Məhkəmə qərarları › İş №3(3-10)-243/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-243/2026

12.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-243/2026 12.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlu tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (sədrlik edən hakim Z.Məmmədova) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala Rayon Məhkəməsinin *(***)-***/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə qeyd olunan yaşayış evinə köçməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X14 Rayon Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan şikayət verərək Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətində, qərarın tamamilə qanunsuz və əsassız olduğunu vurğulayır. O bildirir ki, qarşı tərəflə (tələbkarla) aralarında evin tikilib təhvil verilməsi ilə bağlı ilkin razılıq mövcud olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bu məqsədlə bələdiyyədən torpaq sahəsi almağa çalışsa da, sənədləşmə ilə bağlı yaranan problemlər səbəbindən bu mümkün olmamış, nəticədə o, özünə məxsus torpaq sahəsində tikinti işlərinə başlamışdır. Şikayətçinin sözlərinə görə, evin tikintisinin mart ayının sonuna qədər başa çatmaması və yubanmalar obyektiv səbəblərdən — əsasən əlverişsiz hava şəraiti və sənədləşmə prosesindəki gecikmələrdən qaynaqlanmışdır. Şikayətdə qeyd olunur ki, İXM-in 528.1-ci maddəsi üzrə məsuliyyət yalnız icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halında yarana bilər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə zərərçəkmiş tərəf üçün yeni ev inşa etdiyini və bu prosesin davam etdiyini əsas gətirərək, hərəkətlərində qəsdən yayınma və ya qanunsuz maneçilik elementlərinin olmadığını iddia edir. O, məhkəmənin iş üçün mühüm əhəmiyyət kəsb edən bu halları araşdırmadığını, nəticələrin işin faktiki hallarına uyğun gəlmədiyini və qanun normalarının düzgün tətbiq edilmədiyini bildirir. Yekun olaraq, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə istinad edərək, inzibati xəta tərkibi olmadığı halda iş üzrə icraata xitam verilməli olduğunu vurğulayır Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Birinci instasniya məhkəməsinin məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs X4 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/****-*** nömrəli icrasənədinə əsasən Zaqatala Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra vərəqəsinə əsasən İddiaçı X7 uşaqları ## ######## 2007-ci il tarixdə doğulmuş X1, ## ### 2009-cu il tarixdə doğulmuş X2 və ## ###### 2017-ci il tarixdə doğulmuş X3 ilə birlikdə cavabdehlər X5 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məxsus Zaqatala rayonunun Faldarlı kəndində yerləşən ümumi sahəsi 177 kvm olan 4 otaqlı bir mərtəbəli fərdi yaşayış evinə köçürülməli, cavabdehlər X5 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müştərək qaydada 60 (altmış) manat mediasiya xərci və. 50 (əlli) manat dövlət rüsumu alınaraq iddiaçı X7 verilməlidir. Bir neçə dəfə cəhd olunmasına baxmayaraq, cavabdehlərdən biri maneçilik törədib. Səbuhə ilə razılıq olub ki, ev tikilib kənara köçürüləcək. Mustafa bildirib ki, bu evdə onun ailəsi yaşayır, onların köçməsini istəmir. Yeni evin dam örtüyü düzəldilməlidir. Hazır deyildir. Razılığa etiraz edilmədiyini, mart ayının sonu qarşı tərəf razılığı pozmuş, köçürməyə imkan verməmişdir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək göstərmişdir ki, Səbuhə keçmiş gəlinləri olub. Yaşayış hüququnun verilməsi ilə bağlı qətnamə çıxarıldı. O, evin həyətinin pay torpağı olduğunu və qızlarına verdiyini bildirmişdir. Evin bir otağı qızına verdiyi qismə düşür, eyni zamanda da tikintinin tam başa çatmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi X6 çıxış edərək Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öhdəlikdən boyun qaçırmadığını, evin tam tikilib başa çatmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı tələbkar X7 izahat verərək göstərdi ki, mart ayında aralarında olan razılıqla ona ev tikilməli idi və onları həmin evə köçürməli idilər. Evə köçürülməsinə koməklik edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş materiallarını tədqiq etdikdən sonra belə qənaətə gəlir ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır, şikayət isə təmin edilməməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə qərarı ilə müəyyən edilmiş hərəkətləri icra sənədində göstərilən müddətdə üzrsüz səbəbdən icra etməməyə görə inzibati məsuliyyət nəzərdə tutulur. İşin hallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və yaşayış evinə köçürülməni nəzərdə tutan ##.##.2025-ci il tarixli icra sənədinin tələblərini icra etməmiş, prosesə maneçilik törətmişdir. Şikayətçinin "hava şəraiti" və "yeni evin tikilməməsi" kimi gətirdiyi dəlillər məhkəmə tərəfindən icra sənədinin icrasını gecikdirən obyektiv və üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Çünki məhkəmənin qüvvəyə minmiş qətnaməsi konkret evin (Zaqatala rayonu, Faldarlı kəndi, 177 kvm sahəli ev) istifadə hüququna və oraya köçürülməyə aiddir. Qanunvericilik məhkəmə aktlarının icrasını hər hansı alternativ yaşayış sahəsinin tikilib başa çatdırılması şərtindən asılı qoymur. Tərəflər arasında mart ayının sonuna qədər olan razılığın pozulması və köçürülməyə imkan verilməməsi faktı icra məmurunun izahatı və tərtib edilmiş protokolla tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə sübutları — icra məmuru X4 izahatını, inzibati xəta haqqında protokolu və tələbkar X7 izahatlarını İXM-in 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli və obyektiv qiymətləndirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi (məhkəmə qərarının icra edilməməsi) mövcuddur. Şikayətçinin müdafiə tərəfinin "öhdəlikdən boyun qaçırmama" barədə iddiaları icra sənədinin icra olunmaması faktını təkzib etmir. Məhkəmə həmçinin təyin edilmiş tənbehin növü və həddinə münasibət bildirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş 500 manat məbləğində cərimə sanksiyası xətanın xarakterinə, şəxsin xüsusiyyətlərinə və İXMin 2-ci maddəsində nəzərdə tutulan qanunçuluğun möhkəmləndirilməsi və yeni xətaların qarşısının alınması vəzifələrinə tam uyğundur. Bu tənbeh növü şəxsin islah olunması və gələcəkdə məhkəmə qərarlarına hörmətlə yanaşması üçün mütənasib hesab edilir. Qeyd olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üçün əhəmiyyətli olan halları tam aydınlaşdırmışdır. Şikayətdə göstərilən arqumentlər məhkəmə qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir. Bu səbəbdən Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Zaqatala Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla belə məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs təyin edilmiş 500 (beş yüz) manat məbləğində cərimə cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə üzrə Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar