Azərbaycan Respublikası adından Qərardad İş № 3(3-10)-198/2026 15.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün iş üzrə qərarın surətinin Zaqatala Rayon Polis Şöbəsinə göndərilməsi haqqında Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş ##.##.2026-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün iş üzrə qərarın surətinin Zaqatala Rayon Polis Şöbəsinə göndərilməsi haqqında Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayəti Şəki Аpellyasiya Məhkəməsinə аiddir. İnzibati xətа haqqında iş üzrə icraatı rədd edən hallar araşdırılarkən müəyyən edildi ki, iş materiallarında olan ## #### 2026-cı il tarixli məktubdan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yuxarıda qeyd edilən qərarın surətini ## #### 2026-cı il tarixdə əldə etmiş və bunu öz imzası ilə təsdiqləmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətini ## ##### 2026-cı il (apellyasiya şikayətinin sonluğundan qeyd edilib) tarixdə tərtib etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli qərarı ilə ## #### 2026-cı il tarixdən – ## #### 2026-cı il tarixədək qeyri-iş günü hesab edilmişdir. Oxşar münasibətləri tənzimləyən İXM-in 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Araşdırılan işdən məlum olur ki, apellyasiya şikayətinin prosessual müddəti zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs münasibətdə ## #### 2026-cı il tarixdə bitmişdir. ## #### 2026-cı ilin qeyri-iş günü və ## #### 2026-cı ilin ilk iş günü olduğu nəzərə alındığında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini ## ##### 2026-cı il tarixdə verməklə prosessual müddəti 2 gün gecikdirmişdir. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir (İnzibati Xətalar Məcəlləsinin 57.2-ci maddəsi). İnzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 57.5-ci maddəsi). Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir (İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsi). Göründüyü kimi, qeyd olunan maddələrin mənasına görə, birinci instansiya məhkəməsinin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. İş materiallarından görünür ki, inzibati xəta haqqında qərar zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət vermə müddətini ötürmüş və bu məsələ birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməmişdir. Belə vəziyyətdə məsələ İXM-in 130-cu maddəsinin tələblərinə uyğun olaraq həll edilməsi üçün şikayət və iş materialları iş üzrə qərar qəbul etmiş birinci instansiya məhkəməsinə göndərilməlidir. İXM-in 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsi həll edilir. Şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İXM-in 132.2-ci maddəsi). Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin inzibati xəta haqqında qərarından buraxılmış şikayət vermə müddətinin bərpasına baxılmalı olduğundan və inzibati xəta haqqında qərar qəbul etmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayət vermə müddətini ötürməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından, inzibati işin materialları həmin məsələnin həll edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və İXM-in 132-ci maddəsini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayətin müddətinin bərpa edilməsi məsələsinə baxılması üçün işin materialları Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddan kаssаsiyа qаydаsındа şikаyət və yа protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-198/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-10)-198/2026
15.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver