Məhkəmə qərarları › İş №3(3-10)-238/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-238/2026

01.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-238/2026 01.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlu və onun müdafiəçisi Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilməsinə dair Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlunun vəkili Vəkil tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə(sədrlik edən E.Qurbanov) ##.##.1993-cü ildə Göyçay rayonu, Şəkili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu, Şəkili kəndində qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati həbs edilməsi, inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan –## ##### 2026-cı il tarixdən saat 17:45-dən hesablanması qərara alınmışdır. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2022-ci il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün sonraki artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutularaq X3 verilməsi barədə Göyçay Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2025-ci il tarixli icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildimişrdir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- **/**** saylı, ## ##### 2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2022-ci il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün sonraki artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qərara alınmışdır. Aliment borcundan hissə-hissə ödənişlər etmişdir. Hazırda 5741 manat aliment borcu var. Vətən müharibəsi iştirakçısıdır. 80 manat pensiya alır. Aldığı pensiyanın 70 faizi aliment borcuna tutulur. Kəmalə Adgözəlova uşaqların onunla görüşünə icazə vermir. Heç bir yerdə işləmir. Qalan aliment borcunu hissə-hissə ödəyəcəkdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında protokol tərtib etmiş şəxs Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirmişdir ki, Göyçay Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2025-ci il tarixli icra sənədinə əsasən ##.##.2022-ci il təvəllüdlü X1 və ##.##.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün sonraki artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minumum əmək haqqının 0,49 misli həddində sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcunun ödənilməsi barədə onun qanuni tələbini yerinə yetirmədiyinə görə Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 gün müddətə inzibati həbs tətbiq olunmuşdur. Sonradan Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli,*(*-***)-**/**** saylı qərarı ilə aliment borcundan 1000 manat ödədiyinə görə İXM-in 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aliment borcundan bu günə qədər heç bir ödəniş etməmişdir. Hal-hazırda aliment borcu 5741 manatdır. Dəfələrlə aliment borcunun tam ödənilməsi tələb edilsə də, aliment borcu ödənilməmiş qalmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlaloğlunun vəkili Vəkil apellyasiya şikayəti verərək Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlunun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 3(5-123)-365/2026-nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona 15 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilməsi barədə qərar qəbul edilmişdir. Göyçay Rayon Məhkəməsinin 3(5-123)-365/2026nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Göyçay Rayon Məhkəməsinin 3(5-123)-365/2026-nömrəli, ##.##.2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır, iş üzrə faktiki hallar düzgün araşdırılmamış, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. İlk növbədə qeyd olunmalıdır ki, İXM-in 528.1- 1-ci maddəsinə əsasən məsuliyyət yalnız o halda yarana bilər ki, borclu icra sənədini üzrsüz səbəbdən və qərəzli şəkildə icra etməsin. Lakin iş materiallarından açıq şəkildə görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun ödənilməsindən yayınmamış, əksinə onun ödənilməsi istiqamətində real addımlar atmışdır. Belə ki, o, yanvar ayında 1000 manat məbləğində ödəniş etmiş, bundan əlavə aldığı müavinət hesabına mütəmadi ödənişlər etməyə çalışmışdır. Əksinə, iş materiallarından görünür ki, icra vərəqəsi üzrə borcun ödənilməsi istiqamətində real tədbirlər görülmüş, borc onun 80 manat məbləğində aldığı müavinət məbləğinin 70 faizi borca yönəldilmişdir. Bu hal borclunun icra sənədinin icrasından yayınmadığını, əksinə icranı təmin etməyə yönəlmiş davranış nümayiş etdirdiyini göstərir. Bundan əlavə, 2026-cı ilin yanvar ayında borclu tərəfindən 1000 manat məbləğində tələbkara ödənilmişdir. Bu isə bir daha sübut edir ki, borclu tərəfindən icra sənədinin icrasına real cəhdlər olmuş, lakin icranın baş tutmaması onun iradəsindən asılı olmamışdır. Eyni zamanda onun gəlir vəziyyəti son dərəcə məhduddur. O, Vətən müharibəsi iştirakçısıdır və bu status ona rəsmi qaydada verilmişdir . Bu statusa görə aylıq cəmi 80 manat müavinət alır və icra sənədi üzrə tələb həmin məbləğin 70 faizinə yönəldilmişdir. Belə olan halda onun borcu qısa müddətdə tam ödəmək imkanının olmaması obyektiv səbəblərlə bağlıdır və bu hal qəsdən icradan yayınma kimi qiymətləndirilə bilməz. Digər mühüm hal ondan ibarətdir ki, məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini pozaraq şəxsin sosial vəziyyətini, maddi imkanlarını, müharibə veteranı olmasını və borcun qismən ödənilməsini ümumiyyətlə nəzərə almamışdır. Halbuki qanun inzibati tənbeh seçilərkən bu halların mütləq qiymətləndirilməsini tələb edir. Bundan əlavə, məhkəmə tərəfindən tətbiq edilmiş inzibati tənbeh növü qanuna açıq şəkildə ziddir. İş materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vergi orqanlarında qeydiyyatda olan fərdi sahibkardır və bu səbəbdən İXM-in 17-ci maddəsinin mənasına görə vəzifəli şəxs hesab olunur. İXM-in 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə-fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-1-ci maddəsinin sanksiyasından da göründüyü kimi həmin maddə ilə vəzifəli şəxsə münasibətdə həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanunvericilikdə nəzərdə tutulmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlu barəsində hər hansı əsas göstərilmədən həbs növündə inzibati tənbeh tədbiri seçilmişdir. Göndərilmiş nümunə apellyasiya qərarında da eyni hüquqi mövqe ifadə edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli şəxs statusuna malikdirlər və onlara fiziki şəxslər üçün nəzərdə tutulmuş inzibati həbs tətbiq edilə bilməz . Həmin qərarda məhkəmə birinci instansiyanın məhz bu səbəbdən səhv tətbiq etdiyini qeyd edərək həbs tənbehini cərimə ilə əvəz etmişdir. İXM-in 528.1-1-ci maddəsinin sanksiyasından da açıq görünür ki, vəzifəli şəxslər barəsində inzibati həbs deyil, yalnız cərimə tətbiq oluna bilər. Buna baxmayaraq, birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi statusunu düzgün müəyyən etmədən ona həbs tətbiq etmiş, beləliklə maddi hüquq normasını kobud şəkildə pozmuşdur. Digər tərəfdən, iş üzrə təqdim edilmiş və Göyçay Rayon Məhkəməsinin əvvəlki qərarında da qeyd olunduğu kimi, borclunun icradan qərəzli şəkildə yayınması sübuta yetirilmədikdə inzibati məsuliyyət yaranmır və belə hallarda icraata xitam verilməlidir . Lakin hazırkı işdə bu prinsipə əməl olunmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, sübutları natamam araşdırmış, şəxsin statusunu səhv müəyyən etmiş və qanunda nəzərdə tutulmayan inzibati tənbeh növü tətbiq etmişdir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlu və müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun oxşar məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan inzibati xəta barədə protokol tərtib etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: . İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Göyçay Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ## ##### 2025-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X3 ödənilməsi barədə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. - İnzibati xəta haqqında protokola əlavə edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı izahatından görünür ki, Göyçay Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2025- ci il tarixli icra sənədi üzrə borclu maddi imkanı olmadığından aliment borcunu ödəməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarının surətindən görünür ki, inzibati xəta törətmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 gün müddətə inzibati həbs tətbiq olunmuşdur. - İnzibati xəta haqqında protokola əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528.1-1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilmişdir. - İnzibati xəta haqqında protokola əlavə edilmiş «Azemis» Məhkəmə Elektron Sistemindən olan çıxarışdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vətən müharibəsi iştirakçısı olduğuna görə 80 manat pensiya alır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir.. Məhkəmə hesab edir ki, borclunun aliment ödənişindən yayınması obyektiv maddi çətinliklərlə deyil, məhz subyektiv istəksizlik və icraya qarşı nümayiş etdirilən şüurlu qərəzliliklə xarakterizə olunur. İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tətbiqi üçün əsas şərtlərdən biri şəxsin eyni icra sənədi üzrə daha əvvəl tənbeh edilməsinə baxmayaraq, öz hüquqa zidd davranışını davam etdirməsidir. İş materiallarından göründüyü kimi, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində eyni icra sənədi üzrə əvvəllər də İXM-in 528.1-ci maddəsi ilə tənbeh tədbiri tətbiq olunmuş, lakin bu tədbir borclunun davranışında müsbət dəyişikliyə və aliment borcunun ödənilməsi istiqamətində real irəliləyişə səbəb olmamışdır. Borclunun Vətən müharibəsi iştirakçısı olması və az miqdarda pensiya alması faktı yüksək mənəvi və sosial əhəmiyyət kəsb etsə də, bu status qanun qarşısında ona icra sənədinin tələblərini yerinə yetirməmək imtiyazı tanımır. Xüsusilə nəzərə alınmalıdır ki, aliment öhdəliyi uşaqların yaşamaq, inkişaf etmək və lazımi səviyyədə təminat almaq kimi fundamental konstitusion hüquqlarını qoruyur. Valideynlik borcu borcludan təkcə mövcud gəliri ilə kifayətlənməyi deyil, həm də övladlarının ehtiyaclarını qarşılamaq üçün bütün ağlabatan və mümkün vasitələrdən (fiziki imkanları daxilində əlavə əmək fəaliyyəti, fərdi məşğulluq və s.) istifadə etməyi tələb edir. Borclunun uzun müddət ərzində yığılmış 5741 manat məbləğində borcu fonunda yalnız 80 manatlıq pensiyanın bir hissəsinin tutulması ilə kifayətlənməsi və borcun qalan hissəsinin (əsas məbləğin) ödənilməsi üçün heç bir real səy göstərməməsi, onun məhkəmə aktının icrasına qarşı passiv-müqavimət və laqeydlik nümayiş etdirdiyini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən, heç kim özünün hüquqa zidd davranışından və ya qanunsuz hərəkətlərindən özü üçün üstünlük əldə edə bilməz. Borclunun "işsizlik" və ya "maddi durumun zəifliyi" bəhanəsi ilə illərdir yığılan borcu ödəməkdən faktiki imtinası, qarşı tərəf olan azyaşlı uşaqların mənafeyinə ciddi zərər vurur. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedentlərinə (məsələn, Hornsbi Yunanıstana qarşı) görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi faktı "məhkəməyə müraciət etmək hüququ"nu səmərəsiz edir və hüququn aliliyi prinsipinə ziddir. Hazırkı işdə borclunun davranışı məhkəmə hakimiyyətinin nüfuzuna kölgə salır və dövlətin adından çıxarılan qərarın sadəcə "kağız üzərində" qalmasına şərait yaradır. Belə olan halda, borclunun hərəkətsizliyi üzrlü səbəb kimi qiymətləndirilə bilməz və onun qərəzliliyi icra sənədinin icrası üçün dövlətin məcburetmə mexanizmlərinin, o cümlədən inzibati həbs tənbehin tətbiqini qaçılmaz edir. Məhkəmə müdafiə tərəfinin borclunun fərdi sahibkar olması səbəbindən "vəzifəli şəxs" statusuna malik olması və buna görə də İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün inzibati həbs nəzərdə tutulmadığına dair arqumentlərini hərtərəfli araşdıraraq, həmin iddiaları hüquqi əsassız hesab edir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin mənasına və hüquqi konstruksiyasına görə, bir şəxsin vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi üçün həlledici meyarlar mövcuddur. Qanunvericilik vəzifəli şəxs məsuliyyətini yalnız şəxsin xüsusi statusu ilə deyil, həm də törədilən xətanın obyektiv tərəfinin həmin şəxsin xidməti vəzifələrinin, təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarının yerinə yetirilməsi ilə bilavasitə bağlı olması şərti ilə əlaqələndirir. Yəni, şəxsin fərdi sahibkar kimi qeydiyyatda olması o demək deyil ki, o, həyatının bütün sahələrində və törətdiyi bütün hüquqpozmalarda "vəzifəli şəxs" statusunda çıxış edir. Hazırkı iş üzrə mübahisə predmeti olan aliment öhdəliyi borclunun sahibkarlıq fəaliyyətindən, kommersiya risklərindən və ya təsərrüfat subyektinin idarə edilməsindən irəli gələn bir vəzifə deyildir. Aliment öhdəliyi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənən, valideyn və uşaq arasındakı bioloji və hüquqi bağlılığa söykənən, müstəsna olaraq şəxsi xarakterli mülki-hüquqi öhdəlikdir. Bu öhdəliyin daşıyıcısı sahibkar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs deyil, valideyn Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdur. Hüquqi nöqteyi-nəzərdən fərdi sahibkar statusu fiziki şəxsə sadəcə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir, lakin bu status onun fiziki şəxs kimi ailə-məişət münasibətlərindən doğan fundamental vəzifələrini "vəzifəli şəxs" kateqoriyasına çevirmir. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi məhkəmə qərarlarının icrasına qarşı törədilən xətaları nəzərdə tutur. Əgər icra sənədi şəxsin fərdi sahibkar kimi fəaliyyəti ilə bağlı bir məhkəmə qərarına (məsələn, kommersiya müqaviləsi üzrə borca) əsaslansaydı, vəzifəli şəxs statusu müzakirə oluna bilərdi. Lakin uşaqların saxlanması üçün kəsilən alimentin ödənilməməsi borclunun fiziki şəxs qismindəki fundamental hüquqi vəzifəsinin pozulmasıdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin plenum qərarlarında dəfələrlə vurğulanmışdır ki, məsuliyyətin növü və həddi törədilən əməlin mahiyyətinə və subyektin real vəziyyətinə mütənasib olmalıdır. Şəxsin sahibkarlıq vəsiqəsinin olmasını əsas gətirərək, onu aliment borcuna görə inzibati həbsdən sığortalamaq cəhdi hüquqdan sui-istifadə halı kimi qiymətləndirilməlidir. Bu yanaşma cəmiyyətdə valideynlik öhdəliklərindən yayınmaq üçün süni hüquqi qalxanların yaradılmasına rəvac verə bilər ki, bu da dövlətin ailə və uşaq siyasətinə kökündən ziddir. Beləliklə, məhkəmə hesab edir ki, aliment borcu borclunun bir valideyn (fiziki şəxs) kimi birbaşa üzərinə düşən vəzifə olduğu üçün, onun sahibkar statusu bu hüquqi münasibətlərdə heç bir əhəmiyyət kəsb etmir. Bu səbəbdən, birinci instansiya məhkəməsi tərəfindən borclunun fiziki şəxs qismində inzibati məsuliyyətin subyekti kimi tanınması və barəsində İXMin 528.1-1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiqi maddi hüquq normalarının tələblərinə tam uyğundur və qanunidir. Apellyasiya Məhkəməsi bu məsələ ilə bağlı beynəlxalq hüquqi təcrübəni də təhlil etmişdir. Belə ki, BMT Korrupsiyaya Qarşı Konvensiyanın (2003) 2-ci maddəsində, OECD X12 (1997) 1-ci maddəsində, X7 haqqında Konvensiyanın (1961) müvafiq müddəalarında, habelə Rəsmi Nəşrlərin və X11 Konvensiyasında (1958) “vəzifəli şəxs” (official) anlayışına yalnız həmin konvensiyaların tənzimləmə predmeti ilə məhdudlaşan, kontekstual təriflər verilmişdir. Bu beynəlxalq təcrübə açıq şəkildə göstərir ki, “vəzifəli şəxs” anlayışının vahid, universal və bütün hüquqi münasibətlərə şamil edilən tərifi mövcud deyildir. Hər bir konkret halda şəxsin vəzifəli şəxs statusu həmin hüquqi münasibətin xarakterindən və inzibati xətanın törədildiyi kontekstdən asılı olaraq müəyyən edilməlidir. Məhz bu səbəbdən, barəsində iş aparılmış şəxsin fərdi sahibkar kimi vergi orqanında qeydiyyatda olması faktı onu avtomatik surətdə İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi mənasında “vəzifəli şəxs” etmir. Bu işdə inzibati xəta aliment öhdəliyinin yerinə yetirilməməsindən ibarətdir – bu öhdəlik məhz fiziki şəxs kimi onun şəxsi, ailə statusundan doğur, sahibkarlıq fəaliyyəti ilə bağlı deyildir. Nəticə etibarilə, məhkəmə tərəfindən fiziki şəxslər üçün nəzərdə tutulmuş sanksiyanın, o cümlədən 15 günlük inzibati həbsin tətbiqi tamamilə qanunidir. Məhkəmə şikayətdə qeyd olunan cərimə tənbehinin tətbiqi məsələsini müzakirə edərək hesab edir ki, borclunun mövcud maliyyə vəziyyəti fonunda ona pul cəriməsinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına xidmət etməyəcəkdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh həm xəta törədən şəxsin qanunlara riayət etməsi ruhunda tərbiyə olunması, həm də yeni xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Lakin tənbehin tətbiqi zamanı mütənasiblik və ədalətlilik prinsipləri rəhbər tutulmalıdır. İş materiallarından göründüyü kimi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlunun yeganə rəsmi gəliri 80 manat məbləğində müavinətdir və bu məbləğin artıq 70 faizi aliment borcuna yönəldilmişdir. Borclunun artıq 5741 manat məbləğində yığılmış aliment borcu olduğu bir şəraitdə, ona İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yüksək məbləğli (min manatdan min beş yüz manatadək) cərimənin tətbiq edilməsi hüquqi və iqtisadi baxımdan səmərəsizdir. Belə bir maliyyə sanksiyası borclunun onsuz da ağır olan maddi vəziyyətini daha da pisləşdirəcək, onu faktiki olaraq borc girdabına salacaq və nəticə etibarilə uşaqların xeyrinə ödənilməli olan alimentin gələcəkdə icrasını tamamilə qeyri-mümkün edəcəkdir. Bu halda dövlətin tətbiq etdiyi cərimə aliment öhdəliyi ilə rəqabətə girmiş olur ki, bu da tələbkarın (uşaqların) maraqlarına birbaşa ziddir. Məhkəmə vurğulayır ki, inzibati cərimə dövlət büdcəsinə ödənilən bir sanksiyadır. Borclunun cərimə olunması onun uşaqlara ödəyəcəyi vəsaitin daha da azalmasına səbəb ola bilər. Lakin inzibati həbs tənbehi maddi xarakter daşımır və birbaşa borclunun iradəsinə, intizamına təsir göstərmək məqsədi güdür. İnzibati həbs burada borclunu cəzalandırmaqdan daha çox, onu məhkəmə aktına hörmət etməyə, valideynlik məsuliyyətini dərk etməyə və qərarın icrası üçün real yollar axtarmağa (məsələn, daha yüksək gəlirli iş tapmağa) sövq edən məcburetmə tədbiri xarakteri daşıyır. Konstitusiya Məhkəməsinin plenum qərarlarında qeyd edildiyi kimi, cəza və tənbeh növləri seçilərkən şəxsin ödəniş qabiliyyəti mütləq nəzərə alınmalıdır. Əgər tənbehin icrası real deyilsə və ya o, pozulmuş hüququn (bu halda uşaqların təminat hüququnun) bərpasına deyil, sadəcə şəxsin maliyyə iflasına xidmət edirsə, belə tənbeh adekvat sayıla bilməz. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, inzibati həbs tənbehi hazırkı işin spesifik hallarına, borclunun şəxsiyyətinə və onun nümayiş etdirdiyi davamlı hərəkətsizliyə ən uyğun, mütənasib və zəruri ölçüdür. Bu tədbir həm dövlətin adından çıxarılan məhkəmə qərarlarının nüfuzunu qoruyur, həm də cəmiyyətə məhkəmə aktlarının icrasının alternativsiz olduğu mesajını verir. Uşaqların üstün mənafelərinin qorunması dövlətin prioritet vəzifəsi olduğu üçün, bu mütənasib məcburetmə tədbirinin tətbiqi tamamilə qanunauyğundur. Göründüyü kimi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlu qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Buna görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlu İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 528.1-1-ci maddəsi məhkəmə aktlarının icrasına qarşı hörmətsizliyin qarşısının alınması və dövlətin adından çıxarılan qərarların nüfuzunun qorunması məqsədi daşıyır. Məhkəmə müdafiəsi hüququ yalnız məhkəmə qərarının çıxarılması ilə məhdudlaşmır, həm də həmin qərarın faktiki icrasını da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Hornsbi Yunanıstana qarşı" (1997) işi üzrə qərarında qeyd edildiyi kimi: 'Məhkəmə qərarının icrası Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) ayrılmaz tərkib hissəsidir İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə (məsələn: Hornsby Yunanıstana qarşı, Burdov Rusiyaya qarşı işləri), məhkəmə tərəfindən qəbul edilmiş qərarın icra edilməməsi faktı Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş 'məhkəməyə müraciət etmək hüququnu səmərəsiz edir. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş və məcburi xarakter daşıyan məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra edilməməsi, hüququn aliliyi prinsipi ilə bir araya sığmır. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, tərəflər arasında mübahisəyə son qoyan yekun məhkəmə qərarı şübhə altına alınmasın və icra olunsun. Məhkəmə qərarlarının uzun müddət icra olunmaması cəmiyyətdə ədalət mühakiməsinə olan inamı sarsıdır və hüquq qaydasını pozur. Beynəlxalq standartlara görə, dövlət orqanları məhkəmə qərarlarının icrasını təmin etmək üçün bütün effektiv vasitələrdən istifadə etməyə borcludur. İnzibati həbs tənbehi burada borclunu cəzalandırmaqdan daha çox, onu məhkəmə aktına hörmət etməyə və qərarın icrasına məcbur etmək xarakteri daşıyır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, borclu tərəfindən borcun ödənilməməsi üçün gətirilən bəhanələr əslində icra prosesini uzatmağa və məhkəmə qərarının mahiyyətini səmərəsizləşdirməyə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq, heç kim özünün hüquqa zidd davranışından üstünlük əldə edə bilməz. Uzunmüddətli icra etməmə halı borclunun niyyətinin 'obyektiv imkansızlıq' deyil, 'subyektiv istəksizlik' (qərəz) olduğunu təsdiq edir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə uzun müddət ərzində bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair ##.##.2017-ci il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlunun uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində uyğun inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Bu baxımdan da, şikayətin dəlillərinə hüquqi qiymət verən məhkəmə həmin dəlilləri inandırıcı qəbul etmir. Bu səbəbdən də işə yenidən baxan apellyasiya məhkəməsi bu fikirdədir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında və yuxarıda ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-in 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-1. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına laqeyd münasibət bəsləməklə bu qərarı icra etməmiş və bununla da Azərbaycan Respublikasının adından çıxarılmış və icrası bütün fiziki və hüquqi şəxslər üçün məcburi olan məhkəmə aktı icra edilməyərək kağız üzərində qalmışdır. Bununla belə məhkəmə inzibati xəta törətmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğluna təyin edilmiş 15 (on beş) gün inzibati həbs cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlunun qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlunun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Cəlal oğlunun vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin olunmasın. Göyçay Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə ## ##### 2026-ci il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar