Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-239/2026 12.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X5 Xidmətinin ** saylı X1 Bölməsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(051)-492/2025(sədrlik edən N.Paşayev) nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti ** saylı X1 Bölməsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 262.1.2 və 264.0.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İŞİN HALLARI: Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı X1 bölməsi tərəfindən ##.##.2025-ci il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 262.1.2 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə verilmişdir. Protokoldan görünür ki, Kür çayının Mingəçevir şəhər ərazisindən keçən hissəsində yerləşən “Riverside” hotelinin qarşısında müvafiq sənədlər olmadan dəmir və taxta konstruksiyadan tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati xəta haqqında işdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğu üçün iş üzrə materialların Mingəçevir Şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı X1 Bölməsi tərəfindən şikayət verilmiş, şikayət inzibati işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına göndərilmişdir Şəki Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarı ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı X1 bölməsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında işin mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şikayətə Şəki Apellyasiya Məhkəməsində baxıldıqdan sonra iş yenidən baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan narazı qalan inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti ** saylı X1 bölməsi apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və hüquqi şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmadığından qəbul edilmiş qərar qanunsuz və əsassızdır. ** saylı Yevlax Ərazi İdarəsinin təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, sözügedən qurğunun yerləşdiyi sahə mühafizə zolağında yerləşmir. Lakin qeyd olunmalıdır ki, yalnız elektron kadastr məlumatlarına istinad edən belə rəy məsələnin bütün halları üzrə obyektiv və hərtərəfli nəticə çıxarmaq üçün yetərli hesab edilə bilməz və digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Məhkəmə tərəfindən qərar qəbul edilərkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyi əsas götürülmüşdür. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat İXM-in 262.1.2 və 264.0.3- cü maddələri ilə təsbit edilən su obyektlərinin özbaşına tutulması və su mühafizəsi zonaları, sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsi səbəbi ilə başladılmışdır. Məhkəmə isə tikinti-quraşdırma işlərinin aparıldığı torpaq sahəsinin Kür çayının mühafizə zonasına aid olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq orqandan rəy almış və həmin rəyi həlledici sübut kimi qəbul etmişdir. ** saylı Yevlax Ərazi İdarəsininin təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, TEKUİS-ə əsasən “River Side” otelinin qarşısında quraşdırılmış 160.0 kv.m.-lik qurğunun yerləşdiyi torpaq sahəsi Kür çayının mühafizə zolağında yerləşmir. Lakin qeyd olunmalıdır ki, yalnız elektron kadastr məlumatlarına istinad edən belə rəy məsələnin bütün halları üzrə obyektiv və hərtərəfli nəticə çıxarmaq üçün yetərli hesab edilə bilməz və digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Bundan əlavə, məhkəmə su mühafizə zonalarının müəyyən edilməsi ilə bağlı normativ tələbləri düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları”nın 13-cü bəndinə əsasən şəhərlərin və digər yaşayış yerlərinin ərazisində su mühafizə zonalarının ölçüləri və sərhədləri ərazi planlaşdırılması sənədlərinə uyğun müəyyən edilir. Apellyasiya məhkəməsi iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların istifadəsinə və X5 Xidmətinin ** saylı X1 Bölməsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şə əlavə edilmiş Suların İstifadəsinə və X5 Xidmətinin ** saylı X1 bölməsinin ## #### 2025-ci il tarixli, ****** nömrəli aktından görünür ki, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsindən nəzarət tədbirləri həyata keçirilmiş, nəzarət zamanı Kür çayının sağ sahili mühafizə zolağında mövcud “Riverside” otelinin qarşısında uzunluğu təxminən 30 m, eni 10 m olmaqla metal və taxta konstruksiyadan tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. Ərazidən çəkilmiş faktı təsdiq edən fotoşəkillər və aidiyyəti sənədlər akta əlavə edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının ## ##### 2019-cu il tarixli cavab məktubundan görünür ki, “Riverside” oteli ərazisində razılaşdırılmış eskizlayihə sənədləri əsasında mövcud üzgüçülük hovuzunun dam örtüyünün yüngül konstruksiya ilə örtülməsinə, eyni zamanda həmin ərazidə əsaslı tikinti işləri aparılmadan taxta materialdan 6,5 X 38 metr ölçüdə kafe və eyni materialdan kotec tipli müasir istirahət evlərinin quraşdırılmasına etiraz edilmir. İşə əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, X3 0.9347 hektar torpaq sahəsi üzərində icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2011- ci il tarixdə 2011007910 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşə əlavə edilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin River Side otelinin qarşısında quraşdırdığı taxta konstruksiyalı qurğular, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən icarə hüququ ##.##.2011-ci il tarixdə 2011007910 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 902011001992-***** reyestr nömrəli çıxarış əsasında X3 icarəyə verilmiş 0.9347 hektar torpaq sahəsinin sərhədləri daxilinə düşmür. “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən iddia olunan 160.0 kv. m taxta konstruksiyalı qurğunun yerləşdiyi torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları daxilində Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir. Qeyd: TEKUİS-nə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCnin River Side otelinin qarşısında quraşdırılmış iddia olunan 160.0 kv. m taxta konstruksiyalı qurğunun yerləşdiyi torpaq sahəsi “Kür” çayının mühafizə zolağında yerləşmir. ## #### 2026-cı il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin River Side otelinin qarşısında quraşdırılmış taxta konstruksiyalı qurğunun yerləşdiyi torpaq sahəsi “Kür” çayının mühafizə zolağında yerləşmir. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş hüquqi şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası işin hallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutları Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından hüquqi təhlil edərək hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli və obyektiv araşdırmış, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün şərh etmişdir. Belə ki, inzibati xəta tərkibinin maddi əlamətləri baxımından qeyd edilməlidir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qarşı irəli sürülən ittihamın əsasını Kür çayının mühafizə zolağında özbaşına tikinti işlərinin aparılması iddiası təşkil edir. Lakin işə əlavə edilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyi ilə birmənalı olaraq müəyyən edilmişdir ki, sözügedən taxta konstruksiyalı qurğuların yerləşdiyi torpaq sahəsi "Torpaqların elektron kadastr uçotu informasiya sistemi"nin (TEKUİS) məlumatlarına əsasən Kür çayının mühafizə zolağına daxil deyil. Həmin ərazi Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. İXM-in 262.1.2 və 264.0.3-cü maddələri üzrə məsuliyyətin yaranması üçün əməlin bilavasitə su obyektlərində və ya onların qanunla müəyyən edilmiş mühafizə zonalarında törədilməsi mütləq şərtdir (obyektiv cəhət). Maddi sübutlar bu zonanın mövcudluğunu təsdiq etmədiyi üçün hüquqi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, inzibati xəta haqqında protokol tərtib edilərkən ciddi prosessual qanun pozuntularına yol verilmişdir. Belə ki, ## #### 2025-ci il tarixli protokolda xətanın törədildiyi dəqiq vaxt və mahiyyət tam açıqlanmamış, barəsində icraat aparılan şəxsin nümayəndəsinin izahatı alınmamış və ən əsası, hüquqi şəxsin nümayəndəsinə İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmişdir. İXM-in 100.2-ci maddəsinin tələblərinə zidd olaraq tərtib edilən, nümayəndə tərəfindən imzalanmayan və surəti təqdim edilməyən bu protokol hüquqi qüvvəyə malik sübut kimi qəbul edilə bilməz. Belə ki, İXM-in 100.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol ciddi hesabat sənədi olmaqla, əl ilə və ya informasiya sistemləri vasitəsilə nömrələnmiş blanklarda və ya səlahiyyətli orqanların informasiya sistemlərində elektron qaydada tərtib olunur. Bu Məcəllənin 327-356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı protokol inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada bort-kompüter vasitəsilə, bort-kompüter olmadıqda isə əl ilə nömrələnmiş blanklarda tərtib olunur. Hazırki iş üzrə tərtib edilmiş ## #### 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokolda hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə İnzibati Xətalar Məcəlləsinin 262.1.2 və 264.0.3-cü maddələri ilə istinad edilən inzibati xətaların törədildiyi vaxt və bu xətaların mahiyyəti; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı göstərilməmiş, hüquqi şəxsin nümayəndəsinə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə verilməsi barədə sənəd protokola əlavə edilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlar və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququ pozulmuşdur. Bu da onu deməyə əsas verir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyindən, qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilmişdir. Apellyasiya şikayətində mütəxəssis rəyinin "yalnız elektron məlumatlara söykənməsi" barədə gətirilən dəlil hüquqi əsasa malik deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, dövlət kadastr məlumatları və reyestr qeydləri torpaq sahəsinin hüquqi statusunu və hüdudlarını müəyyən edən rəsmi və mötəbər mənbədir. Səlahiyyətli orqan həmin rəyin əksini sübut edəcək hər hansı digər hüquqi sənəd və ya topoqrafik plan təqdim etməmişdir. Nəhayət, iş mаteriаllаrındаn görünür ki, "Riverside" otelinin ərazisində aparılan yüngül konstruksiyalı işlər üçün Mingəçevir şəhər İcra Hakimiyyətinin ## ##### 2019-cu il tarixli razılıq məktubu mövcuddur. Bu fakt hüquqi şəxsin fəaliyyətinin "özbaşına" xarakter daşımadığını və müvafiq dövlət strukturları ilə razılaşdırıldığını bir daha təsdiq edir. Beləliklə, həm maddi hüquq (xəta tərkibinin olmaması), həm də prosessual hüquq (protokolun qanunsuzluğu) baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə doğrudur. İXM-in 262.1.2-ci maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərinin özbaşına tutulmasına görə - hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə, həmin Məcəllənin 264.0.3-cü maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə - hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin 1-ci maddəsində verilmiş anlayışa görə su obyekti -relyef formasına uyğun olaraq yerin üstündə və ya yerin təkində suların toplandığı sərhədləri, ölçüləri və xüsusi su rejimi əlamətləri olan təbii formalaşmış landşaft, yaxud geoloji struktur mənasını ifadə edir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən yerli əhəmiyyətli su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətində olan su obyektləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ümumi istifadəyə, fiziki və hüquqi şəxslərin istifadəsinə, icarəsinə, habelə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyə mülkiyyətində olan su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini qanunvericiliklə onlara verilmiş səlahiyyətlər daxilində bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır: bələdiyyə mülkiyyətində olan sututarlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; su obyektlərinin istifadəsi və mühafizəsi tədbirləri həyata keçirilərkən müvafiq ərazilərdə ətraf mühitin mühafizəsi tədbirlərinə əməl olunmasına nəzarət etmək; müvafiq ərazilərdə yerləşən su obyektlərində içməli və məişət su təchizatı üçün su götürülməsini, çimərlik, heyvanların suvarılması qadağan edilən yerlərini və sudan ümumi istifadənin digər şərtlərini, habelə su obyektlərindən istirahət və idman üçün istifadə yerlərini müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdıraraq müəyyən etmək. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2003-cü il tarixli fərmanında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 20-ci maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər Göründüyü kimi sadalanan maddi hüquq normalarının tələbinə görə İnzibati Xətalar Məcəlləsinin 262.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi o halda yaranır ki, barəsində protokol tərtib edilmiş şəxs tərəfindən su mühafizə zonaları özbaşına tutulmuş olsun. Belə ki, barəsində protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun hərəkətlərində həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmalıdır. Eyni zamanda həmin Məcəllənin 264.0.3-cü maddəsində isə nəzərdə tutulmuş inzibati xəta tərkibi o halda yaranır ki, barəsində protokol tərtib edilmiş şəxs tərəfindən su obyektlərinin mühafizəsi qaydaları pozulmuş, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməmiş olsun. Həmçinin, barəsində protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun hərəkətlərində həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmalıdır. Qeyd edilən hallar olduqda barəsində protokol tərtib edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC inzibati məsuliyyətə cəlb edilə bilər İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinin əhəmiyyətli dərəcədə pozulmasını və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamasını müəyyən edilsə də, şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğundan, inzibati xəta haqqında işin yenidən baxılmaq üçün vəzifəli şəxsə göndərilməsi əsaslı deyildir. Beləliklə, məhkəmə apelyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Dövlət Su ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidməti ** saylı X1 bölməsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-239/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-239/2026
12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver