Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-186/2026 16.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Ibrahimov Səbuhi Təmraz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəmsəddinov Ziya Mirbala oğlunun və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin «inzibati tənbeh vermə haqqında» ## ###### 2026-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi, Şəmsəddinov Ziya Mirbala oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş («inzibati xəta haqqında» ##.##.2026-cı il tarixli MN ******* nömrəli protokol) üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Şəmsəddinov Ziya Mirbala oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən barəsində Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsi ilə tərtib edilmiş ## ###### 2026-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliy 6 sayli Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən barəsində Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsi ilə ## ###### 2026-ci il tarixdə MN ******* nömrəli Inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra həmin protokol əsasında barəsində IXM-nin 233.1-ci maddəsi ilə qərar qəbul edilmiş və 2600 (iki min altı yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliy * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-ci il tarixli, MN ******* nömrəli qərarı ilə aşağıdakı səbəbdən razılaşmır. Diqqətə çatdırır ki, o, Qəbələ rayonu Zarağan kəndində yerləşən "Qədim Qəbələ" restoranını icarə müqaviləsi əsasında işlədir. "Qədim Qəbələ" restoranı uzun illərdir fəaliyyət göstərir və həm ölkədaxili qonaqların, həm də xarici qonaqların daimi qulluğunda durmuşdur. Qəbələ rayonu xeyli vaxtdır ki, ölkə səviyyəli tədbirlərə rəhbərlik edir. Həmin tədbirlər zamanı da istər dövlət səviyyəli qonaqlar, istərsə də xarici qonaqlar həmin restoranın qonaqları olmuşdur. Bunları deməkdə məqsədi isə ondan ibarətdir ki, belə yüksək tədbirlərdə təşkilatçılığı öz üzərinə götürən restoranda zəhərli qaz qarışıqlarının yol verilən normadan artıq olması inandırıcı və həqiqətə uyğun deyildir. Bütün bunlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliy 6 sayli Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən yoxlamanın qanunauyğun şəkildə aparılmadığını göstərməkdədir. Məhkəmənin digər diqqətinə çatdırdığı məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Hazırkı halda məhkəmənin diqqətin ona çatdırır ki, "Qədim Qəbələ" restoranında qaz toztutucu qurğu quraşdırılmışdır. Şikayətə əlavə etdiyi "xxxx" şirkəti tərəlindən verilmiş sertifkatdan müəyyən olunur ki, "Qədim Qəbələ" restoranında qaz toztutucu qurğu quraşdırılmışdır. Həmin qurğuya mütəmadi olaraq texniki xidmət göstərilir. Onlar öz üzərlərinə düşən öhdəliyi yerinə yetirmişlər. Qaz toztutucu qurğu olduğu halda ona Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilməsi tam qanunsuz olmuşdur. Işin araşdırılan hallarından göründüyü kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən "Qədim Qəbələ" restoranında aparılan yoxlama, yoxlamanın məqsəd və prinsiplərinə xidmət etməmişdir. Belə ki, restoranda qaz toztutucu ümumiyyətlə olmasaydı, onların belə bir protokol tərtib etmək hüquqları var idi. Lakin qaz toztutucu olduğu halda əgər həqiqətən atmosfer havasına atılan qaz qarışqları yol verilən həddən artıq idisə, bu barədə onlara xəbərdarlıq olunaraq pozuntunu aradan qaldırmaq üçün vaxt verilə bilərdi. Atmosfer havasına atılan qaz qarışqlarının yol verilən həddən artıq olmasını yoxlayan cihaz yalnız müvafiq idarələrdə ola bilər və onlarda isə belə bir cihaz yoxdur. Nəticədə onların bundan xəbəri olmaq imkanları olmamışdır və ola bilməzdi. Nəticədə yoxlamanı aparan orqan tərəfindən "Sahibkarliq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdaliəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş "yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması və sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasında sahibkara köməklik göstərilməsinə xidmət etməsi" prinsipi pozulmuşdur. Barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilən ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə barədə qərar mövcud sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin onun həmin qərarla Azərbaycan Respublikası IXM-in 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəla haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Protokol tərtib olunarkən Qəbələ rayonu Zarağan kəndində yerləşən “Qədim Qəbələ" restoranında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının yol verilən normadan artıq olması ## ###### 2026-cı il tarixdə yoxlanılmamışdır. Bununla belə o, məsuliyyətə "Qədim Qəbələ" restoranında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının yol verilən normadan artıq olması səbəbilə cəlb edilmişdir. Belə ki, bütün bu hallar inzibati orqan tərəfindən aydınlaşdırılmalıdır. Həmçinin ona istinad edilən inzibati xətanın qeyd olunan tarixdə olub-olmaması, "Qədim Qəbələ" restoranında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının yol verilən normadan artıq olması hallarının inzibati orqan tərəfindən müəyyən edilib- edilməməsi halları araşdırılmamış və bu vacib xüsusatlara hüquqi qiymət verilməmişdir. Başqa sözlə inzibati orqanın onun ## ###### 2026-cı il tarixdə "Qədim Qəbələ" restoranında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının yol verilən normadan artıq olması hallarının müəyyən edilməməsi xüsusatlarına fikir vermədən barəsində Azərbaycan Respublikası IXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Ona görə də Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliy * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## ###### 2026-ci il tarixli, MN ******* nömrəli qərarının əsassız olduğuna görə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şikayətçi Şəmsəddinov Ziya Mirbala oğlu şikayətdə göstərilənlərə uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin aparıcı məsləhətçi müfəttişi işləyir. “Qədim Qəbələ” Restoranına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq Idarəsinin əməkdaşları tərəfindən onların iştirakı ilə monitorinq keçirilib və quraşdırılmış qurğular yoxlanılmışdır. Yoxlanış zamanı atmosferə atılan tullantının miqdarı, yəni dəm qazı çox olmuşdur. Norma 5mq/m3 olsa da, orda 8,7 mq/m3 çıxmışdır. Lakin bununla bağlı məhkəməyə yoxlamada istifadə olunan cihazdan çıxarış təqdim edə bilmirlər. Eyni zamanada qeyd edir ki, keçirilmiş yoxlama ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmamışdır.Məhkəmədən qərarlarının qüvvədə saxlanılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin aparıcı məsləhətçi müfəttişi vəzifəsində işləyir. ##.##.2025-ci il tarixdə həmin obyektə baxış keçirmək üçün getmişlər, lakin həmin gün manqal fəaliyyət göstərmədiyinə görə ölçmə işləri aparmaq mümkün olmamışdır. Ona görə də heç bir sənədləşmə aparmamışlar ##.##.2025-ci il tarixdə həmin ərazidən keçən zaman tüstü qalxdığını görüb yenidən “Qədim Qəbələ” restoranına yaxınlaşmışlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq Idarəsi tərəfindən iaşə obyektləri tərəfindən atmosferə atılan tullantıların monitorinqi keçirilmişdir. Bu barədə həmin idarənin əmri var idi. Lakin yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədən yoxlama aparmışlar. X3 Monitorinq Idarəsinin tərtib etdiyi monitorinq aktı onlara sonradan daxil olmuş və bu səbəbdən də sonradan ## ###### 2026-cı il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən protokol tərtib olunmuşdur. Həmçinin həmin iaşə obyektində tüstüboğucu avadanlıq olsa da, havaya atılan dəm qazının həcmi normadan artıq olmuşdur. Lakin ərazidə ölçmə aparılmış aparatdan bu barədə hər hansı çıxarış, bildiriş çıxarılmamışdır. Əraziyə baxış keçirilib, ölçmə işləri aparıldıqdan sonra X3 Monitorinq Idarəsi tərəfindən onlara məktub gəlmiş, həmin məktub əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən protokol tərtib olunmuşdur. Ona görə də baxışla protokol tərtib olunması arasında 1 ay müddət olmuşdur. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi verdiyi apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, vətəndaşın şikayətinin təmin olunmamasını və idarənin inzibati qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, X1 şikayətinin təmin olunmamasını və idarənin inzibati qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəmsəddinov Ziya Mirbala oğlu apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılnmasını xahiş etmişdir. hüquqi məsələlər Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Inzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəlarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı “Inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qəbələ rayonu Zarağan kəndində yerləşən “Qədim Qəbələ” restoranında atmosfer havasına atılan zərərli qaz qarışıqlarının yol verilən normadan artıq atılması müəyyən edilmişdir. Şəmsəddinov Ziya Mirbala oğlu Azərbaycan Respublikası IXM-in 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2600 (iki min altı yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Iş materiallarında olan * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli ****** saylı Aktdan görünür ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi ## ###### 2026-cı il tarixli *** saylı sərəncamına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq Idarəsi tərəfindən daxil olmuş Qəbələ və Ağsu rayonlarında fəaliyyət göstərən iaşə obyektlərində atmosferə atılan zərəli maddələrin miqdarının yolverilən həddən artıq olub-olmamasının müəyyən edilməsi məsələsi ilə bağlı ##.##.2025-ci il tarixli ***/XKEMI-** saylı müraciətə əsasən araşdırma aparılmışdır. Aparılan araşdırma müddətində Qəbələ rayonu Zarağan kəndi ərazisində fəaliyyət göstərən “Qədim Qəbələ” restoranında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq Idarəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq zamanı manqaldan istifadə olunduğu və qaz-toz tutucu təmizləyici qurğunun quraşdırıldığı müəyyən olunmuş və atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə manqal fəaliyyətdə olduğu zaman restoranın ətraf ərazisində BOSEAN səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticəyə əsasən dəm qazı (CO) -8,7 mq/m3 (norma 5 mq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikasının atmosfer havasının Mühafizəsi haqqında Qanununun tələblərinin pozulması faktı aşkar edilmişdir. Iş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəmsəddinov Ziya Mirbala oğlu tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş uyğunluq sertifikatı və tərcüməsindən görünür ki, Elektrostatik filtr standartlarla sınaqdan keçirilmiş və şuranın direktivi 2014/30/EU ilə uyğunluq tapmışdır. Iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq Idarəsinin ***/EM saylı ##.##.2026-cı il tarixli əmrindən görünür ki, Idarənin əməkdaşları ##.##.2025-ci il tarixdən 4 gün müddətində Ağsu, Şamaxı, Qəbələ və Ismayıllı rayonlarına ezam edilmişlər. Iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş kalibrləmə sertifikatından görünür ki, multi qaz detektoru üçün bütün ölçmələr milli etalonlar vasitəsi ilə X6 (SI) uyğun olaraq izlənilir. Bu kalibrləmə sertifikath ISO/AEC 17025:2017 "Snaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun olaraq akkreditasiya olunmuş kalibrləmə laboratoriyası tərəfindən verilmişdir. Aparatda hər hansı qüsur aşkar edilməmişdir. Iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş fotoçəkillər və CD diskdəki videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iaşə obyektində qaz detektrou vasitəsilə ölçmə işləri aparılmışdır. Iş materiallarında olan Şəmsəddinov Ziya Mirbala oğlu tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş CD diskdəki videogörüntüdən görünür ki, iaşə obyektində qaztoz tutucu qurğu var və həmin qurğunun təmizləmə işləri aparılır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən Azərbaycan Respublikası IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirirlər. Həmin Qanunun 71-ci maddəsinin 2.1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının qanunvericilikdə müəyyən edilmiş qaydada mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisə, idarə, təşkilatlara və digər obyektlərə, o cümlədən hərbi və müdafiə obyektlərinə maneəsiz (xidməti vəsiqələri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə daxil olarkən, həmçinin yoxlamanın həyata keçirilməsi haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı təqdim etməklə) daxil olmaq, öz xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan sənədlərlə, o cümlədən analizlərin nəticələri ilə pulsuz tanış olmaq hüququ vardır. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 4.2.2-ci maddəsinə əsasən yoxlamalar sahibkarın təqsirsizlik prezumpsiyası əsasında aparılır. Həmin Qanununun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Qədim Qəbələ” restoranının fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə keçirilən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinə nəzarət tədbirləri yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Оnа görə də qаnunvericiliyin tələbinə əsаsən Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “Qədim Qəbələ” restoranını icаrə əsаsındа işlədən Şəmsəddinоv Ziyа Mirbаlа оğlunun Аzərbаycаn Respublikаsı IXM-nin 233.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnın törədilməsində təqsirli bilinməsi ilə bаğlı əldə edilən sübutlаrın heç bir hüquqi nəticəsi yоxdur. Hüquqi nəticəsi оlmаyаn sübutlаrlа dа şəxsi оnа istinаd оlunаn IXM-nin müvаfiq mаddəsi ilə təqsirli hesаb etmək qаnunа ziddir. Qeyd оlunаnlаrа əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi hаzırki iş üzrə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə ilə rаzılаşır və hesаb edir ki, birinci instаnsiyа məhkəməsi işin hаllаrını hərtərəfli, tаm və оbyektiv аrаşdırıb оnlаrа düzgün hüquqi qiymət vermişdir. Birinci instаnsiyа məhkəməsinin qərаrı əsаslı və ədаlətlidir və qаnunun tələblərinə uyğundur. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-137)-151/2026saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Оnа görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərаrı verilmiş şikаyətə münаsibətdə dəyişdirilmədən saxlanılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəllləsinin 133- 135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-10)-186/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-186/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver