Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-201/2026 24.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki şəhəri Şəki Apellyasiya Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Ibrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı (sədrlik edən hаkim İ.Fəttahov) ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılması inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 529.3-cü maddəsi ilə ## ###### 2026-cı il tarixli IXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 332.3-cü maddəsi ilə IXP ******* saylı protokol üzrə tərtib edilmiş ##.##.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında elektron qərar əsasında 400 manat inzibati qaydada cərimə edilmiş, qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət keçməsinə baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəriməni ödəməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclаsının vаxtı və yeri hаqqındа lаzımi qаydаdа xəbərdаr edilmiş bаrəsində inzibаti xətа hаqqındа iş üzrə qərаr qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Göyçay Rаyоn Pоlis Şöbəsinin nümаyəndəsi məhkəmə iclаsınа gəlməmiş və bunun səbəbləri bаrədə məhkəməyə hər hаnsı məlumаt verməmişlər. Məhkəmə hаzırki işə həmin şəxslərin iştirаkı оlmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Belə ki, Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 133.2-ci mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən:…133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir; 133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası IXM-nin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsində isə göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs idarə etdiyi “X1 Prado” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə m- 5, Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun 53-cü km-də yol hərəkəti qaydalarını pozmaqla Azərbaycan Respublikası IXM-in 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-in 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Iş materiallarından həmçinin görünür ki, Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında ##.##.2025-ci il tarixli, TP ******* saylı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən icra edilmədiyi üçün Azərbaycan Respublikası IXM-in 96.1-ci maddəsinə əsasən idarə etdiyi “X1 Prado” markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və BDYPI-nin mühafizə olunan duracağına yerləşdirilməsi haqqında ##.##.2026-cı il tarixdə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası IXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə - inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2025-ci il tarixli, TP ******* saylı elektron qərar qanuni qüvvəyə minmiş və həmin tarixdən etibarən üç ay müddətində həmin qərarla müəyyən edilmiş cərimə könüllü qaydada icra edilməmişdir. Yəni Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləğində inzibati cəriməni ##.##.2025-ci il tarixli, TP ******* saylı qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Elektron qərarın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi və bu barədə sübutların iş materiallarında mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası IXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında ## ###### 2026-cı il tarixli IXP ******* saylı protokol, ##.##.2025-ci il tarixli, TP ******* saylı qərar, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, şəxs tərəfindən cərimənin icrasından yayınma hallarına yol verilməsi onun üzərinə düşən inzibati öhdəliyin icrasına laqeyd münasibət göstərdiyini təsdiq edir. Elektron qərarın qanuni qüvvəyə mindiyi tarixdən sonra könüllü icra üçün kifayət qədər müddət mövcud olmuşdur. Şəxsin cəriməni ödəmək üçün real imkanı olduğu halda uzun müddət ərzində hər hansı ödəniş etməməsi onun inzibati xəta haqqında iş üzrə öhdəliyin icrasından qəsdən yayınması kimi qiymətləndirilməlidir. Məhkəmə onu da bildirir ki, Аzərbаycаn Respublikаsı IXM-nin 529-cu mаddəsinin qeyd hissəsinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Göyçay Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli 3(5-123)-133/2026 qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Аzərbаycаn Respublikаsı Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Göyçay Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-201/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-201/2026
24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver