Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-226/2026 04.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və protokol tərtib edən şəxs Protokolu tərtib edən orqan böyük icra məmuru X3 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Protokolu tərtib edən orqan böyük icra məmuru X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Şəki Rayon Məhkəməsinin (hakim Azər Mövlayev) ## ##### 2026-cı il tarixli *(*-***)- ***/**** nömrəli qərarı ilə, ##.##.1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FIN; ******* olan, orta təhsilli, subay, işləmir, ünvan 1 ünvanında olmaqla, Bakı şəhəri Bayıl qəsəbəsində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə Icra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Işin halları: Protokolu tərtib edən orqan böyük icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Protokolu tərtib edən orqanndə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Protokolu tərtib edən orqan böyük icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin *İ-***** nömrəli, ##.##.2015-cci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 143 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” BOKT MMC-nin xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2025- ci il tarixdə Protokolu tərtib edən orqan icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası könüllü müddətdə borclu tərəfindən təmin olunmamışdır. Şəki Rayon Məhkəməsinin e-2(075)- ****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 2799.73 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2025-ci il tarixdə Protokolu tərtib edən orqan icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası könüllü müddətdə borclu tərəfindən təmin olunmamışdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin IXP ******* nömrəli, ##.##.2025- ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 20 manat cərimə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Icra sənədi 11.03.20256cı il tarixdə Protokolu tərtib edən orqan icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası könüllü müddətdə borclu tərəfindən təmin olunmamışdır. Şəki regional “ASAN xidmət" mərkəzində notariat ofisinin *İ-**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 385 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2026-cı il tarixdə Protokolu tərtib edən orqan icraatına daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərar qəbul olunmuş, tələbin könüllü müddətdə icrası barədə borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələbin icrası könüllü müddətdə borclu tərəfindən təmin olunmamışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hal-hazırda 3347.73 manat borc və 334.80 manat icra ödənişi olmaqla, cəmi 3682.53 manat borcu vardır. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir, Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Icra sənədinin icrası ilə əlaqədar olaraq borcludan ##.##.2026-cı il tarixdə izahatı alınmışdır. Icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun izahatı alınmışdır. Borclu izahatında işləyə bilmədiyi üçün borclarını ödəyə bilmədiyini, bu günə qədər heç bir ödəniş etmədiyini, bu gün ərzində müəyyən qədər ödəniş edə biləcəyini və qalan digər borclarını 2 ay ərzində ödəyəcəyini, adına daşınar və daşınmaz əmlak olmadığını, aidiyyatı təşkilatlarda cəmiyyətə məxsus qiymətli kağız və ya əmanəti olmadığını və hazırda Bakı şəhərində Bayıl qəsəbəsində yaşadığını, rəsmi işsiz ofisiant fəaliyyəti ilə məşğul olduğunu və ayda 400 manat gəliri olduğunu bildirmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hal-hazırda 3347.73 manat borc, və 334.80 manat icra ödənişi olmaqla, cəmi 3682.53 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikaşl Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki,ümumi borcunun 800 manat ödəmiş qalan borcunu növbəti həftədə ödəyəcəkdir. Birinci instansiya məhkəməsinin iclasında müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Protokolu tərtib edən orqan böyük icra məmuru X2 tərəfindən şikayət verilmişdir. Şikayətin və proses iştirakçılarının dəlilləri: Protokolu tərtib edən orqan böyük icra məmuru X2 tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş *İ-***** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 143 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” Bokt MMC-nin xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2025-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu tələbi könüllü müddətdə təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-*(***)-****/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2752.20 manat borc və 47.53 manat ödənilmiş dövlət rüsumu xərci olmaqla, cəmi 2799.73 manat borc tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2025-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu tələbi könüllü müddətdə təmin etməmiş, çox saylı xəbərdarlıqlara baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş *İ-**** nömrəli, ##.##.2026-cı il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 385 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” MMCnin xeyrinə ödənilməlidir. Icra sənədi ##.##.2026-cı il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu tələbi könüllü müddətdə təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən verilmiş IXP ******* nömrəli, ##.##.2025-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 20 manat inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Icra sənədi ##.##.2026-cı il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu tələbi könüllü müddətdə təmin etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədlərinin tələblərini könüllü müddətdə təmin etməmiş, buna görə borclu barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Məcburi icra tədbirləri çərçivəsində borcluya məxsus bank hesabları və həmin hesablarda pul vəsaitinin, adına qeydə alınmış daşınar və daşınmaz əmlakın, iş yeri, əmək haqqı və pensiyasının, sahibkarlıq fəaliyyəti ilə məşğul olubolmaması müvafiq qaydada sorğulanmış, sorğunun nəticəsində borclunun fiziki şəxs X1 yanında ofisiant işlədiyi müəyyən olunmuş, lakin borclu iş yerindən ayrıldığı üçün əmək haqqından tutulma aparılması mümkün olmamışdır. Borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurunun çağırışlarına gəlməmiş, icra məmuru tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq icra sənədlərinin icra olunması ilə bağlı hərəkət göstərməmiş, sorğu nəticəsində borclunun qeydiyyatda olduğu ünvanda yaşamadığı, Bakı şəhərində naməlum ünvanda yaşadığı müəyyən olunmuş, yaşadığı ünvanı müəyyən etmək mümkün olmaıdığı üçün ##.##.2026-cı il tarixində borclunun axtarılması haqqında qərar qəbul olunmuşdur. Borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, borcluya barəsində olan icra sənədləri və onların tələbləri haqqında məlumat verilmiş, icra sənədləri üzrə borclarını ödəməsi tələb olunmuş, borclu tərəf şöbədə olarkən verdiyi izahatında bu günə qədər heç bir ödəniş etmədiyini, hal-hazırda ofisiant kimi fəaliyyət göstərdiyini, aylıq təxminən 400 manat qazancı olduğunu, bütün borclarını ödəmək üçün kifayət qədər vəsaiti olmadığını, icra sənədləri üzrə borclarını iki ay müddətində ödəyə biləcəyini bildirərək icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Icra sənədi üzrə tələbkar “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi ##.##.2026-cı il tarixində ərizə ilə şöbəyə müraciət edərək borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx”MMC-yə 2799.73 manat borcu olduğunu, bu günə qədər heç bir ödəniş etməyərək məhkəmə qərarının icrasından boyun qaçırdığını bildirmiş, borcun tam şəkildə ödənilmədiyi təqdirdə borclu barəsində AR IXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət olunmasını xahiş etmişdir. Bildiyiniz kimi, Icra haqqında Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə barəsində icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Şəki Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarını əsassız hesab edirik. Azərbaycan Respublikası Konstitusiyanın 129.1-ci maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129.2-ci maddəyə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Buna baxmayaraq borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş icra sənədlərindən xəbərdar olsa da, icra sənədlərinin icrası istiqamətində hər-hansı hərəkət etməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq icra məmurunun tələblərini yerinə yetirməkdən boyun qaçırmış, ofisiant kimi çalışdığı, gəliri olduğu halda heç bir üzürlü səbəb göstərmədən icra sənədlərinin icrasını təmin etməmiş, bununla da məhkəmə qərarlarına laqeyd münasibət göstərmiş, məhkəmənin icra sənədlərinin icrasına məsuliyyətsiz yanaşmışdır. Borclu tərəf iş üzrə zərərçəkmiş şəxslərin – icra sənədi üzrə tələbkarların qarşısında olan öhdəliyini lazımınca dərk etməmiş, öz öhdəliyinə qarşı məsuliyyətsizlik göstərmişdir. Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borclu olması və icra sənədləri üzrə yaranmış borclarını ödəməməsi səbəbindən onun Azərbaycan Respublikasının IXM-nin 528.1-ci maddəsinə əsasən tənbeh olunmaması gələcəkdə icra sənədinin icra olunmasını şübhə altında saxlayır. Lakin onun inzibati tənbeh olunması, xüsusəndə inzibati qaydada həbs edilməsi icra sənədinin icra olunmasına müsbət təkan verəcəyi qaçılmazdır. Azərbaycan Respublikası Inzibati Xətalar məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Işdən də göründüyü kimi borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhz barəsində inzibati xəta haqqında protokol tərtib olunub inzibati tənbeh olunacağı üçün təşvişə düşmüş və məhz bundan sonra Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi tərəfindən tərtib olunmuş protokol üzrə 20 manat cəriməni və “xxxx” BOKT MMC-yə olan borcunu tam şəkildə ödəmiş, “xxxx” MMC-yə olan borcundan ##.##.2026cı il tarixində 105 manat və “xxxx” MMC-yə olan borcundan ##.##.2026-cı il tarixində 200 manat ödəniş etmişdir. Lakin həmin tarixdən sonra icra sənədləri üzrə geri qalan borclarından heç bir ödəniş etməmişdir. Bu da onu deməyə əsasə verir ki, borclu tərəfdə artıq tənbeh olunmayacağı ilə bağlı arxayınlıq yaranmışdır. Əgər borclu tərəf barəsində inzibati tənbeh tətbiq olunsaydı, o, icra sənədlərinin icrasından yayınmağa davam etdiyi müddətdə təkrar tənbeh olunacağı qorxusu ilə icra sənədlərinin icrasına daha məsuliyyətlə yanaşardı. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun qeyd hissəsindən göründüyü kimi qanunun tələbinə görə barəsində inzibati xəta haqqında iş aparılan şəxs tələbi tam yerinə yetirdikdə məsuliyyətdən azad edilə bilər. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində olan icra sənədləri üzrə toplam 3347.73 manat borcundan ümumilikdə cəmi 468 manat ödəniş etmişdir. Hal-hazırda da 2879.73 manat borcu qalmaqdadır. Borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixindən sonra icra sənədləri üzrə borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda da icra sənədlərinin icra olunmasından yayınmağa davam edir. Həmçinin məhkəmə qərar qəbul edərkən borclu tərəfin icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini, icra məmurunun çağırışlarından yayındığını, yaşadığı ünvanı dəyişdiyini və faktiki yaşadığı yer haqqında icra məmuruna məlumat vermədiyini, buna görə də barəsində axtarış haqqında qərar qəbul olunduğunu, uzun müddət sonra polis əməkdaşları tərəfindən tapılaraq şöbəyə gətirilməsini nəzərə almamışdır. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Həmçinin məhkəmə inzibati işə baxarkən, inzibati xətalar qanunvericiliyinin əsas prinsipləri olan insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanıldığını nəzərə almamış, vətəndaş barəsində inzibati tənbeh nəzərdə tutulan qərar verməklə gələcəkdə həmin vətəndaş və digər şəxslərin də inzibati xəta törətməkdən uzaq duracaqlarını nəzərə almamışdır. Həmçinin, məhkəmə zərərçəkmiş şəxlərin – icra sənədi üzrə tələbkarların mənafeyini nəzərə almamış, məhkəmə prosesində tələbkarların nümayəndələrinin iştirakı təmin olunmamış, tələbkarların tələblərinə diqqət edilməmiş, hüquqlarının pozulmasına yol verilmişdir. Belə ki, inzibati xəta haqqında icraata xitam verilməsi barədə yekun məhkəmə qərarının tərəflərə göndərilməsi ilə bağlı məlumat vərəqində tələbkarların adları belə qeyd olunmamışdır. Bu da inzibati xəta haqqında protokola baxılarkən tələbkarların mənafelərinə əhəmiyyət verilmədiyi qənaətinə gəlməyə əsas verir. Icra sənədlərinin icraata daxil olmasından uzun müddət keçməsinə baxmayaraq borclu tərəfindən icra sənədlərinin icrasına qarşı qeyri-ciddi münasibət göstərilmişdir. Bu hal borclu tərəfindən həm məhkəmə və digər orqanların qərarlarına münasibətdə, həm də zərərçəkmiş şəxslərin hüquq və mənafelərinə münasibətdə hörmətsizlik kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 117.3-cü maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu həmin iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə, habelə həmin qərar barədə məlumatı “ICMAL” informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını ləğv edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Şəki rayon Icra və Probasiya Şöbəsinin icra məmuru X2 borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı AR IXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol (MN 2330123) tərtib olunaraq baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmişdir. Şəki rayon Mahkəməsi inzibati xəta haqqında protokola baxışı ##.##.2026-cı il tarixə təxirə salmışdır. Şəki rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarına əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM- nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şəki rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Rövşən oğlundan cəmi 2799.73 manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borclu ##.##.2026-cı il tarixdə cəmi 200 manat məbləğində ödəniş etmişdir. Borclunun bu günə icra sənədi üzre qalıq borcu 2599.73 manat teşkil edir. Məhkəmə icra məmuru tərəfindən verilmiş inzibati xəta haqqında protokolun təmin edilməməsini bununla əsaslandırmışdır ki, borclu xxxx MMC-yə olan borcu üzürlü səbələrə görə tam icra edə bilməmiş ve icra sənədi üzrə borcun bir qismini barəsində inzibati xata haqqında protokol verildikdən sonra ödəmişdir . Icra Şöbəsi tərəfindən borcluya könüllü müddətin verilməsinə baxmayaraq borclu icra sənədi üzrə tələbi tam icra etməmişdir. Icra sənədi üzrə tələb xeyli müddətdir ki, icra edilməmiş və nəticə etibarı ilə tələbkarın şikayətinə əsas olmuşdur. Bu müddət ərzində icra sənədi üzrə tələbin icra etməməsinə heç bir üzürlü səbəb ola bilməz və məhkəmə bunu nəzərə almamışdır. Bundan əlavə borclunun icra sənədi üzrə tələbin hissəvi şəkildə ödəməsi üçün icra üsulunun dəyişdirilməsi və ya hissəvi şəkildə ödənilməsinə dair hər hansı bir məhkəmə qərarı yoxdur. Borclu ilə icra sənədinin icrası ilə bağlı əlaqə zamanı dəfələrlə ödənişlə bağlı söz vermiş icra etməmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Proses zamanı borclu izahatında işləmədiyini bildirsə də, borclu Bakı şəhərində yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğuldur. Borclu izahatında işləmədiyini bildirərək qəsdən məsuliyyətdən boyun qaçırır, bundan əlavə borclu icra məmuru tərəfindən dəfələrlə icra Şöbəsinə çağrılmış ve icra sənədi üzrə tələbi qısa müddət ərzində təmin edilməsi tələb edilmişdir. Bir sözlə borclu icra məmurunun qanuni tələblərini qəsdən icra etməmiş, çağırışlara gəlməmiş va icra sənədi üzrə tələbi qəsdən icra etmemişdir. Borclu zəruri axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq icra Şöbəsinə təhvil verilmişdir. Azerbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindan qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə ve qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarını ləğv edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində keçirilən iclasda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs söz vermişdir ki, yaranmış borcunu qısa vaxt ərzində ödəyəcək. Lakin uzun müddət keçməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-nin xeyrinə 500 manat pul ödəyib, digər tələbkar “xxxx” MMC-nin xeyrinə isə 100 manat ödəniş olub. Inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyi üçün barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arxayınçılıq yaranıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, icra sənədi ## ###### 2025-ci ildə şöbəyə daxil olmuşdur. “xxxx” MMC-yə 2800 manat, “xxxx” MMC-yə isə 285 manat ümumi borc olub. Həmin borcdan “xxxx” MMC-yə 500 manat, “xxxx” MMC-yə isə 100 manat pul ödənilmişdir. Hal-hazırda “xxxx” MMC-yə 2300 manat, “xxxx” MMC-yə isə 285 manat borc qalıb. Ümumi borc 3682 manat olmuş, hazırda 2585 manat ödənilməyən borc qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati tənbeh olunmasa borcunu ödəməyəcəkdir. Müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə qərarına qədər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “xxxx” MMC-yə 2800 manat borcu olub. Məhkəmə qərarından sonra 500 manat pul ödənilib. Borclu dəfələrlə icra şöbəsinə çağırılmış, buna baxmayaraq şəxs icra şöbəsinə gəlmədiyi üçün onun barəsində axtarış verilib və şəxs polis əməkdaşları tərəfindən icra şöbəsinə gətirilmişdir. Dəfələrlə borcun ödənilməsinə vəd versə də vədinə əməl etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirdi ki, o, borcundan 15 gün ərzində 500 manat ödəniş etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, “xxxx” MMC-yə 2800 manat borcu olmuş, belə ki, “xxxx” MMC-dən televizor götürmüşdür. 500 manatdan əlavə 200 manat da icra üçün ödəniş etmişdir. Qalan 2300 manatdan heç bir ödəniş edə bilməmişdir. May ayının 7-si işə başlayacaq və qalan borcunu da ödəyəcəkdir. Məhkəmə iclası günü 200 manat ödəmişdir, # ### 2026-cı il tarixdə də 300 manat ödəmişdir, ödəniş qəbzinin surətini təqdim edə bilər. “xxxx” MMC-yə isə 285 manat borcu qalıb. Borcunu etiraf edir və ödəməkdən qərəzli yayınmır. O, may ayının 7-si “Çələbixan” restoranında işə başlayacaq. Aylıq 400-500 manat maaş alacaq və borclarını ödəyəcəkdir. 2026-cı ilin sentyabr və ya oktyabr aylarınadək borclarını tam ödəyəcəkdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. 133.1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətlərin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayətlər təmin edilməməli və Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Işdə olan Protokolu tərtib edən orqan böyük icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu X3 tərəfindən tərtib edilmiş ## ##### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilmədiyindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib edilmişdir. Işdə olan Şəki Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icra vərəqəsinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 2752.20 manat əsas borc və 47.53 manat dövlət rüsumu “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Işdə olan Şəki Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli “Icraata başlamaq haqqında” Qərarının surətinə əsasən Şəki Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. Işdə olan Şəki Rayon Icra və Probasiya Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli e******/****-**-** nömrəli bildirişin surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlundan Şəki Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. Işdə olan Şəki Rayon Icra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarla borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilmişdir. Işdə olan Asan Xidmət” Notariat ofsinin ##.##.2026-cı il tarixli, *İ-**** nömrəli icra sənədinə əsasən cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumilikdə 385 manat “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Işdə olan Şəki Rayon Icra və Probasiya Şöbəsinin ##.##.2026-ci il tarixli “Icraata başlamaq haqqında” Qərarının surətinə əsasən “Asan Xidmət” Notariat ofsinin ##.##.2026-cı il tarixli, *İ-**** nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. Işdə olan Şəki Rayon Icra və Probasiya Şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli e*****/****-**-** nömrəli bildirişin surətinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Asan Xidmət” Notariat ofisinin ##.##.2026-cı il tarixli, *İ- **** nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. Məhkəmə baxışı zamanı təqdim edilərək iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixli “PashaPay” ödəmə terminalına məxsus qəbzdən (əməliyyat nömrəsi 21070885552) görünür ki, 200 manat və və ##.##.2026-cı il tarixli “Mpay” ödəmə terminalına məxsus qəbzdən (əməliyyat nömrəsi 295138056) görünür ki, 300 manat olmaqla borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ümumilikdə 500 manat ödəniş edilmişdir. IXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumi borcundan 800 manat məbləğdə ödəniş etmiş, eyni zamanda borclu geri qalan borcları da ödəyəcəyini öhdəsinə götürmüş, belə vəziyyətdə borclunun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırkı vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq hesab edir ki, məhkəmə hazırkı işə xitam verməkdə tam ədalətli və qanuni mövqe tutmuşdur. Belə ki, göründüyü kimi borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumi borcundan 800 manat məbləğdə ödəniş etmiş, birinci instansiya məhkəməsinin qərarından sonra, ## ### 2026-cı il tarixdə borcundan 300 (üç yüz manat) da ödəniş etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsi şikayətin qeyd edilən dəlillərini əsassız hesab edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə ## #### 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası IXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Protokolu tərtib edən orqan böyük icra məmuru X2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası IXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə və Protokolu tərtib edən orqan böyük icra məmuru X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-226/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-226/2026
04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver