Məhkəmə qərarları › İş №3(3-10)-221/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-221/2026

01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-221/2026 01.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən hakim İ.Fəttahov) xxxx MMC-nin inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləği olan 52080.00 ABŞ dollarının iyirmi faizi miqdarında 10.416 ABŞ dolları məbləğində inzibati cərimə təyin edilməsi, təyin edilmiş 10.416 ABŞ dolları məbləğində cərimə ödəniş gününə Azərbaycan manatı ilə hesablanması qərara alınmışdır. İşin halları: xxxx MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ##.##.2026cı il tarixdə ******* saylı inzibati xəta protokolu tərtib edilmişdir ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən 52080.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## ###### 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"mn 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 52080.00 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ##.##.2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayətini onunla əsaslandırmışdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X3 İmport and Export CO LTD arasında 06 ədəd avtomobilin alqı-satqısına dair ##.##.2023-cü il tarixdə GXFX- RR******** nömrəli müqavilə bağlanmış, müqavilə üzrə 40200.00 ABŞ dolları, 41720.00 ABŞ dollar və 52080.00 ABŞ dolları X3 import and Export CO LTD-nin hesabına ödənilmiş, ödənişlər EkspressBank ASC tərəfindən həyata keçirilmişdir. Sözügedən müqavilə üzrə avtomobillərin hər biri şirkət tərəfindən göndərilmiş və avtomobilləri ##.##.2024-cü il tarixdə Gömrük Bəyannaməsinə əsasən bəyan edərək qəbul edilmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 3 ədəd avtomobilə dair Gömrük Bəyannamələrində texniki xətaya yol verilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X3 İmport and Export CO LTD arasında bağlanmış müqavilənin nömrəsi səhv göstərilmişdir. Həmin səhvin düzəldilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etməyimizə baxmayaraq bu günədək heç bir nəticəsi olmamışdır. X3 İmport and Export CO LTD tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli kommersiya fakturalarından (Commercial İnvoice) görünür ki, sözügedən avtomobillərin hansı konteynerlərlə gəldiyi, avtomobillərin Ban Nömrələri göstərilmişdir. Gömrük Komitəsi tərəfindən texniki səhv nəticəsində (müqavilə nömrəsi və tarixi səhv qeyd edilən) tərtib edilmiş gömrük bəyannamələrində də avtomobillərin ban nömrələri və konteynerlərin nömrələri eynilik təşkil etmişdir. Bundan başqa, avtomobillərin olduğu konteynerlər belə gömrükdə tərəfimizdən bəyan edilmişdir. Həmçinin, müqavilə üzrə bəyan edilmiş avtomobillərə dair texniki pasportlar alınmış, həmin pasportlarda avtomobillərin ban nömrələri də eynilik təşkil etmişdir. Bundan əlavə qeyd etmək istəyir ki, gömrük bəyannamələrində texniki olaraqsəhvən qeyd edilmiş müqavilə üzrə digər gömrük bəyannamələri əsasında həmin müqavilədə göstərilən avtomobillər ölkəyə idxal edilmişdir, Həmçinin, X3 İmport and Export CO LTD şirkətindən aramızda bağlanmış ##.##.2023cü il tarixli GXFX-RR******** nömrəli müqavilə üzrə hansı BAN nömrəli avtomobillərin göndərilməsinə dair yazılı məktub da almışıq və məhkəmə baxışı zamanı məhkəməyə təqdim ediləcək. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən yol verilmiş texniki səhvə görə inzibati məsuliyyətə cəlb edilməyimiz qanuni hesab edilə bilməz. Beləliklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ilə X3 İmport and Export CO LTD arasında bağlanmış 06 ədəd avtomobilin alqı-satqısına dair ##.##.2023-cü ıl tarixil GXFX-RR******** nömrəli müqavilə üzrə avtomobillər idxal edildiyindən, hesab edilir ki, heç bir inzibati xətaya yol verilməmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Protokol tərtib edən orqanlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Çünki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi İXM-ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması zamanı İXMin tələbləri tam təmin edilməmiş, nəticədə obyektiv həqiqətə əsaslanmayan qərar qəbul edilmişdir. Belə ki, təqdim edilən mühüm dəlil — malların (avtomobillərin) faktiki olaraq ölkəyə idxal edilməsi və Gömrük Bəyannamələrindəki uyğunsuzluğun sadəcə "texniki xəta" olması iddiası məhkəmə tərəfindən hüquqi qiymətləndirmədən kənarda qalmışdır. İnzibati məsuliyyət təkcə sənədlərin formal uyğunluğuna deyil, həm də əməlin real mahiyyətinə söykənməlidir. Əgər valyuta vəsaiti müqabilində mallar qanuni müddətdə ölkəyə gətirilibsə, lakin kargüzarlıq səhvi səbəbindən sənədlərdə fərqli müqavilə nömrəsi qeyd olunubsa, bu halda İXM-in 430.4-cü maddəsinin qoruduğu obyektə — dövlətin valyuta tənzimlənməsi rejiminə real zərər dəymiş sayıla bilməz. Məhkəmə hesab edir ki, bu kateqoriya işlərdə malların eyniləşdirilməsi üçün ən mötəbər sübut nəqliyyat vasitələrinin unikal BAN nömrələridir (VIN code). Məhkəməyə təqdim olunan invoyslardakı, nəqliyyat sənədlərindəki və sonradan tərtib edilmiş gömrük bəyannamələrindəki BAN nömrələrinin bir-biri ilə eynilik təşkil edib-etməməsi işin həlli üçün həlledici əhəmiyyət kəsb edir. Birinci instansiya məhkəməsi tərəfindən bu unikal kodların çarpaz yoxlanılması aparılmamış, bununla da malların məhz həmin ödənilmiş vəsait hesabına gətirildiyi ehtimalı araşdırılmamışdır. Digər tərəfdən, sübutetmə yükünün bölünməsi və təqsirsizlik prezumpsiyası prinsipləri baxımından, şəxs öz təqsirsizliyinə dair ağlabatan şübhə yaradan dəlillər təqdim etdiyi halda, həmin şübhələrin aradan qaldırılması və ya təsdiq edilməsi məhkəmənin və inzibati orqanın öhdəliyidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin gömrük orqanındakı texniki səhvə dair müraciətləri və xarici tərəfdaşın təsdiqedici məktubları işdə ciddi bir ziddiyyət yaradır. Məhkəmə bu ziddiyyətləri aradan qaldırmaq üçün Dövlət Gömrük Komitəsinə müvafiq sorğular ünvanlamalı və malların ölkəyə giriş tarixini, həmin BAN nömrəli avtomobillərin hansı vəsait hesabına alındığını dəqiqləşdirməli idi. Bu cür əsaslı araşdırma aparılmadan şəxsin ağır maliyyə sanksiyasına cəlb edilməsi "ədalətli məhkəmə araşdırması" hüququnun pozulması kimi xarakterizə olunur. Nəhayət, mütənasıblık prinsipi tələb edir ki, tətbiq edilən tənbeh törədilmiş xətanın xarakterinə və dərəcəsinə uyğun olsun. Əgər sahibkar öz öhdəliyini faktiki icra edibsə və sadəcə bəyanetmə prosesində texniki yanlışlığa yol veribsə, ona valyuta vəsaitinin 20 faizi miqdarında (10.416 ABŞ dolları) cərimə tətbiq edilməsi hüquqi məqsədlərlə uzlaşmır. Belə bir yanaşma sahibkarlıq subyektinin üzərinə həddindən artıq ağır yük qoyur və dövlətin valyuta nəzarəti siyasətinin əsl mahiyyətinə (vəsaitin ölkədən qanunsuz çıxarılmasının qarşısını almaq) xidmət etmir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə BAN nömrələrinin eyniliyi və gömrükdəki texniki xəta faktı tam araşdırıldıqdan sonra yenidən qanuni qərar qəbul edilməlidir. Göyçay Rayon Məhkəməsi işə baxarkən yalnız inzibati protokolun mövcudluğuna əsaslanmış, lakin apellyasiya məhkəməsinin yuxarıda sadaladığı halları, hansıki, həmin protokola əsas verən faktiki halları İXM-in 76-cı və 84-cü maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırmamışdır. Sübutetmə yükü inzibati xəta haqqında protokol tərtib etmiş orqanın üzərinə düşdüyü halda, birinci instansiya məhkəməsi tərəfindən bu yükümlülüyün yerinə yetirilməsi tələb olunmamış, nəticədə obyektiv həqiqətə əsaslanmayan qərar qəbul edilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə kifayət qədər ziddiyyətli və araşdırması tələb olunan məqamlar olduğundan, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin (təqsir elementinin) olub-olmaması ciddi sual doğurur. Bu mühüm halın araşdırılmaması birinci instansiya məhkəməsinin qərarını əsassız edir və işin yenidən baxılmasına göndərilməsini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi işə baxarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş materiallarına əlavə edilmiş sübutları tam şəkildə tədqiq etməmiş, nəticədə obyektiv və ədalətli məhkəmə araşdırması prinsipi birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar