Məhkəmə qərarları › İş №3(3-10)-209/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-209/2026

22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 3(3-10)-209/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (sədrlik edən hakim K.Musayev) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMin) 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şəki-X4 ## ######## 2025-ci il tarixli MN ******* nömrəli qərardadına əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1000 (min) manat miqdarında cərimə edilmişdir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şəki-X4 həmin qərarın icrası məqsədi ilə əmək haqqından tutulmaların aparılması üçün göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubu ilə tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi faktı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ŞəkiZaqatala Regional Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində İXM-in 529.1-1-ci maddəsi ilə ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarında inzibati tənbeh vermə haqqında qərarın icra edilməməsi səbəblərinə istinad etmiş, bələdiyyənin bank hesablarına vergi sərəncamının qoyulmasını bu baxımdan əsaslı və üzrlü səbəb hesab etmişdir. Məhkəmə ümumiyyətlə, Məcəllənin 529.1-1-ci maddəsinin mahiyyətinə zidd baxış keçirmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxs barəsində qəbul edilmiş qərar olmaqla bələdiyyə tərəfindən icra edilməli olmadığı halda, sonuncunun bank hesablarının dondurulması qərarın icrasına təsir etmir. Bununla yanaşı, ümumiyyətlə, Məcəllənin 529.1-1-ci maddəsi qərarın icra edilməməsinə görə yox, qərarın icra edilməsi ilə bağlı Xidmətin göndərdiyi müvafiq məktubda qeyd olunan hərəkətlərin (işçinin əmək haqqından tutulması və s.) icra edilməməsinə görə məsuliyyət yaradır. Məhkəmə tərəfindən müvafiq işə qanunvericilik normaları yanlış tətbiq edilməklə baxılmışdır. ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 IXM-in 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1000 (bir min) manat inzibati cərimə tətbiq edilmişdir və həmin qərar qüvvəyə minmişdir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi halda könüllü ödənilməməsi ilə bağlı İXM-in 150-ci maddəsi ilə müəyyən edilmiş tədbirlərin görülməsi məhz qərarı qəbul edən səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İXM-in 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 Şəki Rayonu Cəfərabad Bələdiyyəsində rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar X2 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi İXM-ın 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1000 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə Şəki Rayonu Cəfərabad Bələdiyyəsinə ##.##.2025ci il tarixli, *-**-*/*-******/**** nömrəli xəbərdarlıq məktub ünvanlamışdır. Sözügedən cərimənin əmək haqqından tutulması ilə bağlı Şəki Rayonu Cəfərabad Bələdiyyəsinin rəhbərliyi tərəfindən hər hansı tədbir görülmədiyindən İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Sadalanan tədbirlərə baxmayaraq Şəki Rayonu Cəfərabad Bələdiyyəsi tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1000 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Bu səbəbdən həm hüquqi şəxs, həm də vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi X2 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İXM-in 150.1-ci maddəsinin tələblərini saymayaraq heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il *(***)-****/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işə əlavə olunmuş sənədlərlə aşağıdakılar müəyyən edilir: - ## ######## 2025ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması ilə bağlı tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 rəhbərliyinə ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı və ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı icrası məcburi göstəriş məktubları göndərilmiş lakin icra edilməmişdir. Şəki rayonunun barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən İXM-in 539.1-1-ci maddəsinin tələblərini pozulduğundan 1000 manat inzibati cərimə edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şəki-X4 ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı məktubundan görünür ki, hüquqi şəxs Şəki rayonu barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1nə məktub göndərilərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Şəki- X3 yazılı formada məlumat verilməsi tələb edilmiş, əks halda İXM-in 529.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. - ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində tətbiq edilmiş inzibati cərimənin aylıq əmək haqqından tutulması üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1nə ##.##.2025-ci il tarixli, 3-17-5/2- ******/**** saylı məktub göndərilmiş lakin icra edilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən İXMin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Şəki Rayonu Cəfərabad Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Şəki X3 ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, İXM-in 539.1-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Müfəttişliyi Xidmətinin Şəki Zaqatala regional şöbəsi tərəfindən 1000.00 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Lakin bu günə qədər inzibati tənbeh növü üzrə tətbiq edilən cərimə Bələdiyyənin DSMF-yə olan borcu ilə bağlı əmək haqqı ala vəya hər hansı bir ödəniş tapşırığı icra edə bilmədikləri üçün cərimə məbləğinin ödənişini həyata kecirə bilməmişlər. - Azərbaycan Respublikası Şəki Rayonu Cəfərabad Bələdiyyəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 fiziki şəxslərdən torpaq vergisinə görə 19262 manat, fiziki şəxslərdən əmlak vergisinə görə 5609 manat, torpağın icarə puluna görə 2400 manat olmaqla, cəmi 27271 manat debitor borcu vardır. - Azərbaycan Respublikası Şəki Rayonu Cəfərabad Bələdiyyəsi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 kənd bələdiyyələrinin Milli assosasiyasına 2461 manat, Həmkarlar İttifaqına 900 manat, DSMF-na 13941 manat, İcbari Tibbi Sığortaya 1649 manat kreditor borcu vardır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli alınmalı sərəncamlarından görünür ki, Şəki Rayonu Cəfərabad Bələdiyyəsinin bank hesabı üzrə büdcəyə olan qalıq və faiz məbləğinin tutulması barədə rəsmi sərəncamlar verilmişdir. İXM-in 529.1-1-ci maddəsinə əsasən Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə -vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 tərəfindən inzibati xətaya dair tətbiq edilmiş cərimə məbləğinin ödənilməməsi onun təqsirli hərəkət və ya hərəkətsizliyi ilə səbəbindən deyil, məhz hesabının vergi orqanı tərəfindən dondurulması səbəbindən baş vermişdir. Yəni, bələdiyyə həmin cərimə məbləğini ödəmək imkanından məhrum edildiyi üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 barəsində İXM-in 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədə uyğun hesab edilə bilməz. Belə ki, iş materiallarından (Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli sərəncamları və bələdiyyənin arayışları) aydın olur ki, Şəki rayonu Cəfərabad Bələdiyyəsinin bank hesabları üzərinə vergi orqanları tərəfindən sərəncam qoyulmuşdur. Bu isə o deməkdir ki, bələdiyyə sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 inzibati cərimənin tutulması barədə göstərişi icra etmək üçün obyektiv maliyyə imkanından məhrum olmuşdur. Məhkəmə hesab edir ki, şəxsin iradəsindən asılı olmayan, onun tərəfindən aradan qaldırılması mümkün olmayan maneələr (hesabın dondurulması) mövcud olduğu halda, göstərişin icra edilməməsi "təqsirli hərəkətsizlik" kimi qiymətləndirilə bilməz. Şikayət verən orqan iddia edir ki, vəzifəli şəxsin maaşından tutulma aparılmalı idi. Lakin bələdiyyənin büdcə gəlirlərinin dondurulması və kreditor borclarının (DSMF, İcbari Tibbi Sığorta və s.) mövcudluğu fonunda, hər hansı bir öhdəliyin icrası, o cümlədən əmək haqqı ödənişi və ondan tutulmalar faktiki olaraq qeyri-mümkün hala gəlmişdir. Hüquq nəzəriyyəsinə görə, əgər şəxs qanunun tələbini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə etmişsə, lakin onun iradəsindən kənar xarici amillər buna imkan verməmişsə, burada 'kazus' (təqsirsiz zərər vurma) halı mövcuddur. Hesabları dondurulmuş bələdiyyə sədri faktiki olaraq maliyyə əməliyyatları aparmaq hüququndan məhrum edildiyi üçün, onun hərəkətsizliyində 'iradə azadlığı' yoxdur. Məhkəmə qeyd edir ki, inzibati tənbeh öz-özlüyündə məqsəd deyil, şəxsi qanunlara riayət etmək ruhunda tərbiyələndirmək vasitəsidir. Şəxsin iqtisadi-maliyyə çətinliyi olduğu bir vaxtda ona qarşı ağır pul cəriməsinin tətbiqi ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edər və onun maliyyə vəziyyətini daha da ağırlaşdırmaqla hüququn bərpasını qeyri-mümkün edər. Məhkəmə müəyyən etmişdir ki, iş materiallarında əksini tapan rəsmi sənədlərə əsasən, Şəki Rayonu Cəfərabad Bələdiyyəsinin bank hesabları üzərində dövlət büdcəsinə olan borclarla bağlı vergi orqanlarının sərəncamları mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.3-cü maddəsinə əsasən, dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına ödənişlər üçüncü növbədə icra edilən ödənişlərdir. İnzibati cərimənin tutulması ilə bağlı tələblər isə həmin maddənin 965.2.5-ci və ya 965.2.6-cı bəndlərinə uyğun olaraq daha sonrakı növbəlilik qaydasında yerinə yetirilməlidir. Mülki Məcəllənin 965-ci maddəsinin tələbinə görə, əvvəlki növbəyə aid tələblər tam icra edilmədən sonrakı növbəli ödənişlərin həyata keçirilməsi qanunvericiliklə məhdudlaşdırılır. Belə olan halda, bələdiyyə sədri barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 hərəkətsizliyi qanuna etinasızlıqdan deyil, qanunun (Mülki Məcəllənin 965-ci maddəsinin) birbaşa tələbinə əməl etmək məcburiyyətindən qaynaqlanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin şərh edilməsinə dair” plenum qərarında qeyd olunmuşdur ki, hüquqi məsuliyyət yalnız şəxsin öz əməlini idarə edə bildiyi hallarda yaranır. Hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 hərəkətlərində cərimənin ödənilməsindən boyun qaçırma və ya qanuni göstərişə qəsdən etinasızlıq faktı aşkar edilməmişdir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. İXM-in 3-cü maddəsinə görə, şəxs yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl törətdikdə məsuliyyətə cəlb olunur. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, işə baxılan anda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs1 İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar