Məhkəmə qərarları › İş №3(3-10)-228/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-228/2026

04.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-228/2026 04.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-*/**** nömrəli inzibati xəta haqqında qərarından protokol tərtib edən səlahiyyətli orqan Şəki Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi qərarından şikayət verilən orqan1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə (hakim K.Musayev) Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə saat 13:00 radələrində ona məxsus **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o, Qərardan şikayət verən orqan (şəxs) özünə məxsus **-CK-*** dövlət qeydiyyat nişanlı VAZ21099 maraklı avtomobillə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində sola dönmə işığından istifadə edərək sola dönmə əməliyyatını yerinə yetirmişdir. Bu zaman arxadan yüksək sürətlə hərəkət edən digər nəqliyyat vasitəsi VAZ 2107 markalı avtomobil öz qarşısında olan digər nəqliyyat vasitəsini ötərkən onun avtomobili ilə toqquşmuşdur. Hadisədən dərhal sonra onun avtomobilini vuran şəxs hadisə yerinə polis əməkdaşlarını çağırmışdır. Hadisə yerinə gəlmiş polis əməkdaşları, hadisə yerini müayinə edərək ona inzibati tənbeh vermə haqqında protokol tərtib etmişdir. Həmin protokol əsasında ##.##.2025-ci il tarixdə TP ******* saylı qərar qəbul olunmuşdur. Barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 327.1-ci maddəsi ilə tərtib olunmuş protokol və onun əsasında qəbul olunmuş ##.##.2025-ci il tarixli TP ******* saylı qərar qanunsuz və əsassızdır. Belə ki, polis əməkdaşları həmin avtomobilin sürətini müəyyən etməmiş, o öz etirazını bildirsə də, buna məhəl qoyulmamışdır İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-*/**** saylı qərarından Şəki Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi qərarından şikayət verilən orqan1 tərəfindən apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Şəki Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi qərarından şikayət verilən orqan1 verdiyi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərarı ilə inzibati xətaya dair iş üzrə icraata xitam verərkən öz qanunsuz və əsassız qərarında qeyd etmişdir ki, “Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən X2 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə ki, tərtib edilmiş sxemdə və səlahiyyətli orqanın məhkəmə iclasında verdiyi izahatında Qərardan şikayət verən orqan (şəxs) yolun kənarında dayanması qeyd edilsə də, məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və zərərçəkmiş şəxsin izahatlarından müəyyən edilmişdir ki, X1 yolun kənarında deyil, yolun hərəkət hissəsində dayanaraq sola dönmə əməliyyatı etmək istəyən zaman Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə toqquşmuşdur.” Halbuki, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun olmalaqla baş vermiş hadisə ilə uyğunluq təşkil etmir. Belə ki, ##.##.2025ci il tarixdə saat 13:00 radələrində Qərardan şikayət verən orqan (şəxs) özünə məxsus VAZ- 21099 maraklı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yolun sağ istiqamətində dayanan zaman sola doğru universitet istiqamətində dönmə əməliyyatı həyata keçirərkən həmin yol ilə hərəkətdə olan VAZ-2107 markalı, **-LS- *** dövlət qeydiyyat nişanlı avtomobili buraxaraq hərəkətə başlamalı olmasına baxmayaraq bunu etməmiş və həmin nəqliyyat vasitəsini buraxmadan hərəkətə başlamış və nəticədə Zərərçəkmiş şəxs məxsus VAZ-2107 markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəməyə təqdim edilmiş fotoşəkillər də hadisənin Qərardan şikayət verən orqan (şəxs) təqsiri nəticəsində baş verməsini yəni, Qərardan şikayət verən orqan (şəxs) dönmə əməliyyatına başlayarkən yolda gedən nəqliyyat vasitəsinə, yəni Zərərçəkmiş şəxs məxsus VAZ-2107 markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməyərək dönmə hərəkətinə başlaması və buna görə də həmin nəqliyyat hadisəsinin baş verməsini sübut edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəki RPŞnin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə hazırki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəki Rayon Polis Şöbəsinin DYPBnin nümayəndəsi qərarından şikayət verilən orqan1 tərəfindən verilmiş şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-*/**** saylı qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) ərizəsi təmin edilməməlidir. Belə ki, İXM-in 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən məhkəmə araşdırmasına səthi yanaşmışdır. Belə ki, iş materiallarına olan ##.##.2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı protokol tərtib edilmişdir. - ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. - Məhkəmə tərəfindən Azərbaycan Dövlət Pedoqoji Universitetin Şəki Filialının qarşısına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə baş verən yer hər tərəfi bir zolaq olmaqla ikizolaqlı yoldur. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) Universitetin qarşısına dönmək istəyərkən hadisə iki hərəkət zolağının ortasında baş vermişdir. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəki Rayon Polis Şöbəsinin DYPBnin nümayəndəsi qərarından şikayət verilən orqan1 tərəfindən verilmiş şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilərək yeni qərar çıxarılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən belə nəticəyə gəlmişdir ki, Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi sübuta yetirilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli qiymətləndirməmiş, sübutlar arasındakı ziddiyyətləri aradan qaldırmadan və yol hərəkəti qaydalarının tələblərini düzgün tətbiq etmədən əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə M.Ə.Rəsulzadə prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi "VAZ-21099" markalı avtomobillə sola dönmə manevri yerinə yetirərkən arxadan eyni istiqamətdə gələn və ötmə əməliyyatında olan "VAZ-2107" markalı avtomobillə toqquşmuşdur. "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin tələbinə görə, manevr edən sürücü hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmamalıdır. Məhkəmə qeyd edir ki, sola dönməzdən əvvəl sürücü bu manevrin təhlükəsizliyinə, arxadan gələn nəqliyyat vasitələrinin vəziyyətinə tam əmin olmadan manevr etmiş və qəzaya səbəb olmuşdur. Məhkəmə tərəfindən hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, yol hər iki istiqamətdə cəmi iki hərəkət zolağından ibarətdir. İşdə olan fotoşəkillər və hadisə yerinin sxemi təhlil edilərkən görünür ki, toqquşma nöqtəsi yolun hərəkət hissəsinin mərkəzinə yaxın ərazidə baş vermişdir. Bu isə o deməkdir ki, Ə.M.Bayram oğlu sola dönmə manevrinə başlayarkən arxadan gələn və artıq ötmə vəziyyətində olan nəqliyyat vasitəsini görməli və ona yol verməli olduğu halda, bu qaydaya riayət etməyərək qəza şəraiti yaratmışdır. Oxşar münasibətləri nizama salan İXM-in 76-cı və 84-cü maddələrinə əsasən, hakim işin bütün hallarını, maddi sübutları və tərəflərin izahatlarını öz daxili inamı ilə, məcmusunda qiymətləndirməlidir. Sürücünün sola dönmə işığından istifadə etməsi barədə izahatı onu manevrin təhlükəsizliyinə cavabdehlikdən azad etmir. Belə ki, dönmə siqnalının yandırılması sürücüyə üstünlük vermir və onu digər nəqliyyat vasitələrinə maneə yaratmamaq vəzifəsindən kənarlaşdırmır. Həmçinin məhkəmə tərəfindən iş materialları və şəxsin ilkin izahatı, həmçinin həmin zaman tərtib edilmiş və uyğun olaraq sürücülər tərəfindən imzalanmış yol nəqliyyat hadisəsinin sxemi tədqiq edilərkən ciddi ziddiyyət aşkar edilmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) hadisə yerində verdiyi ilkin izahatında yolun sağ kənarında dayanmış (park) vəziyyətdə olduğunu, daha sonra hərəkətə başlayaraq sola dönmək istəyərkən toqquşmanın baş verdiyini bildirmişdir. Lakin məhkəmə iclasında bu ifadəsini dəyişərək, hərəkətdə olduğunu və yalnız sola dönmə manevri etdiyini iddia etmişdir. "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, hərəkətə başlayan sürücü digər hərəkət iştirakçılarına yol verməli və onların hərəkət istiqamətini və ya sürətini dəyişməyə məcbur etməməlidir. Əgər şəxs yolun kənarından hərəkətə başlayıbsa, o, nəinki sola dönmə qaydalarına, həm də "hərəkətə başlama" qaydalarına riayət etməli, yolda düzünə hərəkət edən və ya ötmə əməliyyatında olan bütün nəqliyyat vasitələrini buraxmalı idi. Şəxsin izahatlarındakı bu kəskin ziddiyyət onun məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirilməlidir. İlkin izahat hadisədən dərhal sonra, hadisənin təfərrüatları hələ unudulmamış verildiyi üçün məhkəmə tərəfindən daha mötəbər sübut kimi qəbul edilir. Bu səbəbdən, Qərardan şikayət verən orqan (şəxs) oğlunun hərəkətə başlayarkən digər nəqliyyat vasitəsinə yol verməməsi onun təqsirini birbaşa sübut edir və birinci instansiya məhkəməsinin "sübut yoxdur" qənaətini tamamilə əsassız edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəki Rayon Polis Şöbəsinin DYPB-nin qəbul etdiyi ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Qərardan şikayət verən orqan (şəxs) əməli İXM-in 327.1-ci maddəsinin (yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinə riayət edilməməsi, habelə manevr etmə qaydalarının pozulması) tərkibini tam yaradır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığı üçün həmin qərar ləğv edilməli və inzibati tənbeh qərarı qüvvədə saxlanılmalıdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur İXM-in 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. İXM-in 135.1 və 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Şəki Rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsi qərarından şikayət verilən orqan1 tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-*/**** saylı qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar