Məhkəmə qərarları › İş №3(3-10)-206/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-206/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-206/2026 24.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki şəhəri hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Ibrahimov Səbuhi Təmraz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hаkim Z.Məmmədova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında ##.##.2026-cı il tarixli IXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, ##.##.2026-cı il tarixdə ona məxsus Zaqatala rayonu Muxax kənd yolunda hərəkətdə olarkən 1 baş iribuynuzlu heyvan, sürücü Zərərçəkmiş şəxs məxsus «MERCEDES» markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə çırpılmış, nəticədə həmin avtomobilə maddi zərər vurulmuşdur. Qeyd edilən material üzrə Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin Rı X2 izahat verərək göstərdi ki, ## ###### 2026-cı il tarixdə Muxax yolunda hərəkətdə olarkən 1 baş iribuynuzlu heyvan nəzarətsiz qalmış və yolun hərəkət hissəsinə çıxaraq Muxax kənd yolunda sürücü Zərərçəkmiş şəxs məxsus «MERCEDES» markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə toqquşmuşdur, toqquşma nəticəsində MERCEDES markalı 77-DJ980 dövlət nömrə nişanlı minik avtomobilinə 1630 manat maddi zərər dəymişdir. Həmin əraziyə nişan qoyulur, lakin kənd əhalisi çıxarır. Protokol qanunsuz yazılmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, “MERCEDES” markalı **-DJ-*** dövlət nömrə nişanlı minik avtomobilin sürücüsü Zərərçəkmiş şəxs izahatları alınmış və ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Inzibati xəta haqqında IXP******* nömrəli protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında özünü təqsirli bilərək bildirmişdir ki, özünə məxsus heyvanlar olub, orada nişan yoxdur. Hər kəsin mal-qarası həmin ərazidədir. Hadisə səhər saatlarında baş verib. Hava aydın olub. Sürücü maşını saxlamağa cəhd göstərməyib. Qarşı tərəfdə xətaladır. Işin araşdırılmasını, ekspertizanın aparılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, ## ###### 2026-cı il tarixdə “MERCEDES” markalı 77-DJ980 dövlət nömrə nişanlı minik avtomobil ilə Muxax kənd yolu ilə hərəkətdə olarkən qarşısına 5 baş iribuynuzlu heyvan çıxmış və toqquşmuşdur. Havanın yağışlı olduğunu, mal qaranın qəfil qarşısına çıxdığını, maşını qaçırda bilmədiyini və hadisənin şahidləri olduğu bildirmişdir. O, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsini və iş üzrə yeni qərarın qəbul edilməsi üçün işin yenidən Zaqatala Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayətinin dəlillərinə oxşar məzmunda çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsinin iclasının yeri və vaxtı barədə məlumatlı olsa da zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsi onların iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 133.2-ci mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən:…133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir; 133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Zaqatala rayonu “AVTOMOBILLƏRIN TEXNIKI XIDMƏT SEXI” X3 tərəfindən verilmiş ##.##.2026-cı il tarixli avtomobillərə dəymiş zərər aktından görünür ki, “MERCEDES” markalı 77-DJ980 dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 1630 manat zərər dəymişdir. Beləliklə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı və Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununun 11-ci maddəsnin IV bəndinə görə avtomobil yollarında və təhkim zolağında aşağıdakılar qadağandır: 6) avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsi: Həmin Qanunun 39-cu maddəsinə görə mal-qara ötürənlər: 1) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürməməlidirlər; 2) sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qaranı ötürməməlidirlər; 3) mal-qara sürüsünü yoldan son dərəcə diqqətli nəzarət etməklə ötürməlidirlər. Maddə 47. At arabalarının sürülməsinə və mal-qaranın ötürülməsinə dair tələblər: İ. At arabalarının (kirşələrin), yük və minik heyvanlarının yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə bir cərgədə hərəkətlərinə icazə verilir. Piyadalar üçün maneə yaratmamaq şərtilə onların yol çiyni ilə də hərəkət etmələri mümkündür. II. Yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə at arabasının (kirşənin) sürücüsü heyvanı cilovundan tutaraq əsas yola çıxarmalıdır. III. Ötməni asanlaşdırmaq üçün yük və minik heyvanları sürülərə, at arabaları (kirşələr) isə sayı 5-dən çox olmayan dəstələrə bölünməlidirlər, bu dəstə və sürülər arasındakı məsafə ən azı 80-100 metr olmalıdır. IV. Mal-qaranı yolda sutkanın işıqlı vaxtı və nəzarət etməklə ötürmək lazımdır. Malqara ötürənlər mal-qaranı yolun mümkün qədər sağ kənarı ilə ötürməlidirlər. V. Mal-qara dəmiryol xətlərinin və yolun hərəkət hissəsinin üstündən keçirildikdə, sürü mal-qaranı ötürənlərin sayı nəzərə alınmaqla elə sayda dəstələrə bölünməlidir ki, malqaranın təhlükəsiz keçirilməsini təmin etmək mümkün olsun. VI. At arabası nəqliyyatının (kirşəsinin) sürücüsünə, yük və minik heyvanlarını sürənlərə, mal-qaranı ötürənlərə: 1) mal-qaranı yolda nəzarətsiz qoymaq; 2) mal-qaranı dəmiryol xətlərinin və yolların üstündən xüsusi olaraq bu məqsəd üçün ayrılmış yerlərdən kənarda, habelə sutkanın qaranlıq vaxtında və məhdud görünmə şəraitində keçirmək (müxtəlif səviyyələrdə mal-qaranı ötürmə yerlərindən başqa); 3) mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır. Qeyd: At arabaları (kirşələr) işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz olunmalıdırlar. Maddə 62. Xəbərdarlıq nişanları İ. Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. II. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. III. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər. IV. Xəbərdarlıq nişanlarını: 1) yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10-15 metr qalmış (7.1.1 lövhəciyi olmadan); 2) enişlər və yoxuşlar bir-birinin ardınca gəlirsə, 1.13 və 1.14 nişanları 7.1.1 lövhəciyi olmadan, enişin və ya yoxuşun başlanğıcında; 3) yaşayış məntəqələrindən kənarda 1.1, 1.2, 1.9, 1.10, 1.21 və 1.23 nişanları təkrarlanırsa, ikinci nişan təhlükəli sahənin başlanmasına azı 50 metr qalmış; 4) 1.3.1 və 1.3.2 nişanları bilavasitə dəmiryol keçidinin qabağında quraşdırılır. X1 X6: “X1 siqnalları haqqında” 1968-ci il ######ın #-də Vyana şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı ilə (qeyd-şərtin və bəyanatın mətnləri əlavə olunur) təsdiq edilmişdir)

15. Mal-qara keçidi və digər heyvanın göründüyü yer a) Yolların heyvanlar tərəfindən keçilməsi təhlükəsi olan yol sahələrinə yaxınlaşmanın xəbərdar edilməsi üçün digərlərindən daha tez-tez rast gəlinən ev və ya vəhşi heyvan siluetindən, məsələn ev heyvanı üçün-A,15a işarəsindən, vəhşi heyvan üçün A, 15b işarəsindən istifadə olunur. b) işarələnmə əks tərəfə də yönəldilə bilər. “X1 siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının ## ###### 2010-cu il tarixli qanununa əsasən “X1 siqnalları haqqında” 1968-ci il ######ın #-də Vyana şəhərində imzalanmış Konvensiya Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı ilə (qeyd-şərtin və bəyanatın mətnləri əlavə olunur) təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında ## #### 2011-ci il tarixli qərarının 5.1.2-ci bəndində göstərilmişdir ki, ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs heyvanın nəzarətsiz qalmaması və qaçmaması üçün müvafiq tədbirlər görməlidir. Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 338.5-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə - qırx manat məbləğində cərimə edilir. Apellyasiya məhkəməsi hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericiliyin tələbləri baxımından iş üzrə yekun qərar qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 21-ci mаddəsinə əsasən, inzibаti tənbeh məsuliyyət tədbiridir və inzibаti xətа törədən şəxsi qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə həm inzibаti xətа törətmiş şəxs, həm də bаşqа şəxslər tərəfindən yeni inzibаti xətа törədilməsinin qаrşısını аlmаq məqsədi dаşıyır. Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 31-ci mаddəsinə əsasən, inzibаti xətаyа görə tənbeh bu Məcəlləyə uyğun оlаrаq tətbiq edilir. Fiziki və yа vəzifəli şəxslər bаrəsində inzibаti tənbeh tətbiq edilərkən xətаnın xаrаkteri, inzibаti xətа törədənin şəxsiyyəti, оnun təqsirinin dərəcəsi, əmlаk vəziyyəti, hаbelə məsuliyyəti yüngülləşdirən və аğırlаşdırаn hаllаr nəzərə аlınır. Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Daha sonra məhkəmə qeyd edir ki, Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmiş və bu hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bаrəsində inzibаti xətа hаqqındа iş üzrə qərаr qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Аzərbаycаn Respublikаsı Inzibаti Xətаlаr Məcəlləsinin 338.7-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnın törədilməsində təqsirli оlmаmаsını və hаdisənin zərərçəkmiş şəxsin təqsiri nəticəsində bаş verməsini təsdiq edən hər hаnsı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, аpellyаsiyа şikаyətində göstərilən hаllаrın əsаslılığını sübut edə bilməmişdir. Işdəki mötəbər sübutlаr isə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Аzərbаycаn Respublikаsı Inzibаtii Xətаlаr Məcəlləsinin 338.7ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnın törədilməsində təqsirli оlmаsını tаm sübut edir. Bu dа оnun şikаyətinin dəlillərinin əsаssız оlmаsını göstərir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyildir. Qeyhd edilənlərə əsasən Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibаti Xətаlаr Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 134.1-ci maddəsində göstərilən qərarlardan birini, o cümlədən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi,

qərara aldı:

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar