Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-245/2026 13.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI X1 oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, İnzibati Xətalar Məcəlləsinin 133-135-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Nərgiz Abbaszadə) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayətin təmin edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında ## ###### 2026-cı il tarixli MN ******* saylı qərarının ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ## ###### 2026-cı il tarixində ***** nömrəli akt əsasında MN ******* nömrəli “inzibati xəta haqqında" protokol tərtib edilmişdir. ## ###### 2026-cı il tarixli ***/** nömrəli “İnzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə" qərardadla Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Xəzər" istirahət mərkəzinin ərazisində qanunsuz ağac kəsilməsi faktı ilə bağlı ## ###### 2026-cı il tarixində * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin binasında saat 10:00-da inzibati icraata baxılması təyin edilmişdir. Hətta ## ###### 2026-cı il tarixində inzibati xətalar haqqında işlər üzrə bildirişin də göndərildiyi qeyd edilmişdir. Halbuki, bu bildirişin ona çaldırılması ##.##.2026-cı ildə olmuşdur. Bildiriş kəndin içərisində olan, onların bazarlıq etdiyi dükanın sahibinə verilmişdir). İnzibati icraatın keçiriləcəyi vaxt müəyyən edilsə də həmin icraatın faktiki keçiriləcəyi tarix və saat barədə ona qanuni qaydada bildiriş icraatın keçirildiyi tarixdən xeyli sonra təqdim edilmişdir. Nəticədə iclasda iştirak etmək imkanı olmamış, izahat vermək hüququndan istifadə edə bilməmiş, sübut təqdim etmək və vəsatət qaldırmaq imkanından məhrum edilmiş və hüquqi yardım almaq imkanı faktiki olaraq məhdudlaşdırılmışdır. Bu hal ədalətli araşdırma və müdafiə hüququnun pozulmasıdır və inzibati qərarın ləğvi üçün müstəqil əsasdır. ## ###### 2026-cı il tarixində isə barəsində MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İXM-nin 253.3.1ci maddəsi əsasında inzibati qaydada 5000 (beş min) manat məbləğində cərimə tətbiq edilmiş, 300 (üç yüz) manat məbləğində ziyan hesablanılmışdır. ## ###### 2026-cı il tarixli qərar da ona şəxsən təqdim edilməmiş, poçt vasitəsi ilə göndərilməmiş, qəbul etməsi barədə hər hansı sübut yoxdur. Nəzərə çatdırır ki, barəsində İXM-nin 253.3.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş qərarda torpaq sahəsi ‘'istirahət zonası" kimi göstərilmişdir. Halbuki, torpaq xüsusi mülkiyyətindədir. Çıxarışa əsasən “Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aiddir və ərazinin xüsusi mühafizə və ya istirahət zonası statusunu təsdiq edən heç bir normativ sənəd təqdim edilməmişdir. Torpaq çıxarışına əsasən “yaşayış məntəqələrinin torpaqlar"dır. İnzibati orqan torpağın təyinatını öz mülahizəsinə əsasən dəyişə bilməz. Çıxarışda göstərilən ərazinin "istirahət zonası" olması barədə normativ akt, sərhəd xəritəsi və hüquqi rejim sənədi təqdim edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası’na əsasən xüsusi mülkiyyətdə olan həyətyanı sahələr ümumi icazə mexanizminə daxil edilmir. Onun torpağı isə xüsusi mülkiyyətdədir, yaşayış məntəqələrinin torpaqlarıdır və xüsusi mühafizə rejiminə aid deyil. Bu halda inzibati məsuliyyət üçün hüquqi əsas mövcud deyil. Qərar yalnız ***** nömrəli AKT–la əsaslandırılmışdır. Bu AKT torpaq sahəsinin hüquqi statusunu müəyyən etməmiş, ağacın qorunan növə aid olduğunu göstərməmiş, obyektiv sübutlarla (foto, ekspertiza və.) təsdiqlənməmişdir. Məlumdur ki, sübutetmə yükü inzibati orqanın üzərindədir və bu yük yerinə yetirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən müdafiə hüququ pozulmuş, qərar qanunsuz qaydada təqdim edilmiş, torpağın hüquqi statusu düzgün qiymətləndirilməmiş, inzibati məsuliyyət üçün hüquqi əsas, mövcud sübutlar kifayət deyildir. Şikayət verən şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəməyə şikayət ərizəsinə əlavə təqdim edərək qeyd etmişdir ki, şikayət ərizəsinə əlavə edilmiş mülkiyyət hüquqununa dair çıxarışla bağlı dəqiqləşdirmə aparıldıqdan sonra təmsil etdiyi şəxs Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olan digər yaşayış məntəqələri təyinatlı 0,3 ha torpaq sahəsini və onun torpaq sahəsinin plan ölçüsünü təqdim edilərək * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən kəsildiyi iddia edilən ağacın məhz bu torpaq sahəsində mövcud olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında qərarından şikayət verilən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, qərarın səhv qaydada çatdırılması onların səhvi deyil, bu işi poçt yerinə yetirir. Sözügedən ərazi xüsusi statuslu torpaqlara və istirahət zonasına aid olan ərazidir. Bu məqsədlə orada ağac kəsilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Ağacın kəsilməsi gələcəkdə tikinti məqsədi daşımışdır, kəsildiyi yer istirahət zonasının girişindədir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ## ##### 2026-cı il tarixdə birinci instansiya məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil şikayətin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qəbul edilmiş qərar Qərardan şikayət verən orqan (şəxs) rəsmi qeydiyyat ünvanına deyil, təsadüfən yaxınlıqdakı bir dükana qoyulmuşdur. Müvafiq orqan ərazini "istirahət zonası” kimi təsnif etsə də, bu iddianı təsdiq edən heç bir normativ sənəd təqdim olunmamışdır. Şikayət ərizəsinə əlavə etdikləri çıxarışa əsasən sözügedən sahə 0.09 ha həyətyanı torpaq sahəsidir və Qərardan şikayət verən orqan (şəxs) şəxsi mülkiyyətindədir. Kəsilən ağac bir ədəd şam ağacıdır. Nazirlər Kabinetinin 2016-cı il tarixli, *** saylı Qərarına və İnzibati Xətalar Məcəlləsinə istinadən, şəxsi mülkiyyətdə olan həyətyanı sahədə mülkiyyətçinin özunün əkdiyi ağacı kəsməsi inzibati xəta yaratmır. Sahədə tikinti işləri aparılmır. İnzibati Xətallar Məcəlləsinin 53.1.1-ci maddəsinə, inzibati xəta hadisəsinin olmamasına əsaslanaraq şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında iş üzrə qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) yazılı şəkildə etiraz verərək şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: İnzibati xəta haqqında iş üzrə qərar qəbul edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000,00 (beş min) manat cərimə olunmuşdur. İdarənin qeyd olunan qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Qəbələ Rayon Məhkəməsinə şikayət ərizəsi ünvanlanmış və məhkəmənin ##.##.2026-cı il tarixli 3(5- ***)-***/**** saylı qərarı ilə şikayət təmin olunaraq İdarənin ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin (sədrlik edən hakim: Nərgiz Abbaszadə) qeyd olunan qərarına etiraz edərək bildiririk ki, qərar əsassız və qanunsuzdur, hakim tərəfindən qanunvericiliyin tələbləri pozularaq işin bütün faktiki hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına imkan verən kifayət qədər sübutlar qiymətləndirilməmiş, xüsusilə inzibati xəta faktının mövcud olması nəzərə alınmamış, qanun pozmuş şəxsin əməlinə hüquqi qiymət verilməmiş və nəticədə İdarənin qanuni və əsaslı qərarı ləğv edilərək işə xitam verilmişdir. Xüsusilə qeyd edirik şəxsin əməlində inzibati xəta tərkibinin açıq-aşkar olmasına baxmayaraq hakim tərəfindən bu hala qiymət verilməmişdir. Beləki, İdarənin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən “Xəzər” istirahət mərkəzi ərazisində aparılan tikinti-abadlaşdırma işləri zamanı 1 (bir) ədəd 16 sm diametrli qovaq cinsinə məxsus ağacın kəsilərək məhv edilməsi faktı aşlğkar edilmişdir. Araşdırmalar zamanı aşkar edilmiş faktla bağlı obyektin rəhbəri Qərardan şikayət verən orqan (şəxs)la mobil telefon (050-208-09-49) vasitəsilə əlaqə saxlanılaraq araşdırmaya dəvət edilsə də qarşı tərəf Bakı şəhərində olduğunu və iştirak edə bilməyəcəyini bildirmişdir. Eləcə də telefon danışığı zamanı ağacın kəsilməsinə dair rəsmi icazə sənədlərinin olmadığını, ərazidəki abadlaşma işlərinə maneçilik etdiyinə görə həmin ağacın kəsildiyini qeyd etmişdir. Bundan sonra faktla bağlı İXM-in 253.3.1-ci maddəsinə əsasən inzibati araşdırma başlanılaraq şəxs barəsində akt və protokol tərtib edilərək inzibati cərimə tətbiq edilmişdir. İstər araşdırmalar zamanı, istərsə də sənədləşmə işləri aparılarkən təqsirkar tərəf proseslərdə iştirak etməmiş, eləcə də hər hansı sənəd təqdim etməmişdir. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən Qəbələ Rayon Məhkəməsinə edilmiş şikayətə baxılarkən şikayətçi tərəfin nümayəndəsi Vəkil tərəfindən “Xəzər” istirahət mərkəzinin yerləşdiyi, həmçinin də ağacın kəsildiyi sahənin vətəndaş Qərardan şikayət verən orqan (şəxs) məxsus xüsusi mülkiyyətdə olan həyətyanı torpaq sahələrində yerləşdiyini bildirərək 0,4 ha, 0,23 ha, 0,15 ha və 0,09 ha ölçülərə malik torpaq sahələrinin Çıxarışlarını təqdim etmişdir. Hansı ki, İdarənin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı qarşı tərəf istər ərazinin mülkiyyətinə dair, istərsə də digər məsələlərlə bağlı hər hansı sənədləri təqdim etməmişdir. Qeyd edək ki, məhkəmə həmin sənədlərə əsaslanaraq ərazinin xüsusi mülkiyyətdə olan həyətyanı sahə olmasını əsas tutmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli *** nömrəli Qərarını əsas tutaraq İdarənin ##.##.2026-cı il tarixli ******* saylı Qərarını ləğv etmişdir. Belə ki, işə baxan hakim Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56-cı maddəsinin tələbini nəzərə almadan işə baxmışdır. Belə ki, həmin məcəllənin sözügedən bəndində açıq şəkildə bildirilir ki, “həyətyanı torpaq” kimi ayrılmış sahələrdə yaşayış evi və ona xidmət edən tikililər nəzərdə tutulmaqla kommersiya məqsədili (istirahət mərkəzi, restoran, otel və s.) istifadə nəzərdə tutulmur. Həmin məcəllənin 9 və 10-cu bəndlərində isə torpağın başqa məqsədlərlə istifadəsi halında təyinatının dəyişdirilməsinin mütləq təmin edilməli olduğu qeyd edilir. Sual olunur ki, əgər “Xəzər” istirahət mərkəzinin ərazisi və həmin ərazidə ağacın kəsildiyi torpaq sahəsi “xüsusi mülkiyyətdəki həyətyanı sahə”dirsə həmin ərazi hansı əsaslarla ictimai-iaşə, restoran və otel kimi fəaliyyət göstərir? Əlavə olaraq bildiririk ki, məhkəmə prosesində şikayətçinin nümayəndəsi Vəkil aparılan sənədləşmələrdən xəbərsiz olduqlarını, yazılmış protokolun və Qərarın onlara düzgün göndərilmədiyini, həmçinin həmin sənədlərin onlara vaxtında çatmadığını bildirmiş, işə baxan hakim bu aspektləri də əsas gətirməklə Qərara xitam vermişdir. Hansı ki, Azərpoçt MMC-in poçt bildirişlərindən görünür ki, müvafiq sənədlər qarşı tərəfə rəsmi qaydada göndərilmiş və çatdırılma barədə İdarəyə rəsmi məlumat verilmişdir. (Poçt bildirişləri əlavə edilir). Qeyd etmək lazımdır ki, İdarənin inzibati xəta törətmiş şəxslər barəsində olan cərimə qərarları məhkəmələr tərəfindən ləğv edildikdən sonra inzibati xəta törətmiş şəxslər məhkəmələrin onlara qarşı olan bu “səmimi” mövqeyindən istifadə edərək İdarə tərəfindən verilmiş icrası məcburi olan tələbi yerinə yetirməkdən imtina edir, yenidən inzibati xəta törətməkdə davam edirlər. Halbuki, “X3 haqqında” Azərbaycan Respublikası Qanunun 71.3.- cü maddəsində qeyd olunur ki, X3 sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar verilmiş qərarların icrası bütün hüquqi və vəzifəli şəxslər, vətəndaşlar üçün məcburidir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3nə dövlət nəzarətini həyata keçirən səlahiyyətli dövlət orqanı olaraq keçirdiyi monitorinqlər yalnız öz vəzifə səlahiyyətlərindən irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı ölkə ərazisində yaşıllıqların mühafizəsinə nəzarət tədbirlərinin həyata keçirilməsindən və yaşıllıqların məhv edilməsi, zədələnməsi, qanunsuz götürülməsi halların qarşısının alınması üçün qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsindən ibarət olmuşdur. Lakin işə baxan Qəbələ Rayon Məhkəməsinin hakimi təqsirkar şəxs tərəfin təqdim etdiyi absurd və əsassız sübutlara əsaslanaraq iddia edərək qərarı ləğv etmişdir ki (işə xitam vermişdir), nəticədə “Xəzər” istirahət mərkəzinin sahibi Qərardan şikayət verən orqan (şəxs) inzibati məsuliyyətdən kənar qalmasına şərait yaranmışdır. İXM-nin 99.1-ci (99.1.1) maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Məcəllənin 99.3-cü maddəsidə qeyd olunur ki, bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Qeyd olunan bu hal, yəni ictimai iaşə obyektinin ərazisində yaşıllığın məhv edilməsi halından və araşdırma materiallarından inzibati xətanın törədildiyi açıq-aşkar məlumdur, bu hal işin mübahisəsiz halıdır və iş materiallarında olan sübutlarla inzibati xəta törədildiyinin təsdiq edilməsinə baxmayaraq hakim bu hala hüquqi qiymət verməmişdir. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətmiş və Qəbələ Rayon Məhkəməsində işə baxılarkən hakim tərəfindən işin nəticəsi üzrə düzgün qərar qəbul edilməmiş və səlahiyyətli orqanın Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 253.3.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsinə dair ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı isə tam qanuni və əsaslıdır. İXM-nin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 76.1ci maddəsində qeyd olunmuşdur ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 39cu maddəsində sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunmuşdur. İ. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Konstitusiyanın 78-ci maddəsində və X3 haqqında Azərbaycan Respublikası Qanunun 6cı maddəsində ətraf mühitin qorunması hər bir şəxsin borcu, hər bir kəsin vəzifəsi hesab olunur. Göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, Qəbələ Rayon Məhkəməsinin hakimi işə mahiyyəti üzrə baxarkən qeyd olunan və zəruri olan halları tam, hərtərəfli və obyektiv araşdırmamış, qanunsuz olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir ki, bunun nəticəsində qəbul etdiyi qərar ədalətsiz, əsassız və mövcud qanunvericiliyin tələblərinə zidd olmuşdur. Odur ki, Qəbələ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməməsi və * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi Nümayəndə izahat verərək bildirdi ki, ## ###### 2025-ci il tarixdə nəzarət tədbirləri keçirilən zaman Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən “Xəzər” istirahət mərkəzininin həyətində bir ədəd qovaq cinsinə məxsus 16 santimetr diametrində ağacın kökündən çıxarılaraq məhv edilməsi faktı aşkar edilmişdir. Həmin faktla əlaqədar tərəflərindən protokol tərtib olunaraq “Xəzər” istirahət mərkəzinin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilmiş və təbiətə dəymiş ziyanın məbləği 300 manat olaraq hesablanmışdır. Həmin fakt üzrə tərəflərindən araşdırma aparılan zaman həmin ərazinin həyətyanı ərazi olması ilə bağlı Azər Noruzov tərəfindən onlara heç bir sənəd təqdim edilməmişdir. Sonradan məhkəmə prosesində Qərardan şikayət verən orqan (şəxs) çıxarış təqdim edərək ağacın kəsildiyi ərazinin həyətyanı sahə olduğunu bildirmişdir. Hal-hazırda həmin ərazidə iaşə fəliyyəti ilə məşğul olurlar. Həmin torpaq sahəsi 2007-ci ildə alınanda həyatyanı sahə kimi alınsa da hazırda həmin ərazidə böyük restoran fəaliyyət göstərir. Verilən suallara cavab olaraq bildirdi ki, həmin ərazinin həyətyanı ərazi olduğunu qəbul etsələr də, lakin həmin ərazidə iaşə müəssisəsi fəaliyyət göstərir. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilib-edilməməsinə onların idarə nəzarət etmir. Ağac kəsilmiş ərazinin həyətyanı sahə olması protokol tərtib olunduqdan sonra məhkəmə prosesində müəyyən olunmuşdur. Məhkəmə prosesi zamanı bir neçə çıxarış təqdim edilsə də ağac kəsilən ərazinin konkret olaraq təqdim edilmiş çıxarışlarda göstərilən ərziyə düşüb-düşməməsi məlum deyildir və dəqiqləşdirə bilməmişlər. Çünki iaşə müəssisəsi böyük ərazini əhatə edir. Ağac kəsilmə faktı ## ###### 20025-ci il tarixdə aşkar edilmiş, araşdırma aparıldıqdan sonra və ## ###### 2026-cı il tarixdə qərar qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı məhkəmə qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq, iş materiallarını, apellyasiya qaydasında verilmiş şikayəti, birinci instansiya məhkəməsində inzibati qaydada aparılmış icraatı və tərəflərin dəlillərini təhlil edərək hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ## ###### 2026-cı il tarixli ***** nömrəli aktdan müəyyən edilir ki, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ###### 2026cı il tarixli **** saylı sərəncamına və ## ###### 2026-cı il tarixli monitorinq aktına əsasən araşdırma aparılmış, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən “Xəzər” istirahət mərkəzinin həyətində 1 ədəd qovaq cinsinə məxsus, diametri 16 sm, kök üstə, yaş halda olan ağacın motorlu mişarla kəsilərək məhv edildiyi məlum olmuşdur. Aparılan araşdırma zamanı “Xəzər” istirahət mərkəzinin nümayəndəsi Qərardan şikayət verən orqan (şəxs)la mobil telefon (**********) vasitəsi ilə əlaqə saxlanıldığı, nəticədə o Bakı şəhərində olduğunu, bu səbəbdən araşdırmada iştirak edə bilməyəcəyini və qeyd olunan bir ədəd qovaq cinsinə məxsus ağacın istirahət mərkəzinin ərazisində abadlaşma işləri aparılan zaman kəsilərək götürüldüyünü, ağacın götürülməsi ilə bağlı hər hansı bir rəsmi sənədin olmadığını bildirmişdir. İş materiallarında olan “Akt-da olan məlumatların təhrif edilməsi” barədə Qərardan şikayət verən orqan (şəxs) yazılı şəkildə məhkəməyə təqdim etdiyi ## ##### 2026-cı il tarixli izahatında aktdakı məlumatların qətiyyən doğru olmadığı, akt tərtib edilən zaman idarənin əməkdaşlarının onunla əlaqə saxladığı və onun açıq şəkildə söhbət gedən ağacın onun xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşdiyi, həmin ərazinin heç bir istirahət mərkəzinə aid olmadığı, torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olduğu və şəxsi istifadəsi üçün nəzərdə tutulduğu, “istirahət mərkəzinin ərazisində” və ya “abadlaşdırma işləri zamanı” kəsilməsini bildirmədiyi qeyd edilmişdir. İş materiallarında olan ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən “Xəzər” istirahət mərkəzinin ərazisində ## ###### 2025-ci il tarixdə qanunsuz ağacın kəsilməsi nəticəsində Qərardan şikayət verən orqan (şəxs) barəsində AR İXM-nin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati icraat başlanılmışdır. İş materiallarında olan ## ###### 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) AR İXM-nin 253.3.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 5000 (beş min) manat cərimə edilmiş, törədilmiş inzibati xəta nəticəsində 300 (üç yüz) manat məbləğində təbiətə dəymiş zərərin “X3 üzrə Dövlət Fondu”na keçirilməsi qərara alınmışdır. İş materiallarında olan qərardan şikayət vermiş şəxs Qərardan şikayət verən orqan (şəxs) Məmədqulu oğlu tərəfindən təqdim olunmuş və “Xəzər” istirahət mərkəzinin üzərində inşa olunduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli və ************ reyestr nömrəli; ##.##.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli;##.##.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli; ##.##.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” çıxarışlarına əsasən Qəbələ rayon, Vəndam kəndində yerləşən 0,4 ha, 0,23 ha, 0,15 ha, 0,09 ha torpaq sahələri Qərardan şikayət verən orqan (şəxs) xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilən həyətyanı torpaq sahələrinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli çıxarışına əsasən Qəbələ Rayonu Vəndam kəndində yerləşən 0,12 ha torpaq sahəsi Qərardan şikayət verən orqan (şəxs) xüsusi mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və ************ reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qəbələ rayonu Vəndam kəndində 0,3 ha torpaq sahəsi Qərardan şikayət verən orqan (şəxs) xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan həyətyanı torpaq sahəsidir. İş materiallarında olan 1 ədəd fotoşəkildə 1 ədəd qovaq ağacı yerə yıxılmış vəziyyətdə əks edilmiş, 1 ədəd CD diskdə Xəzər istirahət mərkəzinin fotoşəkilləri və müvafiq reklam çarxı əks edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Vəndam kəndində Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olan 0,4 ha, 0,23 ha, 0,15 ha, 0,09 ha, 0,12 ha, 0,3 ha torpaq sahələri xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan həyətyanı torpaq sahələridir, həmin torpaq sahələri yaşayış məntəqələri torpaqlarının təsnifatına daxil olan ümumi istifadədə olan yaşıllıqlar park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan yaşıllıqlar) və məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqların) kateqoriyasına aid deyildir. Həmçinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 1 ədəd qovaq cinsinə məxsus, diametri 16 sm, kök üstə yaş halda olan ağacın məhz “Xəzər” istirahət zonasının ərazisində kəsilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi). Həmçinin qeyd edilməlidir ki, şikayət verən şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinə verdiyi şikayət ərizəsinə təqdim etdiyi əlavədə qeyd etmişdir ki, şikayət ərizəsinə əlavə edilmiş mülkiyyət hüququna dair çıxarışla bağlı dəqiqləşdirmə aparıldıqdan sonra təmsil etdiyi şəxs Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olan digər yaşayış məntəqələri təyinatlı 0,3 ha torpaq sahəsini və onun torpaq sahəsinin plan ölçüsünü təqdim edərək * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən kəsildiyi iddia edilən ağacın məhz bu torpaq sahəsində mövcud olduğu bildirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Beləliklə, inzibati xətalar qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan münasibətləri tənzimləyir. Bu münasibətlərdə tərəflərdən biri kimi dövlət orqanı və ya qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş hər hansı bir publik subyekt çıxış edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2016-cı il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşlıllıqların götürülməsi” Qaydasının 1.1-ci maddəsinə əsasən bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il # ### tarixli ***-IVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. AR İXM-nin 253-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. AR Meşə Məcəlləsinin 7-ci maddəsi ilə meşə fonduna daxil olmayan yaşıllıqların aşağıdakı növləri fərqləndirilmişdir: - xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; - xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; - kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); - ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); - məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət,sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); - xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariyamühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli Qərarına əsasən fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Göründüyü kimi, Qəbələ rayonu Vəndam kəndində Qərardan şikayət verən orqan (şəxs) mülkiyyətində olan 0,4 ha, 0,23 ha, 0,15 ha, 0,09 ha, 0,12 ha, 0,3 ha torpaq sahələri xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan, istifadə növü həyətyanı olan torpaq sahələridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsaslı olmadığından təmin edilə və mahiyyət etibarı ilə qanuni və əsaslı olan Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəllləsinin 133-135-ci mаddələrini rəhbər tutаrаq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-245/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-245/2026
13.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver