Məhkəmə qərarları › İş №3(3-10)-227/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-227/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-227/2026 04.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, zərərçəkmiş hüquqi şəxs “xxxx ASC” –nin nümayəndəsi X2 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından zərərçəkmiş “xxxx ASC” –nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə(sədrlik edən R.Əliyev) ##.##.1978-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, evli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi ******* Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair Oğuz Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X4 ## #### 2013-cü il tarixli *** nömrəli kredit müqaviləsi üzrə müştərək qaydada həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 1717,46 ABŞ dolları əsas borc, 65,94 ABŞ dolları kredit faizi borcu və 17,83 ABŞ dolları cərimə məbləği - cəmi 1801 (bir min səkkiz yüz bir) ABŞ dolları 23 (iyirmi üç) sent borc, həmçinin 30 (otuz) manat dövlət rüsumu məbləği tutularaq zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Kreditor zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin borclular Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə dair Oğuz Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli 2(054)- ***/**** nömrəli məhkəmə əmrinə əsasən ## ###### 1978-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, həmin kənddə yaşayan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və ## ###### 1979-cu il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, həmin kənddə yaşayan borclu X3 müştərək qaydada zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin xeyrinə, ## #### 2013-cü il tarixli kredit müqaviləsi üzrə 2235,26 manat əsas borc, 407,48 manat kredit faizi borcu və 142,03 manat cərimə, həmçinin 20,00 manat dövlət rüsumu - cəmi 2804 (iki min səkkiz yüz dörd) manat 77 (yetmiş yeddi) qəpik tutulması əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Eyni zamanda, iddiaçı “xxxx” zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsinə əsasən İddiaçı “xxxx” zərərçəkmiş şəxs1əhmdar Cəmiyyəti ilə cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs arasında bağlanmış ##.##.2013-cü il tarixli *************** nömrəli kredit müqaviləsi üzrə ##.##.2016-cı il tarixdən ##.##.2017-ci il tarixədək illik 19% dərəcəsi ilə hesablanmış və ödənilməmiş adi faizlər üzrə 3057,21 manat, borcun gecikdirilməsinə görə ##.##.2017-ci il tarixdən ##.##.2020-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu üzrə 4277,07 manat və məhkəməyə müraciət etmək üçün ödənilən 30,00 manat dövlət rüsumu məbləğinin 11,00 manatdan ibarət hissəsi - cəmi 7345,28 manat cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı “xxxx” zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iş üzrə cəmi 300,00 manat ekspertiza xərcinin 110,00 manatdan ibarət hissəsi cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, 190,00 manatdan ibarət hissəsi isə iddiaçı “xxxx” zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qeyd edilən hər bir məhkəmə qərarı üzrə icra sənədi Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və ##.##.2026-cı il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbkara olan borcunu ödəmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən İXM-in 528.1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 birinci instansiya məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi, ##.##.2014-cü il tarixli *(***)-***/**** nömrəli məhkəmə əmri və ##.##.2021-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsinə dair icra sənədləri üzrə üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildirişlər göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir və tələbkarlara qismən ödəniş etməklə onun hazırda cəmi 10391,31 manat borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instasniya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tələbkar “xxxx” zərərçəkmiş şəxs1əhmdar Cəmiyyəti ondan əldən çıxmış faydanı istəmiş, o da hər ay 100 manat olmaqla 7000 manat borcunun təxminən, yarısını ödəmiş, 4562 manat ödənilməmiş borcu qalmışdır. Digər tələbkar LPO zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətindən isə kredit götürərək pulu “Cabbarov” soyadlı şəxsə vermişdir. Bu səbəbdən hesab edir ki, bu borcu həmin şəxs ödəməlidir. Hazırda himayəsində iki azyaşlı uşağı vardır. İcra sənədi üzrə borcunu hər ay ödəyir, yalnız bir dəfə gecikməsi olduğunu demişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Zərər çəkmiş şəxs “xxxx” ASC-nin nümayəndəsi X2 birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, borclunun tələbkara cəmi 4562 manat ödənilməmiş borcu qalmışdır. Tələbkar və borclu borcun hər ay 100 manat olmaqla hissə-hissə ödənilməsi ilə bağlı şifahi razılığa gəlmiş, sonradan borclu bir ay ödəyəməyəcəyini bildirərək 50 manat ödəniş etmiş və növbəti ay 150 manat ödəyəcəyinə söz vermişdir. Borclu ##.##.2026-cı il tarixdə 100 manat ödəniş etmişdir və borclu ödəniş qabiliyyətli şəxsdir. Bundan başqa borclu icra sənədi üzrə borcunu yalnız ona zəng edildikdən sonra etmişdir. Hazırda tələbkar borcun ödənilməsini tələb edir, borclu isə öz borcunu ödəməkdən boyun qaçırır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından zərərçəkmiş “xxxx ASC” –nin nümayəndəsi X1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: “xxxx ASC” –nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, İXM-in 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirİcİ ölçüləri müəyyən edir. Hazırki vəziyyətdə, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən Oğuz Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2021-ci il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini artıq 5 (beş) ildir ödəməkdən boyun qaçırması, icra məmurunun çağırışlarına və tələblərinə məhəl qoymaması, hesab edirik ki, inzibati xəta sayılan əməlin fərqləndirici meyarıdır və həmin şəxsə 500 manat məbləğində cərimə formasında inzibati cəzanın verilməsi qərəzli şəkildə məhkəmə qərarının icrasından boyun qaçıran şəxsi islah etməməklə yanaşı, onun qanunun tələbi ilə yerinə yetirməli olduğu öhdəliyin məbləğini də artırmaqdadır. Məlikəmə həmçinin Borclunun məsuliyyətini yüngülləşdirən halları müəyyən etmədən daha yüngül olan cəza növünü tətbiq etmişdir. Oğuz Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilməlidir və borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində sonuncunun şəxsiyyəti (5 il ərzində Borclunun icra sənədi üzrə öhdəliyini yerinə yetirməməsi, məhkəmə qətnaməsinin icrasına etinasız yanaşması, icra məmurunun çağırışlarına məhəl qoymaması və s.) nəzərə alınmaqla İXM-in 528-ci maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş bir ayadək müddətə inzibati həbsin tətbiq olunması növündə cəza seçilməlidir. Odur ki, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və şəxs barəsində 1 ay müddətində inzibati həbs tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “xxxx ASC” –nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək şikayətin təmin edilməməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan protokol tərtib etmiş orqan məhkəmə iclasına gəlməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-149)-61/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin ##.##.2014-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən cavabdehlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X4 cəmi 1801 (bir min səkkiz yüz bir) ABŞ dolları 23 (iyirmi üç) sent borc, həmçinin 30 (otuz) manat dövlət rüsumu məbləği tutularaq zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin hesabına ödənilməsi, məhkəmənin ##.##.2021-ci il tarixli *(***)-*/**** nömrəli qətnaməsinə əsasən cəmi 7345,28 manat cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tutularaq iddiaçı “xxxx” zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin hesabına ödənilməsi, iş üzrə cəmi 300,00 manat ekspertiza xərcinin 110,00 manatdan ibarət hissəsi cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, 190,00 manatdan ibarət hissəsi isə iddiaçı “xxxx” zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, məhkəmənin ##.##.2014-cü il tarixli *(***)-***/**** nömrəli məhkəmə əmrinə əsasən ## ###### 1978-ci il tarixdə Oğuz rayonu Muxas kəndində anadan olmuş, həmin kənddə yaşayan borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və ## ###### 1979-cu il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, həmin kənddə yaşayan borclu X3 müştərək qaydada zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs1əhmdar Cəmiyyətinin xeyrinə cəmi 2804 (iki min səkkiz yüz dörd) manat 77 (yetmiş yeddi) qəpik tutulması əmr edilmişdir. Həmin icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və ##.##.2026-cı il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. O, həmin icra sənədləri üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkarlara cəmi 10391,31 manat ödənilməmiş borcu qalmışdır. Borclu həmin qərarlar üzrə icra sənədlərini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq, zərərçəkmiş şəxs qismində çıxış edən "xxxx" ASC-nin nümayəndəsinin apellyasiya şikayətinin dəlillərini qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə aşağıdakı əsaslarla dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə müəyyən etmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən məhkəmə qərarları üzrə öhdəliklər tam icra edilməsə də, o, icraat müddətində müəyyən ödənişlər etmiş və borcun ümumi məbləğinin bir hissəsini bağlamışdır. Xüsusilə, "xxxx" ASC-nin nümayəndəsinin izahatından da göründüyü kimi, borclu ilə tələbkar arasında borcun hissə-hissə ödənilməsinə dair şifahi razılaşma olmuş və borclu son olaraq ##.##.2026-cı il tarixdə 100 manat məbləğində ödəniş həyata keçirmişdir. Bu faktlar borclunun məhkəmə qərarının icrasından tamamilə və qərəzli şəkildə boyun qaçırmadığını, əksinə, imkanı daxilində icra prosesində iştirak etdiyini təsdiq edir. İXM-in 9-cu maddəsində təsbit olunmuş ədalətlilik prinsipinə əsasən, tətbiq edilən tənbeh xətanın xarakterinə və şəxsiyyətə uyğun olmalıdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə vəziyyəti, himayəsində iki azyaşlı uşağının olması və rəsmi iş yerinin olmaması kimi hallar nəzərə alındıqda, onun barəsində inzibati həbs tənbehinin tətbiqi həddindən artıq sərt və qeyri-mütənasib tədbir kimi qiymətləndirilə bilər. Birinci instansiya məhkəməsinin tətbiq etdiyi 500 manat məbləğində cərimə tənbehi şəxsin həm maddi vəziyyətinə, həm də törədilmiş hüquqazidd əməlin dərəcəsinə adekvatdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ######## 2018-ci il tarixli Plenum qərarında qeyd edildiyi kimi, məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar tənbeh tətbiq edilərkən borclunun icra üçün mümkün vasitələrdən istifadə edib-etməməsi obyektiv qiymətləndirilməlidir. Hazırkı işdə borclunun mütəmadi olmasa da, müəyyən fasilələrlə ödəniş etməsi onun islah olunma iradəsini göstərir və bu halda tənbehin məqsədi olan tərbiyəetmə funksiyası cərimə sanksiyası vasitəsilə də həyata keçirilə bilər. Apellyasiya şikayətində borclunun 5 il ərzində öhdəliyi tam yerinə yetirməməsi həbs tənbehi üçün əsas kimi göstərilsə də, məhkəmə hesab edir ki, borclunun tam hərəkətsizliyi və ya icra orqanlarından gizlənməsi faktı sübuta yetirilməmişdir. Bu səbəbdən, şikayətçinin barəsində inzibati həbs seçilməsi barədə tələbi hüquqi cəhətdən əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları İXM-in 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq öz daxili inamı ilə düzgün qiymətləndirmiş və qanuni qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh tətbiq edilərkən İXM-in tələblərinə uyğun olaraq xətanın xarakteri ilə yanaşı, şəxsin əmlak vəziyyəti və məsuliyyəti yüngülləşdirən hallar mütləq qaydada nəzərə alınmalıdır. Borclunun işsiz olması və himayəsində iki azyaşlı uşağın olması faktı onun sosial baxımdan həssas qrupa daxil olduğunu göstərir. Belə olan halda, şəxsin cəmiyyətdən təcrid edilməsi (həbsi) onun ailəsinin maddi vəziyyətini daha da ağırlaşdıra və azyaşlı uşaqların himayəsiz qalmasına səbəb ola bilər ki, bu da dövlətin ailə və uşaqların müdafiəsi siyasəti ilə ziddiyyət təşkil edərdi. İnzibati həbs tənbeh növü müstəsna tədbir olmaqla, yalnız o hallarda tətbiq edilməlidir ki, daha yüngül tənbeh növü (cərimə) vasitəsilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olmasın. Hazırkı iş üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra məmurundan gizlənməməsi, məhkəmə iclaslarında iştirak etməsi və borcun bir hissəsini ödəməsi onun qanunlara tabe olmaq niyyətini və islah olunma potensialını sübut edir. Bu baxımdan, şəxsə qarşı dərhal ən ağır sanksiyanın tətbiqi tənbehin fərdiləşdirilməsi və mütənasiblik prinsiplərinə xələl gətirə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, borclunun həbs edilməsi onun faktiki olaraq hər hansı bir gəlir əldə etmək imkanını tamamilə məhdudlaşdırır. Bu isə nəticə etibarilə borcun ödənilməsi prosesini sürətləndirmək əvəzinə, onun qeyri-müəyyən müddətə dondurulmasına və tələbkarın maraqlarının daha çox zərər görməsinə gətirib çıxarır. Məhkəmə qərarlarının icrasının effektivliyi yalnız borclunun cəzalandırılması ilə deyil, borcun real ödənilməsi imkanlarının qorunması ilə ölçülməlidir. Cərimə tənbehi isə borclu üçün həm ciddi bir maddi xəbərdarlıq, həm də azadlıqda qalaraq əmək fəaliyyəti ilə məşğul olub borcunu ödəməyə davam etməsi üçün bir stimul rolunu oynayır. Bundan əlavə, iş materiallarında borclunun əvvəllər eyni növ inzibati xətaya görə məsuliyyətə cəlb olunmaması faktı İXM-in 31-ci maddəsi baxımından cərimə tənbehinə üstünlük verilməsi üçün mühüm əsasdır. İnzibati hüquq praktikasında şəxs birinci dəfə törətdiyi və ağır ictimai təhlükə törətməyən xətaya görə adətən daha yüngül sanksiya ilə islah olunması əldə edir. "xxxx" ASC-nin nümayəndəsinin şikayətində göstərilən "5 illik gecikmə" arqumenti borclunun qərəzli hərəkətsizliyi ilə deyil, onun obyektiv maddi çətinlikləri və qismən icraatları ilə müşayiət olunduğu üçün inzibati həbs üçün kifayət edən "qərəzlilik" faktı kimi qiymətləndirilə bilməz. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ##.##.2017-ci il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Oxşar münasibətləri tənzimləyən İXM-in 272.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ######## tarixli Qərarında göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır. Ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir və inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan əməlləri törədən şəxslərə münasibətdə inzibati tənbeh tətbiq edilərkən, tətbiq edilən inzibati tənbehin törədilən inzibati xətanın xarakterinə mütənasibliyi, məsuliyyətin və inzibati tənbehin fərdiləşdirilməsi prinsiplərinin tələblərinə uyğun olaraq inzibati xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən halların, ov qaydalarının pozulması dərəcəsinin, inzibati xətanın törədilməsində təqsirli hesab edilən şəxsin inzibati xətanı törədənədək və törətdikdən sonrakı hərəkətlərini xarakterizə edən halların nəzərə alınması mütləqdir. İXM-in 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, zərərçəkmiş hüquqi şəxs “xxxx ASC” –nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Zərərçəkmiş hüquqi şəxs “xxxx ASC” –nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Oğuz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar