Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-247/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-146)-382/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim G.Quliyeva) “xxxx” MMC-nin icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin(bundan sonra mətndə İXM-in)) 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. . İŞİN HALLARI: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti «xxxx» MMC-nin icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 529.1-1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ##.##.2026-cı il tarixədək İXM-in 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından tutulması məqsədi ilə onun iş yerinə göndərilsə də işəgötürən tərəfindən inzibati cərimə əmək haqqından tutulmamışdır. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-146)-382/2026 nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı əsassızdır və ləğv edilməlidir, çünki X1 Xidməti tərəfindən vəzifəli şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol tamamilə qanunidir və əsaslıdır. Şikayətdə qeyd edilir ki, bundan əvvəl, # #### 2025-ci il tarixində "xxxx" MMC-nin direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində 1000 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir və həmin qərar qanuni qüvvəyə minmişdir. İXM-in 150-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi halda könüllü ödənilməməsi ilə bağlı tədbirlərin görülməsi məhz qərarı qəbul edən səlahiyyətli orqanın üzərinə düşür və həmin maddənin 150.1-ci bəndinə əsasən, cərimə ödənilmədikdə, onun əməkhaqqından tutulması üçün qərarın surəti inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi müəssisəyə göndərilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-də rəsmi işləməsi və əmək haqqı alması səbəbindən, X1 Xidməti tərəfindən ## ###### 2025-ci il tarixində şirkətin direktoruna xəbərdarlıq məktubu ünvanlanmışdır. Həmin məktubda 1000 manat cərimənin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından hər ay 40% tutulmaqla ödənilməsinin təmin edilməsi və tutulmaya başlanması barədə təsdiqedici sənədlərlə birlikdə 3 gün ərzində regional şöbəyə yazılı məlumat verilməsi tələb olunmuşdur. Lakin "xxxx" MMC-nin rəhbərliyi tərəfindən bu qanuni göstərişə əməl edilməmiş, cərimənin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və heç bir vəsait köçürülməmişdir. Məhz bu səbəbdən də vəzifəli şəxs barəsində # ###### 2026-cı il tarixində İXM-in 529.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətə əsasən, məhkəmənin öz qərarında qeyd etdiyi kimi, məhkəmə baxışında barəsində icraat aparılan şəxs tərəfindən cərimənin ödənilməsi onu məsuliyyətdən azad etmir, çünki xəta məhz qanunla müəyyən edilmiş müddətdə tələb olunan tədbirlərin görülməməsindədir – yəni xəbərdarlıq məktubunda göstərilən müddətdə əmək haqqından tutulmanın təmin edilməməsində və bu barədə müfəttişlik orqanına məlumat verilməməsindədir. Beləliklə, protokolun tərtib edildiyi tarixədək heç bir tədbir görülməmişdir, buna görə də protokol qanuni və əsaslıdır. Şikayətdə həmçinin qeyd olunur ki, İXM-in 38.1-ci maddəsinə əsasən, əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər və bu müddət iş üzrə pozulmamışdır. Bütün bu səbəblərdən şikayətçi hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin qərarı ləğv edilməli, vəzifəli şəxs barəsində tərtib edilmiş protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-146)-382/2026 məhkəməsinin qərarının ləğv edilməsini və şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikаyətin dəlillərini iş mаteriаllаrı ilə birlikdə araşdırıb, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə, şikayət qismən təmin edilməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır. Belə ki, ##.##.2026-cı il tarixli, MN seriyalı 2463453 №li inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2026-cı il tarixədək İXM-in 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından tutulması məqsədi ilə onun iş yerinə göndərilsə də işəgötürən tərəfindən inzibati cərimə əmək haqqından tutulmamışdır. ##.##.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, işəgötürən «xxxx» MMC işçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2023-cü il tarixdən müddətsiz olaraq direktor vəzifəsində işə götürmüşdür. Protokolu tərtib edən orqan tərəfindən «xxxx» MMC-yə ünvanlanmış *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından hər ay 50% olmaqla, 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədin 3 gün ərzində Xidmətin Mərkəzi Aran regional şöbəsinə təqdim etməsi üçün ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktub göndərilmiş, lakin tutulma həyata keçirilməmiş və ##.##.2026-cı il tarixdə protokol tərtib olunan zaman iştirak etməkləri məqsədi ilə dəvət edilmişdir. ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubdan görünür ki, «xxxx» MMC-yə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əmək haqqından hər ay 40% olmaqla, 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədin 3 gün ərzində Xidmətin Mərkəzi Aran regional şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. ##.##.2025-ci il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən görünür ki, işəgötürən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən X1 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin ##.##.2025-ci il tarixli *-**-*/*-*****/**** saylı icrası məcburi olan göstəriş yerinə yetirilmədiyinə görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə görə 30 gün müddətinə 1000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə araşdıraraq, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını yoxlayıb hesab edir ki, X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə yekun nəticəyə gəlsə də, bu nəticəni əsaslandırarkən maddi və prosessual hüquq normalarını ciddi şəkildə pozmuş, xitamın hüquqi əsasını səhv müəyyən etmişdir. Birinci instansiya məhkəməsi öz qərarında barəsində icraat aparılan şəxs tərəfindən cərimənin sonradan ödənilməsini əsas gətirərək, İXM) 529-cu maddəsinin "Qeyd" hissəsinə istinad etmiş və əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə icraata xitam vermişdir. Lakin qanunvericiliyin təhlili göstərir ki, İXM-in 529-cu maddəsinin "Qeyd" hissəsində müəyyən edilmiş həvəsləndirici norma — yəni cərimənin qanunla müəyyən edilmiş müddətdə ödənilməsinə görə məsuliyyətdən azad etmə halı — yalnız həmin maddənin özündə, yəni İXMin 529.1, 529.2 və 529.3-cü maddələrində nəzərdə tutulmuş xətaları törətmiş şəxslərə şamil olunur. Hazırkı iş üzrə isə "xxxx" MMC-nin icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati xəta haqqında protokol İXM-in 529.1-1-ci maddəsi ilə tərtib edilmişdir. İXM-in 529.1-1-ci maddəsi müstəqil sanksiyaya malik ayrıca bir norma olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli və hüquqi şəxslərin məsuliyyətini nəzərdə tutur və qanunverici bu maddə üzrə sonradan ödəməyə görə xitam verilməsini istisna etmişdir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin xətanın subyekt tərkibini və maddənin dispozisiyasını nəzərə almadan qeyd olunan normanı səhv təfsir etməsi qərarın ləğv edilməsi üçün mütləq əsasdır. Bununla belə, işə apellyasiya qaydasında baxan məhkəmə müəyyən edir ki, hərçənd birinci instansiya məhkəməsinin xitam üçün tətbiq etdiyi hüquqi əsas tamamilə yanlış olsa da, hazırkı iş üzrə icraata digər obyektiv və imperativ hüquqi əsasa görə mütləq qaydada xitam verilməlidir. Belə ki, İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsindən İXMin 38-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə müddətləri keçdikdə inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz, başlanılmış icraata isə mütləq qaydada xitam verilməlidir. İnzibati məsuliyyətə cəlb etmə müddətlərinin keçməsi işin hallarına mahiyyəti üzrə baxılmasına mane olan və şəxsin təqsirlilik məsələsi müzakirə edilmədən icraatın dayandırılmasını tələb edən imperativ hüquqi amildir. İş materiallarının araşdırılmasından görünür ki, səlahiyyətli orqan tərəfindən iddia edilən qanun pozuntusu —şərti cərimə tətbiq edilməsi barədə qərar qəbul edildiyi tarixdə, yəni 0# #### 2025-ci il tarixdə baş vermiş və başa çatmışdır. İXM-in 38.1-ci maddəsinə əsasən, ümumi qayda olaraq inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hərçənd apellyasiya şikayətində bu xətanın əmək qanunvericiliyinin pozulması ilə bağlı olduğu və bu səbəbdən 1 illik müddətin tətbiq edilməli olduğu iddia edilsə də, məhkəmə bu dəlillə razılaşmır. Belə ki, İXM-in 529.1-1-ci maddəsi əmək qanunvericiliyi əleyhinə olan xətalara deyil, İnzibati Qaydalar Əleyhinə olan Xətalar (Məcəllənin 32-ci fəsli) sisteminə daxildir və icraatın təmin edilməsi maraqlarını qoruyur. Sırf əmək münasibətlərindən qaynaqlanmayan və qərarın icrası ilə bağlı olan bu xəta üzrə qanunvericilikdə xüsusi (1 illik) müddət nəzərdə tutulmadığından, iş üzrə ümumi 4 aylıq məsuliyyətə cəlb etmə müddəti tətbiq edilməlidir. Beləliklə, xətanın törədildiyi iddia olunan tarixdən etibarən İXM-in 38.1-ci maddəsində müəyyən edilmiş dörd aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti ## ###### 2025-ci il tarixində tamamilə bitmişdir. Hazırkı apellyasiya baxışı tarixində isə qeyd olunan dörd aylıq müddət aşkar şəkildə keçmişdir. İnzibati tənbeh vermə müddətinin keçməsi isə şəxsin barəsində hər hansı bir tənbeh tədbirinin tətbiq edilməsini qəti olaraq istisna edir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsinin qərarı maddi hüquq normalarının səhv tətbiq edilməsi səbəbindən ləğv edilməli, şikayət qismən təmin olunmalı və iş üzrə yeni qərar çıxarılaraq, İXMin 38.1 və 53.1.2-ci maddələrinə əsasən (inzibati tənbeh vermə müddətinin keçməsi ilə əlaqədar) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birlikdə araşdıraraq, birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını yoxlayıb hesab edir ki, şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlsə də, xitamın əsası kimi əməldə inzibati xəta tərkibinin olmamasını göstərməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarının araşdırılması göstərir ki, hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir və bu hal icraata mütləq qaydada xitam verilməsini tələb edir. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri təkcə şəxsi cəzalandırmaq deyil, həm də inzibati xətanın qarşısını almaqdan və pozulmuş hüquqi asayişin bərpasından ibarətdir. İXM-in 3-cü maddəsinə görə, şəxs yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməl törətdikdə məsuliyyətə cəlb olunur. İXM-in 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İXM-in 133-134 və 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. “xxxx” MMC-nin icraçı direktoru Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-247/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-247/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver