Məhkəmə qərarları › İş №3(3-10)-223/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-223/2026

28.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-223/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (sədrlik edən hakim İ.Fəttahov) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMin) 539.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli inzibati xəta haqqında protokola görə, o, qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktub göndərilmiş, lakin qeyd olunan sənədlər DƏMX-nin X1 Şöbəsinin göndərilməsini xahiş edilmiş, lakin icrası məcburi olan göstəriş icra edilməmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in hüquqi ünvanına göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yerləşmir qeydi ilə geri qaytarılmış, İXM-in 61.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş ##.##.2025-ci il tarixli X2 Xidmətinin X1 şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, vətəndaş X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə X2 Xidmətinin X1 şöbəsində baxılır. Qeyd edilənlərə əsasən X3 müraciətinə münasibət bildirilməsi və vətəndaşa aid sənədləri 7 iş günü ərzində X2 Xidmətinin X1 şöbəsinə təqdim edilməsi xahiş olunur. Məhkəmə tərəfindən ##.##.2026-cı il tarixdə X2 Xidmətinin X1 şöbəsinə sorğu verilmişdir. Sorğuda qeyd edilmişdir ki, xxxx” MMC bаrəsində tərtib edilmiş ## ###### 2026-cı il tаrixli MN ******* nömrəli protokolda qeyd edilən hüquqi şəxsin tələb olunan sənədləri tam təqdim etməməsi göstərilsə də, bu sənədlərin hansının təqdim edilməməsi göstərilməmişdir. Eləcə də həmin sənədlərin olduğu təqdirdə bu natamamlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidməti X1 Şöbəsi tərəfindən hansı tədbirlərin görülməsi, yəni xxxx” MMC-yə müraciət olunub-olunmaması, bunun anlaşılmazlıq səbəbindən, yaxud qəsdən edilib-edilməməsi araşdırılmamış, bu hallara hüquqi qiymət verilməmişdir. Bundan başqa qeyd edilən xüsusatlarla bağlı nümayəndənin ##.##.2026-cı il tarixə, saat 11:00-a təyin edilmiş məhkəmə baxışında iştirakının təmin edilməsi və qeyd edilən xüsusatlarla bağlı məhkəməyə sübutlar təqdim edilməsi təklif edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən inzibati orqanın protokoluna və ona əlavə edilmiş sənədlərinə sübut kimi düzgün qiymət verilməmişdir. Məhkəmə qərar qəbul edərkən qeyd etmişdir ki, bu sənədlərin hansının təqdim edilməməsi göstərilməmişdir. Eləcə də həmin sənədlərin olduğu təqdirdə bu natamamlığın aradan qaldırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 xidməti X1 Şöbəsi tərəfindən hansı tədbirlərin görülməsi, yəni xxxx" MMCyə müraciət olunub-olunmaması, bunun anlaşılmazlıq səbəbindən, yaxud qəsdən edilibediiməməsi araşdırılmamış, bu hallara hüquqi qiymət verilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmənin mövqeyinə münasibətdə bildiririk ki, ilk öncə məhkəmənin gəldiyi yekun nəticə işin hallarına uyğun deyil. Belə ki, məhkəmələr tərəfindən İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərəfindən qeyd edilən hallar iş üzrə icraatın xitam verilməsi üçün əsas deyildir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X1 Şöbəsi tərəfindən xxxx' MMC-dən əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər (xitam əmri və əsası, təqdimatlar, Həmkarlar İttifaqı təşkilatına müraciət və HİT-in razılığı) təqdim edilsədə MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X1 Şöbəsinə tələb edilən sənədlər təqdim edilməmişdir. Odur ki, Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X1 Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İXM-in 539.3-cü maddəsinə görə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.3-cü maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibinin obyektiv tərəfi yalnız qanuni və əsaslı inzibati sorğunun icra edilməməsi halında yaranır. İXM-in 539.3-cü maddəsi zəruri olan sənədlərin təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Lakin iş materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, X2 Xidməti tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə ünvanlanan sorğu işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin təqdim olunmasını tələb etmişdir. Faktiki olaraq isə həmin işçinin əmək müqaviləsinə xitam verilməmiş, o, qanunvericiliyə uyğun olaraq ödənişli məzuniyyətə buraxılmışdır. Bu hal o deməkdir ki, inzibati orqan tərəfindən hüquqi şəxsdən faktiki olaraq mövcud olmayan sənədlərin (xitam əmri, xitamın əsasları və s.) təqdim edilməsi tələb olunmuşdur. Hüquq nəzəriyyəsinə və "İnzibati icraat haqqında" Qanunun prinsiplərinə görə, şəxsdən icrası qeyri-mümkün olan və ya mövcud olmayan bir faktın sübutunu tələb etmək qanunsuzdur. Şəxsin (və ya hüquqi şəxsin) mövcud olmayan sənədi təqdim etməməsi "hüquqazidd hərəkətsizlik" kimi qiymətləndirilə bilməz, çünki burada obyektiv olaraq sənədin təqdim edilməsi imkanı yoxdur. İnzibati xəta haqqında protokol tərtib edilərkən orqan tərəfindən işin halları hərtərəfli araşdırılmamış, işçinin əmək münasibətlərinin hazırkı statusu (məzuniyyətdə olması) dəqiqləşdirilməmişdir. Yanlış faktiki ehtimala söykənən sorğu və həmin sorğunun icra edilməməsinə görə tərtib olunan protokol İXM-in 3-cü maddəsində nəzərdə tutulan "təqsir" və "xəta tərkibi" prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Hüquqi şəxs tərəfindən xitam sənədlərinin təqdim edilməməsi qanuna itaətsizlik deyil, sorğunun faktiki hallarla uyğunsuzluğunun nəticəsidir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, təqsirsizlik prezumpsiyası prinsipinə (İXM maddə 8) əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli ilə bağlı yaranan bütün şübhələr və faktiki uyğunsuzluqlar həmin şəxsin xeyrinə şərh edilməlidir. İnzibati orqanın yanlış sorğusu əsasında hüquqi şəxsi 2000 manatdan başlayan ağır pul cəriməsinə məruz qoymaq ədalətlilik və mütənasiblik prinsiplərinin kobud pozulması olardı. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi (obyektiv və subyektiv tərəfləri) yoxdur. Birinci instansiya məhkəməsi işin bu mühüm detallarını düzgün qiymətləndirərək icraata xitam vermişdir və apellyasiya instansiyası həmin qərarın dəyişdirilməsi üçün heç bir hüquqi əsas görmür. Məhkəmə həmçinin Avropa Şurasının "İnzibati aktlar üzərində mütənasiblik" prinsiplərinə istinad edərək qeyd edir ki, tətbiq olunan inzibati tənbeh hədəfə çatmaq üçün zəruri olan həddi aşmamalıdır. Müvcud olmayan bir sənədin təqdim edilməməsinə görə hüquqi şəxsə 2000 manatdan başlayan ağır maliyyə sanksiyasının tətbiqi mütənasiblik balansını kobud şəkildə pozur. Bu, həm də AİHM-in * saylı Protokolunun 1-ci maddəsi (Mülkiyyətin müdafiəsi) kontekstində mülkiyyət hüququna əsassız müdaxilə kimi qiymətləndirilə bilər. Ona görə də, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXMin 539.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xəta tərkibi olmadığından xitam verilməlidir Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə ki, təqsirsizlik prezumpsiyası prinsiplərindən bəhs edən İXM-in 8.1, 8.2 və 8.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə, həmçinin qeyd edir ki, əməldə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi məqsədəmüvafiq deyildir. Beləliklə apellyasiya məhkəmə mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC -nin İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər əsaslar yoxdur, həmiçinin məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar