Məhkəmə qərarları › İş №3(3-10)-246/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-246/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-246/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-146)-562/2026 nömrəli qərarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-146)-562/2026 saylı qərarı ilə (sədrlik edən hakim T.Hüseynli) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşin halları: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən ##.##.2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İmamverdiyev Vüsal Ramiz oğlu, İmamverdiyeva Elnarə Elman qızı və İmamverdiyeva Şəfaqət Bulutxan qızına qətnamə əsasında qət edilmiş 1500 manat pulun verilməsini icra etməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Birinci instasniya məhkəməsinin məhkəmə iclasında iştirak edən Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilən halları nəzərə alaraq borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bildirmişdir ki, icra sənədinin icrasını icra etməkdən boyun qaçırmır. O, borcdan 700 manat icra və probasiya şöbəsinin depozit hesabına ödəmişdir. Qalıq borcu hissə-hissə ödəyə bilər. Oğlu III qrup əlildir ona görə 120 manat pensiya alır, həmin borcun oradan tutulmasına etiraz etmir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında iştirak edən tələbkar İmamverdiyev Vüsal Ramiz oğlu bildirmişdir ki, qətnamənin icrasını tələb edir. İnzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. Birinci instasniya məhkəməsinin məhkəmə iclasında iştirak edən tələbkar İmamverdiyeva Elnarə Elman qızı bildirmişdir ki, qətnamənin icrasını tələb edir. İnzibati xəta haqqında protokolun təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin qərardan şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli qərarı tamamilə qanunsuz, qərəzli və əsassızdır, çünki şikayətçi heç bir zaman icra məmurunun qanuni göstərişlərini yerinə yetirməkdən imtina etməmiş, heç bir məhkəmə qərarını icra etməkdən boyun qaçırmamışdır. Şikayətçi iddia edir ki, əksinə, icra məmurunun bütün çağırışlarına getmiş, qətnaməni icra məmurunun da razılığı ilə hissə-hissə icra etmişdir və bunu məhkəmədə təqdim etdiyi qəbzlər də sübut etdiyi halda, məhkəmə icra məmurunun qərəzli olaraq qətnaməni icra etməkdən yayındığı barədə şifahi sözlərini təsdiq etmişdir. Şikayətçi maddi vəziyyətinin pis olduğunu, himayəsində xəstə uşaq olduğunu və təqaüd aldığını da bildirməsinə baxmayaraq, məhkəmə icra məmurunun qanunsuz təqdimatını təmin etmişdir. Şikayətçi bildirir ki, sözügedən qətnamə məhz pay hüququ ilə onun mülkiyyətində olan mənzilə getdiyi zaman olmuşdur – belə ki, Mingəçevir Şəhər Məhkəməsinin # #### 2023-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, mərhum İmamverdiyev Ramiz İmamverdi oğlunun qanun üzrə birinci dərəcəli vərəsəsi kimi tanınması, Mingəçevir şəhəri, Ş.İ.Xətai küçəsi, ev 14/1, mənzil 36 ünvanında yerləşən mənzildən onun 1/5 pay hissədə payının müəyyən edilməsi və həmin mənzilin tərkib hissəsindən istifadəsinə maneələrin yaradılmasının tələbkarlara qadağan edilməsi qət edilmişdir. Buna baxmayaraq, həmin qətnamənin icrasını təmin etməli olan icra məmuru formal olaraq akt tərtib edərək şikayətçini mənzilə köçürtdüyü halda, sonradan tələbkarların şikayətçini mənzilə buraxmamalarına görə protokol tərtib etmək yerinə, şikayətçinin məhkəmə qətnaməsini icra etmədiyi əsası ilə qərəzli protokol tərtib etmişdir. Şikayətçi vurğulayır ki, icra məmuru nə onun aldığı təqaüd və digər gəlirə yönəltmə etmiş, nə də mülkiyyətində olan əmlaka yönəltmə etmişdir. Lakin buna baxmayaraq, Mingəçevir Şəhər Məhkəməsi qanunsuz olaraq həmin qərarı qəbul etmiş və şikayətçiyə qanunsuz olaraq inzibati cərimə tətbiq etmişdir, yəni icra şöbəsinin qərəzli təqdimatını əsassız olaraq təmin etmişdir. Şikayətçi qeyd edir ki, onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədən məhkəmə əsassız və qanunsuz qərar qəbul etdiyindən, həmin qərar qərəzli və qanunsuzdur. Bütün bu səbəblərdən şikayətçi xahiş edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və bildirdi ki, hazırda qeyd edilən iş üzrə borcunu tam ödəmişdir. Hazırda heç bir borcu yoxdur. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra vərəqəsi üzrə 825 manat pulun X2 verilməsini icra etməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(107)- ****/**** saylı icra sənədindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 1500 manat məbləğində pul alınıb İmamverdiyev Vüsal Ramiz oğlu, İmamverdiyeva Elnarə Elman qızı və İmamverdiyeva Şəfaqət Bulutxan qızına verilməsi qət edilmişdir. İşdə olan İcraata başlamaq haqqında ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs göndərilmişdir. İşdə olan ##.##.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, X5 orqanizminin funksiyalarının 60 faizinin pozulmasına görə üçüncü dərəcəli gözdən əlildir. İşdə olan ## ### 2026-cı il tarixli arayışdan görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərərfindən tələbkara ödənilməli olan 1540 manat pul tam olaraq ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutları qiymətləndirərək və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli icra sənədi üzrə qət edilmiş 1500 manat pulun ödənilməsini icra etmədiyi üçün İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmişdir. Birinci instansiya məhkəməsi işə baxdığı dövrdə borclunun hərəkətlərində inzibati xəta tərkibinin mövcudluğu barədə düzgün qənaətə gəlmiş, qərar çıxararkən işin həmin anki faktiki hallarına hüquqi qiymət vermişdir. Lakin apellyasiya instansiyası məhkəməsində işə yenidən baxılarkən müəyyən edilmişdir ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya şikayəti verdikdən sonra icra sənədi üzrə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. İş materiallarına əlavə edilmiş ## ### 2026-cı il tarixli rəsmi arayışdan açıq-aydın görünür ki, borclu tərəfindən tələbkar tərəfə ödənilməli olan qalıq borc da daxil olmaqla cəmi 1540 manat pul vəsaiti tam olaraq ödənilmiş və icra sənədinin tələbi tam icra olunmuşdur. Şəxs məhkəmə iclasında da çıxış edərək hazırda heç bir borcunun qalmadığını bəyan etmişdir. İXM-in 528-ci maddəsinin Qeyd hissəsinə əsasən, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılanadək icra sənədinin tələbini tam yerinə yetirdikdə, inzibati məsuliyyətdən azad olunur. Qanunvericinin bu normanı təsbit etməkdə əsas məqsədi inzibati tənbeh tətbiq etməkdən əlavə, məhkəmə qərarlarının real icrasının təmin olunmasını stimullaşdırmaqdır. Belə olan halda, borclunun məhkəmə qərarından irəli gələn pul tələbini apellyasiya məhkəməsinin qərarı çıxarılanadək tam ödəyərək icra etməsi faktı onun İXM-in 528-ci maddəsinin Qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad edilməsi üçün mütləq hüquqi əsas yaradır. İXM-in 53.1.10-ci maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, borclunun apellyasiya baxışı qərarı çıxarılanadək borcu tam ödədiyi sübuta yetirildiyi üçün Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528-ci maddəsinin Qeyd hissəsinə əsasən inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə inzibati xəta haqqında icraata xitam verilməlidir. Təhlil olunan işdən barəsində inzibati xəta haqqında icrat aparılan şəxsin məlum icra sənədini qərəzli olaraq qəsdən icra etməməsi təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayəti təmin olunmalı, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməliməlidir. NƏTİCƏVİ HİSSƏ İXM-in 135.1 və 135.1.5-1-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və İXM-in 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 528-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin . Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar