Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-242/2026 15.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İnzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndələri X2, X6, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və onun nümayəndəsi X1 iştirakları ilə, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsinə dair Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadından və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 bölməsinin rəisi Gündüz Qənbərov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ## ##### 2026-cı il tarixli *(*-***)- **/**** nömrəli qərardadı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası X15 X3 Bölməsinin rəisi X8 ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilmişdir. Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) ## ##### 2026-cı il tarixli *(*-***)- **/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası X15 Mərkəzi Regional Bölməsinin ## ###### 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, ## ###### 2025-ci il tarixdə Qərardan şikayət verən orqan (şəxs) ünvan 1ndə yerləşən evinin həyətinə baxış zamanı 8 kiloqramlıq qablaşdırmada olan 65 ədəd “Bizim aşpaz” əmtəə nişanlı mayonez məhsullarını müvafiq soyuducu avadanlıq olmadan temperatur rejiminə riayət edilməyərək 28 dərəcə temperaturda həyətdə açıq şəraitdə saxlanıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 444.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) qeyd edilən qərardan şikayəti, həmçinin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatəti məhkəməyə daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X15 X3 Bölməsinin rəisi X8 ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ona göndərilməmiş, gətirilib mağazaya qoyulmuş, o isə sözügedən qərarı gec əldə etmişdir. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərardadı ilə şikayətin verilməsi üçün prosessual müddət ötürülməmiş hesab edilmişdir. Ucar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası X15 Mərkəzi Regional Bölməsinin ## ######## 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün səlahiyyətli orqana (Azərbaycan Respublikası X15 Mərkəzi Regional Bölməsinə) göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək yenidən barəsində 600 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) yuxarıda qeyd edilən qərardan məhkəməyə şikayət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, barəsində qəbul edilmiş Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından narazıdır və həmin qərarın tam qanunsuz olduğunu düşünür. Belə ki, ## ###### 2025-ci il tarixdə satış məqsədilə gələn məhsulları o, “xxxx”a məxsus yük maşınlarından boşaldaraq özünə məxsus soyuducu maşınına yığmağa hazırlaşdığı vaxtda Azərbaycan Respublikası X15 Mərkəzi Regional Bölməsinin əməkdaşları ona məxsus ünvan 1ndə yerləşən evinin həyətinə daxil olaraq onu dayandıraraq mayonezləri maşına yığmağına imkan verməmişlər. Bununla bağlı barəsində qanunsuz akt tərtib edərək, onu inzibati xəta törətdiyinə görə təqsirli bilib barəsində qərar qəbul etmişlər. O, barəsində qəbul edilmiş qərarla razı deyildir. Çünki, o, heç bir qanunsuzluq etməmişdir. Belə ki, o, bu işlə məşğul olduğundan nə ailəsinin, nə də ki, başqa heç kimin həyatı təhlükəsi ilə oynamamışdır. O, ən güclü zəhərlənmə verən qidanın mayonez olduğunu yaxşı bildiyindən məhsulları təcili olaraq maşından boşaldıb soyuducuya yükləyirmiş. Amma buna baxmayaraq barəsində inzibati xəta haqqında icraatın başlanılması barədə qərar qəbul olunmuşdur. Bundan əlavə barəsində tərtib olunmuş aktda onun mayonez məhsullarını 28 dərəcə temperaturda saxladığı göstərilmişdir. Lakin bu belə olmamışdır. Məhsulları soyuducuya yığdığı zaman Azərbaycan Respublikası X15 X3 Bölməsinin əməkdaşları gəlmiş və özlərini təqdim belə etməmişlər. Onlardan kim olduqlarını soruşduqda sonuncular heç bir vəsiqə göstərmədən ona mayonezləri soyuducu maşına yükləməyə icazə verməmişlər. Bu zaman aralarında mübahisə yarandığından mayonezlər yerdə qalmışdır. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəldikdə o, onlara mayonezlərin tanımadığı və özlərini təqdim etmədikləri şəxslərə görə təxminən 1 saat isti havada qaldığını bildirmişdir. Polis əməkdaşları ona mayonezləri soyuducu maşına yığmağa icazə vermişlər. Belə ki, o, “xxxx”un Ucar rayonu üzrə distributeri kimi fəaliyyət göstərir və həmin mallardan 1-2 faiz olmaqla qazanc əldə edir. Lakin əldə etdiyi qazanc onun iynə dərmanı üçün yetərli deyil. Özü ağır şəkər xəstəliyindən, həyat yoldaşı isə ağır ciyər xəstəliyindən əziyyət çəkir. Əldə etdiyi qazancla ailəsini güclə dolandırır. Azərbaycan Respublikası X15 Mərkəzi Regional Bölməsinin əməkdaşları ilk öncə qidanın keyfiyyətini yoxlamaq üçün avadanlıq olmadan gəlib, bilərəkdən mübahisə yaradaraq mayonezləri 1 saat yerdə saxladıqdan sonra etdikləri qanunsuz əməllər üzə çıxmasın deyə taksi ilə avadanlıqlarını gətirərək yoxlamaya başlamışlar. Belə ki, mayonez məhsulları 1 saat yerdə qalandan sonra qidanı yoxlamaq üçün avadanlıqlarını gətirib yoxlayan X15 X3 Bölməsinin əməkdaşları öz vəzifələrini qanuni şəkildə icra etmədikləri üçün onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Bu səbəbdən də Azərbaycan Respublikası X15 Mərkəzi Regional Bölməsinin ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətin məzmununa uyğun, oxşar məzmunlu izahat verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya qərarından şikayət verilmiş Qərarından şikayət verilən orqan nümayəndələri X2 və X6 bildirmişdirrlər ki, şikayət əsassızdır. Belə ki, Ucar Rayon Məhkəməsinin ## ####### 2025- ci il tarixli, *(***)-***/**** saylı qərarında göstərilmiş hallar aradan qaldırılmış, əməlin törədilməsi orqan tərəfindən tam sübuta yetirilmişdir. Çünki, yerində aparılan araşdırma zamanı bu hallar iş materiallarına əlavə edilmiş sənədlərlə də öz təsdiqini tapmışdır. Odur ki, hesab edirlər ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün müddətin ötürülməmiş hesab edilməsinə dair qərardadından və ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 bölməsinin rəisi Gündüz Qənbərov tərəfindən apellyasiya şikayəti vermişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 bölməsinin rəisi Gündüz Qənbərov verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin (bundan sonra - məhkəmə) ##.##.2026-cı il tarixli 3(5-164)- **/**** nömrəli qərardadı (bundan sonra - qərardad) ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən prosessual müddətin bərpa olunmasına dair verilmiş vəsatət təmin olunmuş, buraxılmış prosessual müddət ötürülməmiş hesab edilmişdir. Bildirirlər ki, məhkəmənin sözügedən qərardadı əsassızdır və ləğv edilməlidir. Mübahisə ilə əlaqədar məhkəmə sözügedən qərardadda heç bir sübut olmadan qeyd etmişdir ki, “iş materiallarından müəyyən olunduğu kimi mübahisələndirilən qərar Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025- ci il tarixli, *-**-*/*-c-***/**** nömrəli bildirişi ilə Qərardan şikayət verən orqan (şəxs) göndərilməsi öz təsdiqini tapsa da, şikayət verən şəxsin məhkəmə iclası zamanı izahatı və məhkəmə iclası zamanı məhkəməyə təqdim etdiyi vəsatətə əsasən qərarı gec əldə etməsi bu halın üzrlü hesab edilməsi işə mahiyyəti üzrə baxılmanın obyektivliyinə xələl gətirmədiyindən müddət ötürülməmiş hesab edilməlidir.” Göründüyü kimi, məhkəmə heç bir əsas olmadan sadəcə sahibkarın xeyrinə qərardad qəbul etməklə regional bölmənin hüquqlarını kobud şəkildə pozmuşdur. Maraqlısı odur ki, Məhkəmə regional bölmənin nümayəndəsindən israrla tənbeh vermə qərarının çatması vaxtını müəyyən etmək üçün poçt qəbzini tələb etmiş, sözügedən qəbz təqdim olunduqdan sonra həmin qəbzdə qərarın çatma vaxtı aşkar şəkildə qeyd olunsa da, həmin sənədə hüquqi qiymət verməmiş, sahibkarın heç bir üzrlü səbəb bildirmədiyi vəsatətini təmin edərək qərəzli şəkildə buraxılmış prosessual müddətin bərpası barədə Qərardad qəbul etmişdir. Bir daha qeyd edir ki, AR İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57- ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, qanunvericiliklə şikayət vermə müddəti sahibkar tərəfindən üzrsüz səbəbdən 2 aydan çox müddətə ötürülmüşdür. Məlumat üçün qeyd edir ki, İXM-in 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Odur ki, apellyasiya şikayəti təmin edilərək, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Qərar qəbul edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 bölməsinin rəisi Gündüz Qənbərov verdiyi apellyasiya şikayətində göstərmişdir ki, Ucar Rayon Məhkəməsinin (bundan sonra - məhkəmə) ##.##.2026-cı il tarixli 3(5-164)- **/**** nömrəli qərarı (bundan sonra - qərar) ilə Azərbaycan Respublikası X15 X3 bölməsi tərəfindən (bundan sonra – regional bölmə) Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Aşağıda qeyd olunanlarla əsasən, məhkəmə qərarının əsassız olması, maddi və prosessual normalarının pozulması, düzgün tətbiq edilməməsi, işin hallarının məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmaması sübuta yetirilir. Bu səbəbdən məhkəmənin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə qərarında aşağıda qeyd edilmiş hüquqi pozuntulara yol vermişdir: Məhkəmə qərarı sadəcə İXM-nin müvafiq maddələri sadalanmaq şərti ilə, sahibkar tərəfindən heç bir mötəbər sübut təqdim edilmədiyi halda yalnız onun izahatına əsaslanmaqla qəbul edilmişdir. Mübahisə ilə əlaqədar məhkəmə sözügedən qərarda heç bir əsaslandırma etmədən sadəcə AR İnzibati Xətalar Məcəlləsinini 57-ci maddəsinə istinad etmişdir. Halbuki regional bölmə sahibkara sözügedən qərarı inzibati xətalar qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə əməl etməklə rəsmi qaydada göndərmişdir. Belə ki, iş üzrə Ucar Rayon Məhkəməsinin əvvəlki qərarı ilə regional bölmə tərəfindən iş yenidən araşdırılmış, lazımi prosessual tələblər yerinə yetirilərək sahibkar regional bölməyə çağırlmış, şəxsin izahatı alınmış, habelə sözügedən qərar sahibkara ##.##.2025-ci il tarixində poçt vastəsilə təqdim olunmuşdur. Poçt qəbzi qoşmaya əlavə olunmuşdur. Bildirirlər ki, AR İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göründüyü kimi, qanunvericiliklə şikayət vermə müddəti sahibkar tərəfindən üzrsüz səbəbdən 2 aydan çox müddətə ötürülmüşdür. Məlumat üçün qeyd edirik ki, İXM-in 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Lakin məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 127-ci maddəsinin II bəndinin tələbləri aşkar surətdə pozmuşdur. Belə ki, məhkəmə icraatının gedişində Qərardan şikayət verən orqan (şəxs) üstünlük verilərək Agentliyin X3 bölməsinin səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilən faktlar və sübutlar nəzərə alınmamışdır. Həmçinin yuxarıda qeyd olunduğu kimi, regional bölmənin səlahiyyətli nümayəndəsi ##.##.2025-ci il tarixli, MN № ******* nöməli inzibati təhbehvermə haqqında Qərardan şikayət vermə müddətinin çoxdan bitdiyini bildirmişdir. Bu səbəbdən inzibati tənbehvermə haqqında Qərarın fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) təqdim edildiyini təsdiq edən poçt göndərişinin siyahısı tələb olunmuş və göstərilənlərə əsasən məhkəmə prosesi ##.##.2026cı il tarixinə təxirə salınmışdır. Həmin tarixdə keçirilən məhkəmə prosesində inzibati tənbehvermə haqqında Qərarın Qərardan şikayət verən orqan (şəxs) təqdim edildiyini təsdiq edən poçt göndərişinin siyahısı məhkəməyə təqdim edilmiş və qərardan şikayət vermə müddətinin çoxdan bitdiyi bir daha məhkəmənin nəzərinə çatdırılmışdır. Lakin qərardan şikayətvermə müddətinin bərpası ilə bağlı qarşı tərəfin heç bir tələbi və ya vəsatəti olmadığı halda məhkəmə sahibkardan müddətin bərpası ilə bağlı vəsatət istəmiş, regional bölmənin səlahiyyətli nümayəndələri qərardan şikayət vermə müddətinin bərpası ilə bağlı vəsatətə etiraz etdikdə isə məhkəmə iclasına 20 dəqiqəyə qədər vasilə verilmiş və sonrasında müddətin bərpası barədə vəsatət eyni tarixli, *(*-***)-**/**** nömrəli Qərardadla təmin olunmuşdur. Həmçinin eyni məhkəmə iclasında işə mahiyyəti üzrə baxılaraq iclas davam etdirilmiş və şikayət əsassız olaraq təmin edilmişdir. Göründüyü kimi, sahibkar faktiki olaraq iş üzrə tərəf qismində çıxış belə etməmiş, buna baxmayaraq məhkəmə şəxsin lehinə qərar qəbul etmişdir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) söz verilmiş və şəxs heç bir əsas və sübutları olmadan barəsində qəbul olunmuş inzibati tənbehvermə haqqında qərarın qanunsuz qəbul olunduğunu və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qarşı tərəfi dinlədikdən sonra regional bölmələrin səlahiyyətli nümayəndələrinə söz vermiş, lakin onların çıxışını sona qədər dinləməmiş, o cümlədən təqdim edilən sübutlarla tanış olmadan ##.##.2025-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir. Həmçinin, məhkəmə tərəfindən qəbul edilmiş yekun məhkəmə aktının mətnində nümayəndələrin çıxışı hissəsinə qısa yer verilmiş, tərəfimizdən təqdim edilən sübutlar barədə məhkəmə aktında qeydlər aparılmamış, lakin Qərardan şikayət verən orqan (şəxs) çıxışına geniş yer verilmiş, sahibkarın törətdiyi inzibati xətaya, regional bölmə tərəfindən təqdim olunmuş sübutlara hüquqi qiymət verilməmiş, məhsulun çatdırılma müddətinə istinad edərək əsassız qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, regional bölmə tərəfindən verilmiş MN ##.##.2025ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam hüquqi əsasa malik olduğu üçün qüvvədə saxlanılmalı və məhkəmənin qərarı ləğv edilməlidir. İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 135-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarını ləğv edib və Qərardan şikayət verən orqan (şəxs) barəsində regional bölmənin ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinin iclasında protokol tərtib edən orqanın nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, AQTA-nın X3 bölməsinə Qərardan şikayət verən orqan (şəxs) barəsində məlumat daxil olmuşdur. Müraciət əsasında agentliyin əməkdaşları tərəfindən həmin yerə baxış keçirilmişdir. Baxış keçirilən yer obyekt yox, ev olmuşdur və bu səbəbdən də plandan kənar yoxlama keçirmək mümkün olmamışdır. Agentliyin X3 bölməsində toplanan sənədlər araşdırılması üçün Ucar rayon prokurorluğuna göndərilmişdir. Ucar rayon prokurorluğunda İXM-nin 444.1-ci maddəsi ilə işə baxılması üçün qərar qəbul etmişdir. Bu qərar əsasında AQTA-nın X3 bölməsində Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qarşı tərəfin şikayəti əsasında Ucar Rayon Məhkəməsində Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İnzibati xəta haqqında işin materiallarına bütün sübutlar əlavə edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş edir. Verilən suallara cavab olaraq bildirdi ki, Müraciət AQTA-nın “1003” qaynar xəttinə daxil olmuşdur, bu barədə vətəndaş müraciət etmişdir. Mayonez məhsulu açıq havada saxlanılmışdır. Qeyd edilən akt agentliyin əməkdaşları tərəfindən tərtib edilmişdir. Pozuntu ## ###### 2025-ci il tarixdə aşkar olunmuş, Ucar Rayon Məhkəməsi müddətin ötməsi ilə bağlı iş üzrə icraata xitam vermişdir. Onlar müddəti ötürməmişlər. Tənbeh vermə haqqında qərar ## ###### 2025-ci ildə, yəni 4 ay müddət başa çatmamış qəbul edilmişdir. Apellyasiya məhkəməsinin iclasında protokol tərtib edən orqanın nümayəndəsi X6 çıxış edərək həmkarının dedikləri ilə razı oduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin nümayəndəsi X1 şikayətə etiraz edərək bildirdi ki, agentliyin əməkdaşları ünvana yaxınlaşanda onları qarşılamış və order tələb etmişdir. Buna baxmayaraq agentliyin əməkdaşları zorla içəri daxil olmuşlar. O, bu barədə “1003” çağrı mərkəzinə şikayət etmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, Ucar rayon prokurorluğunda onları dindirmişlər. Ucar rayon prokurorluğunda qərar qəbul edilib-edilməməsindən xəbəri yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Apellyasiya məhkəməsi iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) çıxış edərək nümayəndəsinin dedikləri ilə razı olduğunu və heç bir əlavəsi olmadığını bildirdi. Verilən suallara cavab olaraq bildirdi ki, o, sürücü işləyir və “xxxx” MMC ilə müqaviləsi var. O, “xxxx” MMC-nin malını daşıyır. Agentliyin əməkdaşları gələndə oğlu evdə olmuşdur. Ağcabədi rayonuna 80 ədəd mayonez getməli idi. Onlar küçədə mayonezləri maşından maşına boşaldanda YPX əməkdaşları gəlmiş və buna etiraz etmişlər, onlar da mayonezləri onun həyətində altıaçığa boşaltmışlar. Onun idarə etdiyi maşın özü soyuduculudur. Onlar mayonezləri maşına yığmaq üçün altıaçığa boşaltmışlar. Apellyasiya şikayətinin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarının şikayətlə bağlı izahat və çıxışlarını dinləyərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 bölməsinin rəisi Gündüz Qənbərov tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə əsasən malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair qərardad qəbul etməklə düzgün nəticəyə gəlsə də, yekun qərar qəbul edərkən işin hallarının məhkəmə araşdırmasına səthi yanaşmışdır. Belə ki, iş materiallarında olan ## ###### 2025-ci il tarixdə tərtib olunmuş aktın surətindən görünür ki, həmin tarixdə Azərbaycan Respublikası X15 X3 Bölməsinin əməkdaşları Ucar Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə vətəndaş müraciətinin araşdırılması məqsədi ilə ünvan 1 ünvanında yerləşən vətəndaş X1 məxsus həyətyanı yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı 65 ədəd 8 kiloqramlıq mayonez məhsulunun açıq hava şəraitində saxlanıldığı müəyyən edilmiş, həmin məhsullar 28 dərəcə temperaturda yerdən yığılmaqla saxlanılnmışdır. İş materiallarında olan Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Ucar Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarından görünür ki, ünvan 1ndə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsi ilə inzibati icraat işi başlanılması və şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün toplanmış materialın Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ## ### 2026-cı il tarixli arayışdan görünür ki, Ucar Rayon Prokurorluğu ilə əlaqə saxlanılaraq Qərardan şikayət verən orqan (şəxs) barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib-edilməməsi öyrənildikdə Ucar Rayon Prokurorluğunun nümayəndəsi həmin şəxs barəsində Ucar Rayon Prokurorluğunda cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmədiyini, yalnız inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Qərar qəbul edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı əsaslandıraraq göstərmişdir ki, Azərbaycan Respublikası X15 X3 Bölməsi tərəfindən İXM-nin 444.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni ## ###### 2025-ci il tarixdən 4 (dörd) aydan artıq müddət keçdiyindən (təxminən 8 aya yaxın müddət), Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025ci il tarixdə ünvan 1ndə yerləşən evin həyətində 8 kiloqramlıq qablaşdırmada olan 65 ədəd “Bizim aşpaz” əmtəə nişanlı mayonez məhsullarını müvafiq soyuducu avadanlıq olmadan temperatur rejiminə riayət etməyərək 28 dərəcə temperaturda açıq şəraitdə saxladığı üçün barəsində Azərbaycan Respublikası X15 Mərkəzi Regional Bölməsi tərəfindən ## ###### 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 444.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. İXM-nin 444.1-ci maddəsi həmin Məcəllənin ticarət qaydaları əleyhinə olan inzibati xətalar fəslinə aid olmaqla həmin əmələ görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikası X15 X3 Bölməsi tərəfindən İXM-nin 444.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi gündən, yəni ## ###### 2025-ci il tarixdən 4 (dörd) aylıq müddət keçmədən, ## ###### 2025-ci il tarixdə (03 ay 14 gün sonra) inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Apellyasiya məhkəməsi qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan, Azərbaycan Respublikası X15 X3 Bölməsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 444.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə inzibati xəta haqqında icraat üzrə kifayət qədər araşdırma aparılmış və o, haqlı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat miqdarında inzibati cərimə olunmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Qeyd edilməlidir ki, Qərardan şikayət verən orqan (şəxs) verdiyi izahatlarda Ağcabədi rayonuna 80 ədəd mayonez getməli olduğundan mayonezləri maşına yığmaq üçün həyətində olan altıaçığa boşaltdığını göstərmiş, qeyd edilən xüsusat həm tərtib edilmiş akt, izahatlar və digər sənədlərlə öz təsdiqini tapmışdır. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN № ******* nömrəli qərarının ləğv edilməsi üzrə şikayəti əsassız olduğundan təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinın 133- 137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası X15 X3 Bölməsinin rəisi Gündüz Qənbərov tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ucar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası X15 X3 Bölməsinin ## ###### 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üzrə şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-10)-242/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-242/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver