Məhkəmə qərarları › İş №3(3-10)-225/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-225/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-225/2026 04.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Baş Dövlət Yol Polisi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli,EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsi və Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinə göndərilməsi qərara alınmışdır. İşin halları: Qərardan şikayət verən orqan (şəxs) Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində İXP seriyalı, ******** nömrəli protokol ilə İXM-in 346.4-cü maddəsinin tələblərini pozması barədə protokol tərtib edilmişdir. Protokolun yarandığı tarixdə o, ümumiyyətlə avtomobil idarə etməmişdir və şəxsi kabinetində tərtib olunmuş protokola aid heç bir sübut yoxdur. Üstəlik İXP başlığı ilə yaradılmış protokollar sürücüyə yerində təqdim edilməli və tanış edilməli idi (EQ başlıqlı protokoldan fərqli olaraq). Qeyd olunanları nəzərə alıb Bakı şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli, EQ seriyalı, ******** nömrəli barəsində qanunsuz və əsassız qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı İXM-in müvafiq maddələrinin tələblərinə zidd olaraq, işin faktiki halları tam və obyektiv araşdırılmadan, prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətçi qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, habelə məhkəmə tərəfindən göndərilmiş sorğuya baxmayaraq, iclasda iştirak etməməsi və iddia olunan xətanın törədilməsini təsdiq edən heç bir mötəbər sübut təqdim etməməsi faktına düzgün hüquqi qiymət verməmişdir. Cavabdehin bu hərəkətsizliyi və məhkəmənin məsələyə qeyri-həssas yanaşması onun uzun müddət süründürülməsinə, nəticədə sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün yenisini almaq məqsədilə ASAN xidmətə müraciət etdikdə, qanuni qüvvəyə minməmiş və mübahisələndirilən qərar üzrə şişirdilmiş dəbbə pulları ilə birlikdə cəriməni ödəməyə məcbur edilməsinə səbəb olmuşdur. Şikayətçinin iddiasına görə, qanunsuz tənbeh tədbiri nəticəsində cərimə məbləği əsassız olaraq 128 manata qaldırılmış, hətta ödəniş təmin edilmədiyi üçün **-RM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya və Xəzər Rayon məhkəmələri tərəfindən bənzər inzibati tənbeh qərarlarının ləğv edilməsinə dair qanuni qüvvəyə minmiş qərarların olmasına baxmayaraq, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, yenidən ödəniş etmək məcburiyyətində qalmışdır. Analoji hal kimi 2024-cü ildə Nərimanov Rayon Məhkəməsindəki təcrübəsini nümunə gətirən şikayətçi bildirir ki, cavabdehin İXM-in 57-ci maddəsinin tələblərini pozaraq qərarı vaxtında təqdim etməməsi və digər vəzifə öhdəliklərini icra etməməsi səbəbindən hazırkı iş artıq beşinci məhkəmə tərkibi tərəfindən araşdırılır ki, bu da məhkəmələrin lazımsız yerə məşğul edilməsi və vətəndaşın hüquqlarının əsassız məhdudlaşdırılması deməkdir. Göstərilən maddi və prosessual hüquq pozuntularını nəzərə alaraq, şikayətçi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin halları tam, obyektiv araşdırılmaqla şikayətinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş edir. Odur ki, apellyasiya məhkəməsi ərizəni araşdıraraq barəsində şikayətçi olduğu ##.##.2026-cı il tarixli İş №*(*-***)-***/**** saylı Şəki Rayon Məhkəməsinin qərarını ləğv edərək şikayət ərizəsinə mahiyyəti üzrə baxaraq barısində qəbul edilmiş ##.##.2026-cı il tarixli EQ******** nömrəli inzibati təhbeh tətbiq etmə barədə qərarı ləğv edərək inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati protokolda və həmin protokola əsasən qəbul edilmiş qərarda inzibati xəta törədilməsi iddia olunan ##.##.2025-ci il tarixində idarə etdiyi "Volkswagen ID.6" markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "Nizami rayonu, Lotos TM arxası" ünvanında olmamış və heç bir inzibati xəta törətməmişdir. O, vəsatətində qanunvericilik normalarına istinad edərək qeyd etmişdir ki, barəsində inzibati icraat aparılan şəxsin öz təqsirsizliyini sübut etmək öhdəliyi yoxdur və xətanın sübuta yetirilməsi vəzifəsi birbaşa inzibati tənbeh tətbiq edən orqanın üzərinə düşür. Qərardan şikayət verən orqan (şəxs) inzibati icraatın daha obyektiv araşdırılması məqsədilə məhkəmədən xahiş etmişdir ki, qeyd olunan nəqliyyat vasitəsinin ##.##.2025-ci il tarixində sutka ərzində Nizami rayonu ərazisində hərəkətdə olub-olmadığının müəyyən edilməsi üçün Daxili İşlər Nazirliyinin "Təhlükəsiz Şəhər" kameralarının görüntülərinə baxılmasına, buna dair müvafiq rəy və ya arayışın alınmasına köməklik göstərilsin. Bundan əlavə, şikayətçi ona məxsus olan 055-7799494 və 070-7799494 mobil nömrələrinin operatorlarına sorğu göndərilməsini, həmin nömrələrin ##.##.2025-ci il tarixində sutka ərzində Nizami rayonu ərazisindəki anten dairələrində aktiv olub-olmadığına dair (dislokasiya məlumatları) rəy və ya arayışın alınmasını xahiş etmişdir. Şəxs hesab edir ki, hər iki xüsusatın araşdırılması işin hallarının tam, obyektiv və hərtərəfli müəyyən edilməsinə birbaşa təsir göstərəcəkdir. Sonda o, ünvanladığı vəsatətlərin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə daha bir vəsatət təqdim edərək bildirmişdir ki, inzibati iş materiallarında olan və onun inzibati xəta törətməsini iddia edən, cavabdeh tərəfindən sübut kimi göndərilmiş fotoşəkillərdə hadisənin baş vermə tarixi və saatı qeyd edilməmişdir. O, vəsatətində qeyd etmişdir ki, DYP tərəfindən inzibati xəta üzrə sübut kimi təqdim edilmiş fotoşəkillərdə dəqiq tarix və vaxtın göstərilməməsi sübutların obyektivliyinə, mötəbərliyinə və hüquqi qüvvəsinə ciddi şübhə yaradır və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən orqan nümayəndəsinin iştirakını təmin etməmiş, Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və uyğun olaraq apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ##.##.2025-ci il tarixdə, saat 03:35-də Bakı şəhəri, Nizami rayon Lotos Tm arxası ünvanında idarə etdiyi “VOLKLSWAGEN ID.6 CROZZ” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və durma qaydalarını pozmuşdur. Qərardan şikayət verən orqan (şəxs) İXM-in 346.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Bundan başaqa Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli sorğusuna əsasən ##.##.2026-cü il tarixli EQ ******** nömrəli protokol barədə şikayətçi Qərardan şikayət verən orqan (şəxs) ərzəsinə cavab verilib-verilməməsi barədə sübütları məhkəməyə təqdim edilməsi xahiş olunmuş, lakin məhkəmə sorğusuna cavab verilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli qərarı qanuni və əsaslıdır, şikayət isə təmin edilməməlidir. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraatın ən mühüm prinsiplərindən biri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasıdır. İXM-in 76-cı və 84-cü maddələrinin tələbinə görə, hakim iş üzrə bütün faktiki məlumatları (sübutları) toplamaqla yanaşı, onlara hüquqi qiymət verməli və öz daxili inamı ilə nəticəyə gəlməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ seriyalı protokolda qeyd olunan xətanın baş verib-verməməsi, habelə həmin vaxt nəqliyyat vasitəsinin şikayətçi tərəfindən idarə edilib-edilməməsi xüsusatları lazımi qaydada aydınlaşdırılmamışdır. Xüsusilə qeyd edilməlidir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) protokolun tərtib edilmə prosedurlarının pozulduğunu, xəta törədilən vaxt sükan arxasında olmadığını və barəsindəki cərimənin qanunsuz olaraq dəbbə pulu ilə birlikdə ödənildiyini iddia edir. Lakin İXM-ə görə inzibati xəta haqqında qərarın ləğv edilməsi üçün həmin qərarın qəbulu zamanı maddi və ya prosessual hüquq normalarının kobud şəkildə pozulması faktı sübuta yetirilməlidir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi, səlahiyyətli orqanın məhkəmə sorğularına cavab verməməsini və sübutların (məsələn, foto-video materialların) tam təqdim edilməməsini əsas götürərək, işin yenidən araşdırılması üçün aidiyyatı üzrə göndərilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətçinin "işə xitam verilməsi" barədə tələbinə gəldikdə, apellyasiya instansiyası hesab edir ki, bu mərhələdə inzibati işə xitam verilməsi üçün İXM-in 53-cü maddəsində nəzərdə tutulan birmənalı əsaslar (xəta hadisəsinin olmaması, tərkibinin olmaması və s.) məhkəmə iclasında tam təsdiqini tapmamışdır. Maddi həqiqətin üzə çıxarılması və şikayətçinin hüquqlarının bərpası üçün işin yenidən baxılması zəruridir. Məhz yenidən baxılma zamanı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xətanın törədilməsini təsdiq edən texniki vasitələrin göstəriciləri təqdim edilməli, şikayətçinin iddiaları ilə üzləşdirilməlidir. Şikayətçinin vəsatətində qeyd etdiyi kimi, cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərdə tarix və saatın əks olunmaması həmin sübutun mötəbərliyini şübhə altına alsa da, bu hal xətanın ümumiyyətlə törədilmədiyini avtomatik sübut etmir. Belə olan halda, İXMin 76.1-ci və 84.1-ci maddələrinin tələbləri baxımından maddi həqiqətin üzə çıxarılması, yəni xətanın törədilib-törədilməməsi faktının yenidən araşdırılması hüquqi zərurətdir. Birinci instansiya məhkəməsi tərəfindən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək materialların yenidən baxılması üçün geri göndərilməsi məhz bu məqsədə xidmət edir. Məhkəmə həmçinin vurğulayır ki, şikayətçinin sürücülük vəsiqəsini yeniləmək üçün cəriməni və ona əlavə edilmiş dəbbə pullarını məcburi qaydada ödəməsi barədə dəlilləri ciddi hüquqi əhəmiyyət kəsb edir. Lakin bu ödənişin qanunsuzluğu və geri qaytarılması məsələsi də yalnız işə yenidən baxılma zamanı xətanın baş vermədiyi tam sübuta yetirildikdən sonra həll oluna bilər. Hazırkı mərhələdə inzibati tənbeh haqqında qərarın ləğv edilməsi artıq şikayətçinin üzərindəki "təqsirlilik" statusunu aradan qaldırmış və cavabdeh orqan qarşısında şikayətçinin vəsatətlərini (kamera görüntüləri və mobil anten dairələri üzrə sorğular) icra etmək öhdəliyi qoymuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, inzibati işə xitam verilməsi üçün yetərli sübutlar bazası hələ formalaşmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin yenidən araşdırılmaya göndərilməsi ən ədalətli və qanunauygün prosessual yoldur. Şikayətçinin vəsatətlərində qeyd olunan halların yenidən araşdırma zamanı təsdiqini tapacağı təqdirdə, inzibati icraatı aparan orqan tərəfindən işə xitam verilməsi məsələsinə baxılmalıdır. Bu səbəbdən, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar