Məhkəmə qərarları › İş №3(3-10)-222/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-222/2026

29.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-222/2026 29.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXMnin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsinə dair Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Inzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim Ibrahim Fəttahov) ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilməsi, qərarın icrasının Göyçay rayon Icra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. işin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası IXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 18 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 221-ci km-də özünə məxsus 01 baş iri buynuzlu heyvanı yolun kənarında nəzarətsiz buraxmış, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla heyvanı vurmuş, VAZ 21074 markalı 03- BE-662 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ##.##.2023-cü il tarixdə saat 18 radələrində Bakı-Şamaxı- Yevlax yolunun 221-ci km-də ərazisində idarə etdiyi VAZ 21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus bir baş iri buynuzlu heyvanı vurmuşdur. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Göyçay rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, 3(5-123)- 62/2026-nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 100 manat inzibati tənbeh növü təyin edilməsi barədə qərar qəbul edilmişdir. O, həmin qərardan şikayət edir və hesab edir ki, Göyçay rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, 3(5-123)-62/2026-nömrəli qərarı ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmənin qəbul etdiyi qərar qanunsuz və əsassızdır, çünki iş üzrə faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Inzibati məsuliyyətə cəlbetmənin əsas şərti şəxsin əməlində inzibati xəta tərkibinin tam və şübhəsiz sübuta yetirilməsidir. Lakin hazırkı iş üzrə bu tələb təmin olunmamış, məhkəmə yalnız formal yanaşma ilə nəticəyə gəlmişdir. Iş materiallarından görünür ki, hadisənin baş vermə səbəbləri, mexanizmi və iştirakçıların hərəkətləri düzgün araşdırılmamışdır. Halbuki, belə kateqoriyadan olan işlərdə hadisənin texniki tərəflərinin, sürücünün davranışının, sürətin, görünmə şəraitinin və təhlükənin qarşısını alma imkanının olub-olmamasının müəyyən edilməsi həlledici əhəmiyyət daşıyır. Məhkəmə təcrübəsində də bu kimi halların araşdırılmasının zəruri olduğu üçün ekspertiza təyin olunur və ekspert qarşısında sürücünün texniki imkanlarının olub-olmaması, sürətin hadisəyə təsiri, təhlükəni görmə anı və dayanma məsafəsi kimi məsələlər qoyulmalı idi. Lakin hazırkı işdə məhkəmə bu cür mühüm halları ümumiyyətlə araşdırmamış, sürücünün hərəkətlərinə heç bir hüquqi qiymət verməmişdir. Halbuki, hadisə gecə saatlarında baş vermiş, bu isə sürücüdən daha yüksək diqqət və ehtiyatlılıq tələb edən haldır. Yol hərəkəti qaydalarına əsasən sürücü nəqliyyat vasitəsini elə sürətlə idarə etməlidir ki, hər hansı maneə yarandıqda onu vaxtında görüb qarşısını ala bilsin. Əgər sürücü bu tələblərə əməl etsəydi, texniki baxımdan hadisənin qarşısını almaq imkanının olub-olmaması mütləq araşdırılmalı idi. Bu hallar araşdırılmadan sürücünün davranışının qiymətləndirilməməsi iş üzrə səbəbli əlaqənin müəyyən edilməməsi deməkdir. Əksinə, işin faktiki hallarından belə nəticəyə gəlmək olur ki, sürücünün səhlənkarlığı hadisənin baş verməsində əsas rol oynamışdır. Sürətə riayət olunmaması, yol şəraitinə uyğun davranılmaması və təhlükəyə vaxtında reaksiya verilməməsi kimi hallar mövcud olmuşdur. Bu isə sürücünün özünün inzibati xəta törətməsi ehtimalını yaradır və bu məsələ araşdırılmadan başqa şəxsin məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan yolverilməzdir. Bundan əlavə, iş üzrə ən mühüm hallardan biri olan heyvanın mənsubiyyəti məsələsi də sübuta yetirilməmişdir. Məhkəmə yalnız formal olaraq şəxsin adına müəyyən sayda iribuynuzlu heyvanın qeydiyyatda olmasına istinad etmişdir. Lakin bu hal konkret hadisədə iştirak etmiş heyvanın məhz həmin şəxsə məxsus olmasını təsdiq etmir. Inzibati məsuliyyət isə yalnız konkret əmələ və konkret obyektə görə müəyyən edilir. Hadisədə iştirak etmiş heyvanın başqa şəxsə məxsus olması ehtimalı olduğu halda, həmin şəxsin izahatı alınmamış, bu istiqamətdə araşdırma aparılmamışdır. Bu isə sübutların tam və obyektiv araşdırılması prinsipinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda işin ümumi gedişindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi faktiki olaraq sonradan avtomobillərə dəymiş zərərin mülki qaydada ondan tələb olunmasına hüquqi zəmin yaratmaq məqsədi daşıyır. Halbuki, inzibati icraatın məqsədi bu deyil və hər bir şəxs yalnız öz təqsiri sübuta yetirildikdə məsuliyyət daşıya bilər. Beləliklə, iş üzrə hadisənin baş vermə səbəbləri araşdırılmamış, sürücünün davranışına hüquqi qiymət verilməmiş, səbəbli əlaqə müəyyən edilməmiş, heyvanın mənsubiyyəti sübuta yetirilməmiş və bu kateqoriyadan olan işlər üçün zəruri olan texniki və ekspert araşdırmaları aparılmadan qərar qəbul edilmişdir. Bu hallar qəbul edilmiş qərarın qanunsuz və əsassız olduğunu birbaşa təsdiq edir və onun ləğv edilməsini zəruri edir. Odur ki, Göyçay rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli, 3(5-123)-62/2026-nömrəli qərarının ləğv edilməsi və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, 2 il əvvəl camış cinsli iri buynuzlu heyvanını satdırmışdır. Hal-hazırda 1 baş inək və 1 baş danası var. Onlara da, gəlini baxır ki, övladları üçün süd olsun. Özü yaşlı adamdır, bir xəstə oğlu var, oğlu əsgərlikdə başından zədə alıb. Oğlu iş görəsi vəziyyətdə deyil. Kiçik oğlu da ailəsini dolandırmaq üçün daim işdə olur. Onun kimi ahıl yaşda olan insanı şərləyiblər. Verilən suallara cavab olaraq bildirdi ki, hadisə ilə bağlı onlara polis əməkdaşı gəlməmiş, ona izahat vermək təklif edilməmiş, o, izahat verməkdən imtina etməmişdir. Təsəsrrüfatında 1 baş inək və 1 baş dana var. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən şahid X2 bildirdi ki, o, hadisə baş verən vaxt Rusiya Federasiyasında olmuşdur. O, # #### 2026-cı il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Onlara məhkəmədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 100 manat məbləğində inzibati cərimə olunması barədə bildiriş gəlmişdir. O, bununla bağlı rayon məhkəməsinə getmiş, məhkəmədə məsləhətçi ondan bu işlə bağlı məlumat verilib-verilməməsini soruşmuşdur. O, da bu işlə bağlı onlara nə polis şöbəsindən, nə bələdiyyədən, nə də icra nümayəndəliyindən məlumat verilmədiyini bildirmişdir. Həmin camış cinsli iri buynuzlu heyvan onlara məxsus deyil və sürücünü də tanımırlar. Hadisədən ümumiyyətlə xəbərləri yoxdur. Hadisə yerində olan bir nəfər şəxs bildirib ki, guya camış cinsli iri buynuzlu heyvan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdır. Onlarda camış cinsli heyvan olsa da 2-3 il əvvəl satmışlar. Qeyd etdiyi hallar məhkəmədə araşdırılmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, onlara sonuncu məhkəmə iclası barədə bildiriş gəlmiş, lakin anasıgil məhkəməyə getməmişlər. Hal-hazırda 1 baş inək və 1 baş baş danaları var. Onları da bağlı vəziyyətdə saxlayırlar. Anasının yanında böyük qardaşı qalır ki, o da ruhi xəstədir. Hadisə vaxtı qardaşı ruhi-əsəb dispanserində olmuşdur. Ananın nə halı var ki, çölə heyvan ötürsün, anasının özünə qulluq lazımdır. Onlarda camış cinsli heyvan 2022-ci ildə olub, onu da digər qardaşı vəfat edəndə satmışlar. Bu hadisə ilə bağlı ailə üzvlərindən heç kimin izahatı alınmamışdır. O, hadisə barədə bələdiyyə sədrindən soruşanda, bələdiyyə sədri hadisə yerində olanda mal sahibini axtardıqlarını bildirmişdir. O, verilmiş arayışla bağlı bələdiyyə sədrindən soruşanda, bələdiyyə sədri mal-qara ilə bağlı məlumatı ilin əvvəlindən verdiklərini bildirmişdir. Bələdiyyə sədri onların 1 baş inəyi və 1 baş danasının olmasını bilmişdir. Avtomobil tərəfindən vurulmuş camış cinsli heyvanın kimə məxsus olmasını bilmir. Bələdiyyə məktubunda nə üçün 4 baş heyvan yazıılmasından məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs və inzibati protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: IXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. IXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; IXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Çünki, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, IXP-******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası IXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Iş materiallarında olan X1 Xidmət Stansiyası MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1360 manat maddi ziyan dəymişdir. Iş materiallarında olan Göyçay Rayon Icra Hakimiyyəti başçısının Ikinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, RIH başçısının Ikinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatı uçot sənədlərinə əsasən ## ###### 2026-cı il tarixinə Ikinci Ərəbcəbirli kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına 4 (dörd) baş iri buynuzlu mal-qaranın qeydi vardır. Apellyasiya məhkəmə baxışı zamanı verilmiş sorğu əsasında alınmış Göyçay Rayon Icra Hakimiyyəti başçısının Ikinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, RIH başçısının Ikinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatı uçot sənədlərinə əsasən hazırda Göyçay rayonu, Ikinci Ərəbcəbirli kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına 2 (iki) baş iri buynuzlu mal-qaranın (1 inək, 1 buzov) qeydi vardır. Vaz 2107 markalı avtomoil tərəfindən vurulmuş iribuynuzlu heyvanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olub-olmaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, iş üzrə hadisənin baş vermə səbəbləri araşdırılmamış, sürücünün davranışına hüquqi qiymət verilməmiş, səbəbli əlaqə müəyyən edilməmiş, heyvanın mənsubiyyəti sübuta yetirilməmiş və bu kateqoriyadan olan işlər üçün zəruri olan texniki və ekspert araşdırmaları aparılmadan qərar qəbul edilmişdir. Məhkəmə apellyasiya şikayətilə bağlı olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmədə verdiyi izahatında 2 il əvvəl camış cinsli iri buynuzlu heyvanını satdığını, hal-hazırda 1 baş inək və 1 baş danası olduğunu, hadisə ilə bağlı onlara polis əməkdaşının gəlmədiyini və izahat vermədiyini (izahat vermək təklifi edilmədiyini) bildirmişdir. Bundan əlavə olaraq iş materiallarında olan Göyçay Rayon Icra Hakimiyyəti başçısının Ikinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubunda RIH başçısının Ikinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatı uçot sənədlərinə əsasən ## ###### 2026-cı il tarixinə Ikinci Ərəbcəbirli kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına 4 (dörd) baş iri buynuzlu mal-qaranın qeydi olması (cinsi göstərilməməklə) göstərilsə də, həmin nümayəndəliyin ##.##.2026-cı il tarixli məktubunda RIH başçısının Ikinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatı uçot sənədlərinə əsasən hazırda Göyçay rayonu, Ikinci Ərəbcəbirli kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs adına 2 (iki) baş iri buynuzlu mal-qaranın (1 inək, 1 buzov) qeydi olması və Vaz 2107 markalı avtomobil tərəfindən vurulmuş iribuynuzlu heyvanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olub-olmaması barədə nümayəndəlikdə heç bir məlumatın olmaması göstərilmişdir. Həmçinin iş materiallarında olan ##.##.2026-cı il tarixli IXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin protokolu imzalamaqdan imtina etmiş, həmin tarixdə tərtib edilmiş izahatdan isə görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verməkdən imtina etmişdir. Halbuki, apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və şahid X2 izahatlarında baş vermiş hadisədən sonradan xəbərdar olunduqlarını, onlardan izahat alınmadığını göstərmişlər. Bundan başqa iş materiallarına əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Göyçay rayon məhkəməsinə ünvanlandığı ## ###### 2026-cı il tarixli ərizəsindən müəyyən olunur ki, baş vermiş hadisədə onun adının hallanması yalan və böhtandır, belə heyvan saxlamamışdır, səhhətilə bağlı evdən çölə çıxmaq imkanına malik deyildir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla ##.##.2026-cı il tarixdə saat 18 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 221-ci km-də vurduğu iribuynuzlu heyvanın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus olub-olmamasını tam müəyyən etməmiş, eləcə də iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. IXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi haqqında qərar qəbul etmişdir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qismən əsaslı olduğuna görə bu həddə təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar