Məhkəmə qərarları › İş №3(3-10)-197/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-197/2026

21.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-197/2026 21.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Muradov İkram Rasul oğlu və protokol tərtib edən orqan Qərarından şikayət verilən orqan nümayəndəsi X1 iştirakları ilə, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməsinə və inzibati xəta haqqında işin materiallarının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməsinə dair Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarından protokol tərtib edən orqan DƏMX-nin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Zərdab Rayon Məhkəməsinin (hakim Cavid Abbasov) ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayətin qismən təmin edilərək Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş materiallarının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməsi qərara alınmışdır. İşin halları: Muradov İkram Rasul oğlu məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 Xidməti tərəfindən ##.##.2025-ci il tarixdə barəsində Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qərardan məhz ## ###### 2026-cı il tarixdə xəbər tutmuşdur. Belə ki, inzibati qərarı qəbul edən orqan ona ##.##.2026-cı il tarixdə məktub ünvanlayaraq həmin məktuba ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və müvafiq bank hesablarını əlavə etmişdir. Sözügedən məktuba əlavə olunmuş qərarla tanış olan zaman bilmişdir ki, 1500 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, qərar qəbul olunan zaman maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. İnzibati orqan tərəfindən barəsində qərar qəbul olunan zaman ona məlumat verilməmiş və müdafiə imkanları məhdudlaşdırılmışdır. Hansı ki, mövcud qanunverilcilik onu deməyə əsas verir ki, barəsində qərar qəbul edən zaman inzibati orqan onu dəvət etməli və müdafiə imkanlarını təmin etməli idi. Lakin, qərar gizlin şəkildə qəbul olunmaqla hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də hesab edir ki, barəsində qəbul edilmiş qərar əsasız olduğu üçün ləğv edilməlidir. Birinci instansiya məhkəməsində iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs Muradov İkram Rasul oğlu şikayətin dəlillərinə uyğun çıxış edərək bildirmişdir ki, Zərdab rayonunda yerləşən “İsaqbağı Sudan İstifadəedənlər” Birliyinin direktoru vəzifəsində çalışır. Rəhbərlik etdiyi birliyin işçisi X4 icbari sığorta müqaviləsinin vaxtının bitdiyini sonradan bilmişdir. Bu barədə məlumatı olan kimi işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmişdir. X3 Xidməti tərəfindən birliyə daxil olmuş ## ###### 2026-cı il tarixli məktubdan məlum olmuşdur ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi nəticəsində 1500 manat məbləğində cərimə olunmuşdur və həmin məktubda cərimənin onun əmək haqqından tutulmasına dair göstəriş verilmişdir. Barəsində qəbul edilmiş qərarla razı deyildir, şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən şikayət verilmişdir. şikayətin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin (hakim Cavid Abbasov) ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayətçi "İsaqbağı Sudan İstifadəedənlər" Birliyinin direktoru Muradov İkram Rasul oğlunun Qərarından şikayət verilən orqan ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, yenidən baxılması üçün Xidmətə geri göndərilməsi qərara alınmışdır. Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməli və Qərarından şikayət verilən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qüvvədə saxlanılmalıdır. Məhkəmə öz qərarında ziddiyətli mülahizələrə əsaslanmışdır. Onun istinad etdiyi qanunvericiliyin müddəalarından qərarın qanuna uyğun olmaması və ya əsassızlığı ilə bağlı məhkəmənin mülahizələrinin qanunvericiliyin tələblərinə və məntiqə uyğun olmadığı müəyyən olunur. Həmçinin məhkəmə işə baxılmasında, yalnız barəsində İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən onun müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq iş üzrə "İsaqbağı Sudan İstifadəedənlər" Birliyinin direktoru Muradov İkram Rasul oğlunun barəsində olan elektron qərar ləğv edilmişdir. Belə ki, dövlət orqanlarının elektron informasiya sistemlərindən əldə olunan rəsmi məlumatlara əsasən Xidmət tərəfindən "İsaqbağı Sudan İstifadəedənlər" Birliyinin direktoru Muradov İkram Rasul oğlu tərəfindən işçinin icbari sığortalanmasını həyata keçirilmədiyi müəyyən edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli olduğu halda işçinin icbari sığortalanmasını təmin etmədiyinə görə, haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə barəsində ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli elektron qərar qəbul edilmişdir. Məhkəmənin nəzərinə çatdırırıq iki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-3.1 -ci maddəsinə əsasən Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Bildiririk ki, Əmək qanunvericiliyinin tələbinə əsasən, əmək müqaviləsi bağlandığı gün işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir Məhkəmənin ilk növbədə inzibati xəta haqqında protokol tərtib edilməsi, daha sonra həmin protokol İXM-in 57-1-ci maddəsinə əsasən vəzifəli şəxs həmin inzibati xəta haqqında protokol barəsində məlumatlandırılmasına dair mövqeyi əsassızdır. Belə ki, məhkəmə bu səbəbdən də qərarın təsviri-əsaslandırıcı hissəsində geniş şəkildə qəörarın çatdırılmaması məsələsinə toxunsa da nəticədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün bu əsasa (başqa bir normaya) istinad edə bilməmişdir. Eyni zamanda, məhkəmə qanunla nəzərdə tutulmadığı halda inzibati orqan tərəfindən pozuntu aşkar edildiyi halda qərar qəbul edilməzdən öncə vətəndaşa xəbərdarlıq edilməsi öhdəiliyini müəyyən etmişdir. Məhkəmənin bu yanaşması qanuni əsasa söykənməməklə yanaşı, elektron qərarın mahiyyətinə ziddir. Belə ki, elektron qərar Məcəllədə müəyyən edildiyi kimi törədilmiş xətaya münasibətdə real vaxt rejimində qəbul edilir. İnzibati Xətalar Məcəllənin 127-3.2-ci maddəsinə əsasən Məcəllənin 127-3.1 -ci maddəsində göstərilən inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1 -ci hissəsinə əsasən “İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ‘nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını tərnin etməlidir”. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılması nəzərdə tutulmuşdur. Həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -1 -ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və hərnin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. Göründüyü kimi X3 Xidməti iş üzrə səlahiyyətli orqan kimi qanun pozuntusunun və işçinin hüquqlarının bərpası məqsədilə üzərinə düşən bütün vəzifələri qanuni və şəffaf şəkildə icra etmişdir. Məhkəmə isə X3 Xidmətindən fərqli olaraq iş materiallarına qiymət vermədən və araşdırmadan, naməlum səbəblərdən inzibati xəta törətmiş şəxsi əsassız və qərəzli şəkildə müdafiə etmək məqsədi ilə ümumiyyətlə inzibati xəta tərkibinin olmadığını irəli sürüb işçinin hüquqlarım pozan və qanuna zidd olan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. "İsaqbağı Sudan İstifadəedənlər" Birliyinin direktoru Muradov İkram Rasul oğlu tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsinin bağlanılmayaraq İXM- in 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əsas obyekti olan maliyyə və sığorta qanunvericiliyinə, habelə əlavə obyekti sayılan əmək qanunvericiliyinə ziyan vurulmuşdur. İnzibati xəta tərkibinin obyektiv cəhəti "İsaqbağı Sudan İstifadəedənlər" Birliyinin direktoru Muradov İkram Rasul oğlu tərəfindən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməyərək “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanılmasını təmin etməməkdə (hərəkətsizliklə) ifadə olunmuşdur. Beləliklə, Qərarından şikayət verilən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1 -ci maddəsi ilə tərtib edilmiş 17.11,2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Eyni zamanda, "İsaqbağı Sudan İstifadəedənlər" Birliyinin direktoru Muradov İkram Rasul oğlunun Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik təşkilat olduğundan tam əhatə oiunur və İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edliir. İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığım, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21 -ci maddəsində isə qeyd edilir ki; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.” İş materiallarında olan sənədlərə əsasən "İsaqbağı Sudan İstifadəedənlər” Birliyinin direktoru Muradov İkram Rasul oğlunun tərəfindən İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı qanunvericiliyin tələblərinə tam uyğun olması öz təsdiqini tapır. Odur ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Qərarından şikayət verilən orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə "İsaqbağı Sudan İstifadəedənlər" Birliyinin direktoru Muradov İkram Rasul oğlu barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. prosessual məsələlər: Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul edən orqanın nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə X3 tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs İsaqbağı Sudan İstifadəedənlər Birliyinin direktoru Muradov İkram Rasul oğlu barəsində İXM-nin 469-1-ci maddəsi ilə qəbul edilmiş qərara baxaraq şikayətin qismən təmin edilməsi, qərarın ləğv edilməsi və yenidən baxılması üçün Xidmətə geri qaytarılması barədə qərar qəbul edilmişdir. Əsas olaraq da göstərilmişdir ki, müvafiq elektron qərar qəbul edilməzdən əvvəl tərəf elektron protokolla məlumatlanmalı və tərəfin iştirakı təmin olunmalı idi. Apellyasiya şikayətində də qeyd edildiyi kimi pozuntu elektron sistem tərəfindən aşkar edilmişdir. Bu vaxt elektron protokol tərtib olunmur, çünki bu real vaxt rejimində işləyir. Birinci instansiya məhkəməsində izahat vermiş şəxs özü də bildirmişdir ki, pozuntudan sonradan məlumatı olmuş və həmin pozuntunu aradan qaldırmışdır. Verilən suallara cavab olaraq bildirdi ki, qərar İsaqbağı Sudan İstifadəedənlər Birliyində çalışan işçilərin icbari qaydada sığortalanmamaları ilə bağlı qəbul edilmişdir. İnzibati xəta haqqında pozuntu elektron qaydada aşkar edilmiş, inzuibati xətanın aşkar olunmasında insan faktoru olmamışdır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Muradov İkram Rasul oğlu bildirdi ki, ona heç bir xəbərdarlıq olunmadan cərimə yazılmış, sığortanın məbləği 48 manatdır. Əgər pozuntudan vaxtında xəbəri olsa idi aradan qaldırardı. Cərimə olunandan dərhal sonra müqavilə bağlanılmış və işçiləri icbari qaydada sığorta etdirmişlər. Verilən suallara cavab olaraq bildirdi ki, onlara cərimənin ödənilməsi ilə bağlı DƏMXdən məktub göndərilmiş, həmin məktubda onların1500 manat cərimə olunması qeyd olunmuşdur. Onların illik gəlirləri 4000-5000 manat təşkil edir. Onlar bilərəkdən inzibati xəta haqqında pozuntunu törətməmişlər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. hüquqi məsələlər: Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1 İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan ## ###### 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “İsaqbağı Sudan İstifadəedənlər” Birliyi (Muradov İkram Rasul oğlu) ilə X4 arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmaması nəticəsində Birliyin icraçı direktoru Muradov İkram Rasul oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X3 Xidməti tərəfindən “İsaqbağı Sudan İstifadəedənlər” Birliyinə ünvanlanmış ##.##.2026-cı il tarixli məktubdan görünür ki, “İsaqbağı Sudan İstifadəedənlər” Birliyinin icraçı direktoru Muradov İkram Rasul oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1.ci maddəsi ilə təqsirli bilinərək barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, barəsində qərar qəbul edilmiş şəxsin əmək haqqından hər ay 25 % tutulmaqla 1500 manat məbləğində cərimənin ödənilməsinin təmin olunması və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan ##.##.2007-ci il tarixli əmrdən çıxarışdan görünür ki, Muradov İkram Rasul oğlu “İsaqbağı Sudan İstifadəedənlər” Birliyinin icraçı direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən arayışdan görünür ki, “İsaqbağı Sudan İstifadəedənlər” Birliyi (VÖEN: **********) ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixinədək mövsümi fəaliyyət və digər amillərlə əlaqədar fəaliyyətini müvəqqəti dayandırmışdır. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən MEİS dövlət informasiya sistemi vasitəsilə İsaqbağı Sudan İstifadəedənlər” Birliyi tərəfindən işçilərin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması aşkar edildikdə ilk növbədə bu barədə inzibati xəta haqqında protokol tərtib edilməli, daha sonra həmin protokol İXM-in 57-1-ci maddəsinə əsasən vəzifəli şəxs həmin inzibati xəta haqqında protokol barəsində məlumatlandırılmalıdır. Vəzifəli şəxs 57-1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. İnzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün iki gün müddətində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən məhkəməyə göndərilməlidir. Apellyasiya şikayətində aşkar edilmiş inzibati xəta əməlinə dair inzibati orqan tərəfindən real vaxt rejimində elektron qərarın qəbul edildiyini göstərməklə pozuntu aşkar edildiyi halda qərar qəbul edilməzdən öncə vətəndaşa xəbərdarlıq edilməsi öhdəliyinin elektron qərarın mahiyyətinə zidd olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 127-3.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469-1-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar üzrə dövlət informasiya sistemlərindən (ehtiyatlarından) istifadə edilməklə aşkar olunmuş inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İXM-in 127-3.2-ci maddəsinə əsasən bu Məcəllənin 127-3.1-ci maddəsində göstərilən inzibati xətalar dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində səlahiyyətli orqanların informasiya sistemlərində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və səlahiyyətli orqanın müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi İXM-in 127-3.2-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunması müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında iş materiallarının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməsi barədə qərar qəbul etməklə tam ədalətli və qanuni mövqe tutmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin olunmamalı, Qərarından şikayət verilən orqan tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə və inzibati xəta haqqında işin materiallarının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş prosedurlara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməsinə dair Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar