Azәrbaycan Respublikası adından Qərar Şәki şәhәri İş № 3(3-10)-215/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Hәşimxan oğlunun sәdrliyi, Mabudov Faiq Əlәşrәf oğlunun katibliyi, barәsindә inzibati xәta haqqında iş üzrә qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) vә protokol tәrtib edәn orqan Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin nümayәndәsi Nümayәndә, barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) iştirakları ilә, Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәtә açıq mәhkәmә iclasında baxaraq, apellyasiya instansiya mәhkәmәsi, müəyyən etdi: Qәbәlә Rayon Mәhkәmәsinin (hakim A. Əliyev) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarı ilә, Qәrardan şikayәt verәn orqan (şәxs) Adәm oğlunun Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ## ###### 2025-ci il tarixli, MN ******* saylı qәrarından verdiyi şikayәtin tәmin olunmaması qәrara alınmışdır. işin halları: Qәrardan şikayәt verәn orqan (şәxs) Adәm oğlu şikayәt әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr idarәsi tәrәfindәn barәsindә Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinin (bundan sonra mәtndә İXM-in) 253.2-ci maddәsinә әsasәn tәrtib edilmiş ## ###### 2025-ci il tarixli MN 1897386 nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı lәğv edib, iş üzrә icraata xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbbi Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn barәsindә İXM-in 253.2-ci maddәsi ilә ## ####### 2025-ci il tarixdә MN 2364682 nömrәli Inzibati xәta haqqında protokol tәrtib edilmişdir. Daha sonra hәmin protokol әsasında barәsindә İXM-nin 253.2-ci maddәsi ilә qәrar qәbul edilmiş vә 4000 (dörd min) manat cәrimә edilmişdir. Azәrbaycan Respublikasının Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliy * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ## ###### 2025-ci il tarixli, MN 1897386 nömrәli qәrarı ilә aşağıdakı sәbәbdәn razılaşmır. Belә ki, Qәbәlә şәhәri, 28 May küçәsindә mülkiyyәtindә olan torpaq sahәsi vardır. Hәmçinin hәmin torpaq sahәsinin qarşısında ona mәxsus sahibkarlıq obyekti, yәni market fәaliyyәt göstәrmәkdәdir. Bilindiyi kimi, son illәr Qәbәlә rayonu inkişaf etmәkdәdir vә cәnab Prezidentimiz tәrәfindәn bir sıra ölkә miqyasında olan tәdbirlәr, hәmçinin Dünya sәviyyәsindә olan tәdbirlәr Qәbәlә rayonu әrazisindә keçirilmәkdәdir. Əlbәtdә ki, bu tәdbirlәr istәr ölkәmiz Azәrbaycan üçün, istәrsә dә Qәbәlә rayonu üçün әhәmiyyәt kәsb edir. Belә tәdbirlәr zamanı ölkәyә vә Qәbәlә rayonuna çoxsaylı qonaqlar, dövlәt rәsmilәri vә turistlәr gәlmәkdәdir. Bu mәqsәdlә Qәbәlә rayonu әrazindә bir neçә ay quruculuq vә tәmizlik tәdbirlәri hәyata keçirilmişdir. Bu tәdbirlәr zamanı sahibkarlara çoxsaylı tapşırıqlar olmuşdur. Hәmin tapşırıqlardan biri dә sahibkar kimi ona hәvalә edilmişdir. Belә ki, Qәbәlә Rayonu İcra Hakimiyyәtinin müvafiq әmәkdaşları, o cümlәdәn Qәbәlә Bәlәdiyyәsi tәrәfindәn o yanlarına çağırılaraq bir sıra tapşırıqlar verilmişdir. Hәmin tapşırıqlardan biri dә, sahibkarlıq obyektinin qarşısında olan kiçik kolların tәmizlәnmәsi vә divarların rәnglәnmәsi olmuşdur. O da mәnә hәvalә edilmiş tapşırığı yerinә yetirmәk mәqsәdilә Qәbәlә Bәlәdiyyәsi tәrәfindәn ona kәsilmәsi tapşırılmış kolları tәmizlәmişdir. Hәmin kolların köklәri dә şikayәt әrizәsinә әlavә edilmәkdәdir. İnzibati xәta haqqında protokolda vә qәrarda ağac vә kolların kәsilmәsi göstәrilsә dә, şikayәtә әlavә edilmiş fotoşәkillәrdәn dә aşkar olunur ki, ancaq kollar kәsilmişdir. Belәliklә, tәrәfindәn tәmizlәnmiş kollar qanunsuz olmamışdır. Hәmin kollar Qәbәlә Bәlәdiyyәsinin tapşırığı әsasında tәmizlәnmişdir. Bu hal mәhkәmә iclası zamanı әdalәtli mәhkәmә araşdırmasını tәmin etmәk üçün Qәbәlә Bәlәdiyyәsinin nümayәndәsinin izahatı ilә dә sübuta yetirilә bilәr. Hәmçinin Qәbәlә Bәlәdiyyәsi tәrәfindәn ona şifahi olaraq bildirilmişdir ki, mәhkәmәnin rәsmi sorğusu әsasında sözügedәn kolların onların tapşırığı ilә kәsmәyi barәdә rәsmi mәlumat verә bilәrlәr. Hәmçinin qәrar qәbul edәn orqan * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi ancaq izahat әsasında qәrar qәbul etmiş, lakin heç bir araşdırma aparmamışdır. Ümumiyyәtlә ağacların kәsildiyini qeyd etsәlәr dә, neçә ağac vә hansı ağacların (yәni ağacların növü) kәsilmәsi barәdә heç bir qeyd edilmәmişdir. Ümumiyyәtlә tәmizlәnmiş ağacların diametri müәyyәn edilmәmişdir. Bütün bunlar müәyyәn edilmәdiyi halda ona Ziyan aktı tәrtib etmişlәr. Lakin hәmin ziyan aktının hansı ağaca görә, onun diametri dәqiqlәşdirilmәmişdir. Bütün bunlar * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin әsassız vә araşdırma aparmadan onun barәsindә qәrәzli qәrar qәbul edilmәsini göstәrmәkdәdir. Belәliklә, İXM-in 253.2-ci maddәsinә әsasәn Meşә fonduna daxil olmayan ağac vә ya kolların qanunsuz kәsilmәsinә (götürülmәsinә) vә ya mәhv edilmәsinә görә fiziki şәxslәr iki min manat miqdarında, vәzifәli şәxslәr dörd min manat miqdarında, hüquqi şәxslәr iyirmi beş min manat miqdarında cәrimә edilir. İXM-in 253.2-ci maddәsinin dispozisiyasından görünür ki, hәmin maddә ilә mәsuliyyәtin yaranması üçün ağac vә ya kollar qanunsuz kәsilmәlidir. Göründüyü kimi isә o, kolları qanunsuz kәsmәmişdir. Əksinә Qәbәlә rayonu Icra Hakimiyyәtinin vә Qәbәlә Bәlәdiyyәsinin tapşırığı әsasında kәsmişdir. Bu hal mәhkәmә zamanı da sübuta yetirilәcәkdir. Belә olduğu tәqdirdә әmәlindә İXM-in 253.2-ci maddәsinin tәrkibinin olmasından söhbәt gedә bilmәz vә bu sәbәbdәn İnzibati xәta haqqında qәrara inzibati xәta tәrkibi olmadığından xitam verilmәlidir. Əlavә olaraq bildirir ki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi Qәbәlә rayon Polis şöbәsinin mәktubu әsasında barәsindә İnzibati xәta haqqında protokol tәrtib edәrәk qәrar qәbul etmişdir. Lakin o Qәbәlә rayon Polis şöbәsindә dә izahatında kolların Qәbәlә rayonu İcra Hakimiyyәtinin vә Qәbәlә Bәlәdiyyәsini tapşırığı әsasında kәsdiyimi bildirmişdir. Lakin tәәssüflәr olsun ki, Qәbәlә rayonu Polis şöbәsi tәrәfindәn, ya da * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn bu istiqamәtdә araşdırılma aparılmamış vә sözügedәn orqanlara sorğular verilmәmişdir. Belәliklә, Qәbәlә rayon Polis şöbәsindә onun әleyhinә qәrәzli izahatlar alınaraq materiallar araşdırılması üçün Azәrbaycan Respublikasının Ekologiya vә Tәbbi Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsininә göndәrilmişdir. Lakin buna baxmayaraq hәmin idarәdә dә qanun pozuntularına davam etdilmişdir. O, İXM-in 253.2-ci maddәsi ilә tәqsirli ola bilmәz vә bununla bağlı Azәrbaycan Respublikasının Ekologiya vә Tәbbi Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsindә kifayәt qәdәr sübut yoxdur. Çünki tәqsiri yoxdur. Eyni zamanda mәhkәmә zamanı Qәbәlә Bәlәdiyyәsinin nümayәndәsi dә şahid qismindә dindirilmәlidir. Bu zaman onun tәqsirinin olmaması müәyyәn edilәcәkdir. Mәhkәmәnin diqqәtinә xüsusi olaraq çatdırır ki, * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn o, vәzifәli şәxs kimi İnzibati mәsuliyyәtә cәlb edilmişdir vә bu sәbәbdәn 4000 (dörd min) manat cәrimә olunmuşdur. Qәrar qәbul edәn orqan hәmin mәsәlәni dә düzgün araşdırmamışdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 308-ci maddәsinin "Qeyd" hissәsindә nәzәrdә tutulmuş "vәzifәli şәxs" anlayışının şәrh olunmasına dair Azәrbaycan Respublikkası Konstitusiya Мәhkәmәsi Plenumunun Qәrarına әsasәn dövlәt vә bәlәdiyyә müәssisә, idarә vә tәşkilatlarının, habelә digәr kommersiya vә qeyri-kommersiya tәşkilatlarının işçilәri, hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olan şәxslәr yalnız hüquqi әhәmiyyәt kәsb edәn, yәni başqa şәxslәr üçün hüquq münasibәtlәrinin әmәlә gәlmәsi, dәyişmәsi vә ya xitam olunması ilә nәticәlәueu vә ya nәticәlәnә bilәn hәrәkәtlәr etdikdә vәzifәli şәxs hesab olunurlar. Göründüyü kimi Konstitusiya Mәhkәmәsi vәzifәli şәxsә dәqiq anlayış vermişdir vә onun sahibkarlıq fәaliyyәti ilә mәşğul olmağı onun vәzifәli şәxs olmağı mәnasına gәlmәmәkdәdir. Vergi ödәyici olmaq vә VÖEN almaq sadәcә vergi ilә bağlı uçota düşmәk demәkdir vә bu sahibkarın vergi ödәyici olduğunu göstәrir, yәni "vәzifәli şәxslәr" kateqoriyasına aid deyildir. Nәticә olaraq * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn vәzifәli şәxs kimi inzibati mәsuliyyәtә cәlb edilmәyi dә qanunsuz olmuşdur. Onun isә tәqsirli olmağı sübuta yetirilmәmişdir. Ona görә dә Azәrbaycan Respublikasının Ekologiya vә Tәbbi Sәrvәtlәr Nazirliy * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ## ###### 2025-ci il tarixli, MN 1897386 nömrәli qәrarı әsassız olduğuna görә lәğv edilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş edir. Belәliklә, hesab edir ki, Azәrbaycan Respublikasının Ekologiya vә Tәbbi Sәrvәtlәr Nazirliy * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi qәrarı lәğv edilmәli vә iş üzrә icraata xitam verilmәlidir. Mәhkәmәnin diqqәtinә çatdırır ki, İXM-in 253.2-ci maddәsi ilә tәrtib edilmiş ## ###### 2025-ci il tarixli, MN 1897386 nömrәli inzibati tәnbeh vermә haqqında qәrarı mәnә poçt vasitәsi ilә ##.##.2025-ci il tarixdә çatdırılmışdır. Bu sәbәbdәn qәrardan şikayәt vermә müddәtini ötürmәmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qәrarına әsasәn AR ETSN * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin “inzibati tәnbheh vermә haqqında” ## ###### 2025-ci il tarixli, MN 1897386 nömrәli qәrarının lәğv edilmәsi, Qәrardan şikayәt verәn orqan (şәxs) Adәm oğlu barәsindә İXM-in 253.2-ci maddәsi ilә olan inzibati xәta haqqında iş (“inzibati xәta haqqında” ##.##.2025-ci il tarixli MN 2364682 nömrәli protokol) üzrә icraata xitam verilmәsi qәrara alınmışdır. Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qәrarı ilә Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilmiş, Qәbәlә Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, 3(025)-648/2025 nömrәli qәrarının lәğv edilmәsi, inzibati xәta haqqında işin yenidәn baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır İş üzrә yuxarıda qeyd edilәn mәhkәmә aktı qәbul edilmişdir. Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarından barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn apellyasiya şikayәti verilmişdir. Şikayətin dəlilləri: Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, Qәbәlә Rayon Mәhkәmisinin ##.##.2026-cı il tarixli qәrarının 4-cü vә 5-ci sәhifәlәrindә hakim özü qeyd edir ki, kәsilmiş "alça ağacının" diametri 2 sm-dir. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ##.##.2014-cü il tarixli, *** saylı Qәrarına әsasәn, diametri 6 sm-dәn kiçik olan bitkilәr "cücәrti" hesab olunur vә "ağac" sayılmır. İXM-in 253.2-ci maddәsi "ağac vә kolların" kәsilmәsinә görә mәsuliyyәt nәzәrdә tutur. Cücәrtinin kәsilmәsi bu maddәnin obyektiv tәrәfini yaratmır. Qәrarın 3-cü vә 5-ci sәhifәlәrindә hakim bir neçә dәfә tәsdiq edir: Kәsdiyi kolların yerlәşdiyi torpaq sahәsi onun mülkiyyәti deyil. Bildiyinә görә hәmin torpaq sahәsi bәlәdiyyә mülkiyyәtidir. İXM-in 16.1-ci maddәsinә әsasәn, şәxs yalnız özünün törәtdiyi qanunazidd әmәlә görә inzibati mәsuliyyәt daşıyır. Mәnә mәxsus olmayan, bәlәdiyyә mülkiyyәtindә olan torpaq sahәsindәki bitkiyә görә mәn mәsuliyyәt daşıya bilmәrәm. Qәrarın 3-cü sәhifәsindә hakim qeyd edir: ...onun sahibkarlıq fәaliyyәti ilә mәşğul olmağı onun vәzifәli şәxs olması mәnasına gәlmәmәkdәdir. İXM-in 253.2-ci maddәsinә görә fiziki şәxslәr üçün cәrimә 800 manatdır, vәzifәli şәxslәr üçün 4000 manatdır. Hakim özü mәnim vәzifәli şәxs olmadığımı tәsdiq etdiyi halda, mәnә 4000 manat cәrimә tәtbiq etmәsi birbaşa qanun pozuntusudur. Qәrarın 3-cü vә 5-ci sәhifәlәrindә göstәrilir ki, kollar Qәbәlә rayon İcra Hakimiyyәti vә Qәbәlә şәhәr Bәlәdiyyәsinin "yol kәnarında yerlәşәn bütün obyektlәrin qarşısının sәliqәyә salınması" tapşırığı әsasında kәsilmişdir vә mәn hәr hansı mәsuliyyәt yaradacağından mәlumatım olmadığını bildirmişәm. İXM-in 13-cü maddәsinә görә, inzibati xәta qәsdәn vә ya ehtiyatsızlıqdan törәdildikdә şәxs mәsuliyyәtә cәlb olunur. Dövlәt orqanının tapşırığını icra etmәk tәqsir forması yaratmır Qәrarın 2-ci vә 5-ci sәhifәlәrindә hakim yazır: ...nәçә ağac vә hansı ağacların kәsilmәsi barәdә heç bir qeyd edilmәmişdir... tәmizlәnmiş ağacların diametri mütlәq ölçülmәyib... baxış keçirilmәsinә dair akt vә ya protokol müәyyәn edilmәmişdir.İXM-in 99.1-ci maddәsinә görә, inzibati xәta haqqında iş yalnız kifayәt qәdәr sübut olduqda başlanıla bilәr. İXM-in 22.2-ci maddәsinә görә isә, tәqsirә dair şübhәlәr tәqsirlәndirilәn şәxsin xeyrinә hәll olunur. Hakim qәrarın özündә sübutların olmadığını yazsa da, şübhәlәri mәnim әleyhimә hәll etmişdir. Cavabdeh tәrәfin "quşların sığınacağının dağıdılması" arqumenti hüquqi әsasa malik deyil, çünki İXM-in 253.2-ci maddәsi buna görә mәsuliyyәt nәzәrdә tutmur. Üstәlik, diametri 2 sm olan cücәrti heç bir quş üçün sığınacaq ola bilmәz vә "kol bitkisi" sayılmır. 320 manat "ziyan" mәblәği isә qәrarın 2-ci sәhifәsindә qeyd edildiyi kimi, "hansı ağaca görә olduğu dәqiqlәşdirilmәdәn" hesablanmışdır vә әsassızdır. Odur ki, Qәbәlә Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrәli qәrarı lәğv edilmәsini, AR Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin ##.##.2025-ci il tarixli, MN ******* saylı qәrarı lәğv edilmәsini, İXM-in 253.2ci maddәsi ilә başlanmış inzibati xәta haqqında iş üzrә icraata xitam verilmәsini xahiş etmişdir. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsinin baş mәslәhәtçi müfәttişi Nümayәndә çıxış edәrәk apellyasiya şikayәtinin tәmin edilmәmәsini xahiş etdi. Apellyasiya instansiya mәhkәmәsinin iclasında iştirak edәn barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) apellyasiya şikayәtinin mәzmununa uyğun çıxış edәrәk tәmin edilmәsini xahiş etdi. hüquqi məsələlər İXM-in 133.1-ci maddәsinә görә inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protest hakim vә ya vәzifәli şәxs tәrәfindәn tәkbaşına baxılır. İXM-in 133.2.8-ci maddәsinә görә inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәtә vә ya protestә baxılarkәn qәbul edilmiş qәrarın qanuniliyi vә әsaslılığı iş üzrә olan vә әlavә tәqdim edilmiş materiallar әsasında yoxlanılır. İnzibati xәta haqqında işә apellyasiya instansiyası mәhkәmәsindә baxılması zamanı, mәhkәmә qanunvericiliyin yuxarıda göstәrilәn müddәlarını rәhbәr tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayәti, birinci instansiya mәhkәmәsindә inzibati qaydada aparılmış icraatı vә tәrәflәrin dәlillәrini tәhlil edәrәk hesab edir ki, şikayәtin dәlillәri әsassız olduğundan tәmin edilmәmәlidir. Belә ki, İşdә olan Qәbәlә rayonu Bum qәsәbә sakini Şәfiyev İslam Xәlil oğlu tәrәfindәn Qәbәlә RPŞ-yә ünvanlanmış әrizәdә göstәrilmişdir ki, Qәbәlә şәhәri, 28 may küçәsindә yerlәşәn dövlәt fondunda olan pay torpaq sahәsindә onun tәrәfindәn әkilәn müxtәlif sayda cökә ağacları Qәrardan şikayәt verәn orqan (şәxs) Adәm oğlu tәrәfindәn kәsilmişdir. - İşdә olan Qәbәlә RPŞ tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli **/*-**-**/*-***** saylı mәlumata әsasәn Qәbәlә şәhәri, 28 may küçәsi әrazisindә mülkiyyәtdә olan kәnd tәsәrrüfatı tәyinatlı torpaq sahәsindәn 3 әdәd hәmişәyaşıl kol vә 1 әdәd köküstә yaş alça ağacının (d:2sm) Qәrardan şikayәt verәn orqan (şәxs) Adәm oğlu tәrәfindәn kәsilmәsi barәdә mәlumat verilmiş vә toplanmış materiallar tәqdim edilmişdir. - İşdә olan AR ETSN * saylı Regional Ekologiya vә Tәbii Sәrvәtlәr İdarәsi tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** saylı mәlumatda göstәrilmişdir ki, AR NK-nin ##.##.2026-cı il tarixli *** saylı qәrarına әsasәn kәnd tәsәrrüfatı tәyinatlı xüsusi mülkiyyәtdәn köküstә yaş dәfnә (hәmşәyaşıl) cinsinә mәxsus 3 topa hәmişәyaşıl kol vә köküstә yaş 1 әdәd alça (yaban) cinsinә mәxsus ağacının (d:2sm) kәsilmәsi nәticәsindә tәbiyyәtә dәymiş ziyanın mәblәği 320,0 manat tәşkil edir. İşdә olan «inzibati xәta haqqında» ##.##.2025-ci il tarixli MN 2364682 nömrәli protokolun surәtinә әsasәn ##.##.2025-ci il tarixdә Qәbәlә şәhәri, 28 may küçәsindә Qәrardan şikayәt verәn orqan (şәxs) Adәm oğlu tәrәfindәn qanunsuz ağac vә kolların kәsilmәsi faktı Qәbәlә RPŞ tәrәfindәn aşkar edilmişdir. - İşdә olan Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsinin ##.##.2025-ci il qeydiyyat tarixli, 1925015240 qeydiyyat nömrәli, 406013121146-06301 reyestr nömrәli «Hüquqların Dövlәt qeydiyyatı haqqında daşınmaz әmlakın Dövlәt reyestrindәn Çıxarış»ın surәtindәn görünür ki, Qәbәlә şәhәri, 28 May küçәsi, 107A ünvanında yerlәşәn 0,0368 ha yaşayış mәntәqәlәrinin torpaqları vә 125.20 kv.metr daşınmaz әmlak Hüseynov Ceyhun Adәm oğlunun mülkiyyәtinә verilmişdir. Apellyasiya instansiyası mәhkәmәsi iş materiallarını vә şikayәtin dәlillәrini araşdıraraq müәyyәn edir ki, İXM-in 253.2-ci maddәsi meşә fonduna daxil olmayan ağac vә ya kolların qanunsuz kәsilmәsinә görә mәsuliyyәt nәzәrdә tutur. Şikayәtçinin kәsilmiş bitkinin diametrinin 2 sm olması sәbәbindәn onun "cücәrti" sayılması barәdә arqumenti әsassızdır. Belә ki, qeyd olunan maddәnin dispozisiyası tәkcә ağacları deyil, hәm dә kol bitkilәrini mühafizә obyekti kimi müәyyәn edir vә onların diametrindәn asılı olmayaraq qanunsuz mәhv edilmәsini qadağan edir. Mәhkәmә Qәrardan şikayәt verәn orqan (şәxs) vәzifәli şәxs statusu ilә bağlı dәlillәrini dә nәzәrdәn keçirәrәk hesab edir ki, o, hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olan şәxs kimi İXM-in 20-ci maddәsinin tәlәblәrinә әsasәn vәzifәli şәxs qismindә inzibati mәsuliyyәt daşıyır. Xәta birbaşa şәxsin sahibkarlıq obyekti olan marketin qarşısında törәdildiyi üçün tәtbiq edilәn 4000 manat mәblәğindә cәrimә sanksiya hәdlәri daxilindәdir vә qanunauyğundur. O ki qaldı, kәsimin yerli icra hakimiyyәti vә ya bәlәdiyyәnin şifahi tapşırığı ilә hәyata keçirilmәsi iddiasına, bu hal şәxsi mәsuliyyәtdәn azad etmir. "Yaşıllıqların mühafizәsi haqqında" Azәrbaycan Respublikası Qanununa әsasәn, hәr hansı yaşıllıq növünün kәsilmәsi üçün Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin rәsmi rәyi mütlәqdir. Şәxs sahibkar kimi fәaliyyәt göstәrdiyi sahәdә qanunvericiliyin tәlәblәrinә riayәt etmәli vә müvafiq icazә sәnәdlәri olmadan tәbiәtә müdaxilә etmәmәli idi, bu da onun әmәlindә ehtiyatsızlıq formasında tәqsiri sübut edir. İş materiallarında olan Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyinin rәyi, tәbiәtә dәymiş ziyan barәdә akt vә Qәbәlә RPŞ-nin topladığı materiallar xәtanın törәdilmәsini birmәnalı şәkildә tәsdiq edir. İXM-in 84.1-ci maddәsinә әsasәn, mәhkәmә sübutları daxili inamı ilә qiymәtlәndirәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn işin halları hәrtәrәfli araşdırılmış vә qanuni qәrar qәbul edilmişdir. Şikayәtdә göstәrilәn digәr mәhkәmә vә şәxs adları texniki xarakter daşıdığından, hazırkı işin mahiyyәtinә vә sübut olunmuş faktlara tәsir göstәrmir. Mәhkәmә hesab edir ki, şikayәtçinin kәsilmiş bitkilәrin yerlәşdiyi torpaq sahәsinin ona mәxsus olmaması sәbәbindәn mәsuliyyәt daşımadığı barәdә arqumenti hüquqi asılılıq yaratmır. İnzibati Xәtalar Mәcәllәsinin 253.2-ci maddәsinin mahiyyәti mülkiyyәt formasından asılı olmayaraq yaşıllıqların qanunsuz mәhv edilmәsini qadağan edir. Şәxs öz izahatında kәsim işini özünün hәyata keçirdiyini etiraf etdiyindәn, xәtanın subyekti qismindә onun çıxış etmәsi tam qanunidir vә "әmәli törәdәn şәxs mәsuliyyәt daşıyır" prinsipinә uyğundur. Bundan әlavә, şikayәtçi tәrәfindәn "cücәrti" vә "ağac" anlayışları arasında aparılan differensiasiya hazırkı iş üzrә әhәmiyyәt kәsb etmir, çünki ETSN-in tәqdim etdiyi ziyan aktında kәsilmiş bitkilәrin "hәmişәyaşıl kol" cinsinә aid olduğu rәsmәn tәsbit edilmişdir. Bioloji xüsusiyyәtlәrinә görә kolların gövdә diametri ağaclarla müqayisәdә kiçik olur vә bu, onların mühafizә olunan bitki statusunu dәyişmir. Nazirlәr Kabinetinin *** saylı qәrarı bitkilәrin tәkcә diametrini deyil, hәm dә onların bioloji növünü vә ekoloji әhәmiyyәtini nәzәrә almağı tәlәb edir ki, bu da dövlәt orqanı tәrәfindәn hesablanmış 320 manatlıq ziyanın obyektivliyini tәsdiq edir. Mәhkәmә iclası zamanı müәyyәn edilmişdir ki, şikayәtçinin yerli icra orqanlarının "әrazini sәliqәyә salmaq" barәdә ümumi göstәrişlәrini yaşıllıqların mәhv edilmәsi kimi başa düşmәsi hüquqi xәta hesab olunur vә bu, inzibati mәsuliyyәti istisna edәn hallar sırasına daxil deyil. Dövlәt idarәçiliyi sistemindә yaşıllıqlar üzәrindә sәrәncam vermәk sәlahiyyәti müstәsna olaraq müvafiq mәrkәzi icra hakimiyyәti orqanına mәxsusdur vә sahibkarın bu proseduru pozması onun hüquqi mәsuliyyәtsizliyindәn xәbәr verir. Eyni zamanda, apellyasiya instansiyası vurğulayır ki, inzibati tәnbeh tәdbiri kimi tәtbiq olunan cәrimәnin mәqsәdi tәkcә törәdilmiş xәtaya görә cәza vermәk deyil, hәm dә gәlәcәkdә әtraf mühitә qarşı bәnzәr qanunsuz müdaxilәlәrin qarşısını almaqdır. Şikayәtçinin sahibkarlıq fәaliyyәti ilә mәşğul olması onun ictimai mәsuliyyәtini artırır vә qanunvericiliyin tәlәblәrinә daha hәssas yanaşmasını şәrtlәndirir. Bu sәbәbdәn, birinci instansiya mәhkәmәsinin qәrarı hәm qanunçuluq, hәm dә әdalәtlilik prinsiplәrinә tam cavab verir Mәhkәmә qeyd edir ki, Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı "İnsan hüquqlarının vә әsas azadlıqların müdafiәsi haqqında" Avropa Konvensiyasının 6-cı maddәsi hәr bir şәxsin әdalәtli mәhkәmә araşdırması hüququnu tәmin edir. Bu hüququn tәrkib hissәsi olan "mәhkәmә qәrarlarının әsaslandırılması" prinsipi tәlәb edir ki, hakim tәrәflәrin tәqdim etdiyi mühüm dәlillәrә münasibәt bildirsin. Hazırkı iş üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn şikayәtçinin vәzifәli şәxs statusu vә xәtanın obyektiv tәrәfi ilә bağlı arqumentlәri araşdırılmış, lakin qanunvericiliyin tәlәblәri qarşısında әsassız olduğu üçün rәdd edilmişdir. Bu isә Avropa Mәhkәmәsinin presedent hüququna (mәsәlәn, Garcia Ruiz İspaniyaya qarşı) tam uyğundur. Bundan başqa, "Ətraf mühitlә bağlı mәsәlәlәrdә mәlumatın әldә edilmәsi, ictimaiyyәtin qәrar qәbulu prosesindә iştirakı vә әdalәt mühakimәsinin әlçatanlığı haqqında" Orxus Konvensiyasının müddәalarına әsasәn, dövlәt әtraf mühitin mühafizәsini vә yaşıllıqların qorunmasını tәmin etmәli, bu sahәdә qanunsuz hәrәkәtlәrә qarşı effektiv sanksiyalar tәtbiq etmәlidir. Şikayәtçinin qanunsuz ağac vә kol kәsimi ilә bağlı әmәli ekoloji hüquqların pozulması kimi qiymәtlәndirilmәli vә tәtbiq edilәn inzibati tәnbeh tәdbiri beynәlxalq ekoloji standartların tәlәbi olan "çirklәndirәn ödәyir" vә "tәbiәtә ziyan vuran mәsuliyyәt daşıyır" prinsiplәri ilә uzlaşmalıdır. Mәhkәmә hәmçinin beynәlxalq hüququn ümumi prinsipi olan "qanunu bilmәmәk mәsuliyyәtdәn azad etmir" prinsipini rәhbәr tutur. Şikayәtçinin yerli orqanların şifahi tapşırığına istinad etmәsi vә daxili qanunvericiliyin, o cümlәdәn yaşıllıqların kәsilmәsi prosedurlarının incәliklәrini bilmәmәsi barәdә dәlillәri beynәlxalq hüquqi praktika baxımından qәbulolunmazdır. Sahibkar subyekti olaraq şәxs öz fәaliyyәtinin hüquqi nәticәlәrini qabaqcadan görmәli vә qanuna zidd әmәllәrdәn çәkinmәli idi. İXM-in 2-ci maddәsinә görә, Azәrbaycan Respublikasının inzibati xәtalar qanunvericiliyinin vәzifәlәri insan vә vәtәndaş hüquqlarını vә azadlıqlarını, onların sağlamlığını, әhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mәnәviyyatı, mülkiyyәti, şәxslәrin iqtisadi maraqlarını, ictimai qaydanı vә ictimai tәhlükәsizliyi, әtraf mühiti, idarәçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkәmlәndirmәkdәn vә inzibati xәtaların qarşısını almaqdan ibarәtdir. İXM-in 3-cü maddәsindә görә, yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş inzibati xәtanın törәdilmәsindә tәqsirli hesab edilәn vә inzibati xәta tәrkibinin bütün digәr әlamәtlәrini daşıyan әmәli (hәrәkәt vә ya hәrәkәtsizliyi) törәtmiş şәxs inzibati mәsuliyyәtә cәlb olunur. İXM-in 6.2-ci maddәsinә görә, inzibati xәta haqqında iş üzrә icraatın tәmin olunması tәdbirlәri tәtbiq edilәrkәn qanunvericiliyin tәlәblәrinә әmәl olunması yuxarı orqanların vә vәzifәli şәxslәrin idarә nәzarәti ilә, mәhkәmә vә prokuror nәzarәti ilә vә şikayәt etmәk hüququ ilә tәmin edilir. İXM-in 76.1-ci maddәsinә görә inzibati xәtanın olub-olmamasını, inzibati xәta törәdәn şәxsin tәqsirini vә işin düzgün hәlli üçün әhәmiyyәtli olan digәr halları müәyyәn etmәk üçün hakimin, sәlahiyyәtli orqanın (vәzifәli şәxsin) әsaslana bildiyi hәr cür faktiki mәlumatlar inzibati xәtalar haqqında işlәr üzrә sübutlar sayılır. Bu mәlumatlar maddi sübutlarla, barәsindә inzibati xәta haqqında iş üzrә icraat aparılan şәxsin, zәrәr çәkmiş şәxsin, şahidlәrin izahatları ilә, digәr sәnәdlәrlә, xüsusi texniki vasitәlәrin göstәricilәri ilә, ekspertin rәyi ilә, inzibati xәta haqqında protokolla, bu Mәcәllә ilә müәyyәn edilmiş digәr protokollarla müәyyәn edilir. İXM-in 76.2-ci maddәsinә görә qanuna zidd olaraq әldә edilmiş sübutların istifadә edilmәsinә yol verilmir. İXM-in 84.1-ci maddәsinә görә inzibati xәtalar haqqında işlәrә baxan hakim, sәlahiyyәtli orqan (vәzifәli şәxs) işin bütün hallarının mәcmusunun hәrtәrәfli, tam vә obyektiv surәtdә baxılmasına әsaslanan öz daxili inamı ilә sübutları qiymәtlәndirir. Göründüyü kimi, mәhkәmәnin iş üzrә gәldiyi nәticә mәhkәmә iclasında tәdqiq edilmiş sübutlarla tәsdiq olunur. Sadalanan sübutlar birinci instansiya mәhkәmәsinin qәrarında vә yuxarıda әtraflı tәsvir olunub şәrh edildiyindәn, mәhkәmә hәmin sübutların yenidәn tәsvir vә şәrh olunmasına zәrurәt görmür. Belә ki, İXM-in 9.1-ci maddәsindә göstәrilir ki, inzibati xәta törәtmiş şәxs haqqında tәtbiq edilәn tәnbeh әdalәtli olmalıdır, yәni inzibati xәtaların xarakterinә, onun törәdilmәsi hallarına uyğun, qanuni vә әsaslı olmalıdır. İXM-in 21-ci maddәsinә görә inzibati tәnbeh mәsuliyyәt tәdbiridir vә inzibati xәta törәdәn şәxsi qanunlara әmәl edilmәsi ruhunda tәrbiyәlәndirmәk, habelә hәm inzibati xәta törәtmiş şәxs, hәm dә başqa şәxslәr tәrәfindәn yeni inzibati xәta törәdilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. İXM-in 31.2-ci maddәsinә әsasәn fiziki vә ya vәzifәli şәxslәr barәsindә inzibati tәnbeh tәtbiq edilәrkәn, xәtanın xarakteri, inzibati xәta törәdәn şәxsin şәxsiyyәtini xarakretizә edәn hallar, onun tәqsirinin dәrәcәsi, әmlak vәziyyәti, habelә mәsuliyyәti yüngüllәşdirәn vә ağırlaşdıran hallar nәzәrә alınır. İXM-in 134.1.1-ci maddәsinә әsasәn, inzibati xәta haqqında iş üzrә qәrardan verilәn şikayәt vә ya protestә baxıldıqda apellyasiya instansiyası mәhkәmәsi qәrarın dәyişdirilmәdәn, şikayәtin vә ya protestin isә tәmin edilmәdәn saxlanılması haqqında qәrar qәbul edә bilәr. Belәliklә, apellyasiya instansiyası mәhkәmәsi hesab edir ki, Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt әsaslı olmadığından tәmin edilmәmәli, Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası İnzibati Xәtalar Mәcәllәsinin 133- 135-ci maddәlәrini rәhbәr tutaraq, apellyasiya instansiyası mәhkәmәsi qərara aldı: Barәsindә inzibati xәta haqqında iş üzrә qәrar qәbul edilmiş şәxs Qәrardan şikayәt verәn orqan (şәxs) tәrәfindәn verilmiş şikayәt tәmin edilmәsin. Qәbәlә Rayon Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qәrarı verilmiş şikayәtә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan qanuni qüvvәyә minir. Qәrardan kassasiya qaydasında şikayәt vә ya protest verilә bilmәz.
Məhkəmə qərarları › İş №3(3-10)-215/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-215/2026
28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver