Məhkəmə qərarları › İş №3(3-10)-200/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-200/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 3(3-10)-200/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov Imanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə IXM-in) 529.3-cü maddəsi ilə təqsirli bilinib, ona 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırması tənbeh növü təyin edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 529.3-cü maddəsi ilə ## ###### 2026-cı il tarixdə tərtib edilmiş IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində IXM-in 329.1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2025-ci il tarixli EQ ******** saylı inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar əsasında 40 manat inzibati qaydada cərimə edilmiş, qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəriməni ödəməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin *(*- ***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə IXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququm 06 (altı) ay müddətə məhdudlaşdırılıb. Hesab edir ki, qərar əsassızdır və ləğv edilməlidir. Hazırkı iş üzrə cərimə qərarının qüvvəyə mindiyi gündən 3 ay əvvəl şəxsə çatdırılması iş üzrə sübut edilmir. Iş materiallarına cərimə qərarının şəxsə çatdırılmasına dair hər hansı bir sübut, poçt sənədi mövcud deyildir, bu barədə əsaslandırma aparılmamışdır. Bununla da IXM-in 529.3-cü maddəsi ilə hazırkı protokol tərtib edilməzdən 3 ay əvvəl cərimə qərarının şəxsə çatdırılmasına dair hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Odur ki Göyçay Rayon Məhkəməsinin*(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi, inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: IXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməli və Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməlidir. Belə ki, tərtib edilmiş inzibati xəta protokolundan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Iş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 09:28-də X1 hesabına 64 manat məbləğində ödəniş etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iş üzrə həlledici əhəmiyyət kəsb edən maddi sübutlara və qanunvericiliyin imperativ tələblərinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, qanunvericilik inzibati cərimələrin icrası ilə bağlı məsuliyyət müəyyən etməklə yanaşı, şəxsə xətanın nəticələrini könüllü aradan qaldırmaq üçün xüsusi imtiyaz da tanımışdır. IXM-in 529-cu maddəsinin 1-ci "Qeyd" hissəsinə əsasən, 529.3-cü maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq edilmiş EQ ******** saylı qərar üzrə 40 manatlıq əsas cərimə borcunu və ona hesablanmış dəbbə pulunu (cəmi 64 manat məbləğində) ##.##.2026-cı il tarixdə, saat 09:28-də (********** nömrəli ödəniş qəbzi ilə) tam şəkildə ödəmişdir. Sözügedən ödəniş apellyasiya məhkəməsinin yekun qərarı elan olunmazdan əvvəl icra edilmişdir. Məhkəmə qeyd edir ki, IXM-in 529-cu maddəsinin 1-ci qeydindəki "məhkəmə qərar qəbul edənədək" ifadəsi həm birinci instansiya, həm də apellyasiya məhkəməsinin yekun qərarını əhatə edir. Inzibati tənbeh tədbiri (sürücülük hüququnun məhdudlaşdırılması) dövlət tərəfindən tətbiq edilən məcburi xarakterli təsir vasitəsidir və onun əsas məqsədi cərimə öhdəliyinin icrasını təmin etməkdir. Şəxs tərəfindən borcun tam ödənilməsi hüquqpozmanın nəticələrinin aradan qalxdığını və dövlətin bu xüsusda maddi marağının təmin olunduğunu göstərir. IXM-in 529-cu maddəsinin 1-ci qeydi mahiyyəti etibarilə stimullaşdırıcı bir normadır. Bu norma qanunverici tərəfindən şəxsi cərimə öhdəliyini könüllü icra etməyə təşviq etmək məqsədi ilə müəyyən edilmişdir. Şəxs cəriməni və ona əlavə edilmiş digər ödənişləri məhkəmənin yekun qərarınadək ödəməklə, qanunvericiliyin bu təşviqindən yararlanmaq hüququ qazanır. Apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, B.E.Sahib oğlunun ##.##.2026-cı il tarixli ödənişi bu hüquqi imtiyazın tətbiqi üçün kifayət edən və mübahisəsiz əsasdır. Belə olan halda, qanunvericiliyin imperativ (məcburi) tələbi şəxsin inzibati məsuliyyətdən azad edilməsini diktə edir. Ödəniş faktı təsdiq olunduğu təqdirdə, şəxsin sürücülük hüququnun məhdudlaşdırılması barədə tənbehin qüvvədə saxlanılması həm IXM-in 529-cu maddəsinin qeydinə, həm də ədalətlilik prinsipinə ziddir. Inzibati tənbeh özlüyündə bir məqsəd deyil, hüquq qaydasının bərpası üçün bir vasitədir. Sürücülük hüququnun məhdudlaşdırılması sanksiyası bu maddə üzrə məhz cərimənin icrasını təmin edən bir təsir mexanizmi kimi çıxış edir. Əgər əsas öhdəlik (cərimə borcu) şəxs tərəfindən icra edilmişdirsə, artıq həmin icranı təmin etməyə xidmət edən 'yardımçı' tənbeh vasitəsinin (hüququn məhdudlaşdırılması) tətbiqi öz hüquqi aktuallığını və zəruriliyini itirir. Cərimənin ödənildiyi halda tənbehin tətbiqi, tənbeh tətbiqinin mahiyyətinə və məntiqinə ziddir. Inzibati xətanın mahiyyəti dövlətin müəyyən etdiyi maliyyə öhdəliyinin vaxtında yerinə yetirilməməsindən ibarətdir. Borcun apellyasiya icraatı gedişatında tam ödənilməsi ilə törədilmiş əməlin ictimai təhlükəliliyi və dövlətin iqtisadi maraqlarına dəyən ziyan faktiki olaraq aradan qalxmış hesab olunur. Belə olan halda, şəxs barəsində hələ də 6 aylıq məhdudlaşdırma tənbehinin saxlanılması şəxsin vəziyyətini əsassız olaraq ağırlaşdıran, heç bir ictimai faydası olmayan və yalnız cəzalandırma məqsədi daşıyan bir tədbirə çevrilir ki, bu da ədalətlilik prinsipi ilə birbaşa ziddiyyət təşkil edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cərimənin tam ödənilməsi faktı IXM-in 529-cu maddəsinin 1-ci qeydinə əsasən şəxsin inzibati məsuliyyətdən azad olunması üçün imperativ (məcburi) əsas yaradır və bu hal birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını hüquqi baxımdan qeyrimümkün edir. IXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. IXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, IXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. IXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar