Məhkəmə qərarları › İş №3(3-10)-210/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-210/2026

23.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-210/2026 23.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki şəhəri Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından protokol tərtib edən orqan X8 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim: Kamran Musayev) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Hacıyev İlqar Vahid oğlu barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən şəxs məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən ## ###### 2025-ci il tarixli, MN seriyalı, № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. ## ###### 2025-ci il tarixli MN seriyalı, № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə etmişdir. ## ###### 2025-ci il tarixli MN seriyalı, № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Barəsində tərtib edilmiş ## ###### 2025-ci il tarixli MN seriyalı, № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ki, Hacıyev İlqar Vahid oğlu ##.##.2025-ci il tarixdə və ondan əvvəlki dövrlərdə X2 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etmişdir. Qanunsuz və əsassız olaraq qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN seriyalı № ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, inzibati xəta ##.##.2025-ci il tarixdə və əvvəlki dövrlərdə törədilmişdir və ##.##.2025-ci il tarixinədək inzibati tənbeh tədbiri tətbiq edilə bilərdi. Lakin göründüyü kimi barəsində qəbul edilmiş İnzibati tənbeh vermə haqqında qərar 5 ay 6 gün sonra qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X6 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: İnzibati xəta haqqında iş üzrə qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə verdiyi apellyasiya şikayətini əsaslandıraraq bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin (hakim Kamran Musayev) ##.##.2025-ci il tarixli, 3(075)- ***/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin (bundan sonra - Xidmət) Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 20.11,2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Hacıyev İlqar Vahid oğlu tərəfindən verilmiş şikayət təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hesab edirlər ki, məhkəmənin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilməli, Xidmətin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 20.11,2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən sübutlara obyektiv hüquqi qiymət verilməmiş, yalnız barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Hacıyev İlqar Vahid oğlunun məsuliyyətdən yayınması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın mövqeyi nəzərə alınmadan, əsassız olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Hacıyev İlqar Vahid oğlu izahatında Şəki şəhərində yük daşıması fəaliyyətilə məşğul olduğunu, ##.##.2025-ci il tarixdə oğlunun ona zəng edərək Azərcelldən torpaq atılması işinin olduğunu, Qax dayanacağında fəhlələr dayanan ərazidən Qüdrət Alxasov və Rizvan Cəlilovu götürərək torpağı yığdıqdan sonra “xxxx” MTK-a məxsus binanın arxasında olan dərəyə boşaltmaq məqsədilə getdiyini, həmin əraziyə çatdıqdan sonra əvvəlki gündən yağan yağışlar və torpaq sürüşməsi səbəbindən yük maşınının dərəyə aşdığını, Qüdrət Alxasovun xəsarət aldığını, Rizvan Cəlilovun vəfat etdiyini bildirmişdir. Həmçinin izahatında yük daşıma fəaliyyəti ilə fərdi olaraq şəxsi yük maşını ilə fəaliyyət göstərdiyini, Rizvan Cəlilovun və Qüdrət Alxasovu 10 ildir ki tanıdığını, əvvəllər da fəhləlik işinə cəlb etdiyini, onların işə cəlb olunması ilə bağlı hər hansı şəxs tərəfindən göstəriş və ya tapşırıq verilmədiyini, Azərcell ofisinin əməkdaşı ilə ümumi işin görülməsi üçün 55 manat razılığın olduğunu, pulun 25 manatının yük daşınması üçün olduğunu, 30 manatını isə hər iki fəhləyə 15 manat verməklə bağlı fəhlələrlə şifahi razılığa gəldiklərini qeyd etmişdir. Bildiririk ki, X3 izahatında Şəki rayonunda fəhləlik işilə məşğul olduğunu, ##.##.2025ci il tarixdə Şəki şəhərində Qax dayanacağı adlanan əraziyə getdiyini, günorta saatlarında əvvəldən tanıdığı İlqar Hacıyevin ona və Rizvan Cəlilova yaxınlaşaraq Azərcell binasının arxasından atılacaq zibil olduğunu bildirdiyini, birlikdə həmin əraziyə getdiklərini, yükü maşına yığdıqdan sonra dərəyə boşaldan zaman yük maşınının dərəyə aşdığını, hadisədə özünün xəsarət aldığını və Rizvan Cəlilovun vəfat etdiyini, X1 maşını ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə aparıldığını, ilqar Hacıyevin yanında daimi yox ümumi olaraq səyyar fəhləlik etdiklərini, İlqar Hacıyevi əvvəldən tanıdığını, görüləcək işlə bağlı şifahi razılıq əsasında hər fəhlə üçün 15 manat ödənilməsi ilə bağlı razılığa gəldiklərini, həmin pulun onlara İ.Hacıyev tərəfindən ödənildiyini bildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı mərkəzi vasitəsilə “xxxx" MMC-nin direktoru X4 göndərilmişdir. X4 fəaliyyətinin təmir-tikinti işlərinin yerinə yetirmək olduğunu, Azercell ilə olan müqaviləyə əsasən Şəki rayonuna getdiyini, quyunun qazılması, betonlanması və digər işlərin “xxxx” MMC-nin əməkdəşı tərəfindən həyata keçirildiyini, çıxarılan torpağın daşınması üçün Zil markalı yük maşını çağırdığını, sürücü torpağın daşınması üçün özü ilə 2 şəxsi gətirdiyini, onların torpağı yığdıqdan sonra ərazini tərk elədiklərini, axşam saat 11:00 radələrində Şəki rayon prokurorluğundan ona zəng olunarkən həmin 2 şəxsin adını bildiyini, fəhlələrin işə sürücü tərəfindən cəlb olunduğunu, işin görülməsi üçün ödənişi nağd şəkildə sürücüyə ödədiyini bildirmişdir. Nəticədə X5 və X3 fiziki şəxs Hacıyev İlqar Vahid oğlu tərəfindən əmək müqavilələri olmadan işlərə cəlb olunması faktı öz təsdiqini tapmışdır. Beləliklə Hacıyev İlqar Vahid oğlunun təqsiri tam sübuta yetirilir. Bu sübutlar kifayət qədər mötəbər olmaqla inzibati xəta haqqıda iş üzrə qərar qəbul etmək üçün əsas olduğundan, Hacıyev İlqar Vahid oğlunun barəsində qəbul edilən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6-cı maddəsində əks olunmuş qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında işə baxan məhkəmə əvvəlki icraat zamanı qanunvericiliyin tələblərinə əməl olunmasını yoxlamaq səlahiyyətinə malik olsa da, bu araşdırma qərarın məzmununun hüdudları ilə məhdudlaşır Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2021 -ci il tarixli Qərarında qeyd olunur ki, inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd olunan halları nəzərə almamaqla məhkəmə qanunvericiliyə formal yanaşaraq real qanun pozuntularına görə məsuliyyətin müəyyənləşdirilməsi işini çətinləşdirir, təqsirli şəxslərin məsuliyyətdən yayınmaq üçün imkanlarının süni olaraq genişləndirilməsinə şərait yaradır. Nəticədə, Şəki Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xidmətin Şəki-Zaqatala regional şöbəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən şəxsin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğu aşkar edilmiş və sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Lakin, barəsində inzibati icraat aparılmış şəxs tərəfindən sadalanan normaların tələblərinə əməl edilməyərək adıçəkilən işçilər hüquqi qüvvədə əmək müqaviləsi olmadan yuxarıda qeyd olunan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda, vəzifəli şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işəgötürən (tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) anlayışı ilə əmək müqaviləsi bağlamaq səlahiyyətinə malik mülkiyyətçi olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti (işəgötürən) olması sübut edlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.4-cü maddəsinin tələblərinə əsasən, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması onun qərarının ləğv edilməsi üçün əsasdır və məhkəmə qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə uyğun olaraq inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 21-ci maddəsində isə qeyd edilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan sənədlərə əsasən vəzifəli şəxs Hacıyev İlqar Vahid oğlu tərəfindən İXM-in 192.1-ci maddəsinin tələblərinin pozulması faktı və Xidmətin Şəki- Zaqatala regional şöbəsi tərəfindən qanunvericiliyin tələblərinə tam riayət olunması öz təsdiqini tapır. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmətin Şəki-Zaqatala regional şöbəsi tərəfindən Hacıyev İlqar Vahid oğlu barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Hacıyev İlqar Vahid oğlu ərizə ilə müarciət edərək verilmiş apellyasiya şikayətinə etirazını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Hacıyev İlqar Vahid oğlu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## #### 2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış **c-** nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Hacıyev İlqar Vahid oğlu ##.##.2025-ci il tarixdə və ondan əvvəlki dövlərdə X5 və X3 əmək müqaviləsi bağlanmadan, hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) görülməsinə cəlb etmişdir. Nəticədə Hacıyev İlqar Vahid oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənebh vermə haqqında qərardan görünür ki, Hacıyev İlqar Vahid oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsi rəhbər tutularaq Hacıyev İlqar Vahid oğlu Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növü tətbiq edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandıraraq göstərmişdir ki, Hacıyev İlqar Vahid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi ## #### 2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan dörd aydan artıq müddət keçdikdən sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmaqla qeyd edir ki, birinci instansiya məhkəməsi Hacıyev İlqar Vahid oğlu barəsində qəbul edilmiş ## ###### 2025-ci il tarixli MN №******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməklə düzgün qənaətə gəlmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin rəisi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğu müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar