Azərbaycan Respublikası adından Qərar İş № 3(3-10)-212/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim P.Məmmədova) “EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər idarəsindən “EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, ##.##.2026-cı il tarixli protokol baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X1 "EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filialıda işləyərkən əmək hüquqları pozulmuşdur. "EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filialına ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla xətanın 10 (on) gün ərzində aradan qaldırılması əks təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə göstəriş xarakterli məktub ünvanlanmışdır. Sadalanan tədbirlərə baxmayaraq "EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Xidmətin qanuni göstərişinin icra edilməsi və bu barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməmişdir. Məhkəmə tərəfindən inzibati orqanın araşdırmasına və protokoluna sübut kimi hüquqi qiymət verilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən müəssisənin müdafiəsi və məsuliyyətdən yayındırılması məqsədi ilə sonradan düşünülərək irəli sürdüyü mülahizələrə əsaslanmışdır. Nəticədə, Şəki Rayon Məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi düzgün aparılmadan işin faktiki hallarına uyğun olmayan əsassız nəticəyə gəlinmiş və nəticədə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İXM-in 539.1 -1-ci maddəsi "EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filialı barəsində qəbul edilmiş inzibati xəta haqqında protokol tam qanuni və əsaslıdır. Odur ki, Şəki Rayon Məhkəməsinin 11,03.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi"nin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, "EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi" və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, MN ******* nömrəli, ##.##.2026-cı il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, X1 müraciəti əsasında araşdırma aparılarkən, “EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialından həmin şəxsin əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsi tələb edilmiş, lakin 10 gün ərzində icrası məcburi olan göstərişi yerinə yetirilməmişdir. İXM-in 539.1-1-ci maddəsi ilə “EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin Bakı şəhər idarəsi tərəfindən “EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubun məzmunundan görünür ki, X1 müraciətində qeyd etdiyi məsələyə münasibət bildirilməsi və 7 iş günü ərzində şöbəyə qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMXnin Bakı şəhər idarəsi tərəfindən “EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubun məzmunundan görünür ki, X1 müraciəti ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin 10 gün ərzində təqdim edilməsi tələb edilmişdir. İnzibati xəta haqqında materiallarda olan sifarişli göndərişlərdən ##.##.2025-ci il tarixli reyestrdə ##.##.2025ci il tarixli *****/**** saylı bildiriş, SS929760651AZ, çatdırılıb ##.##.2025-ci il tarixdə, ##.##.2025ci il tarixli reyestrdə ##.##.2025-ci il tarixli ******/**** saylı bildiriş SS929836837AZ, ##.##.2026cı il tarixli reyestrdə ##.##.2026-cı il tarixli ****/**** saylı bildiriş, SS941941060AZ, çatdırılıb ##.##.2026-cı il tarixdə çatdırılıb, “EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialına göndərilmişdir. İnternet portalından SS929836837AZ (##.##.2025-ci il tarixli bildiriş) yoxlanıldıqda Bakı AZ 1113 indeksli hər hansı məktubun çatdırıldığı məlum olur. Hüquqi şəxsin etirazına əlavə etdiyi sənədlərdən görünür ki, məktub onlara ##.##.2026-cı il tarixli sifarişi poçtla ##.##.2026cı il tarixdə çatdırılmış, həmin məktubun kodu SS942064236AZ-dır. Həmin məktub Xidmətin Şəki-Zaqatala Regional şöbəsindən göndərilmiş ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəlidir. Məktubun əvvəlində X1 müraciətinə münasibət bildirilməsi və 7 iş günü ərzində sənədlərin təqdim edilməsi tələb edilmişdir. ##.##.2026-cı il tarixdə poçtun təsdiq etdiyi konvertdə qeyd olunub. Məktub ##.##.2026-cı il tarixdə çatmışdır. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş poçt reyestrlərinin və internet portalından əldə edilmiş məlumatların təhlili göstərir ki, kuryer və poçt xidmətlərindəki texniki proseslər səbəbindən məktubların çatdırılması vaxtında baş verməmişdir. Belə ki, Xidmətin Şəki-Zaqatala Regional şöbəsindən göndərilmiş məktubun ##.##.2026-cı il tarixdə çatdırılması faktı sübut edir ki, müəssisənin göstərişdən rəsmi xəbərdar olması ilə sənədləri təqdim etməsi arasında cəmi 13 gün vaxt keçmişdir. Bu isə subyektiv tərəfdən 'itaətsizlik' niyyətinin olmadığını, sadəcə prosessual gecikmənin mövcudluğunu göstərir. İnzibati xəta haqqında iş üzrə icraatın əsas qayəsi qanunun tələbinin yerinə yetirilməsidir. Məhkəmə müəyyən edir ki, EA X2... filialı tərəfindən X1 əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsi artıq təqdim olunmuşdur. Beləliklə, inzibati orqanın 'göstərişi' öz hədəfinə çatmışdır. Pozuntunun aradan qaldırıldığı bir şəraitdə 2000 manat məbləğində sanksiyanın tətbiqi, dövlətin 'cəzalandırmaq' deyil, 'təmin etmək' funksiyası ilə ziddiyyət təşkil edir. Sanksiya artıq funksional əhəmiyyətini itirmişdir, çünki şəxs könüllü olaraq qanunauyğun davranış modelini bərpa etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və İXM-in 9-cu maddəsinə (Ədalətlilik prinsipi) əsasən, tənbeh xətanın xarakterinə və ağırlığına mütənasib olmalıdır. Tələb olunan sənədin cəmi bir neçə gün gecikmə ilə təqdim edilməsi faktı qarşısında müəssisəyə qarşı ağır iqtisadi sanksiyanın qüvvədə saxlanılması, sahibkarlıq subyektinin fəaliyyətinin davamlılığına mənfi təsir göstərə bilər. Dövlətin marağı cərimə toplamaqdan deyil, əmək hüquqlarının qorunmasından ibarətdir ki, bu işdə də həmin hüquqlar müvafiq sənədlərin təqdimi ilə təmin olunmuşdur. Məhkəmə vurğulayır ki, inzibati tənbeh öz-özlüyündə bir məqsəd deyil, hüquq qaydasının bərabərliyini təmin edən bir vasitədir. Əgər bir hüquqi şəxs dövlət orqanının göstərişini (gecikmə ilə olsa dа) icra etmişdirsə, artıq həmin subyektə qarşı 2000 (iki min) manat məbləğində sanksiyanın saxlanılması 'mütənasiblik' prinsipinin pozulması deməkdir. Belə ki, cərimənin məqsədi şəxsi qanuna itaətə sövq etməkdir; şəxs artıq itaət nümayiş etdirmişsə, cəzanın tətbiqi yalnız fiskal (büdcə doldurma) xarakter daşıyar ki, bu da inzibati hüququn mahiyyətinə ziddir. İnzibati orqan (DƏMX) apellyasiya şikayətində xətanın protokol tərtib olunduğu anda mövcudluğunu əsas gətirərək 'formal' yanaşma sərgiləyir. Lakin məhkəmə nəzarəti formal deyil, mahiyyəti üzrə həyata keçirilməlidir. Məhkəmə baxışı zamanı xətanın nəticələrinin artıq aradan qaldırılması faktı, işin gedişatına təsir edən yeni və əhəmiyyətli bir haldır .Məhkəmə bu halı görməzdən gələ bilməz və hüquqi islahı stimullaşdırmaq üçün icraata xitam verilməsi barədə aşağı instansiyanın qənaətini haqlı hesab edir. Azərbaycan Respublikasının iqtisadi siyasətinin prioritetlərindən biri sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz və qeyri-mütənasib müdaxilələrin qarşısının alınmasıdır. Xırda kargüzarlıq gecikmələrinə görə investisiya mühitinə mənfi təsir göstərə biləcək ağır sanksiyaların tətbiqi dövlətin ümumi iqtisadi maraqları ilə uzlaşmır. Məhkəmə hesab edir ki, 'vəhdət prinsipi' əsasında, hüquq pozuntusunun aradan qaldırılması sanksiyadan daha üstün tutulmalıdır. İXM-in 14-cü maddəsinə görə təqsir inzibati məsuliyyətin labüd şərtidir. Poçt göndərişlərinin (SS929836837AZ və s.) hərəkət tarixçəsi göstərir ki, məktubların göndərilməsi ilə real çatdırılması arasında zaman fərqi mövcuddur. Şəxsin (filialın) məktubu gec alması onun iradi olaraq göstərişdən yayınmasını istisna edir. Məlumatlandırma gec baş verdiyi üçün göstərişin icrası üçün ayrılan 'məqbul müddət' də faktiki olaraq məktubun alındığı tarixdən hesablanmalıdır. Bu halda isə subyektiv tərəfdən 'qəsd' tamamilə aradan qalxır. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. İXM-in 3-cü maddəsinə görə, şəxs yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl törətdikdə məsuliyyətə cəlb olunur. İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan xətanın mahiyyəti icrası məcburi olan göstərişin yerinə yetirilməməsidir. Lakin inzibati icraatın məqsədi şəxsin qanunvericiliyə uyğun fəaliyyətini təmin etməkdir. İş materiallarından görünür ki, hüquqpozma məhkəmə qərarı çıxarılanadək tam aradan qaldırılmışdır. İnzibati hüquq nəzəriyyəsində və məhkəmə təcrübəsində, pozuntunun könüllü olaraq aradan qaldırılması və ictimai təhlükəliliyin itməsi halında icraata xitam verilməsi "ədalətlilik" və "mütənasiblik" prinsiplərinə tam uyğundur. İnzibati tənbehin əsas məqsədi yalnız cəzalandırmaq deyil, həm də yeni inzibati xətaların törədilməsinin qarşısını almaqdır (İXM-in 24-cü maddəsi). İşin hallarından görünür ki, "EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi"-ə qarşı protokol tərtib edildikdən sonra, lakin işə məhkəmədə baxılanadək müəssisə qanunvericiliyin tələblərini tam yerinə yetirmişdir. Bu, "pozuntunun aradan qaldırılması iradəsinin" sübutudur. Belə olan halda, artıq icra edilmiş bir öhdəliyə görə yüksək məbləğdə cərimə tətbiq edilməsi tənbehin məqsədinə xidmət etmir, əksinə sahibkarlıq subyektinin iqtisadi fəaliyyətinə qeyri-mütənasib yük yaradır. İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan xəta öz mahiyyəti etibarilə bir hərəkətsizlikdir. Şəxs göstərişi icra etdiyi andan həmin hüquqazidd vəziyyət sona çatır. Məhkəmə hesab edir ki, əgər qanunvericiliyin tələbi məhkəmə qərarı çıxarılanadək icra olunubsa, dövlət nəzarəti öz funksiyasını (qanunçuluğun bərpası) yerinə yetirmiş sayılır. Apellyasiya qaydasında işə yenidən baxan məhkəmə birinci instansiya məhkəməsi icraata xitam verməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, işə baxarkən inzibati xətanın az əhəmiyyətliliyi faktoru da nəzərə alınmalıdır. Əgər göstərişin gecikmə ilə icrası hər hansı ağır nəticəyə səbəb olmayıbsa və qısa müddətdə aradan qaldırılıbsa, bu əməl cəmiyyət üçün böyük təhlükə kəsb etmir. Beynəlxalq məhkəmə təcrübəsinə görə İnzibati xətalar qanunvericiliyi "hər bir pozuntu mütləq cərimələnməlidir" prinsipindən deyil, "hər bir pozuntu aradan qaldırılmalıdır" prinsipindən çıxış edir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsi sahibkarı qanunvericiliyin tələblərini dərhal icra etməyə sövq edən effektiv mexanizm rolunu oynamışdır və hədəfə nail olunduğu üçün əlavə sanksiyanın tətbiqinə ehtiyac qalmır. İXM-in 8-ci maddəsinə əsasən, təqsirlilik barəsində şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll edilir. Məhkəmə hesab edir ki, əgər şəxs dövlət orqanının tələbini gecikmə ilə də olsa yerinə yetirmişsə, onun bu hərəkəti qərəzli itaətsizlik kimi deyil, qanunvericiliyə uyğunlaşma iradəsi kimi qiymətləndirilməlidir. Bu halda, tərkibin "ictimai zərərlilik" elementi əhəmiyyətli dərəcədə azalmış və ya tamamilə yox olmuş hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarında (məsələn, Jussila Finlandiyaya qarşı) qeyd olunur ki, inzibati sanksiyalar mütənasib olmalıdır. Əgər şəxs qanun pozuntusunu aradan qaldırmışsa, ona qarşı ağır pul cəriməsinin (hazırkı maddə üzrə 2000 manat) tətbiq edilməsi "demokratik cəmiyyətdə zərurilik" və "mütənasiblik" balansını poza bilər. Birinci instansiya məhkəməsi tərəfindən icraata xitam verilməsi həm də şəxsin gələcəkdə qanuna itaətkar davranışını stimullaşdıran bir addımdır. Apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, xəta protokol anında mövcud olduğu üçün məsuliyyət yaranmalıdır. Lakin məhkəmə qeyd edir ki, inzibati icraat formal deyil, mahiyyəti üzrə aparılmalıdır. İXM-in 53.1.2-ci (inzibati xəta tərkibi olmadıqda) və 53.2-ci maddələrinin mahiyyəti ondan ibarətdir ki, əgər məhkəmə baxışı zamanı şəxsin əməlində ictimai təhlükəlilik dərəcəsi qalmayıbsa və qanunun tələbi artıq icra olunubsa, icraata xitam verilməsi hüquqi dövlət prinsipləri ilə ziddiyyət təşkil etmir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Ona görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkəmə baxışı anında əməlin ictimai təhlükəliliyi itdiyindən və hüquqpozma aradan qaldırıldığından, İXM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq icraata xitam verilməsi üçün əsaslar yaranmışdır Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, işə baxılan anda "EA X2 İnşaat Taahhüt Sanayi ve Ticaret Limited Şirketi"nin İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-212/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-212/2026
22.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver