Azərbaycan Respublikası adından Qərar İş № 3(3-10)-187/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov Imanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə IXM-in) 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə(sədrlik edən N.Abbaszadə) 1979-cu il ########ın ##-da Bakı şəhərində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olan və Abşeron rayonunda kirayədə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilməsi, inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan –## ##### 2026-cı il tarixdən saat 16:50-dən hesablanması qərara alınmışdır. Işin halları: Protokolu tərtib edən orqan rəisi T.A.Həsənquliyevin tərtib etdiyi ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3066/2021, 2(005)- 5761/2021, Abşeron Rayon Məhkəməsinin 2(012)-4422/2022 və Bakı Kommersiya Məhkəməsinin *-*(***)-***/**** nömrəli icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil apellyasiya şikayəti verərək Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Hacıyev ilqar Çingiz oğlu barəsində məhkəmə qərarları çıxarılaraq icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Daha sonra isə həmin icra vərəqələri aidiyyatı üzrə Protokolu tərtib edən orqan göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində çıxarılan məhkəmə qərarlarından xəbərdar olmadığı üçün bir müddət icra sənədləri üzrə hər hansı ödənişlər etməmişdir. Hətta bununla bağlı müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlamışdır. Lakin, şikayətləri nəticəsiz qalmışdır. Bundan sonra isə icra sənədləri üzrə ödənişlər etməyə başlamışdır. Belə ki, ilqar Hacıyevin əvvəllər heç bir rəsmi iş yeri olmamış və bu səbəbdən ödənişlər edə bilməmişdir. Bu yaxınlarda isə yeni işə daxil olmuş və əmək haqqısı 700 manat təşkil etmişdir. Hətta bundan sonra özü könüllü olaraq icra sənədləri borcunun tutulması üçün Qəbələ rayon Icra şöbəsinə iş yeri barədə arayış təqdim etmişdir. Beləliklə, onun əmək haqqının 50 faizi icra ödənişlərinə tutulmuşdur. Bu da onu göstərir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarlarının icrasından yayınmır. Bundan əlavə, məhkəmə iclasında icra məmuru bildirmişdir ki, ilqar Hacıyevin əmlakının yoxlanılması üçün sorğular verilmiş, lakin adına hər hansı daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumilikdə 4 uşağının olması, onlardan 3-nün yetkinlik yaşına çatan, 1-nin isə yetkinlik yaşına çatmayan olması məlum olmuşdur. Həmin yetkinlik yaşına çatan uşaqlardan biri 1-ci qrup əlil, 2—si isə tələbədir, ilqar Hacıyevin həyat yoldaşı isə 1- ci qrup əlil uşağa baxdığına görə heç bir yerdə işləmir. Göründüyü kimi ilqar Hacıyev ailədə yeganə gəlir gətirən şəxsdir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il # ####### tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Hacıyev ilqar Çingiz oğlunun bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir: Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və müdafiəçisi X3 şikayətin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta barədə protokol tərtib etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmidir. IXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: . IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli e-*(***)-****/**** nömrəli icra sənədi üzrə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 3060 manat məbləğində borc və 51 manat məbləğində dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmişdir . - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 720 manat pulun zərərçəkmiş şəxs2 xeyrinə tutulması qət edilmişdir. - Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 15.917,42 manat , 300 hüquqi yardım xərci və 31 manat dövlət rüsumunun zərərçəkmiş şəxs4 xeyrinə tutulması, 3.85 metrlik 2000 ədəd dəmir dirəyin, Adıgözəlbəyov Emin Taleh oğluna qaytarılması qət edilmişdir. - Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 5000 ABŞ dolları (ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə) və dövlət rüsumunun əvəzi kimi 105 manat pul tutularaq Məmmədəliyev Bakir Məmməd oğluna verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin ## #### 2021-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2021-ci il tarixli məktubu ilə ##.##.2021-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə tələbin könüllü icrası üçün Hacıyev Ilqar Çingiz oğluna bildiriş göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli e-*(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2022-ci il tarixli məktubu ilə ##.##.2021-ci il tarixli e-2(005)-5761/2021 icra sənədi üzrə tələbin könüllü icrası üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Çingiz oğluna bildiriş göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2022-ci il tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2022-ci il tarixli məktubu ilə ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli icra sənədi üzrə tələbin könüllü icrası üçün Hacıyev Ilqar Çingiz oğluna bildiriş göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2023-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Icra Şöbəsinin ##.##.2023-cü il tarixli məktubu ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli icra sənədi üzrə tələbin könüllü icrası üçün Hacıyev Ilqar Çingiz oğluna bildiriş göndərilmişdir. Beləliklə icra işində olan icra şöbəsi tərəfindən barəsində inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilən bildirişlərin surətindən görünür ki, “Icraata başlamaq haqqında” müvafiq qərarların surəti borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədləri üzrə tələbləri yerinə yetirməmişdir Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə IXM-in 528.1- 1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir.. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. IXM-in 528.1-1-ci maddəsi məhkəmə aktlarının icrasına qarşı hörmətsizliyin qarşısının alınması və dövlətin adından çıxarılan qərarların nüfuzunun qorunması məqsədi daşıyır. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəmə qərarının çıxarılması ilə məhdudlaşmır, həm də həmin qərarın faktiki icrasını da əhatə edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin "Hornsbi Yunanıstana qarşı" (1997) işi üzrə qərarında qeyd edildiyi kimi: 'Məhkəmə qərarının icrası Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) ayrılmaz tərkib hissəsidir Insan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə (məsələn: Hornsby Yunanıstana qarşı, Burdov Rusiyaya qarşı işləri), məhkəmə tərəfindən qəbul edilmiş qərarın icra edilməməsi faktı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş 'məhkəməyə müraciət etmək hüququnu səmərəsiz edir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş və məcburi xarakter daşıyan məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra edilməməsi, hüququn aliliyi prinsipi ilə bir araya sığmır. Məhkəmə qeyd edir ki, IXM-in 528.1-1-ci maddəsi üzrə məsuliyyət "üzrsüz səbəbdən" icra etməmə halında yaranır. Borclu yeni işə düzəldiyini və əmək haqqından tutulmalar edildiyini bildirsə də, icra sənədlərinin tarixi (2021-2022-ci illər) ilə cari tənbeh tarixi (2026-cı il) arasında 4 ildən artıq vaxt keçmişdir. Uzun illər ərzində məhkəmə qərarlarının icrasına yönəlmiş real addımların atılmaması, "könüllü icra" müddətinin çoxdan bitməsi və borcun ümumi məbləğinin böyüklüyü qarşısında icra edilən cüzi ödənişlər xətanın tərkibini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2012-ci il # ####### tarixli qərarına əsasən, borclunun "qərəzli" şəkildə yayındığını müəyyən etmək üçün onun əmlak gizlətməsi, məlumatları təhrif etməsi və ya icra məmurunun çağırışlarına məhəl qoymaması yetərlidir. Hazırkı işdə, bir neçə fərqli şəxsə qarşı olan borcların illərlə ödənilməməsi, məhkəmə qərarının icrasına laqeyd münasibətin sübutudur. Vəkilin qeyd etdiyi "yeganə çörəkpulu qazanan" amili tənbehin növü seçilərkən nəzərə alınmışdır. Belə ki, maddənin sanksiyası 2 ayadək həbs nəzərdə tutsa da, birinci instansiya məhkəməsi şəxsiyyəti və ailə vəziyyətini nəzərə alaraq, tənbehi minimum həddə yaxın (15 gün) müəyyən etmişdir. Bu, tənbehin mütənasibliyi və ədalətlilik prinsipinə tam uyğundur. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, tərəflər arasında mübahisəyə son qoyan yekun məhkəmə qərarı şübhə altına alınmasın və icra olunsun. Məhkəmə qərarlarının uzun müddət icra olunmaması cəmiyyətdə ədalət mühakiməsinə olan inamı sarsıdır və hüquq qaydasını pozur. Beynəlxalq standartlara görə, dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün bütün effektiv vasitələrdən istifadə etməyə borcludur. Inzibati həbs tənbehi burada borclunu cəzalandırmaqdan daha çox, onu məhkəmə aktına hörmət etməyə və qərarın icrasına məcbur etmək xarakteri daşıyır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, borclu tərəfindən borcun ödənilməməsi üçün gətirilən bəhanələr əslində icra prosesini uzatmağa və məhkəmə qərarının mahiyyətini səmərəsizləşdirməyə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq, heç kim özünün hüquqa zidd davranışından üstünlük əldə edə bilməz. Uzunmüddətli icra etməmə halı borclunun niyyətinin 'obyektiv imkansızlıq' deyil, 'subyektiv istəksizlik' (qərəz) olduğunu təsdiq edir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən IXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə uzun müddət ərzində bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Icra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ##.##.2017-ci il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində uyğun inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Bu baxımdan da, şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə həmin dəlilləri inandırıcı qəbul etmir. Bu səbəbdən də işə yenidən baxan apellyasiya məhkəməsi bu fikirdədir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. IXM-in 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. IXM-in 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, Inzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Inzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. Inzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 15 (on beş) gün inzibati həbs cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPMin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin olunmasın. Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə 3 (üç) saat üçün 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından X2 işlədiyi Şəki Regional Vəkil Bürosunun “xxxx” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-187/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-187/2026
08.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver