Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-193/2026 16.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Ibrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə Rafiq oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə Rafiq oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim K.Musayev) # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 528.1-ci maddəsi ilə Şəki rayon Icra və Probasiya Şöbəsi tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun Azərbaycan Respublikası IXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər ## ###### 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə Rafiq oğlu məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən ## ###### 2021 -ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlundan iddiaçı Zərərçəkmiş şəxs Natiq qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqnın 0,5 misli həddində aliment tutulmalı, alimentin tutulmasının başlanğıcı ## ###### 2024-cü ildən hesablanmalıdır. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb tam yerinə yetirilməmiş, 1340 manat aliment borcu yaranmışdır. Şəki Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı. ##.##.2025-ci il tarixli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlundan 40 manat məbləğində dövlət rüsumu, 60 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxs Natiq qızına ödənilməli, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlundan 34 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Icra sənədi ##.##.2025-ci il tarixdə daxil olmuş, icraata başlanılmış, lakin icra sənədi icra edilməmişdir. Borclu icra sənədi üzrə tələbi yerinə yetirmədiyindən adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub- olmaması barədə isə “Elektron icra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Şöbədə olarkən borcluya 1340 manat aliment borcunun olduğu bildirildi, ümumiyyətlə aliment ödəyib-ödəməməsi barədə sual verildi, borclu bildirdi ki, aliment ödəyib, sonuncu dəfə noyabr ayında aliment ödəmişdir. Yaranmış aliment borcunun ödənilməsi tələb edildi, borclu icra sənədi üzrə tələbləri yerinə yetirmədi, növbəti ayın sonunadək icra sənədləri üzrə tələbləri yerinə yetirəcəyini bildirdi. Tələbkar isə ərizə ilə müraciət edərək aliment borcunun tam ödənilməsini istəyir. Borclu şöbədə olarkən verdiyi izahatında rayonda tikintilərdə usta işlədiyini, ayda 500 manat qazancının olduğunu bildirir. Hal-hazırda isə borclunun 1340 manat aliment borcu və ödənilməli rüsumlar vardır. Borclu izahatlarında aliment borcunun yaranmasını, aliment ödəməməsinin səbəbini qazancının az olmasıyla bağlı olduğunu bildirdi. Borclu həmçinin icra məmurunun çağırışlarına gəlməmiş, icra məmurunun heç bir qanuni tələblərini yerinə yetirməmişdir. Tələbkar Zərərçəkmiş şəxs Natiq qızı borclunun inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası IXM-nın 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə verilməsini xahiş edir. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlu Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, aliment borcunun bir hissəsini ödədiyini və geri qalan 700 manatı və dövlət rüsumunu da ödəyəcəyini bildirmişdir. Barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun əməlində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə Rafiq oğlu apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə Rafiq oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlu və onun müdafiəçisi X1 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Natiq qızı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Natiq qızının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası IXM-nin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş, yəni onun barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lаkin iş mаteriаllаrındаn görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun əməlində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzürsüz səbəbdən icra etməməsi hаlı оlmаmışdır. Belə ki, icrа və prоbаsiyа şöbəsi tərəfindən оnun аdınа pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub- olmaması barədə isə “Elektron icra” sistemi vasitəsilə sorğular edilmiş, lakin borclunun adına heç bir pul vəsaiti və daşınar və daşınmaz əmlak əmlak aşkar edilməmişdir. Eyni zаmаndа iş mаteriаllаrındаn müəyyən olunur ki, bоrclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlu hazırki inzibati xəta haqqında icraatı başlanmış işin predmetini təşkil edən 1340 mаnаt аliment bоrcundаn 640 mаnаtını ödəmişdir. Onun аpellyаsiyа instаnsiyаsı məhkəməsində bildirdiyinə görə o, əlаvə оlаrаq dа tələbkаrа 400 mаnаt аliment bоrcu ödənişi etmiş, lаkin bu hаl icrа sənədinin icrаsı ilə bаğlı nəzərə аlınmаmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlu həm birinci instаnsiyа məhkəməsində, həm də аpellyаsiyа instаnsiyаsı məhkəməsində qаlаn аliment bоrcunu dа tez bir zаmаndа ödəyəcəyini qeyd etmişdir. Belə vəziyyətdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun icra sənədinin icrаsı ilə bаğlı icrа məmurunun qаnuni tələblərini yerinə yetirməməsi və yа icrа sənədinin üzrlü səbəb оlmаdаn icrа etməməsi ilə bаğlı IXM-nin 528.1ci mаddəsində inzibаti xətа üzrə məsuliyyətin dispozitiv şərti müəyyən edilmiş hаllаr mövcud deyildir. Işin hаllаrı о qənаətə gəlməyə əsаs yаrаdır ki, Tаğıyev Məhərrəm Rаmin оğlunun əməlində IXM-nin 528.1-ci mаddəsinin tərkib əlаmətləri yоxdur. Аəərbaycan Respublikası IXM-nin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Azərbaycan Respublikası IXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası IXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası sayılır. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından şikаyət təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Оnа görə də Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə Rafiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmаlıdır. Məhkəmə onu da qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğlunun məhkəmə iclasında hüquqlarının müdafiəsi Şəki Regional Vəkil Bürosunun vəkili X1 tapşırılmışdır. Müdafiəçi X1 tərəfindən təqdim edilmiş hesabatdan görünür ki, hazırki işin baxılması ilə bağlı müdafiəçi cəmi 3 saat vaxt sərf etmişdir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # ###### tarixli ** nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67- 1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Odur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ramin oğluna Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iclasında göstərilən hüquqi yardıma görə müdafiəçi X1 33 manat haqq hesablanıb “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı X10 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə Rafiq oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Müdafiəçi X1 əmək haqqı ödənilməsi üçün dövlət hesabına 33 manat vəsait X1 “xxxx” ASCnin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Müştərinin hesab N-si: AZ81UBAZ19313531140090AZN001 “xxxx”xxxx“xxxx” ASC-nin Şəki rayon filialı; VÖEN: 1300017201; KOD: 502531; SWIFT: UBAZAZ22 Müxbir hesabı: AZ46NABZ01350100000000015944. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-193/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-193/2026
16.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver