Məhkəmə qərarları › İş №3(3-10)-213/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-213/2026

27.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-213/2026 27.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki şəhəri hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Ibrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Ş.Cəfərova) # ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərarı ilə, Şəki rayon Cəfərabad Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan ## ######## 2025-ci il tarixli MN ******* nömrəli qərarına əsasən Cəmilov Amil Aydın oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 1000 (min) manat miqdarında cərimə edilmişdir. Cəmilov Amil Aydın oğlunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan həmin qərarın icrası məqsədi ilə əmək haqqından tutulmaların aparılması üçün göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubu ilə tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi faktı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin ŞəkiX3 tərəfindən Cəmilov Amil Aydın oğlu barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi apellyasiya qaydasında şikayət verərək, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarnı ləğv edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Şəki rayon Cəfərabad Bələdiyyəsi barəsində tərtib edilmiş inzibati xəta hqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nümayəndəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikası IXM-nin 133.2.4-cü mаddəsinə əsаsən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası IXM-nin 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası IXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ## ######## 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X1 əmək hüquqlarının pozulması ilə bağlı Şəki rayon Cəfərabad Bələdiyyəsinin rəhbərliyinə ##.##.2025-ci il tarixli, *-**-*/*- *****/**** saylı və ##.##.2025-ci il tarixli, *-**-*/******/**** saylı icrası məcburi göstəriş məktubları göndərilmiş lakin icra edilməmişdir. Şəki rayonunun Cəfərabad Bələdiyyəsinin sədri Cəmilov Amil Aydın oğlu tərəfindən IXM-nin 539.1-1-ci maddəsinin tələblərini pozulduğundan 1000 manat inzibati cərimə edilmişdir. Işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** saylı məktubundan görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məktub göndərilərək Cəmilov Amil Aydın oğlunun əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində X7 yazılı formada məlumat verilməsi tələb edilmiş, əks halda Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Işdə olan ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki rayon Cəfərabad Bələdiyyəsi barəsində tətbiq edilmiş inzibati cərimənin aylıq əmək haqqından tutulması üçün Cəfərabad Bələdiyyəsinə ##.##.2025-ci il tarixli, ***-*/*-******/**** saylı məktub göndərilmiş, lakin icra edilməmişdir. Nəticədə Şəki rayonunun Cəfərabad Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Işdə olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan ünvanlanmış ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Cəmilov Amil Aydın oğlu barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafisi Müfəttişliyi Xidmətinin Şəki X3 tərəfindən 1000.00 manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Lakin bu günə qədər inzibati tənbeh növü üzrə tətbiq edilən cərimə Bələdiyyənin DSMF-yə olan borcu ilə bağlı əmək haqqı ala vəya hər hansı bir ödəniş tapşırığı icra edə bilmədikləri üçün cərimə məbləğinin ödənişini həyata kecirə bilməmişlər. Işdə olan Azərbaycan Respublikası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, Cəfərabad Bələdiyyəsinin fiziki şəxslərdən torpaq vergisinə görə 19262 manat, fiziki şəxslərdən əmlak vergisinə görə 5609 manat, torpağın icarə puluna görə 2400 manat olmaqla, cəmi 27271 manat debitor borcu vardır. Işdə olan Azərbaycan Respublikası Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli, ** nömrəli arayışdan görünür ki, Cəfərabad Bələdiyyəsinin kənd bələdiyyələrinin Milli assosasiyasına 2461 manat, Həmkarlar Ittifaqına 900 manat, DSMFna 13941 manat, Icbari Tibbi Sığortaya 1649 manat kreditor borcu vardır. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2025-ci il tarixli alınmalı sərəncamlarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bank hesabı üzrə büdcəyə olan qalıq və faiz məbləğinin tutulması barədə rəsmi sərəncamlar verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs sədri Cəmilov Amil Aydın oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan ## ######## 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qanuni qüvvəyə minmiş qərarına əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (min) manat miqdarında inzibati cərimə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məktub göndərilərək Cəmilov Amil Aydın oğlunun əmək haqqından hər ay 50% olmaqla 1000 manat məbləğində inzibati cərimə tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiq edici sənədlər əlavə edilməklə 3 gün ərzində ŞəkiX3 yazılı formada məlumat verilməsi tələb edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan ## ###### 2025-ci il tarixli, *-**-*/*- ******/**** saylı məktubundan 2 gün sonra, yəni ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bank hesabı üzrə büdcəyə olan qalıq və faiz məbləğinin tutulması barədə rəsmi sərəncamlar verilmiş, bələdiyyənin hesabı dondurulmuşdur. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan tərəfindən Şəki rayon Cəfərabad Bələdiyyəsinin barəsində tələb edilən tutulmaların aparılmaması və məlumat verilməməsi əsası ilə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Iş mаteriаllаrı ilə müəyyən оlunur ki, Şəki rayon Cəfərabad Bələdiyyəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqan sözügedən göstərişinin icrа edilməməsində hər hаnsı təqsiri оlmаmış, işin hаllаrı ilə bələdiyyənin оnа istinаd оlunаn Аzərbаycаn Respublikаsı IXM-nin 529.1-1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti xətаnın törədilməsində təqsiri müəyyən edilməmişdir. Belə ki, həmin göstərişdən sоnrа Dövlət Vergi Xidməti tərəfindən bələdyyənin hesаbı dоndurulmuş və bunа görə də bələdiyyənin öz hesаbında оlаn vəsаitlər üzərində sərəncаm vermək imkanı оlmаmışdır. Bu hаl Şəki rayon Cəfərabad Bələdiyyəsinin аrаyışı ilə yаnаşı, vergi xidmətinin müvаfiq аrаyışı və digər iş mаteriаllаrı ilə də təsdiq olunur. Birinci instаnsiyа məhkəməsi də əsаslı оlаrаq Şəki rаyоn Cəfərаbаd bələdiyyəsi hаqqındа Аzərbаycаn Respublikаsı IXM-nin 529.1-1-ci mаddəsilə bаşlаnmış inzibаti xətа hаqqındа iş üzrə icrааtа xitаm vermişdir. Apellyasiya məhkəməsi hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsinin mülahizə xarakterli dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərarının dəyişdirilməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası IXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit və ya elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit və ya elektron pul təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən hesablarda dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin Məcəllənin 65.6-ci maddəsinə bu Məcəllənin 79.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamları kredit və elektron pul təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliliyi ardıcıllığına uyğun olaraq icra edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, kredit və elektron pul təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra kredit və elektron pul təşkilatı vergi orqanının sərəncamını icra edir. Həmin Məcəllənin 65.8-ci maddəsinə əsasən vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə kredit və ya elektron pul təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit və elektron pul təşkilatları və ya bank əməliyyatları aparan şəxslər vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını (ödənilməsini) təsdiq edən sənəd əsasında alınmış (ödənilmiş) həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla, belə vəsaitlər üzrə sərəncamın icrasını dayandırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Birinci instаnsiyа məhkəməsi hаqlı оlаrаq belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Protokolu tərtib edən orqann tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəki rayon Cəfərabad Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası IXM-nin 529.1-1-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından şikаyət təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Оnа görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmаlıdır. Аzərbаycаn Respublikаsı IXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və Аzərbаycаn Respublikаsı X9 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar