Məhkəmə qərarları › İş №3(3-10)-241/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-241/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-241/2026 12.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim N.Paşayev) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. . İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ASC barəsində İXM-in 529.1-1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixədək İXM-in 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədiyindən, Vəzifəli şəxs əmək haqqından tutulma həyata keçirilmədiyindən, inzibati cərimə ödənilməmişdir. Bununla da «xxxx” ASC İXM-in 529.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” ASC həmin qərardan şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” ASC şikayətini onunla əsaslandırmışdır ki, eyni əmələ görə ikiqat məsuliyyət tətbiq edilmişdir. (İXM-in 3cü, 4-cü, 9.1-ci və 21-ci maddələrinin pozulması). Eyni əməl (şərti inzibati cərimənin Vəzifəli şəxs əmək haqqından tutulmasının təmin edilməməsi) üzrə həm hüquqi şəxs kimi bizə 3000 manat, həm də vəzifəli şəxs (direktor) barəsində ayrı qərarla 1500 manat cərimə tətbiq edilmişdir. Bu, qanunun məqsədinə (tərbiyəvi təsir və qarşısının alınması) ziddir və ədalətsiz yük yaradır. İlk olaraq, ümumiyyətlə cərimə tətbiqinin düzgün qaydada tətbiq edilmədiyini əsaslandırır. Sübutlar natamam və qeyri-obyektiv qiymətləndirilmişdir. Bununla da İXM-in 76.1, 84.1-ci maddələri pozulmuşdur. Məhkəmə yalnız X2 Xidmətinin məktublarına (##.##.2026-cı il tarixli 3-17-5/2-2241/2026 və ##.##.2026-cı il tarixli bildiriş) əsaslanmış, lakin şirkət tərəfindən hər hansı tədbir görülüb-görülməməsi (məsələn, əmək haqqı cədvəlinin tərtibi, banka tapşırıq verilməsi və s.) barədə sübut tələb edilməməsi kimi hallara araşdırmamış, sadəcə “təsdiqedici sənəd verilməməsi” faktı ilə kifayətlənmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, şirkətin təqsiri (qəsd və ya ehtiyatsızlıq) sübuta yetirilməmişdir. Məktublar şirkətə (hüquqi şəxsə) ünvanlanmışdır. Digər tərəfdən məhkəmə tərəfindən inzibati xətanın xarakterinin və məsuliyyəti yüngülləşdirən halların nəzərə alınmaması da İXM 9.1 və 31.3-cü maddələrinin tələblərini pozmuşdur. Məhkəmə İXM-in 31.3-cü maddəsində göstərilən halları (xətanın xarakteri, maliyyə vəziyyəti, ictimai əhəmiyyət) tam araşdırmamış, heç bir yüngülləşdirici hal müəyyən etməmişdir. Belə ki, xəta (əgər həqiqətən varsa) ilk dəfədir, şərti cərimənin icrası prosesindədir və ciddi zərər vurulmamışdır. Həmçinin, məhkəmə şirkətin maliyyə vəziyyətini, fəaliyyətinin ictimai əhəmiyyətini, xeyriyyəçilik fəaliyyətini (əgər varsa) və digər halları araşdırmamış, heç bir yüngülləşdirici hal müəyyən etməmişdir. Son olaraq, işə tərəflərin iştirakı olmadan baxılması üçün kifayət qədər əsas yox idi. Bildirişlərə baxmayaraq, məhkəmə iclasının vaxtı və yeri barədə real iştirak imkanı yaradılmamışdır. Qeyd olunanlara əsasən, inzibati xətanın tərkibinin olmaması səbəbindən inzibati tənbeh haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Bu pozuntular apelyasiya qaydasında birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. İnzibati xəta haqqında iş üzrə icraatda sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, bununla da İXM-in 6,8,9 53.0.1-ci maddələrini pozmuşdur. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-146)-497/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki İş materiallarında olan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci, 166-cı maddəsinin və “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2001-ci il tarixli ** nömrəli Qərarının tələbi pozularaq qanunvericiliyə uyğun ödənilməməsinə və ya tam ödənilməməsinə görə Vəzifəli şəxs İXM-in 192.4-cü maddəsinə əsasən barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. AZEMIS Elektron Məhkəmə Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, "xxxx” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Vəzifəli şəxs aylıq əmək haqqının məbləği 800 manat təşkil edir. İşdə olan DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsinin "xxxx” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Vəzifəli şəxs ünvanladığı ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin (bundan sonra-Xidmət) Mərkəzi Aran regional şöbəsi (bundan sonra-Regional şöbə) tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarı ilə 700 (yeddi yüz) manat məbləğində şərti olaraq inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərarda törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 166.1-ci (Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir) maddəsinin və “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ##### 2001-ci il tarixli ** nömrəli Qərarının tələbinə uyğun hesablanıb ödənilməsi məqsədi ilə operativ tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 1 (bir) ay müddətində X2 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə məlumat verilməsi barədə Cəmiyyətin ünvanına ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli icrası məcburi göstəriş məktubu göndərilmişdir. Lakin icrası məcburi göstərişdə göstərilən müddətdə işəgötürənlər tərəfindən Xidmətə və ya Regional şöbəyə məlumat daxil olmamışdır. Bununla da ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən, əmək haqqından hər ay 40% olmaqla 700 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə, 3 gün ərzində Xidmətin Mərkəzi Aran Regional şöbəsinə yazılı formada məlumat verilməsi xahiş edilmiş, eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verilməsi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əməkhaqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda, üç günədək müddətdə inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla inzibati cərimə barədə qərarın surətinin Xidmətə qaytarılması xahiş edilmiş, əks təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan DƏMX-nin Mərkəzi Aran Regional Şöbəsinin "xxxx” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Vəzifəli şəxs ünvanladığı ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, onun və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin etməsi və iş üzrə onlarda olan bütün sübutların təqdim olunması təklif olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC-nin hərəkətlərində (və ya hərəkətsizliyində) İXM-in 529.1-1-ci maddəsinin tərkibi mövcuddur. Belə ki, müəssisənin rəhbəri Vəzifəli şəxs barəsində əmək qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş 700 manatlıq şərti cərimə qərarı 30 günlük icra müddətində yerinə yetirilməmişdir. Hüquqi şəxs olaraq müəssisə, işçinin (vəzifəli şəxsin) əmək haqqından bu tutulmanı həyata keçirməli və müvafiq orqana məlumat verməli olduğu halda, bu öhdəliyi icra etməmişdir. İXM-in 529.1-1-ci maddəsi məhz inzibati cərimənin qanunla müəyyən edilmiş müddətdə ödənilməməsinə görə məsuliyyəti nəzərdə tutur ki, bu da hazırkı işdə tam sübuta yetirilmişdir. Şikayətçinin "eyni əmələ görə həm vəzifəli şəxs, həm də hüquqi şəxs cəzalandırılıb" iddiası hüquqi baxımdan əsassız hesab edilmişdir. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə görə, vəzifəli şəxsin öz vəzifə funksiyalarını yerinə yetirməməsinə görə fərdi məsuliyyəti ilə, hüquqi şəxsin normativ tələbləri təmin etməməsinə görə məsuliyyəti fərqli hüquqi subyektlərin məsuliyyətidir. Məhkəmə hesab edir ki, vəzifəli şəxsin (direktorun) cərimələnməsi hüquqi şəxsi qanunla müəyyən edilmiş inzibati intizamdan azad etmir. 3000 manatlıq cərimə, müəssisənin hüquqi şəxs qismində dövlət orqanının qanuni tələblərinə laqeyd münasibətinə və icra intizamının pozulmasına verilən mütənasib hüquqi reaksiyadır. Apellyasiya instansiyası Mingəçevir Şəhər Məhkəməsinin sübutları İXM-in 84.1-ci maddəsinə uyğun olaraq "daxili inam" əsasında düzgün qiymətləndirdiyini təsdiq edir. İş materiallarında olan X2 Xidmətinin (DƏMX) rəsmi məktubları, xəbərdarlıq bildirişləri və AZEMİS sistemindən əldə edilən çıxarışlar faktiki vəziyyəti (cərimənin ödənilməməsi faktını) birmənalı şəkildə sübut edir. Şirkətin "tədbir gördük, lakin sübut tələb olunmadı" arqumenti rədd edilir, çünki qanunvericilik icranı təsdiq edən sənədin təqdim edilməsi vəzifəsini məhz inzibati məsuliyyətə cəlb olunan şəxsin (hüquqi şəxsin) üzərinə qoyur. Müəssisənin bu sənədləri təqdim etməməsi onun təqsirini (ehtiyatsızlıq və ya qəsd) sübut edən əsas amildir. Məhkəmə tətbiq edilən 3000 manatlıq cərimənin İXM-in 2-ci və 31.3-cü maddələrinin tələblərinə uyğun olduğunu vurğulayır. Bu məbləğ, hüquqi şəxslər üçün qanunda nəzərdə tutulmuş sanksiya hədləri daxilindədir və xətanın xarakterinə, yəni dövlət orqanının qərarının icra edilməməsi kimi ciddi idarəçilik qaydaları pozuntusuna uyğundur. Məhkəmənin rəyinə görə, cəzanın dəyişdirilmədən saxlanılması həm "xxxx" ASC-nin gələcəkdə qanunlara ciddi riayət etməsi (xüsusi profilaktika), həm də digər hüquqi şəxslər tərəfindən bənzər pozuntuların qarşısının alınması (ümumi profilaktika) məqsədinə xidmət edir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Zaqatala Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” ASC-ə təyin edilmiş 3000 manat məbləğində cərimə cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, “xxxx” ASC-nin qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar