Məhkəmə qərarları › İş №3(3-10)-248/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-248/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-248/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Balayev Əfqan İdrib oğlunun, protokol tərtib etmiş səlahiyyətli orqan Protokolu tərtib edən orqan-nin nümayəndəsi X10 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin 16 aprel 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-in direktoru Balayev Əfqan İdris oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Balakən Rayon Məhkəməsinin 16 aprel 2026-cı il tarixli, 3(5-112)-97/2026( sədrlik edən A.Cəfərova) nömrəli qərarı ilə hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İşin halları: Balakən Rayon X1 Bölməsinin İnzibati təcrübə üzrə inspektoru X10 tərəfindən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında ##.##.2026-cı il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında ##.##.2026-cı il tarixli İXP ******* nömrəli protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Balakən Rayon Polis Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “MERCEDES BENZ SPRİNTER xüsusi.təy.” markalı **AC*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2026-cı il tarixdə saat 07:07-də, ##.##.2026- cı il tarixdə saat 10:08-də, ##.##.2026-cı il tarixdə saat 10:02-də, ##.##.2026-cı il tarixdə saat 01:38-də, ##.##.2026-cı il tarixdə saat 04:39-da və ##.##.2026-cı il tarixdə saat 08:36-da inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində verməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC Balakən Rayon Məhkəməsinin 16 aprel 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayətini onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-112)- 97/2026 iş nömrəli qərarı qanunsuz və əsassızdır, həmin qərarla razılaşmadığı və qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələb olunur. Şikayətə əsasən, sorğu hüquqi qaydada təqdim edilməmişdir və bu barədə sübutlar yoxdur; “Poçt göndərişi” barədə xəbərnamə yalnız məktubun çatdırıldığını göstərir, lakin sorğunun məzmununun tam və düzgün təqdim olunduğunu sübut etmir, inzibati məsuliyyət üçün zəruri olan “təqsir” elementi isə formal şəkildə qəbul edilmişdir. Bildirilmişdir ki, tələb olunan məlumat elektron sistemdə mövcud olmuşdur, belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş izahatda açıq şəkildə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumat elektron informasiya sistemində mövcuddur; dövlət orqanları həmin məlumatı müstəqil şəkildə əldə etmək imkanına malik olduğu halda, əlavə yükün hüquqi şəxsə qoyulması qanunvericiliyin prinsiplərinə ziddir. Vurğulanmışdır ki, faktiki sürücü barədə məlumat təqdim edilmişdir – Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən Protokolu tərtib edən orqan-yə göndərilmiş məktubda nəqliyyat vasitəsinin sürücüsü kimi X2 göstərilmişdir, bu isə hüquqi şəxsin məlumatı gizlətmədiyini, əksinə məlumat təqdim edildiyini göstərir; məhkəmə yalnız texniki uyğunsuzluğu əsas götürmüşdür, lakin bu cür texniki uyğunsuzluq inzibati məsuliyyət üçün kifayət qədər əsas hesab edilə bilməz. Şikayətdə qeyd edilmişdir ki, İXM-in 12-ci maddəsinə əsasən inzibati məsuliyyət üçün təqsir (qəsd və ya ehtiyatsızlıq) zəruri elementdir, lakin hüquqi şəxs məlumat təqdim etməyə cəhd etmiş, məlumatın mövcudluğu gizlədilməmişdir və dövlət orqanı həmin məlumatı özü də əldə edə bilərdi; bu hallarda hüquqi şəxsin təqsirli hərəkətsizliyi sübuta yetirilməmişdir. Həmçinin bildirilmişdir ki, işin halları tam və obyektiv araşdırılmamışdır – məhkəmə elektron sistemdən məlumatın əldə olunma imkanını, təqdim olunmuş cavab məktubunu və texniki uyğunsuzluğun səbəblərini lazımi qaydada qiymətləndirməmişdir, bu isə İXM-in 84.1-ci maddəsinin tələblərinin pozulmasıdır. Şikayətdə vurğulanmışdır ki, məhkəmə yalnız inzibati orqanın təqdim etdiyi materiallara əsaslanmış, müdafiə tərəfinin arqumentlərinə hüquqi qiymət verməmişdir, bu isə tərəflərin bərabərliyi prinsipinin və ədalətli məhkəmə araşdırması hüququnun pozulması deməkdir. Odur ki, Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərarının ləğv edilməsini, ərizəsinin təmin edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi Balayev Əfqan İdrib oğlu çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş səlahiyyətli orqan Protokolu tərtib edən orqan-nin nümayəndəsi X10 çıxış edərək apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 16 aprel 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və uyğun olaraq apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin rəhbərliyinə ünvanlanan sorğulardan görünür ki, ##.##.2026-cı il tarixdə saat 07:07də, ##.##.2026-cı il tarixdə saat 10:08-də, ##.##.2026-cı il tarixdə saat 10:02-də, ##.##.2026cı il tarixdə saat 01:38-də, ##.##.2026-cı il tarixdə saat 04:39-da və ##.##.2026-cı il tarixdə saat 08:36-da Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin mülkiyyətində olan “MERCEDES BENZ SPRİNTER Xüsusi.Təy.” markalı **AC*** dövlət qeydiyyat nişanlı avtomaşını inzibati xətanın törədilməsi zamanı idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriyası, nömrəsi, əlaqə nömrəsi və yol vərəqəsi) Protokolu tərtib edən orqan-nin DYPB-nə verilməsi xahiş olunmuşdur. Sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İXM-in 347-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulduğu, eyni zamanda hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən azad etmədiyi qeyd edilmişdir. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC ## ###### 2026cı il tarixində Balakən Rayon Polis Şöbəsinin sorğusunu qəbul etmişdir. DİN X1 informasiya sistemindən çıxarışdan görünür ki, “MERCEDES BENZ SPRİNTER Xüsusi.Təy.” markalı **AC*** dövlət qeydiyyat nişanlı avtomaşın Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin mülkiyyətindədir Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin Protokolu tərtib edən orqan-yə ünvanladığı məktubdan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus “Mecedes Benz” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili sürücü X2 tərəfindən idarə olunur. ##.##.2026-cı il tarixdə Protokolu tərtib edən orqan tərəfindən yuxarıda qeyd edilən nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməməsi əsası ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində IXM-in 347.1-ci maddəsinə əsasən əsassız və qanunsuz inzibati protokol (İXP7916547) tərtib edilmişdir. Belə ki, qeyd edilən avtomobili idarə edən fiziki şəxs barədə məlumatlar elektron sistem vasitəsilə yerləşdirildiyindən həmin məlumatların onlayn formada əldə edilməsi mümkündür. Digər tərəfdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsinə dair Protokolu tərtib edən orqan tərəfindən hər hansı sorğu ünvanlanmamışdır. Mövcud qanunvericiliyin tələblərinə görə sənədin elektron qaydada əldə edilməsi mümkündürsə həmin sənəd tələb edilə bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus “Mecedes Benz” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobilinin sürücüsünə dair məlumatları göndərməklə müvafiq qərar qəbul edilməsi üçün göstəriş verilməsini xahiş etmişlər. portal.com.az informasiya sistemindən əldə olunan çıxarışdan görünür ki, X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun qeydiyyat tarixi ##.##.2026 14:01 olmaqla bitmə tarixi ##.##.2026 14:01 müəyyən edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iş materiallarını tədqiq edib və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğu qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, Balakən Rayon Polis Şöbəsinin X1i Bölməsi tərəfindən ## ###### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə rəsmi sorğular ünvanlanaraq, cəmiyyətin mülkiyyətində olan “MERCEDES BENZ SPRİNTER” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomaşının inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barədə məlumatların rəsmi qaydada təqdim olunması tələb edilmişdir. Həmin sorğunun Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən ## ###### 2026-cı il tarixində poçt vasitəsilə rəsmi olaraq qəbul edildiyi işdə olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamə ilə tam sübuta yetirilir. Bu səbəbdən şikayətçinin sorğunun hüquqi qaydada təqdim olunmaması və məzmunun qeyrimüəyyənliyi barədə dəlilləri tamamilə əsassızdır və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. İXM-in 347-ci maddəsinin tələbinə görə, mülkiyyətində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı xüsusi texniki vasitələrin köməyi ilə foto və ya videoçəkiliş rejimində inzibati xətanın törədilməsinə görə sorğu verilmiş hüquqi şəxs həmin sorğunu aldığı vaxtdan 5 gün müddətində nəqliyyat vasitəsini xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barədə məlumatı verməlidir. Bu norma mülkiyyətçi olan hüquqi şəxs üzərinə birbaşa və imperativ (məcburi) vəzifə qoyur. Hüquqi şəxs bu məlumatı səlahiyyətli orqana yazılı və ya qanunla müəyyən edilmiş qaydada rəsmi təqdim etməlidir. İş materiallarından isə aydın olur ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC qanunla müəyyən edilmiş 5 günlük müddət ərzində Protokolu tərtib edən orqan-nə hər hansı məlumat təqdim etməmiş, yalnız ## #### 2026-cı il tarixdə (yəni qanuni müddət bitdikdən və barəsində protokol tərtib olunduqdan sonra) cavab məktubu göndərmişdir. Şikayətçinin "sürücü barədə məlumatlar elektron sistemdə (portal.com.az) mövcud olduğu üçün dövlət orqanı bu məlumatı özü əldə etməli idi" barədə arqumenti qanunvericiliyin səhv təfsir edilməsinə əsaslanır. İş üzrə portal.com.az informasiya sistemindən əldə olunan çıxarışdan görünür ki, sürücü X2 həmin nəqliyyat vasitəsini idarə etmək hüququnun qeydiyyat tarixi ##.##.2026-cı il saat 14:01-dir. Halbuki Protokolu tərtib edən orqan-nin sorğuları həmin tarixdə daha erkən saatlarda (saat 07:07, 10:02, 10:08 və s.) göndərilmişdir. Ən əsası isə, avtomobili idarə etmək hüququ olan şəxslərin elektron sistemdə qeydiyyatının olması, həmin nəqliyyat vasitəsinin konkret xətanın törədildiyi anda məhz həmin şəxs tərəfindən idarə olunduğunu avtomatik olaraq sübut etmir. Səlahiyyətli orqanın sorğusunun məqsədi ümumi idarəetmə hüququ olan şəxsi deyil, məhz xəta törədilən anda sükan arxasında olan konkret fiziki şəxs barədə rəsmi bəyanatın hüquqi şəxs tərəfindən verilməsini təmin etməkdir. Bu səbəbdən elektron sistemdə məlumatın olması hüquqi şəxsi İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş birbaşa məlumat vermə vəzifəsindən azad etmir. Eyni zamanda, şikayətçi tərəfindən təqdim olunan cavab məktubunda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı "**-BC-***" kimi göstərildiyi halda, klinikanın mülkiyyətində olan və xəta törədən real avtomobilin nişanı "**-AC-***"-dür. Bu cür qeyri-dəqiq və texniki uyğunsuzluq ehtiva edən məlumatın qanuni müddətdən gec təqdim edilməsi hüquqi şəxsin qanun qarşısındakı vəzifəsini icra etməsi kimi qiymətləndirilə bilməz. Hüquqi şəxs sorğuya vaxtında və dürüst cavab verməməklə inzibati xətanı törətmiş şəxsin məsuliyyətə cəlb olunması prosesini ləngitmiş və ya qeyri-mümkün etmişdir ki, bu da İXM-in 347-ci maddəsi ilə birbaşa inzibati məsuliyyət yaradır. İXM-in 12-ci maddəsinə əsasən, inzibati xətanın törədilməsində hüquqi şəxsin təqsiri müəyyən edilərkən onun tərəfindən qanunvericiliklə nəzərdə calculus olunmuş qaydalara və normalara riayət edilməsi üçün bütün imkanların mövcud olduğu, lakin bu normalara riayət olunması üçün ondan asılı olan bütün tədbirlərin görülmədiyi hallar əsas götürülür. Hazırkı işdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin qanunla müəyyən edilmiş 5 günlük müddətdə sorğuya düzgün və rəsmi cavab vermək üçün hər bir real imkanı olduğu halda, qəsdən və ya ehtiyatsızlıqdan hərəkətsizlik nümayiş etdirərək qanunun tələbini pozmuşdur. Bu isə hüquqi şəxsin inzibati xətada təqsirli olduğunu tam sübut edir. Beləliklə, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları İXMin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq daxili inamı ilə, hərtərəfli və obyektiv qiymətləndirmiş, hüquqi şəxs barəsində qanuni cərimə tənbehi tətbiq etmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qənaətini şübhə altına almağa əsas vermədiyi üçün şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ##### 2026cı il tarixli qərarı qüvvədə saxlanılmalıdır. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 16 aprel 2026-cı il tarixli, 3(5-112)-97/2026 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 16 aprel 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar