Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-224/2026 04.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İnvitro” MMC-nin nümayəndəsi X1 ğlunun iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-158)-330/2026(sədrlik edən C.Əhmədov) nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “İnvitro” MMC-nin nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-158)-330/2026 saylı qərarı ilə “İnvitro” MMC-nin, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilməsinə dair MN ******* saylı, ## ###### 2026-cı il tarixli qərardad dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmışdır. işin halları: “İnvitro” MMC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Nəzarət Şöbəsi tərəfindən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilməsinə dair Səhiyyə Nazirliyinin MN ******* saylı, ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Nəzarət Şöbəsi “İnvitro” MMC-nin Qax şəhəri, H.Əliyev prospekti, 29 ünvanında yerləşən, Sağlamlıq və Diaqnostika Mərkəzində ##.##.2026, ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə plandankənar yoxlama aparmış və nəticəsi olaraq “İnvitro” MMC barəsində MN ******* saylı, ##.##.2026-cı il tarixli, İnzibati xəta haqqında protokol tərtib etmiş, protokol və əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilməsinə dair MN ******* saylı, ## ###### 2026-cı il tarixli qərardad qəbul edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Qax şəhəri, H.Əliyev prospektində yerləşən “İnvitro” MMC-də plandankənar aparılan yoxlama zamanı yoxlamaya aid sənədlər və tibbi aparatlar yoxlamaya təqdim edilməmiş, yoxlama zamanı baxış keçirilməsinə mane olma faktı aşkarlanmışdır. Protokolda qeyd edilmişdir ki, yoxlama plandankənar həyata keçirilmişdir. ##.##.2026-cı il tarixdə yoxlamanı yerinə yetirən şəxslər “İnvitro” MMC-nin məsul şəxsi nümayəndə3 ilə əlaqə yaratmış və telefon əlaqəsi zamanı onların “İnvitro” MMC-nin Qax şəhəri, H.Əliyev prospekti, 29 ünvanında yerləşən, Sağlamlıq və Diaqnostika Mərkəzində rentgen aparatının harda olması barədə suallarına cavab olaraq nümayəndə3 qeyd edilən rentgen aparatının artıq satılması və qeyd edilən mərkəzdə olmaması barədə məlumat vermişdir. Yoxlamanı yerinə yetirən şəxslər nümayəndə3 Qax şəhəri, H.Əliyev prospekti, 29 ünvanında yerləşən, Sağlamlıq və Diaqnostika Mərkəzində işləyən işçilərin sənədlərini tələb etdikdə, nümayəndə3 onlara, işçilərin sənədlərinin “İnvitro” MMC-nin baş ofisində, (Şəki şəhəri, A.Məmmədov küçəsi) saxlanıldığını bildirmiş, vacib hesab edib baş ofisə gələrlərsə, sənədlərin təqdim ediləcəyini bildirmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsinə dair Qərardadından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi nümayəndə1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında şikayəti qəbul etməyib izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən inzibati xəta haqqında iş, inzibati xətanın törədildiyi yerin aid olduğu məhkəmədə baxılmalı olduğundan, “İnvitro” MMC barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Nəzarət Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilmişdir və hazırda icraatda olmaqla məhkəmə baxış iclasları keçirilmişdir. Həmin qərardaddan “İnvitro” MMC tərəfindən verilmiş şikayət əsassız olduğundan, törədilmiş inzibati xəta haqqında iş üzrə süründürməçiliyə gətirib çıxarmaqla, müddətin ötməsi ilə məsuliyyətdən kənarda qalmaq üçün şərait yaratmaq məqsədi daşımışdır. Qeyd edilənlərin nəzərə alınaraq, “İnvitro” MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Nəzarət Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilməsinə dair Səhiyyə Nazirliyinin MN ******* saylı, ## ###### 2026-cı il tarixli qərardadından “İnvitro” MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “İnvitro” MMC-nin nümayəndəsi nümayəndə3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və proses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “İnvitro” MMC-nin nümayəndəsi nümayəndə3 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz Qərarı ilə, şikayət edənin, şikayət hüququnu məhdudlaşdırmışdır. İş üzrə şikayətçinin təqsiri sübuta yetirilmədiyi halda, məhkəmə uyğun olmayan Qərar qəbul etmişdir. Şikayət, şikayət verənin yaşayış yeri və hüquqi ünvanı üzrə verilmişdir ki, məhkəmə bunu nəzərə almamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və işin yenidən araşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati haqqında qərar qəbul edilmiş hüquqi şəxs “İnvitro” MMC-nin nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədın xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırılmasına baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mükkün hesab etmişdir. hüquqi məsələlər: AZərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXMin) 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Məhkəmə şikayətin dəlillərini inzibati xəta haqqında işin materialları ilə birlikdə araşdırıb və birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesab edir ki, aşağıda şərh olunan əsaslara görə, şikayət qismən təmin edilməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə şikayətə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş, İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə MN ******* saylı, ## ###### 2026-cı il tarixli qərardaddan görünür ki, “İnvitro” MMC-nin barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərin baxılması üçün aidiyyatı üzrə Qax Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan şikayət verilməsi nəzərdə tutulmamışdır. MN ******* saylı, ##.##.2026-cı il tarixli, İnzibati xəta haqqında protokoldan görünür ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət Şöbəsi tərəfindən ## ###### 2026-cı il tarixdə, saat 15:00-da “İnvitro” MMC-nin Qax şəhəri, H.Əliyev prospekti, 29 ünvanında yerləşən, Sağlamlıq və Diaqnostika Mərkəzində keçirilən plandankənar yoxlama zamanı lisenziyadan kənar “Rentgenoloji və kosmetoloji” özəl tibbi praktik fəaliyyət aşkar olunmuşdur. Nəticədə, “İnvitro” MMC barəsində İXM-in 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barəsində protokol tərtib edilmişdir. Bu fakt Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 16-## ###### 2026-cı il tarixli T-*** nömrəli plandankənar AKT-ı ilə təsdiq edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “İnvitro” MMC-nin nümayəndəsi nümayəndə3 izahat verərək, göstərilən nöqsanlarla razı olmadığını, Rentgen aparatını satıcıya geri qaytardığını bildirmişdir. Protokolun surəti ## ###### 2026-cı il tarixdə Qax şəhəri, H.Əliyev prospekti, 29 ünvanına yerləşən Sağlamlıq və Diaqnostika Mərkəzində göndərilmişdir. “İnvitro” MMC-yə ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*/*-****/**** saylı bildirişdən görünür ki, 16-## ###### 2026-cı il tarixlərdə “İnvitro” MMC-nin Qax şəhəri, H.Əliyev prospekti, 29 ünvanında yerləşən, Sağlamlıq və Diaqnostika Mərkəzində plandankənar yoxlamanın keçirildiyi ilə bağlı “İnvitro” MMC-yə məlumat verilmişdir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, “İnvitro” MMC-nin Qax şəhəri, H.Əliyev prospekti, 29 ünvanında yerləşən Sağlamlıq və Diaqnostika Mərkəzində yoxlama dövrünə aid sahibkarlıq fəaliyyətində inzibati xəta əlamətləri aşkar edildiyindən İXM-in 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokola baxıb Qərardad qəbul edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilməsi, qeyd edilən pozuntularn aradan qaldıırlması üçün sahibkara 3 iş günü, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək vaxt verilməsi və müddət bitdikdən sonra 3 iş günü ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə yazılı məlumatın aidiyyatı üzrə foto və video materiallar əlavə olunmaqla təqdim edilməsi qərara alınmışdır Oxşar münasibətləri tənzimləyən İXM-in 106-cı maddəsinin tələbinə əsasən, hakim inzibati xəta haqqında işə baxmağa hazırlaşarkən ilk növbədə işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını və işin icraatını rədd edən halların mövcudluğunu müəyyən etməlidir. İXM-in 109.1. və 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması; Eləcə də İXM-in 109.1.7-ci maddəsinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barəsində qərardad qəbul edilir:. İşin materiallarından göründüyü kimi, “İnvitro” MMC tərəfindən verilmiş şikayət Səhiyyə Nazirliyinin materialları aidiyyəti üzrə Qax Rayon Məhkəməsinə göndərmək barədə qərardadından verilmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, İnzibati Xətalar Məcəlləsi inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsinə dair qərardaddan müstəqil şikayət verilməsini nəzərdə tutmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərhinə dair Qərarında birmənalı olaraq göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bu hüquqi mövqe ondan irəli gəlir ki, aidiyyət məsələsi prosessual xarakter daşıyır və işin mahiyyəti üzrə yekun qərar hesab olunmur. Belə olan halda, Şəki Rayon Məhkəməsi qanunla şikayət predmeti olmayan bir sənəd üzrə icraat başlamaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 110.1 və 129.1-1-ci maddələrinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə onun yaşadığı (və ya hüquqi ünvanının olduğu) yer üzrə baxılması barədə vəsatət vermək hüququ vardır. Lakin bu hüquq işin icraatda olduğu səlahiyyətli məhkəmə qarşısında reallaşdırılmalıdır. Mövcud iş üzrə materiallar artıq Qax Rayon Məhkəməsinə göndərildiyi üçün, “İnvitro” MMC-nin nümayəndəsi ərazi aidiyyətinin dəyişdirilməsi ilə bağlı vəsatətini həmin məhkəməyə (Qax Rayon Məhkəməsinə) təqdim etməli idi. Şəki Rayon Məhkəməsinin isə qanunla müəyyən edilmiş bu qaydanı diqqətə almayaraq şikayəti icraata qəbul etməsi hüquqi əsasdan məhrumdur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən həm işin icraata qəbul edilməsi barədə ## #### 2026-cı il tarixli qərardadı, həm də şikayətin rədd edilməsi barədə ## #### 2026-cı il tarixli yekun qərarı qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət hüququnun mövcud olmadığı bir halda məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılması yolverilməzdir. Bu səbəbdən, Şəki Rayon Məhkəməsinin qərarları ləğv edilməli və inzibati xəta haqqında materiallar qanunla müəyyən edilmiş ilkin mərhələyə — şikayətə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır ki, tərəflərin vəsatətləri qanuni müstəvidə yenidən dəyərləndirilsin. İXM-in 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət- inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. İXM-in 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Beləliklə yuxarıda şərh olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “İnvitro” MMC-nin nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş şikayəti qismən əsaslı hesab edən məhkəmə bu nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli və iş üzrə işin icraata qəbul edilməsinə dair Şəki Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilməli, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə şikayətə baxmağa hazırlıq mərhələsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs “İnvitro” MMC-nin nümayəndəsi nümayəndə3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı və Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı yekun qərarı ləğv edilərək inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş birinci instansiya məhkəməsinə şikayətə baxmağa hazırlıq mərhələsinə qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-224/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-224/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver