Məhkəmə qərarları › İş №3(3-10)-208/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-208/2026

24.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-208/2026 24.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki şəhəri hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Ibrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim K.Musayev) ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** saylı qərarı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası IXM) 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. işin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X7ndən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində Azərbaycan Respublikası IXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərmişdir. Birinci instаnsiyа məhkəməsinin iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSCnin nümayəndəsi Vəkil izahatında göstərdi ki, Rəşad Aslanov ərizəsində qeyd etdiyi kimi deyil, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək çalışmışdır. ##.##.2022-ci il tarixdən ailə vəziyyəti ilə əlaqədar ona ödənişsiz məzuniyyət verilmişdir. Səlahiyyətli orqana cavab məktubu həm elektron poçt vasitəsilə, həm də əlbəəl təqdim edilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclаsının vаxtı və yeri hаqqındа lаzımi qаydаdа xəbərdаr edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSCnin nümayəndəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin nümаyəndəsi məhkəmə iclаsınа gəlməmiş və bunun səbəbləri bаrədə məhkəməyə hər hаnsı məlumаt verməmişlər. Məhkəmə hаzırki işə həmin şəxslərin iştirаkı оlmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Belə ki, Аzərbаycаn Respublikаsı IXM-nin 133.2-ci mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən:…133.2.2. barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağırılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir; 133.2.4. inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası IXM-nin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsində isə göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan MN ******* nömrəli, ##.##.2026-cı il tarixli Inzibati xəta haqqında protokoldan görünür ki, X1 müraciətləri ilə bağlı ##.##.2025-ci il tarixli ***-*/*- ******/**** saylı sorğu məktubu göndərilmiş, lakin hazırki tarixədək heç bir sənəd təqdim edilməmişdir. Işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin X7 tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSCyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubun məzmunundan görünür ki, X1 müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi və 7 iş günü ərzində şöbəyə qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Işdə olan X1 ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC-dən işdən azad olunduğunu və əmək haqqının ona ödənilmədiyini bildirərək köməklik göstərilməsini xahiş etmişdir. Işdə olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X7 ünvanladığı ## ###### 2026-cı il tarixli, EL*** saylı məktubundan görünür ki, Aslanov Rəşadın aylıq (tarif) vəzifə maaşı və digər ödəncləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq tam həcmdə, vaxtında və qanunvericiliyinin bütün normalarına riayət edilməklə ödənilmişdir. X1 ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək çalışmışdır. ##.##.2022-ci il tarixdən ailə vəziyyəti ilə əlaqədar ödənişsiz məzuniyyət hüququndan istifadə etmişdir və ödənişsiz məzuniyyəti bitməsinə baxmayaraq işə gəlməmişdir. Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası IXM-nin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası IXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası IXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası IXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası IXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası IXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Avropa Insan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Işdə olan sənədlər inzibati xətanın tərkibinin olmasını təsdiq etməyə kifayət etməmişdir. Şübhələri aradan qaldırmaq və inzibati xətanın tərkbinin mövcud olmasını sübut etmək isə Inzibati xəta haqqında protokol tərtib edən inzibati orqanın üzərinə düşür. Ona verilən vaxt ərzində inzibati orqan tərəfindən bu şübhənin əksini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, "Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC-nin əməlində Azərbaycan Respublikası IXMnin 539.3-cü maddəsinin tərkib əlaməti mövcud deyildir və оnun təqsirliliyi sübutа yetirilməmişdir. Azərbaycan Respublikası IXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası IXM-nin 75-ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası IXM-nin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası IXM-nin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası IXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası IXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Аpellyаsiyа məhkəməsi işin fаktоlоji hаllаrı və hüquqi əsаslаrı kоnteksində belə nəticəyə gəlir ki, Şəki Rаyоn Məhkəməsi hаqlı оlаrаq Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs QSC bаrəsində Azərbaycan Respublikası IXM-nin 539.3-cü mаddəsi ilə оlаn inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm vermişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından şikаyət təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Оnа görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmаlıdır. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı X8 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar