoxlamalar nəticəsində çox az sayda protokol tərtib olunur, əsasən tələbnamə tərtib edilir ki, həmin tələbnamələr də tabe olduqları orqanlara göndərilir. Qeyd edilən məsələlərlə əlaqədar olaraq dəfələrlə Balakən Rayon Təhsil Şöbəsində olmuş, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyinin qəbulunda olmuş və mövcud problemləri çatdırmışdır. Orta məktəb binalarında olan yanğın balonları Fövqəladə Hallar Nazirliyi ilə bağlanmış müqavilə əsasında doldurulduğu halda uşaq bağçalarında olan yanğın balonlarının doldurulması üçün müqavilə bağlanılmamışdır. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin Şimal Regional X2 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan ##.##.2026-ci il tarixli MN 2382373 inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ## ###### 2026- cı il tarixdə Balakən rayon Talalar kənd uşaq bağçasının inzibati binasında diqqətli YTM keçirən zaman YTQ № ** 2004 bənd 3.2, 5.3, 11.1, 1.3.5-nin tələblərinin pozulması aşkar edilmişdir. İş materiallarında olan Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon təhsil sektoru Talalar kənd körpələr evi - uşaq bağçasının ## ###### 2026-cı il tarixli Mustafa müəllimə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-X1 Yanğına Nəzarət İdarəsinin hər il keçirdiyi yoxlamaların nəticəsində müəssisənin yanğından mühafizə olunması üçün çatışmamazlıqlar vardır. Qeyd edilən məsələlərin icrası müəssisənin maddi texniki bazasının gücləndirilməsini və müəyyən maliyyə vəsaitinin ayrılmasını tələb edir: Müəssisənin “xxxx”nın hazırlanması, Yanğınsöndürən balonların doldurulması, Müəssisənin daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilməsi, Yanğın siqnalizasiyasının quraşdırılması, Yanğın lövhəsi, Müəssisənin çardağında olan ağac materiallardan ibarət konstruktiv elementlərin oda davamlı məhlulla hopdurulması. Qeyd etdiyi problemlərin tez bir zamanda həlli üçün köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon təhsil sektoru Talalar kənd körpələr evi - uşaq bağçasının ## ###### 2026-cı il tarixli Mustafa müəllimə ünvanlanmış məktubundan görünür ki, ## ###### 2026-cı il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-X1 Yanğına Nəzarət İdarəsinin keçirdiyi yoxlama əsasında MN №******* protokoluna əsasən müəssisəyə YTQ № **-2004-ün 3.2, 5.3, 11.1, 1.3.5 bəndləri ilə protokol tərtib olunmuşdur. Qeyd edilən məsələlərin icrası müəssisənin maddi texniki bazasının gücləndirilməsini və müəyyən maliyyə vəsaitinin ayrılmasını tələb edir. Yanğınsöndürən balonların doldurulması, təxliyyə sxeminin hazırlanması və s. üçün müəssisəyə vəsait ayrılmamışdır. Qeyd edilən məsələlər ilə bağlı müəssisə tərəfindən yazılı şəkildə mütəmadi olaraq Balakən Rayon Təhsil Sektoruna müraciətlər olunmuşdur. Onlardan asılı olmayan səbəblərdən dolayı ##.##.2026-cı il tarixində protokol ilə yanaşı yazılmış TƏLƏBNAMƏ №** müəyyən bəndlərinin icrası müəssisə tərəfindən mümkün deyil. Dövlət müəssisəsi olduğu halda, tələbnamədə göstərilən bəndlərin icrası üçün dövlət tərəfindən büdcədə vəsait nəzərdə tutulmadığı halda müəssisə cərimə olunmuşdur. Tələbnamənin bəndlərinə əsasən müəssisədən tələb olunanlar aşağıdakılardır: TƏLƏB №* - Bağçanın çardağında olan ağac materiallardan ibarət konstruktiv elementlər oda davamlı məhlulla hopdurulsun. TƏLƏB №* - Bağça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilsin. Nasazlıq aşkar edildikdə təmir edilsin və saz vəziyyətə gətirilsin. Binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqaviməti sınaqdan keçirilsin və nəticəsinə dair akt tərtib edilsin. TƏLƏB №* - Bağça binası yanğın söndürmə vasitələri ilə təmin edilsin. (Binanın hər 100m2 sahəsinə 1-ədəd yanğın söndürən balon nəzərdə tutulsun). TƏLƏB №* - Bağçada yanğın baş verən zaman insanların və əşyaların köçürülməsi üçün "xxxx” hazırlansın və plana əlavə olaraq yanğın zamanı işçi heyətinin edəcəyi hərəkətlərə aid təlimat işlənsin və bağça binasının görünən yerindən asılsın. İş materiallarında olan Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon təhsil sektoru Talalar kənd körpələr evi - uşaq bağçasının ## ###### 2024-cü il tarixli Mustafa müəllimə ünvanlanmış məktubundan görünür ki, ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-X1 Yanğına Nəzarət İdarəsinin keçirdiyi yoxlama əsasında İnzibati xəta MN 1281464 protokoluna əsasən müəssisə YTQ N°06- 2004-ün 11.1 bəndi ilə (yanğın söndürmə balonlarının təmini) cərimə olunmuşdur. Yanğınsöndürən balonların doldurulması üçün müəssisəyə vəsait ayrılmamışdır. Yanğın söndürən balonların doldurulması üçün Şəki-Zaqatala Regional İdarənin Balakən rayon təhsil sektorunda təşkil etdiyi vətəndaşlarla görüşdə şəxsən tərəflərindən müraciət olunmuşdur. Eyni zamanda yazılı şəkildə də mütəmadi olaraq Balakən rayon təhsil sektoruna müraciətlər olunmuşdur. Onlardan asılı olmayan səbəblərdən dolayı ##.##.2024cü il tarixində protokol ilə yanaşı yazılmış TƏLƏBNAMƏ 30 bəndlərinin icrası müəssisə tərəfindən mümkün deyil. Dövlət müəssisəsi olduğu halda, tələbnamədə göstərilən bəndlərin icrası üçün dövlət tərəfindən büdcədə vəsait nəzərdə tutulmadığı halda müəssisə cərimə olunmuşdur. Tələbnamənin bəndlərinə əsasən müəssisədən tələb olunanlar aşağıdakılardır: TƏLƏB №* - Bağçanın çardağında olan ağac materiallardan ibarət konstruktiv elementlər oda davamlı məhlulla hopdurulsun. TƏLƏB №* - Bağça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilsin. Nasazlıq aşkar edildikdə təmir edilsin və saz vəziyyətə gətirilsin. Binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqaviməti sınaqdan keçirilsin və nəticəsinə dair akt tərtib edilsin. Aktın surəti yerli X2nə təqdim edilsin. TƏLƏB №* - Bağça binası yanğın söndürmə vasitələri ilə təmin edilsin. (Binanın hər 100m2 sahəsinə 1-dəd yanğın söndürən balon nəzərdə tutulsun). TƏLƏB №* - Bağçada yanğın baş verən zaman insanların və əşyaların köçürülməsi üçün “xxxx’' hazırlansın və plana əlavə olaraq yanğın zamanı işçi heyətinin edəcəyi hərəkətlərə aid təlimat işlənsin və bağça binasının görünən yerindən asılsın. Tələbnamədə qeyd olunan problemlərin və yazılmış cərimə protokolunun müəssisə tərəfindən icrasının mümkün olmadığını nəzərə alaraq məsələnin tez bir zamanda həlli üçün köməklik göstərilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinin Şimal-X1 Yanğın Nəzarət İdarəsinin ## ###### 2026-cı il tarixli ** saylı tələbnaməsindən görünür ki, Balakən rayon Talalar kəndində yerləşən körpələr evi uşaq bağçasına Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə birlikdə "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən yanğın-texniki müayinə keçirilmişdir. Keçirilən müayinə zamanı aşkar edilmiş yanğın təhlükəsizliyi norma və qaydaların tələblərinin pozulması hallarının aradan qaldırılması məqsədilə aşağıdakı tələblərin yerinə yetirilməsi tələb edilmişdir: Bağça binasının çardağına baxış keçirilsin, çardağın ağac materiallardan ibarət konstruktiv elementləri oda davamlı məhlulla hopdurulsun Əsas: YTQ № **-2004 bənd 3.2. Bağça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktiki baxış keçirilsin. Nasazlıqlar aşkar edildikdə təmir etdirilsin və saz vəziyyətə gətirilsin. Binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqaviməti sınaqdan keçirilsin və nəticəsinə dair akt tərtib edilsin. Aktın sürəti yerli X2nə təqdim edilsin. Əsas: YTQ № **-2004 bənd 5.3, Bağça binası normativ sənədlərin tələblərinə uyğun olaraq ilk yanğın söndürmə vasitələri ilə təmin edilsin. Əsas: YTQ № **-2004 bənd 11.1, Su hovuzu daima saz vəziyyətdə saxlanılsın. Su hovuzuna gedən yol daima maneəsiz saxlanılmalı. yanğın avtomobilin su götürməsi üçün şərait olmalıdır. Əsas: YTQ № **-2004 bənd 10.4.1-10.4.3, Bağçada yanğın baş verən zaman insanların və əşyaların köçürülməsi üçün “köçürmə” planına əlavə olaraq yanğın zamanı işçi heyətinin edəcəyi hərəkətlərə aid təlimat işlənsin və məktəb binasının görünən yerlərdən asilsin. Əsas: YTQ № **-2004 bənd 1.3.5; 4.5. İş materiallarında olan ## ###### 2026-cı il tarixli X4 Aktından görünür ki, ## ###### 2026-cı il tarixdə Balakən rayonu, Talalar kənd körpələr evi-uşaq bağçasının inzibati binasına YTM keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: - Bina ərazisində artıq əşyalara, yanar materialların yığılmasına yol verilmir. - Binanın yanğına qarşı su hovuzu yoxdur. - Bina ərazisi normaya uyğun odsöndürən balonlarla təmin olunmamışdır. - Binanın elelktrik təsərrüfatına mütəxəssis tərəfindən baxış keçirilməmiş, sazlığı barədə akt tərtib edilməmişdir. - Binanın çardağının taxta ağac konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb. - Binanın elektrik təsərrüfatı EQQQ-nin tələblərinə uyğun çəkilməmişdir. İş materiallarında olan ## ###### 2024-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Balakən rayonu Talalar kənd körpələr evi-uşaq bağçasının müdiri X5 ##.##.2024cü il tarixdə bağçada yoxlama keçirilmişdir. Yoxlama zamanı YTQ №**-2004-ün 11.1-ci bəndinin tələbləri pozulduğu müəyyən edilmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə göstərəcək dərəcədə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının VIII bəndində məktəbəqədər təhsil müəssisələrinin (körpələr evi, körpələr evi-uşaq bağçası, uşaq bağçası, sanator tipli məktəbəqədər təhsil müəssisəsi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələri) müdirinin əmək funksiyasları ilə bağlı göstərilmişdir ki, müdir müəssisənin bütün fəaliyyətini idarə edir. Məktəbəqədər təhsil müəssisəsinin illik fəaliyyət planını hazırlayır və həyata keçirilməsini təmin edir. Təlim-tərbiyə işlərinin keyfiyyəti, müəssisənin uşaqlarla komplektləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti, təlimtərbiyə sahəsində yüksək səmərəlilik əldə etmək məqsədilə pedaqoji kollektivin və başqa işçilərin fəaliyyətini elmi əsaslar üzərində qurur. Proqram materiallarının yerinə yetirilməsinə nəzarət edir. Uşaqların həyatının mühafizəsi və sağlamlığının möhkəmləndirilməsi, rasional yeməyin təşkili, sanitariya-gigiyena vəziyyəti üçün məsuliyyət daşıyır. İşçiləri işə təyin və azad edir, kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji, tibbi və xidməti heyətin işinə rəhbərlik və nəzarəti həyata keçirir. İşçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır. Pedaqoji şuraya rəhbərlik edir, valideynlər arasında pedaqoji və gigiyena biliklərinin təbliğini təşkil edir. Valideyn komitəsinin işini istiqamətləndirir, məktəblə və müvafiq təşkilatlarla əlaqə yaradır. Avadanlıqların saxlanmasına, eləcə də təhlükəsizlik texnikası qaydalarına düzgün əməl olunmasına nəzarət edir. Aidiyyəti təşkilatlar qarşısında müəssisənin işi haqqında hesabat verir. İşçilərinin profilaktik tibbi müayinədən keçməsini təmin edir. Əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinə nail olur, daxili intizam qaydalarını təsdiq edir. İşçilərin vəzifələrini müəyyənləşdirir, ştat cədvəlində metodist nəzərdə tutulmadığı halda onun vəzifələrini yerinə yetirir. Məktəbəqədər təhsil müəssisəsinin uşaqların ailələri, ictimai təşkilatlar və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqəsini təmin edir. Bilməlidir: “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını; məktəbəqədər təhsillə bağlı Azərbaycan Respublikasının qanunvericilik aktlarını; Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı; milli məzmun standartlarını və kurikulumları; pedaqogika elminin yeni nailiyyətlərini, müvafiq təlim-tərbiyə proqramlarını; yeni pedaqoji texnologiyaları, uşaqların həyatının və səhhətinin qorunması məsələlərini; əmək qanunvericiliyini, təhsilin iqtisadiyyatını və maliyyə-təsərrüfat fəaliyyətinin, eləcə də statistikanın əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. Təhsil Müəssisələrinin Bina və Qurğularının İstismarı Zamanı X14 1.3-cü bəndində göstərilmişdir ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq təhsil müəssisələrinin yanğın təhlükəsizliyinin təmin edilməsində cavabdehlik onların rəhbərlərinin üzərinə düşür. Onların borcudur: 1.3.1. Məktəblilər, tələbələr, professor və müəllim heyəti, elmi işçilər (sonradan əməkdaşlar, tələbələr və məktəblilər) tərəfindən bu qaydaların öyrənilməsini və ona riayət edilməsini təşkil etmək; 1.3.2. Könüllü yanğın drujinasını təşkil etmək və onların fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun olaraq təmin etmək; 1.3.3. Yanğın-texniki minimum üzrə yanğına qarşı təlimatın və dərslərin keçirilməsini təşkil etmək; 1.3.4. Tədris, istehsalat, laboratoriya, inzibati, anbar, köməkçi və digər otaqlarda siqaret çəkilməsi üçün xüsusi yerlərin ayrılmasına, yanar materialların, yanar mayelərin və turşuların müəyyən edilən miqdarda saxlanılmasına, odlu işlərin aparılması qaydalarını müəyyən etmək, habelə bütün xidməti heyət və tələbələr tərəfindən yanğına qarşı müəyyən edilən rejimə riayət edilməsinə müntəzəm nəzarət etmək; 1.3.5. Yanğın baş verən zamanı insanların binadan köçürülməsi planlarını və otaqlarda yanğın təhlükəsizliyi qaydaları barədə təlimatların (yaddaş kitabçaların) işlənib hazırlanmasını təşkil etmək; 1.3.6. İldə bir dəfədən az olmayaraq bütün xidməti heyətlə, tələbə və məktəblilərlə yanğın zamanı hərəkətlərə və təxliyyə planına dair praktiki məşğələlərinin keçirilməsini təşkil etmək. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən körpələr evi-uşaq bağçasının binasının normativ sənədlərin tələblərinə uyğun olaraq ilk yanğın söndürmə vasitələri ilə təmin edilməsi, su hovuzunun tikilməsi, eləcə də binanın elektrik təsərrüfatına mütəxəssis tərəfindən baxış keçirilərək sazlığı barədə akt tərtib edilməsi, binanın çardağının taxta ağac konstruksiyalarının oda davamlı məhlulla hopdurulması, binanın elektrik təsərrüfatının EQQQ-nin tələblərinə uyğun çəkilməsi, o cümlədən bina ərazisinin normaya uyğun yanğın balonları ilə təmin olunması və həmin balonların doldurulması ilə bağlı həmin müəssisənin müdirinin vəzifələrinin mövcud olub-olmaması, həmin tədbirlərin hansı şəkildə və hansı qurum tərəfindən həyata keçirilməsi, bunun üçün müəssisəyə maliyyə vəsaitinin ayrılıbayrılmaması kimi hallar müəyyən edilməmiş, həmin məsələlərlə bağlı Azərbaycan Respublikası FHN-nin X2 Xidmətinin nümayəndəsinin mövqeyi də dəqiqləşdirilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə tam, hərtərəfli və obyektiv nəticəyə gəlmək üçün qeyd edilən xüsusatların araşdırılması zəruridir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır, odur ki, birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələbinə uyğun hesab etmək mümkün deyildir. Ona görə də Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-185/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-185/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver