Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-240/2026 12.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında inzibati icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında qərarından zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-137)-323/2026( sədrlik edən N.Abbaszadə) nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o inzibati məsuliyyətdən azad edilmişdir. İŞİN HALLARI: Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş ## ##### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023cü tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmədiyi üçün İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Qərardan narazı qalan zərərçəkmiş şəxs X4 şikayət verərək Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Şikayət onunla əsaslandırılmışdır ki, o, iki azyaşlı övladı ilə birlikdə Bakı şəhərində kirayə mənzildə yaşayır. Qeyd olunur ki, məhkəmə tərəfindən təyin edilmiş hər uşaq üçün 220 manat məbləğindəki aliment övladlarının hətta ən minimal ehtiyaclarını belə tam qarşılamır. Şikayətçi özü çalışaraq çətinliklə həm kirayə haqqını ödəyir, həm də uşaqların gündəlik ərzaq təminatını çatdırmağa çalışır. Belə bir vəziyyətdə borclunun aliment ödənişlərini hər ay sistematik şəkildə gecikdirməsi və borcun yığılmasına şərait yaratması ailənin onsuz da gərgin olan maddi vəziyyətini daha da dözülməz həddə çatdırır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instasniya məhkəməsindəki izahatının məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar olunmalarına baxmayaraq zərərçəkmiş şəxs X4 məhkəmə iclasında gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ######## 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ###### 2012-ci il təvəllüdlü X2 və ## ####### 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 220 (iki yüz İyirmi) manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Qəbələ rayon İcra və probasiya şöbəsinin ## ####### 2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Qəbələ rayon İcra və probasiya şöbəsinin ## ####### 2023-cü il tarixli məktubu ilə icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin ## ##### 2026-cı il tarixli arayışından görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərar üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10069.63 manat ödəniş etmiş, ##.##.2026-cı il tarixə 4892.63 manat ödənilməmiş aliment borcu qalmaqdadır. Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli icra sənədi üzrə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ölkədən getmək hüququ müvəqqəti, qətnamə icra olunana qədər məhdudlaşdırılmışdır Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdırarkən ilk növbədə borclunun hərəkətlərində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyektiv tərəfini təhlil edir. Qeyd olunan maddə üzrə məsuliyyətin yaranması üçün şəxsin məhkəmə qərarını icra etməməsi "üzrsüz səbəbdən" baş verməli və burada borclunun birbaşa qəsdi (qərəzliliyi) sübuta yetirilməlidir. İş materiallarından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ümumi aliment borcunun mühüm bir hissəsini (10069.63 manat) artıq icra etmişdir. Bu fakt onun məhkəmə qərarını tanıdığını və imkan daxilində icra etmək iradəsində olduğunu göstərir. Aliment öhdəliklərinin tam yerinə yetirilməməsi hər bir halda şəxsin qərəzli şəkildə qərardan yayınması kimi qiymətləndirilə bilməz; belə ki, qalıq borcun (4892.63 manat) mövcudluğu şəxsin maddi çətinlikləri və ya qeyri-sabit gəlirləri ilə bağlı ola bilər ki, bu da "üzrsüz səbəb" amilini şübhə altına alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ######## 2018-ci il tarixli "İXMin 528.1-ci maddəsinin şərh edilməsinə dair" qərarında qeyd edildiyi kimi, inzibati tənbeh tədbiri hər bir şəxsin şəxsiyyətinə və xətanın xarakterinə mütənasib olmalıdır. Borclunun əvvəllər (##.##.2025-ci il) eyni icra sənədi üzrə 8 gün müddətinə inzibati həbs edilməsi və ölkədən getmək hüququnun məhdudlaşdırılması faktları göstərir ki, dövlət tərəfindən artıq müvafiq məcburetmə tədbirləri tətbiq olunmuşdur. Şəxsin təkrarən həbs edilməsi tələbi, onun real maddi imkanları və borcun bir hissəsini ödəməsi faktı fonunda "ədalətlilik" prinsipi ilə ziddiyyət təşkil edir. Məhkəmə hesab edir ki, inzibati həbs ən son vasitə kimi tətbiq olunmalı və yalnız borclunun icradan qəsdən, qərəzli və nümayişkaranə şəkildə boyun qaçırdığı hallarda istifadə edilməlidir. İXM-in 8-ci maddəsinə əsasən, şəxsin təqsiri şübhə doğurursa, bu şübhələr onun xeyrinə təfsir olunmalıdır. İcra məmuru tərəfindən tərtib edilmiş protokolda borclunun məhz hansı konkret hərəkətlərlə icra məmurunun qanuni tələbinə tabe olmadığı və ya hansı gəlirlərini gizlətdiyi barədə kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Zərərçəkmiş şəxsin apellyasiya şikayətində göstərdiyi maddi sıxıntılar və kirayə xərcləri mənəvi baxımdan anlaşılan olsa da, bu hallar borclunun cinayətkar və ya inzibati xəta törətmiş şəxs kimi tanınması üçün hüquqi əsas yaratmır. Yuxarıda göstərilənləri ümumiləşdirərək, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmış, İXM-in 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibinin olmadığına dair düzgün hüquqi nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxsin şikayətində borclunun qərəzliliyini sübut edən yeni və təkzibedilməz dəlil təqdim olunmadığından, Qəbələ Rayon Məhkəməsinin qərarı qanunauyğun hesab edilməli və dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 136-cı maddəsinin tələbinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin bu qərarı qəti olduğu üçün ondan kassasiya şikayəti verilməsi mümkün deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun hərəkətləri ilə icra sənədinin icrası arasında birbaşa və aşkar ziddiyyət (qanunsuz qarşıdurma) müəyyən edilməmiş, icra məmurunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ünvanlanmış və icrası məcburi olan konkret göstərişinin pozulması faktı təsdiqini tapmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin icraata xitam verilməsi barədə qənaəti qanunauyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Hazırda təhlil olunan işdən mövcudd vəziyətdə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcudluğu istisna olunur, bu səbəbdən zərərçəkmiş şəxs X3 şikayətində qeyd etdiyi dəlillər Qəbələ Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-240/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-240/2026
12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver