Məhkəmə qərarları › İş №3(3-10)-192/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-192/2026

14.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 3(3-10)-192/2026 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İşin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Şəki-X6 Qax Rayon Məhkəməsinə baxılması üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, «Azərİşıq» «ŞimalX2 Təchizatı və Satışı İdarəsi» ASC-in işçisi Zərərçəkmiş şəxs ## ###### 2026-cı il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə iş və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində sağlamlığa «az ağır» zərər vurulmuşdur. Ona görə də ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində MN 2463289 №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Qərarla razı deyildir. Hadisə onun təqsiri ucbatından tönrənməyib. O heç bir əmək mühafizəsinin qaydasını pozmamışdır. Onun təqsiri ucbatından heç kim xəsarət almamışdır. Əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Bunu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirir. Lakin Qax Rayon Məhkəməsi tərəfindən buna baxılıb qiymət verilməmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Odur ki, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətin məzmununa uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmadığını bildirdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq X3 Xidmətinin Şəki-Zaqatala Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və uyğun olaraq apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş ## ###### 2026-cı il tarixli, MN 2463289 №li inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən iş və əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi pozulmuş və XM-in 198.3-cü maddəsi ilə inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən 3-17-5/2-H-20926/2026 №li, ## ###### 2026-cı il tarixli Qax rayonu, Güllük kəndində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış məktubdan görünür ki, araşdırma aparılmışdır. Onda olan bütün sübutların, izahatların, mülahizələrin təqdim olunması təklif olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, ## ###### 2026-cı il tarixdə xəsarət alma faktı ilə əlaqədar onun heç bir günahı yoxdur. «Azərİşıq» «Şimal-X2 Təchizatı və Satışı İdarəsi» ASC-də əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə edilmişdir. O, həmin qaydalara riayət etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə, saat 12:30 radələrində sayğacın elektrik xətlərini gərginliyə qoşmaq üçün metal boru dayağa çıxarkən ehtiyatsızlıqdan yıxılaraq xəsarət almışdır. Hər hansı bir şikayəti və tələbi yoxdur Məhkəmə iş materiallarını tədqiq edərək və “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın (bundan sonra – Qaydalar) tələblərini rəhbər tutaraq müəyyən edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 198.3cü maddəsinin tərkib əlamətləri mövcuddur. Belə ki, Qaydaların 2.1-ci bəndinə əsasən, elektroenergetika subyektləri istismar və təmir işləri apararkən quraşdırılan qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki və təşkilati tədbirləri həyata keçirməyə borcludurlar. İşin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməyin mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmişdir, bu da onu Qaydaların 1.2.9-cu bəndində nəzərdə tutulan "texniki heyət" və 3.1.2-ci bəndindəki "operativtəmir heyəti" statusuna aid edir. Məhkəmə qeyd edir ki, ## ###### 2025-ci il tarixdə baş vermiş bədbəxt hadisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs metal boru dayağa çıxarkən yıxılması, bilavasitə işləmə yerinin hazırlanması və işə buraxılış qaydalarının pozulması ilə əlaqədardır. Qaydaların 7.1.5ci və 7.4.4-cü bəndlərinə görə, işləmə yerinin hazırlanması və təhlükəsizlik tədbirlərinin görülməsi məsul şəxslərin üzərinə qoyulmuş birbaşa vəzifədir. Qaydaların 5.7-ci bəndində açıq şəkildə göstərilir ki, gərginlik altında olan cərəyandaşıyan hissələrin yaxınlığında işlər aparılan zaman təhlükəsizlik məsafələrinə riayət olunmalı və fərdi mühafizə vasitələri tətbiq edilməlidir. Hadisə zamanı bu təşkilati tədbirlərin təmin edilməməsi faktı, müvafiq protokol və araşdırma materialları ilə öz təsdiqini tapmışdır. Şikayətçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "əməlimdə xəta yoxdur" və zərərçəkmişin "şikayətim yoxdur" iddialarına münasibətdə məhkəmə bildirir ki, Qaydaların 4.15-ci bəndinə əsasən, təhlükəsizlik tələblərinə əməl olunmadığı müəyyən edildikdə, heyətin işə başlaması qəti qadağandır. Şikayətçinin işəburaxan və əməyin mühafizəsinə məsul şəxs kimi bu qadağaya riayət etməməsi, zərərçəkmişin subyektiv rəyindən asılı olmayaraq, obyektiv inzibati xəta tərkibini yaradır. Çünki Qaydaların 1.4-cü bəndinə görə, bu normaların məqsədi fərdlərin iradəsindən asılı olmayaraq insanların sağlamlığının və həyatının mütləq mühafizəsini təmin etməkdir. Bununla yanaşı, Qaydaların 6.3-cü və 6.8-ci bəndləri texniki heyətin elektrik təhlükəsizliyi üzrə xüsusi qruplara malik olmasını və təhlükəsiz iş üsullarını mükəmməl bilməsini tələb edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəzifə təlimatına görə bu qaydaların icrasına nəzarət etmək səlahiyyəti olduğu halda, Zərərçəkmiş şəxs lazımi texniki tədbirlər görülmədən hündürlükdə işə başlamasına şərait yaratması (və ya qarşısını almaması) Qaydaların 7.5-ci bəndində nəzərdə tutulan "işin təhlükəsizliyinin mümkünlüyünü təyin etmək" vəzifəsinin kobud şəkildə yerinə yetirilməməsidir. Məhkəmə həmçinin vurğulayır ki, Qaydaların 4.19-cu bəndi nasaz və ya mühafizə qurğuları təmin olunmayan avadanlıqların istismarını qadağan edir. Zərərçəkmişin metal boru dayağından yıxılması faktı göstərir ki, hündürlükdə iş zamanı tələb olunan təhlükəsizlik kəmərləri və ya digər sığortalayıcı vasitələrdən istifadəyə nəzarət (Qaydaların 7.1.6-cı bəndi – iş zamanı nəzarətin aparılması) lazımi səviyyədə həyata keçirilməmişdir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, barəsində inzibati xəta haqqında icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz izahatında hadisənin baş vermə anını (yıxılma anını) bilavasitə görmədiyini, yalnız səs gəldikdən sonra zərərçəkmişin yıxıldığını müşahidə etdiyini bildirmişdir. Bu etiraf, Həsilovun üzərinə düşən vəzifə funksiyalarını, xüsusilə də 'Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları'nın 7.1.6-cı və 7.4.7-ci bəndlərində nəzərdə tutulan 'iş zamanı daimi nəzarətin aparılması' öhdəliyini kobud şəkildə pozduğunu nümayiş etdirir. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar