Məhkəmə qərarları › İş №3(3-10)-202/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-202/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 3(3-10)-202/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən G.Quliyeva) ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 192.4 və 539.3cü maddələri ilə şərti olaraq inzibati cərimə edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “X17 Zavodu” ASC-nin – onun İXM-in 192.4 və 539.3-cü maddələri ilə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimə olunmağı haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-in 192.4 və 539.3-cü maddələrinə əsasən 1700 manat məbləğində cərimə olunmuşdur. Onun barəsində tətbiq olunmuş bu qərarı əsassız hesab edir. Belə ki, aralarında BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli Müqaviləyə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli Saziş bağlanmış və həmin Sazişə əsasən, Bir tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Birinci tərəf adlandırılacaq), Nizamnaməsi əsasında fəaliyyət göstərən İdarə Heyətinin sədri İsalı Toğrul Fəxrəddin oğlunun şəxsində və digər tərəfdən “X17 Zavodu” ASC-nin (VÖEN 2700036131), (bundan sonra "İkinci tərəf adlandırılacaq) Direktoru Qərardan şikayət verən orqan (şəxs) şəxsində, hər iki tərəf birlikdə "Tərəflər” adlandırılacaq, # #### 2025-ci il tarixli Sazişi bağlayaraq aşağıdakılar barədə razılığa gəldilər: 1) Tərəflər razılaşırlar ki, bu Saziş imzalandığı tarixdən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə “X17 Zavodu” ASC-nin (VÖEN 2700036131) arasında bağlanmış BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə həmin müqavilənin 4-cü bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən # #### 2025-ci il tarixindən xitam verilir. 2) Bu Saziş imzalandıqdan sonra "X17 Zavodu" ASC-nin BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə əsasən # #### 2025-ci il tarixinə “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə 64 900.00 (altmış dörd min doqquz yüz) manat (ƏDV daxil) müqavilə üzrə ödənilməmiş borcu qüvvədə qalır. 3) Tərəflərin (BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqavilə üzrə “X17 Zavodu " ASC tərəfindən “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə ##.##.2025-ci il tarixinə ödənilməmiş borc məbləği xaric) biri birinə keçmiş və gələcək dövrlərlə bağlı heç bir iddiası, tələbi yoxdur və yaranacaq iddia və tələbləri bu saziş imzalandıqdan sonra əsassız hesab edilir. 4) Bu Saziş 2 (iki) nüsxədə imzalanıb və imzalandığı andan qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarı tamamilə əsassız və qanunsuzdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X9 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin MN 2407534 nömrə ilə ## ###### 2025-ci il tarixdə vətəndaş Hüseynov Şamo İlqar oğlunun müraciəti əsasında inzibati xəta haqqında protokol tərtib edilmiş eyni zamanda həmin vətəndaşın Hüseynov Şamo İlqar oğluna müraciəti ilə bağlı yenidən ## ###### 2025-ci il tarixdə MN 2407535 nömrə ilə inzibati xəta haqqında əlavə olaraq yenidən “Akkord-X18” ASC-yə 2-ci dəfə protokol tərtib edilmişdir. X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsi vətəndaş X1 (qeyd Mərkəzi Aran regional şöbəsi adı çəkilən şəxs barəsində həmin şöbənin rəisi tərəfindən “Akkord-X18” ASC-nin direktoruna) ünvanlanmış 3 məktubun hər birində vətəndaşın soyadı Hacıyev kimi qeyd edilmişdir. Ona görə də tərtib edilmiş hər iki protokol nöqsanlıdır. Barəsində regional şöbə ## ###### 2025-ci il tarixdə MN 2407522 nömrə ilə inzibati xəta haqqında “Akkord-X18” ASC-nin rəhbərliyinə AR İXM-nin 539.3-cü maddəsi ilə protokol tərtib edilmiş, yenidən Samir Həsənovun müraciəti əsasında AR İXM-nin 539.1-ci maddəsi ilə ## ###### 2025-ci il tarixdə MN 2407523 nömrə ilə təkrar inzibati xəta haqqında protokol tərtib etmişdir. Xüsusi olaraq vurğulamışdır ki, protokollarda vətəndaşın soyadı Həsənov kimi göstərilsə də DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin MN 0030591 nömrə ilə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarında Hüseynov Şamo İlqar oğlunun və oxumaq çətin olduğuna görə Həsənov və ya Hacıyev kimi qeyd edilmişdi. Ona görə də tərtib edilmiş protokollar tərtib edilmiş qərarda qaralama getdiyi üçün şəxsin soyadını düzgün müəyyən etmək mümkün deyildir. Əgər bu məlumatlar protokol və qərarda düzgün qeyd edilmirsə həmin protokol və qərarın ləğv edilməsi üçün kifayət qədər əsaslar vardır. Qərardan verdiyi şikayətdə göstərdiyi # #### 2025-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə sazişdə- “Akkord- X18” ASC ilə Azərbycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxslə aralarında bağlanmış sazişə əsasən # #### 2025-ci il tarixdən - “Akkord-X18” ASCyə 1 i iyul 2025-ci il tarixdən xitam verilmiş və müəssisə Azərbycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin sərəncamına keçmişdir. Beləliklə, # #### 2025-ci il tarixdən ləğv edilmiş müəssisənin mühafizəsi publik hüquqi şəxs tərəfindən mühafizə edilir və onları, yəni idarənin rəhbərliyini, həmçinin işçiləri yuxarda qeyd etdiyi tarixdən müəssisəyə buraxmırlar. Ona görə də vətəndaş Hüseynov Şamo İlqar oğlunun və X1 əmək kitabçaları həmçinin digər zəruri sənədlər müəssisənin inzibati binasında seyfdə saxlandığına görə, rəhbər işçiləri müəssisəyə buraxmadıqlarına görə müəssisədə işləyən vətəndaşların əmək kitabçalarını onların özlərinə şəxsən təqdim edə bilməmişdir. Müəssisə # #### 2025- ci il tarixdə fəaliyyətinə xitam vermişdir. Ona görə də müəssisənin gəliri olmadığına görə bu barədə işçilərlə fərdi söhbətlər aparılmış və onlara izahatlar verilmişdir ki, müəssisə öz fəaliyyətini dayandırır. Yuxarıda göstərdiyi əsaslara görə DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin MN 0030591 nömrə ilə tərtib edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar ləgv edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qəraı qanunsuz və əsassızdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) oğlu çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 3(5-146)-48/2026 saylı qərarı verilmiş şikayətə münasibətdə ləğv edilməlidir. Belə ki, ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hüseynov Şamo İlqar oğlunun və X2 müraciətinə baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən işəgötürənə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə ##.##.2025-ci il tarixli *-**-*/*- ******/**** saylı və *-**-*/*-******/**** saylı məktublar göndərilmiş, lakin zəruri olan məlumatlar (sənədlər) təqdim edilməmişdir. Həmçinin işəgötürən ##.##.2025-ci il tarixdən işçilərə əmək haqqı hesablamamış və ödənilməsini təmin etməmişdir. Nəticədə İXM-in 192.4 və 539.3-cü maddələri ilə təqsirli bilinərək 1700 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərara alınmışdır. BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli Müqaviləyə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli Sazişdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Birinci tərəf”) İdarə Heyətinin sədri İsalı Toğrul Fəxrəddin oğlu və “X17 Zavodu” ASC-nin (VÖEN 2700036131), (bundan sonra "İkinci tərəf) direktoru Qərardan şikayət verən orqan (şəxs) arasında 1) Tərəflər razılaşırlar ki, bu Saziş imzalandığı tarixdən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə “X17 Zavodu” ASC-nin (VÖEN 2700036131) arasında bağlanmış BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə həmin müqavilənin 4-cü bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən # #### 2025-ci il tarixindən xitam verilir. 2) Bu Saziş imzalandıqdan sonra "X17 Zavodu" ASC-nin BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə əsasən # #### 2025-ci il tarixinə “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə 64 900.00 (altmış dörd min doqquz yüz) manat (ƏDV daxil) müqavilə üzrə ödənilməmiş borcu qüvvədə qalır. 3) Tərəflərin (BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqavilə üzrə “X17 Zavodu" ASC tərəfindən “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə ##.##.2025-ci il tarixinə ödənilməmiş borc məbləği xaric) biri birinə keçmiş və gələcək dövrlərlə bağlı heç bir iddiası, tələbi yoxdur və yaranacaq iddia və tələbləri bu saziş imzalandıqdan sonra əsassız hesab edilir. 4) Bu Saziş 2 (iki) nüsxədə imzalanıb və imzalandığı andan qüvvəyə minir. Qeyd olunanlar barədə tərəflər arasında razılıqla bağlı Saziş imzalanmışdır. MN ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Hüseynov Şamo İlqar oğlunun müraciətinə baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən işəgötürənə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktub göndərilmiş, lakin zəruri olan məlumatlar (sənədlər) təqdim edilməmişdir. Həmçinin işəgötürən ##.##.2025-ci il tarixdən işçilərə əmək haqqının hesablanaraq ödənilməsini təmin etməmişdir. Hüseynov Şamo İlqar oğlu tərəfindən X9 Xidmətinə ünvanlanmış ərizədən görünür ki, o, ##.##.2025-ci il tarixdə “X17 Zavodu” ASC-də çilingər vəzifəsinə qəbul olunmuşdur. Əmək haqqı gündəlik 35 manat təşkil edirdi. İşlədiyi dövrdə əmək haqqısı düzgün hesablanıb ödənmirdi. ##.##.2025-ci il tarixdə onu zavodun bağlandığını bildirərək işə buraxmadıqlarını qeyd etmişdir. Həmçinin qeyd olunan tarixdən sonra onun bağlanmış əmək müqaviləsinə əsasən nə vergi nə də DSAAF ödənişlərini etmir nə boş dayanmaya görə ona ödəniş etmir, nə də ki, əmək müqaviləsinə xitam verilməmişdir. Onun əsas tələbi zavod rəhbərliyinin ##.##.2025-ci ildən bu günədək boş dayanma vaxtının ödənilməsi, son olaraq hesabının düzgün hesablanıb ödənilməsi və əmək müqaviləsinə düzgün əsasla 70b maddəsi ilə xitam verilməsini xahiş etmişdir X9 Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən “AkkordX18” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktubdan görünür ki, Hüseynov Şamo İlqar oğlunun müraciətinə münasibət bildirilməsi və və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. MN ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) X2 müraciətinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci bəndinə əsasən “Akkord-X18” ASC-yə ##.##.2025-ci il tarixli 3-17-5/2- ******/**** saylı məktubla qeyd edilən sənədlər DƏMX-nə təqdim edilməmişdir. X2 tərəfindən X9 Xidmətinə ünvanlanmış ərizədən görünür ki, o, ##.##.2022-ci il tarixdə “X17 Zavodu” ASC-də qaynaqçı vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi illərdə əmək məzuniyyətindən istifadə etməmişdir. Əmək haqqı hər saata görə 3 manat 80 qəpik təşkil edirdi. Gündəlik 8 saat işləyirdi. Həmçinin həftənin 6-cı və istirahət günləri işə cəlb olunurdu. Ancaq ona uyğun əmək haqqı 2 qat hesablanıb ödənmirdi. ##.##.2025-ci il tarixdə onu zavodun bağlandığını bildirərək işə buraxmadıqlarını qeyd etmişdir. Həmçinin qeyd olunan tarixdən sonra onun bağlanmış əmək müqaviləsinə əsasən nə vergi nə də DSAAF ödənişlərini etmir nə boş dayanmaya görə ona ödəniş etmir, nə də ki, əmək müqaviləsinə xitam verilməmişdir. Onun əsas tələbi zavod rəhbərliyinin ##.##.2025-ci ildən bu günədək boş dayanma vaxtının ödənilməsi, son olaraq hesabının düzgün hesablanıb ödənilməsi və əmək müqaviləsinə düzgün əsasla 70b maddəsi ilə xitam verilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı X9 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 539.3-cü maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində barəsində Regional şöbə tərəfindən inzibati xəta haqqında ##.##.2025-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilməsi və inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə bildiriş göndərilmişdir. MN ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) X2 müraciətinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci bəndinə əsasən “Akkord-X18” ASC-yə ##.##.2025-ci il tarixli 3-17-5/2- ******/**** saylı məktubla qeyd edilən sənədlər DƏMX-nə təqdim edilməmişdir. X9 Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən “AkkordX18” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktubdan görünür ki, X2 müraciətinə münasibət bildirilməsi və və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X9 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. Hüseynov Şamo İlqar oğlu və X2 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə verilmiş ##.##.2026-cı il tarixli ərizələrdən görünür ki, “Akkord-X18” ASC-nin direktoru Qərardan şikayət verən orqan (şəxs) hər hansı şikayət və tələbləri yoxdur. İş materiallarında olan ## ###### 2026-cı il tarixli ** nömrəli məktubdan görünür ki, “Akkord-X18” ASC X9 Xidmətinə ünvalnlanmış məktubda müəsissəsənin bütün əmlakı ilə birlikdə Əmlak Məsələri Dövlət Xidmətinə verildiyi, ## #### 2025-ci il tarixdə bütün rəbər və işçi heyətin müəsissədən uzaqlaşdırıldığı, "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” ilə icarə müqaviləsinə xitam verildiyini bildirilmiş və mövcud vəziyyətin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq müəyyən edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən faktiki hallara hüquqi qiymət verərkən maddi və prosessual hüquq normalarının tələblərini tam rəhbər tutmamış, nəticədə əsassız qərar qəbul etmişdir. Belə ki, İXM-in 84.1-ci maddəsinə görə, hakim sübutları işin bütün hallarının məcmusuna hərtərəfli və obyektiv baxılmasına əsaslanan daxili inamı ilə qiymətləndirməlidir. Lakin hazırkı iş üzrə müəyyən edilmiş hallar inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini ciddi şübhə altına qoyur. Belə ki, inzibati tənbeh vermə haqqında qərara əsasən, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 192.4 və 539.3-cü maddələri ilə məsuliyyətə cəlb edilməsinə səbəb kimi işçilərin sənədlərinin təqdim edilməməsi və əmək haqqının ödənilməməsi göstərilmişdir. Lakin iş materiallarına əlavə edilmiş 0# #### 2025-ci il tarixli Sazişdən aydın olur ki, "X17 Zavodu" ASC ilə "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" PHŞ arasındakı müqaviləyə həmin tarixdən xitam verilmiş və müəssisə faktiki olaraq Birinci tərəfin sərəncamına keçmişdir. Şəxsin izahatından və işin hallarından göründüyü kimi, müəssisəyə girişin məhdudlaşdırılması və sənədlərin seyfdə qalması səbəbindən sənədlərin təqdim edilməməsi subyektiv təqsirdən deyil, şəxsin iradəsindən kənar obyektiv maneələrdən qaynaqlanmışdır. Məhkəmə tərəfindən tədqiq edilən ## ###### 2026-cı il tarixli, ** nömrəli məktub iş üzrə həlledici əhəmiyyət kəsb edir. Həmin sənədlə təsdiq olunur ki, 'Akkord-X18' ASC hələ inzibati tənbeh qərarı qəbul edilməmişdən öncə X9 Xidmətini mövcud vəziyyət barədə rəsmi qaydada məlumatlandırmışdır. Məktubda müəssisənin bütün əmlakı ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi və ## #### 2025-ci il tarixdən rəhbər heyətin müəssisədən uzaqlaşdırılması faktı, işəgötürənin üzərinə qoyulan öhdəlikləri (sənəd təqdim etmək və s.) icra etmək üçün fiziki və hüquqi imkanının olmadığını birmənalı şəkildə sübut edir. Sözügedən məktubun mövcudluğu onu göstərir ki, X9 Xidməti inzibati tənbeh tətbiq edərkən işin real hallarından xəbərdar olmuş, lakin bu mühüm faktı nəzərə almamışdır. 'İnzibati icraat haqqında' AR Qanununun və İXM-in prinsiplərinə görə, inzibati orqan şəxsin həm əleyhinə, həm də leyhinə olan halları bərabər dərəcədə araşdırmalıdır. Müəssisənin sərəncamdan çıxması və rəhbərliyin əraziyə buraxılmaması faktı bilindiyi halda, Qərardan şikayət verən orqan (şəxs) sənədləri təqdim etməməkdə təqsirli bilinməsi hüquqi məntiqə sığmır və aşkar qanunsuzluqdur. ## #### 2025-ci il tarixdən müəssisənin idarəetməsinin faktiki olaraq Dövlət Xidmətinə keçməsi və icarə müqaviləsinə xitam verilməsi, Qərardan şikayət verən orqan (şəxs) həmin tarixdən etibarən işəgötürən kimi 'faktiki nəzarət' funksiyasını itirdiyini göstərir. Hüququn ümumi prinsipinə görə, heç kim imkanı xaricində olan və ya icrası obyektiv olaraq mümkün olmayan hərəkətlərə görə məsuliyyətə cəlb edilə bilməz İXM-in 14-cü maddəsinə əsasən, inzibati xəta yalnız o halda məsuliyyət yaradır ki, şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş olsun və ya dərk etməli olduğu halda ehtiyatsızlıq etmiş olsun. Lakin ** nömrəli məktubda əks olunan faktlar — yəni rəhbərliyin müəssisədən uzaqlaşdırılması — şəxsin iradəsinin bu prosesdə iştirak etmədiyini təsdiqləyir. Bu halda əməldə 'təqsir' elementi yoxdur, təqsir olmayan yerdə isə inzibati xəta tərkibindən söhbət gedə bilməz. Məhkəmə xüsusi olaraq qeyd edir ki, şikayətçi tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli ərizələrdə zərərçəkmiş şəxslər qismində çıxış edən Hüseynov Şamo İlqar oğlu və X2 Qərardan şikayət verən orqan (şəxs) qarşı hər hansı tələb və şikayətlərinin olmadığını bildirmişlər. Bu hal törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini aradan qaldırmaqla yanaşı, tərəflər arasındakı mübahisənin mahiyyətcə həll olunduğunu və inzibati tənbehin tətbiqinə zərurət qalmadığını göstərir. İXM-in 53.2-ci maddəsinə əsasən, şəxsin inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə və ya iş üzrə qanuna zidd əldə edilmiş sübutlardan istifadə edildikdə icraata xitam verilməlidir. Hazırkı işdə həm müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı obyektiv vəziyyət, həm də protokol tərtibi zamanı yol verilmiş prosessual xətalar Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibinin olmasını şübhə altına qoyur. İnzibati xətalar qanunvericiliyinin əsas prinsiplərinə görə, aradan qaldırılması mümkün olmayan şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol və qərarlarda vətəndaşların soyadlarının (Hacıyev, Həsənov, Hüseynov) qeyri-dəqiq göstərilməsi və sənədlərdəki oxunması çətin olan qaralamalar prosessual sənədin etibarlılığını şübhə altına qoyur. İXMin 5.3-cü maddəsinə əsasən, inzibati xətalar haqqında iş üzrə icraat zamanı yaranan və aradan qaldırılması mümkün olmayan şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməlidir. Maddi sübutlardakı bu ziddiyyətlər təqsirliliyi birmənalı təsdiq etməyə imkan vermir. Zərərçəkmiş şəxslərin məhkəməyə təqdim etdikləri 'şikayətlərinin olmaması' barədə ərizələri göstərir ki, pozulmuş hesab edilən hüquqlar bərpa olunmuş və ya tərəflər arasında qarşılıqlı razılıq əldə edilmişdir. İnzibati tənbehin məqsədi yalnız cəzalandırmaq deyil, həm də tərbiyəvi xarakter daşımaqdır (İXM Maddə 21). Tərəflər arasında iddia və tələblərin qalmadığı bir şəraitdə, şəxsin ağır pul cəriməsinə məhkum edilməsi ədalətlilik prinsipi ilə mütənasiblik təşkil etmir. Sazişə əsasən müəssisənin fəaliyyətinə ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Bu tarixdən sonra müəssisənin gəlir əldə etməməsi və faktiki fəaliyyət göstərməməsi, işçilərlə aparılan fərdi söhbətlər və onlara vəziyyətin izah edilməsi işəgötürənin vicdanlı davranışından xəbər verir. Müəssisənin ləğv prosesində olduğu bir vaxtda, keçmiş rəhbərliyin hələ də tam məsuliyyət daşıyıcısı kimi təqdim edilməsi maddi hüquq normalarının yanlış tətbiqi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını (müqaviləyə xitam verilməsi, binaya girişin bağlanması, sənədlərdəki prosessual xətalar) nəzərə almadan qərar çıxarmışdır. Bu səbəbdən, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibinin subyektiv cəhəti (təqsir) sübuta yetirilməmiş hesab olunmalı və iş üzrə icraata İXM-in 53.2-ci maddəsinə uyğun olaraq xitam verilməlidir. İş materiallarından göründüyü kimi, X9 Xidməti tərəfindən eyni hüquqpozma faktı üzrə qısa zaman kəsiyində bir neçə fərqli protokol (MN 2407534, MN 2407535, MN 2407522, MN 2407523) tərtib edilmişdir. Bu, hüququn fundamental prinsiplərindən olan eyni əmələ görə təkrarən inzibati məsuliyyətə cəlb etmənin yolverilməzliyi prinsipi ilə ziddiyyət təşkil edir. İnzibati orqan tərəfindən xətaların süni şəkildə çoxaldılması və hər bir müraciətə görə ayrı-ayrı sanksiyaların tətbiq edilməsi cəzanın mütənasibliyi prinsipinə ziddir və şəxsin vəziyyətini əsassız olaraq ağırlaşdırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən İXM-in 192.4 və 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar