Azərbaycan Respublikası adından Qərar İş № 3(3-10)-205/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, protokol tərtib edən şəxs Zaqatala Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru R Nəsirov Təbriz Ramiz oğlunun iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan Zaqatala rayon Polis Şöbəsi tərəfindən verilmiş şikayət açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə VAZ 21093 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə nəticələnən avtoxuliqanlıq hadisəsi törərməsi ilə bağlı Zaqatala rayonu Yol patrul xidməti baş inspektoru R X2 tərəfindən ##.##.2026-cı il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-167)-286/2026 nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan Zaqatala rayon Polis Şöbəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: İnzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan Zaqatala rayon Polis Şöbəsi şikayətini onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixində Zaqatala Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru. R Ruslan Orucov ilə birlikdə ##.##.2026-cı il tarixdə Zaqatala şəhəri ərazisində xidmətdə olarkən **-BN-*** dövlət nömrə nişanlı VAZ21093 markalı avtomobilin sürücüsü tərəfindən avtomobili kobud formada idarə etməsi, ictimai qaydanı və ictimai əsaişi davamlı olaraq pozması, hərəkətlərinə son qoymaması ilə bağlı xidmətdə olduğumuz əraziyə Saday adlı şəxs yaxınlaşaraq məlumat verdi və həmin şəxsin barəsində qanuni tədbir görülməzsə onun hər hansı bir şəxsi idarə etdiyi avtomobil ilə vuracağını bildirmişdir. Xidməti avtomobil ilə deyilən əraziyə yaxınlaşdıqda sözügedən **-BN-*** dövlət nömrə nişanlı VAZ21093 markalı avtomobilin avtoxuliqanlıq etdiyini gördük və ona dərhal dayanmasını bildirdik. Lakin, adını sonradan öyrəndiyimiz Səbuhi adlı şəxs bizə məhəl qoymadan avtomobili qəflətən sürətini artıraraq davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və yolun səthində olan tozu havaya qaldırmaqla, eləcə də yolun səthinə təkər izləri qoymaqla cəmiyyətə açıqca hörmətsizlik edərək avtoxuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs avtoxuliqanlıq hərəkətlərini şəhərdə hərəkətin intensiv çox olduğu ərazilərində davam etmiş, ictimai qaydanı və ictimai əsayişi kobud formada pozaraq avtoxuliqanlıq etmişdir. Materiala əlavə olunmuş 01 ədəd CD disq və hadisələrin bilavasitə şahidi olmuş şəxsiyyəti bizə sonradan məlum olan X3 və X4 təstiq edir. Şahidləri məhkəmədə dindirilməsini xahiş etsələr də məhkəmə bundan imtina etmiş və nəticədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Hadisənin bilavasitə şahidləri olmuş X3 və X4 məhkəmə iclasında dindirilməsini etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkələrində İXM-in 511-ci maddəsinin yəni avtoxuliqanlığın tərkibi var. Səbuhi Abduralımanov avtoxuliqanlıq hərəkətlərini etdiyi zaman polisin qanuni əmrinə tabe olmamışdır. Şəxsin avtoxuliqanlıq hərəkətləri onun polisin qanuni tələbinə tabe olmamanı ehtiva etdiyi üçün ona İXM-in 511.1.3cü maddəsinə əsasən inzibati protokol tərtib olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Səbuhi Abduralımanov avtoxuliqanlıq edərkən yol kənarında olan piyadaları, eləcə də hərəkətdə olan avtomobillərin sıxlığını nəzərə almamışdır.. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv olunmasını və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 511.1.3-cü madəsi ilə təqsirli bilinərək onun barəsində İXM-in 511.1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmuş ən sərt inzibati tənbeh növünün tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti baş inspektoru R X6 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və uyğun olaraq apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir. Belə ki, inzibati xəta materiallarına əlavə edilmiş Protokolu tərtib edən orqan DYPB-nir YPX-nin baş inspektoru R Nəsirov Təbriz və Protokolu tərtib edən orqan DYPB-nir YPX-nin inspektoru R Orucov Ruslan tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli raportdan görünür ki, ##.##.2026-cı il tarixdə, saat təqribi 22:00 radələrində Zaqatala şəhər X1 küçəsində BMW markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmətdə olarkən **-BN-*** nömrə nişanlı VAZ-2103 markalı avtomobilin manevr qaydasını pozaraq sərt şəkildə döngəyə girdiyini görüb saxlaması üçün işarə vermişdirlər. Sürücü saxla əmrlərinə məhəl qoymayaraq sürətin artırıb, avtomobilin işıqlarını söndürüb, həmin küçə ilə M.Rəsulzadə küçələrinin kəsişməsində olan işıqfordada manevr edərək qırmızı işıqda öz hərəkətinə davam etdirmişdir. Onlar sürücüyə dəfələrlə saxla işarəsi vermələrinə baxmayaraq o yol hərəkəti qaydalarını müxtəlif üsullarla dəvamlı şəkildə pozaraq, cəmiyyətin diqqət marağını özünə cəlb edərək və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq əhalinin sıx olduğu Zaqatala şəhərinin mərkəz küçələrində öz hərəkətinə dəvam etdirmişdir. Onlar da öz növbələrində həmən avtomobili uzaqdan təqib etmiş və sonda həmən sürücü Zaqatala rayon Yuxarı Tala kəndi ərazisində çətin relyefi olan daşlıq yola daxil olub, polisin qanuni əmrinə tabe olmayıb onlardan yayınmışdır. İnzibati xəta materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli raportdan görünür ki, raportla bağlı Protokolu tərtib edən orqan-nin İTB-nin polis sahə rəisi, R Nurəddin Mehdizadə tərəfindən aparılan araşdırma zamanı ##.##.2026-cı il tarixdə axşam saatlarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs etibarnamə əsasında idarə etdiyi VAZ 2109 markalı **-BN-*** nömrə nişanlı maşınla Zaqatala şəhəri Z.Əliyeva küçəsi (köhnə Vidadi küçəsi), H.Əliyev prospekti, M.Ə.Rəsulzadə küçəsi və.s digər küçələrdə əhalinin dincliyini nümayişkaranə formada pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi vətəndaşın səmimi etirafı və videogörüntü ilə öz təsdiqini tapmışdır. İnzibati xəta materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarışdan görünür ki, aparılmış müayinə və müalicə nəticəsində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başın tünlü hissəsinin açıq yarası diaqnozu qoyularaq xəsarətə tikişlər qoyulmuşdur. İnzibati xəta materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli Sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə aktdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində F48.0 nevrasteniya diaqnozu qoyulmuşdur. Məhkəmə işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları yerində tətbiq edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın qanuniliyi və əsaslılığı yoxlanılarkən müəyyən olunur ki, aşağı instansiya məhkəməsi sübutların qiymətləndirilməsində İXM-in 84-cü maddəsinin tələblərinə tam riayət etmişdir. Şikayət verən orqanın əməlin İXM-in 511.1.3-cü maddəsi (avtoxuliqanlıq) ilə tövsif edilməsi tələbi işin faktiki halları və toplanmış sübutlar məcmusu ilə kifayət qədər əsaslandırılmır. Məhkəmə xüsusilə qeyd edir ki, avtoxuliqanlıq xətası həm obyektiv, həm də subyektiv tərəfdən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan qəsdli hərəkətlərin mövcudluğunu tələb edir. İş materiallarında olan tibbi sənədlər, xüsusilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qoyulmuş "nevrasteniya" diaqnozu və hadisə zamanı onun aldığı fiziki xəsarətlər, şəxsin həmin an öz hərəkətlərini tam idarəetmə və nümayişkaranəlik niyyətini şübhə altına qoyur. İXM-in 8-ci maddəsinə əsasən, təqsirlilik barədə aradan qaldırılması mümkün olmayan şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməlidir. Bu baxımdan, birinci instansiya məhkəməsinin əməli daha yüngül olanİXM-in 327.3-cü maddəyə tövsif etməsi humanizm və ədalət prinsiplərinə tam uyğundur. Protokol tərtib edən orqanın şahidlərin dindirilməməsi ilə bağlı şikayətinə gəldikdə isə, apellyasiya instansiyası hesab edir ki, işdə mövcud olan raportlar, videogörüntülər və sürücünün etirafları hadisənin baş vermə mexanizmini müəyyən etmək üçün kifayət qədər əsaslıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə, məhkəmə sübutların həcmini müəyyən etməkdə sərbəstdir və əgər mövcud sübutlar həqiqəti üzə çıxarmağa kifayət edirsə, əlavə prosessual hərəkətlərin yerinə yetirilməməsi ədalətli məhkəmə araşdırması hüququnu pozmur. Şikayətçinin iddia etdiyi “ən sərt tənbeh” tələbi şəxsin şəxsiyyəti və səhhəti nəzərə alındıqda mütənasiblik prinsipini poza bilərdi. İXM-in 511-ci maddəsində nəzərdə tutulan avtoxuliqanlıq xətası yalnız yol hərəkəti qaydalarının texniki pozuntusu deyil, həm də cəmiyyətə qarşı açıq hörmətsizlik nümayiş etdirən subyektiv niyyətin (qəsdin) olmasını tələb edir. Birinci instansiya məhkəməsi Abdurahmanovun hərəkətlərində bu xüsusi niyyətin tam sübuta yetirilmədiyini, hadisənin daha çox idarəetmə intizamının pozulması xarakteri daşıdığını düzgün müəyyən etmişdir. Şəxsin səhhəti ilə bağlı təqdim edilmiş "nevrasteniya" diaqnozu onun həmin an impulsiv hərəkət etdiyini, lakin bu hərəkətlərin əvvəlcədən planlaşdırılmış nümayişkaranə xuliqanlıq məqsədi daşımadığını ehtiva edir ki, bu da əməlin İXM-in 327.3-cü maddəsinə tövsif edilməsi üçün obyektiv əsas yaradır Avtoxuliqanlıq xətasının hüquqi tərkibi iki mütləq elementin vəhdətini tələb edir: yol hərəkəti qaydalarının qəsdən pozulması və bu hərəkətlərin cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə, əhalinin dincliyini nümayişkaranə şəkildə pozması. Hazırkı iş üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində qayda pozuntusu (təkərlərin sürtünmə səsi, qəfil sürətlənmə) maddi sübutlarla təsdiq olunsa da, bu hərəkətlərin subyektiv tərəfi, yəni "nümayişkaranəlik" və "cəmiyyətə hörmətsizlik" niyyəti şübhə altındadır. Avtoxuliqanlıq üçün şəxs öz hərəkətlərindən zövq almalı, ətrafdakıların diqqətini özünə cəlb etməyi hədəfləməli və ictimai asayişi qəsdən sarsıtmalıdır. Lakin iş materiallarındakı tibbi arayışlar və şəxsin "nevrasteniya" diaqnozu göstərir ki, sürücü hadisə anında yüksək emosional gərginlik və affekt vəziyyətinə yaxın bir durumda olmuşdur. Bu isə onun hərəkətlərinin "şou" xarakterli deyil, idarəolunmaz daxili gərginliyin nəticəsi olduğunu, dolayısıyla avtoxuliqanlığın subyektiv tərkibinin (xüsusi qəsdin) çatışmadığını sübut edir. Bundan əlavə, avtoxuliqanlıq əməli davamlılıq və məqsədli şəkildə ictimai mühitə meydan oxumağı ehtiva edir. Protokol tərtib edən orqanın iddialarına rəğmən, sürücünün polisin təqibindən yayınmağa çalışması və çətin relyefli yollara daxil olması onun cəmiyyətə nümayişkaranə hörmətsizlik etməsindən ziyadə, məsuliyyətdən qorxaraq hadisə yerindən uzaqlaşma instinktini büruzə verir. Hüquqi doktrinada qorxu və ya panika hissi ilə törədilən qayda pozuntuları, özündə təkəbbür və nümayişkaranəlik ehtiva edən avtoxuliqanlıq anlayışı ilə bir araya sığmır. İXM-in 8.2-ci maddəsinə əsasən, şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da, irəli sürdüyü iddialar (məsələn, qarşı tərəfin sağdan ötmə etməsi) işdə olan digər mötəbər sübutlarla (protokol, sxem, maddi zədələr) ziddiyyət təşkil edir. Kamera görüntülərinin arxiv müddətinin bitməsi səbəbindən təqdim edilməməsi obyektiv haldır və bu, mövcud maddi sübutların (toqquşma izlərinin) hüquqi qüvvəsini zəiflətmir. İş üzrə toplanmış sübutlar məcmusu şəxsin təqsirini tam sübut edir. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, protokol tərtib edən orqan Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Protokol tərtib edən orqan Zaqatala Rayon Polis Şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-205/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-205/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver