Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-203/2026 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Səmədov Xəqani Hacı oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin direktoru X1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından protokol tərtib edən orqan X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. İşin halları: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna görə Hüseynov Şamo İlqar oğlunun müraciətinə baxılması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən işəgötürənə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməsi barədə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktub göndərilmiş, lakin zəruri olan məlumatlar (sənədlər) təqdim edilməmişdir. Bu hərəkətləri ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin nümayəndəsi X4 bildirmişdir ki, X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsassız olduğuna görə xitam edilməlidir. Belə ki, BFM 11/24/001 A nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli Sazişə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə # #### 2025-ci il tarixdən xitam verilmiş və müəssisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin sərəncamına keçmişdir. Müəssisə fəaliyyətini dayandırdığından inzibati xəta haqqında protokolda qeyd edilən hər hansı bir hərəkət etmələri mümkün olmamışdır. Odur ki, məhkəmədən icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından protokol tərtib edən orqan X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: İnzibati xəta haqqında protokol tərtib edən orqan X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə verilmiş apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş "Akkord- X11" ASC barəsində ##.##.2025-ci il tarixli, MN ******* saylı nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati xəta haqqında işə baxılaraq iş üzrə icraata xitam verilmişdir. Hesab edirlər ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-146)- **/**** nömrəli qərarı ləğv edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, vətəndaş Hüseynov Şamo İlqar oğlunun müraciəti əsasında Xidmətin Mərkəzi Aran regional şöbəsində aparılan araşdırma zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktub göndərilərək vətəndaşın müraciətinə dair məlumatların və məktubda göstərilən sənədlərin 7 (yeddi) iş günü müddətində Xidmətə verilməsi tələb olunmuşdur Lakin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən məktubda tələb edilən müvafiq sənədlər təqdim edilməmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, Xidmət tərəfindən göndərilən bildirişlərin “xxxx" ASCnin rəsmi saytında (https://www.azerpost.az) poçt göndərişlərinin izlənməsi bölməsi vasitəsilə elektron sistemə daxil edilmiş məlumatlara əsasən ##.##.2025-ci il tarixdə rəsmi qaydada çatdırıldığı aşkar olunmuş və çatdırılmanı təsdiq edən çıxarışlar iş materiallarına əlavə olunmuşdur. Bundan əlavə məhkəmənin nəzərinə çatdırırıq ki, Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktublara əsasən zəruri olan sənədlərin təqdim edilməsi ilə bağlı Xidmətin göstərişləri və protokola dəvət məktubu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-ə göndərilmiş və bununla bağlı çıxarışlar iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən göndərilmiş məktublar barəsində inzibati xəta haqqında iş üzrə icra aparılan hüquqi şəxsə çatdırılmışdır. Tərəflərindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC ## ###### 2025-ci il tarixli protokola dəvət edilsə də onlar protokolun tərtib edilməsində iştirak etməmiş və Xidmətə ##.##.2025-ci il tarixli 3-16-5/2- ******/**** nömrəli məktubda təqdim edilməsi zəruri olan sənədlərin təqdim edilməsini təsdiq edən heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericilikdə müvafiq maddə ilə inzibati məsuliyyət sənədlərin tam, düzgün və vaxtında təqdim edilməməsinə görə yaranır. Xidmət tərəfindən müəyyən edilmiş müddət ərzində sənədlər təqdim edilmədiyindən inzibati xəta törədilmiş hesab edilir. Həmçinin, inzibati xəta haqqında protokol tərtib olunan dövrdə müvafiq sənədlər hələ də təqdim olunmadığı üçün inzibati xəta tərkibi yarandığından bundan sonrakı mərhələdə hüquq pozuntusunun aradan qaldırılmasının məsuliyyəti aradan qaldırması yalnız qanunla müəyyən edildiyi halda mümkün ola bilərdi. Məhkəmənin inzibati xəta tərkibinin olmaması ilə bağlı qənaəti qanunaziddir. Həmçinin, İXM-nin 539.3-cü madddəsi ilə bağlı məhkəmə inzibati tənbeh vermə haqqında şərti qərar qəbul edərək hüquq pozuntusunun aradan qaldırılması ilə bağlı müəssisəni yalnız cərimənin ödənilməsindən azad edə bilərdi. Çünki İXM-nin 116.3-cü maddəsində Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə inzibati cərimənin ödənilməməsi nəzərdə tutulmuşdur. Bu halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Məcəllədə qanuni əsas müəyyən edilməmişdir. Bu mahiyyət etibarı ilə məsuliyyətin müəyyən edilməsinə xidmət edir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın şərtiliyi inzibati xəta törətmiş şəxsin məsuliyyətdən kənarda qalması ilə nəticələnməməlidir. Bu şərtilik eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edirsə, gələcəkdə məsuliyyətin müəyyən edilməsi zamanı təkrar halın müəyyən edilməsini mümkün etməyəcək. Beləliklə, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən mötəbər sübutların qiymətləndirilməsi düzgün aparılmadığından işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmişdir. Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmət tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Həmin Məcəlləsinin 135.1.2-ci maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin direktoru X1 bildirdi ki, iki nəfər işçisi, Samir Hacıyev və Kamal Hüseynovun şikayətləri əsasında məhkəmə prosesi başlamışdır. X6 Xidməti tərəfindən sənədlərin təqdim edilməsi üçün onların müəssisəyə ## ###### 2025-ci il tarixdən ## ###### 2026-cı il tarixədək vaxt verilmişdir. Sənədlərin təqdim edilməsi ilə bağlı tərəflərindən ## ###### 2025-ci il tarixli, ** nömrəli məktub göndərilmişdir. Onlardan işçilərin əmək haqqı, iş qrafikləri və bəzi sənədlər istənilmişdir. İstənilmiş sənədlərdən bəziləri göndərilmiş, digər sənədlərin isə təqdim edilməməsinin səbəbləri göndərilmiş məktubda izah olunmuşdur. İcarə müqaviləsinə xitam verildiyi üçün hazıradək Dölət Əmlak Xidməti tərəfindən müəssisənin inzibati binasına daxil olmalarına icazə verilmir. Onlara məxsus maliyyə, mühasibatlıq və arxiv sənədləri müəssisənin inzibati binasında qalmışdır. Bununla əlaqədar olaraq Dövlət Əmlak Xidməti ilə hazırda yazışmalar davam etdirilir. Verilən suallara cavab olaraq bildirdi ki, Akkord-X11 “Akkord İnvestisiya Korperasiyası”nın tərkibində fəaliyyət göstərən özəl zavod olmuşdur. Zavodun səhmlərinin 97 faizi “Akkord”a məxsus olmuş, qalan 3 faiz səhmlər isə xırda sahibkarlara məxsus olmuşdur. Məhkəmənin qərarı ilə Azərbaycan Beynəlxalq Bankına olan borcun əvəzində zavod Aqrokredit bank olmayan kredit təşkilatına verilmişdir. Sonradan isə zavod Azərbayacan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli sərəncamı ilə Dövlət Əmlak Xidmətinə təhvil verilmişdir. Həmin sərəncamda zavodun mülkiyyətində olan əmlakın Dövlət Əmlak Xidmətinə verilməsi, müəssisənin isə Aqrokredit bank olmayan kredit təşkilatının tərkibində qalması nəzərdə tutulmuşdur. Hazırda zavodun rəhbəri vəzifəsi funksiyalarını İlham Kələşov həyata keçirir. O, müəssisənin yalnız möhürünə sahibdir, zavodu hazırda başqa şəxslər icarəyə götürüb işlədirlər, zavodun artıq ona heç bir aidiyyəti yoxdur. Müəssisə olaraq adı olsa da fəaliyyət göstərmək üçün heç bir əmklakı və yeri yoxdur. İcarə müqaviləsinə xitam verilsə də müəssisə ləğv edilməmişdir. “Akkord İnvestisiya Korperasiyası”nın banka borcu olduğu üçün onların müəssisəsi kimi doqquz müəssisə borcun əvəzində dövlətə verilmişdir. Zavodun əmlakı Dövlət Əmlak Ximətinə təhvil verilən zaman o, müəssisənin özünün də Dövlət Əmlak Xidmətinin balansına verilməsinə təklif etsə də onunla razılaşmamışlar, onun həmin işləri bildiyi üçün onunla müqavilə bağlanaraq fəaliyyəti davam etdirilmişdir. Onlara zavoda daxil olmamaqla bağlı rəsmi qadağa qoyulmasa da şifahi tapşırıq əsasında zavoda daxil olmalarına icazə verilmir. İşçilərlə əmək münasibətlərinin tənzimlənməsi isə müəssisədən kənar yerlərdə aparılmışdır. Müəssisəyə daxil olaraq lazımı sənədlərin götürülməsi üçün Dövlət Əmlak xidmətinə müraciət etsələr də müəssisənin özünə müraciət etməmişlər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, tərəfi dinləyib, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Çünki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane göstərəcək dərəcədə pozmuşdur. İş materiallarında olan X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Akkord- X11» ASC barəsində Azərbaycan Respublikasının İXM-in 539.3-cü maddəsi ilə ##.##.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan X6 Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin direktoru Eyvaz Həsənova ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı məktubdan görünür ki, Hüseynov Şamo İlqar oğlunun müraciətinə münasibət bildirilməsi və və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan X6 Xidmətin Mərkəzi Aran regional şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin direktoru Eyvaz Həsənova ünvanlanmış ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** saylı bildirişdən görünür ki, Hüseynov Şamo İlqar oğlunun müraciətinə münasibət bildirilməsi və və vətəndaşa aid sənədlərin 7 iş günü ərzində təqdim olunması ilə bağlı sorğu göndərilmiş, lakin müvafiq tədbirlərin görülməsi ilə bağlı məlumat təqdim edilməmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə Regional Şöbəyə dəvət edilmişdir. İş materiallarında olan BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli Müqaviləyə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli Sazişdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Birinci tərəf”) İdarə Heyətinin sədri İsalı Toğrul Fəxrəddin oğlu və “Akkord X11” ASC-nin (VÖEN **********), (bundan sonra "İkinci tərəf) direktoru X1 arasında 1) Tərəflər razılaşırlar ki, bu Saziş imzalandığı tarixdən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə “Akkord X11” ASC-nin (VÖEN **********) arasında bağlanmış BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə həmin müqavilənin 4-cü bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən # #### 2025ci il tarixindən xitam verilir. 2) Bu Saziş imzalandıqdan sonra "Akkord X11" ASC-nin BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə əsasən # #### 2025-ci il tarixinə “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə 64 900.00 (altmış dörd min doqquz yüz) manat (ƏDV daxil) müqavilə üzrə ödənilməmiş borcu qüvvədə qalır. 3) Tərəflərin (BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqavilə üzrə “Akkord X11" ASC tərəfindən “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə ##.##.2025-ci il tarixinə ödənilməmiş borc məbləği xaric) biri birinə keçmiş və gələcək dövrlərlə bağlı heç bir iddiası, tələbi yoxdur və yaranacaq iddia və tələbləri bu saziş imzalandıqdan sonra əsassız hesab edilir. 4) Bu Saziş 2 (iki) nüsxədə imzalanıb və imzalandığı andan qüvvəyə minir. Qeyd olunanlar barədə tərəflər arasında razılıqla bağlı Saziş imzalanmışdır. İXM-in 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, BFM 11/24/001 A nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli Sazişə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə həmin tarixdən xitam verilmiş və müəssisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin sərəncamına keçmişdir. Bununla da həmin müəssisə faktiki olaraq fəaliyyətini dayandırmışdır. Qeyd edilən hallar barədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə rəsmi qaydada məlumat verilmiş, zəruri sənədlərin təqdim edilə bilməməsi əsasları göstərilmişdir. Lakin, iş materiallarında olan BFM 11/24/001 A nömrəli, ##.##.2024-cü il tarixli Müqaviləyə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli Sazişdən müəyyən olunur ki, tərəflər razılaşırlar ki, bu Saziş imzalandığı tarixdən "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə “Akkord X11” ASC-nin (VÖEN **********) arasında bağlanmış BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə həmin müqavilənin 4-cü bəndinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən # #### 2025-ci il tarixindən xitam verilir. 2) Bu Saziş imzalandıqdan sonra "Akkord X11" ASC-nin BFM 11/24/001 A nömrəli, # ###### 2024-cü il tarixli müqaviləyə əsasən # #### 2025-ci il tarixinə “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Məkəzi" publik hüquqi şəxsinə 64 900.00 (altmış dörd min doqquz yüz) manat (ƏDV daxil) müqavilə üzrə ödənilməmiş borcu qüvvədə qalır. Tərəflərin (BFM 11/24/001 A nömrəli, # ###### 2024cü il tarixli müqavilə üzrə “Akkord X11" ASC tərəfindən “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsinə ##.##.2025-ci il tarixinə ödənilməmiş borc məbləği xaric) biri birinə keçmiş və gələcək dövrlərlə bağlı heç bir iddiası, tələbi yoxdur və yaranacaq iddia və tələbləri bu saziş imzalandıqdan sonra əsassız hesab edilir. Həmçinin iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC tərəfindən X6 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli 28 №li məktubdan görünür ki, ünvanlanmış ##.##.2025-ci il tarixli məktub ##.##.2025ci il tarixdə qəbul edilmişdir. Bildirilmişdir ki, “Akkord X11” ASC ilə “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə bağlanmış icarə müqaviləsinə xitam verilmiş və müəssisə ##.##.2025-ci il tarixində fəaliyyətsiz vəziyyətə düşmüşdür. Rəhbər və işçi kollektivin zavoda girişi qadağan edilmişdir. Şikayətçinin əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi və son haqq-hesablaşma işlərinin aparılmasına və ödənilməsinə təminat verdikləri qeyd edilmişdir. Odur ki, ASC-nin vəziyyətinin nəzərə alınması xahiş edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi ilə “Akkord X11” ASC-nin arasında bağlanmış BFM 11/24/001 A nömrəli, ##.##.2024-cü il tarixli müqaviləyə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli Sazişə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-yə həmin tarixdən xitam verilməsi qənaətinə gəlsə də həmin sazişdən “Akkord X11” ASC-nin fəaliyyətinə xitam verilməsi müəyyən edilməmiş, əksinə ##.##.2025-ci il tarixli 28 №li məktubdan müəyyən edilmişdir ki, “Akkord X11” ASC şikayətçinin əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam veriləcəyi və son haqq-hesablaşma işlərinin aparılmasına və ödənilməsinə təminat vermişdir. Məhkəmə iclasında “Akkord-X11» ASC-nin direktoru X1 izahatında icarə müqaviləsinə xitam verilsə də müəssisənin ləğv edilmədiyini göstərmişdir. Odur ki, iş üzrə “Akkord X11” ASC-nin ləğv edilmədiyi halda xidmət tərəfindən göstərilmiş sənədlərin təqdim edilməsinin mümkünsüzlüyünə səbəb olan halların mövcud olubolmaması, müəssisəyə daxil olmalarına rəsmi və ya şifahi tapşırıq əsasında icazə verilibverilməməsi, müəssisəyə daxil olaraq lazımı sənədlərin götürülməsi üçün tərəflərindən müraciət edilib-edilməməsilə bağlı hallar araşdırılmalıdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul etmişdir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də, X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti qismən əsaslı olduğuna görə bu həddə təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: X6 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-203/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-203/2026
23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver