Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-250/2026 15.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, protokol tərtib edən orqanın nümayəndəsi Oğuz Rayon Polis Şöbəsinin YYÇPITQnın inspektoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) ## ##### 2026-cı il tarixli *(*- ***)-**/**** nömrəli qərarı ilə, ##.##.1999-cu il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati, məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi ******* Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edillməsi qərara alınmışdır. işin halları: Oğuz rayon Xaçmaz kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 02:00 radələrində Oğuz rayonu Xaçmaz kəndində Tural Hacıyevin istifadəsində olan çayxanada dövri 1 manat olmaqla nərd oynaması, bununla da qumar oyunlarında iştirak etməsi faktı üzrə inzibati icraat başlanılmaqla Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən onun barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Protokolu tərtib edən orqan-nin ITB-nin YYÇPITQ-nin inspektoru, R X2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, polis əməkdaşı Murad Yarəhmədov ##.##.2025-ci il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində yerləşən Tural Hacıyevin istifadəsində olan çayxanaya baxış keçirən zaman gecə saat 02:00 radələrində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X5 dövri 1 manat olmaqla nərd oynayaraq qumar oyununda iştirak etdiyini aşkar etmişdir. ## #### 2026-cı il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və toplanmış material üzrə ## ##### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X5 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə müvafiq protokollar tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Nofər Şöyübov və digər dostu ilə kafedə yemək yeyib spirtli içki qəbul etmiş və sonra çayxanaya gəlib nərd oynamışdır. Gecə saat 01:00 radələrində 1 nəfər polis əməkdaşı və 1 nəfər mülki şəxs onlar olan çayxanaya daxil olmuş, onlara qumar oynadıqlarını bildirmiş, onlar isə uduzanın çayın pulunu verməsi müqabilində nərd oynadıqlarını bildirmişlər. Polis əməkdaşları içəri daxil olarkən onlar atıq nərdi oynayıb qurtarmışlar və ortada pul olmamışdır. Polis əməkdaşı onlara bu cür izahat yazmalarını, onları buraxacaqlarını bildirmişdir. O, əməlindən səmimi peşman olmuşdur və barəsində inzibati cərimədən fərqli inzibati tənbehin tətbiq edilməsini istəmişdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş etmişdir. Iş üzrə yuxarıda qeyd edilmiş qərar qəbul edilmişdir. Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayət vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsinin (sədrlik edən E.Məmmədli) ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin sözügedən qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi öz qanunsuz və əsassız qərarında qeyd etmişdir ki, “Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barədə tərtib olunmuş inzibati protokol hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməli inzibati xəta haqqında protokolla, ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həm polis şöbəsində verdiyi izahatda, həm də məhkəmə iclasında verdiyi izahatda törətdiyi inzibati xətanı etiraf etmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi tamamilə yanlışdır. Belə ki, birinci instansiya məhkəməsinin onun Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyilə bağlı gəldiyi nəticə tamamilə əsassızdır. Ona görə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirə bilməmişdir. Ilk öncə o, istər polis şöbəsində istərsə də məhkəmə iclasında verdiyi izahatlarında hər hansı inzibati xətanı törətməyini etiraf etməmişdir. Belə ki, o, qumar oynamamışdır. ##.##.2026-cı il tarixdə Nofər Şöyübov və digər dostu ilə kafedə yemək yeyib spirtli içki qəbul etmiş və sonra çayxanaya gəlib nərd oynamışlar. Gecə saat 01:00 radələrində 1 nəfər polis əməkdaşı və 1 nəfər mülki şəxs onlar olan çayxanaya daxil olmuş, polis əməkdaşlarının biri stolun üstünə pul ataraq onların qumar oynadıqlarını bildirmişlər və həmin vaxtı videogörüntü çəkmişlər. Polis əməkdaşı onlara təzyiq və təsir göstərərək fərqli izahat yazmalarını, onları buraxacaqlarını bildirmişlər. Yuxarıda da qeyd edildiyi kimi işə baxan birinci instansiya məhkəməsi hazırkı qanunsuz və əsassız qərarı qəbul edərkən ## #### 2026-cı il tarixli MK-*/*** nömrəli material üzrə Protokolu tərtib edən orqan-nin TB-nin təhqiqatçısı, R X1 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülərə istinad etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin sübutlara istinad edərkən ilk öncə həmin sübutların qanunauyğun olaraq əldə edilib-edilməməsini araşdırmalıdır. Belə ki, IXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Ilk öncə Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixdə lentə alınmış video görüntülərə hüquqi qiymət verilməlidir. Ilk öncə müəyyən edilməlidir ki, polis əməkdaşlarının onların oturduqları çayxanaya daxil olaraq videogörüntü lentə almağa hüquqi əsasları olmuşdurmu? Iş materiallarında olan ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, onları cinayət törətmələri ehtimalı ilə qanunsuz olaraq polis şöbəsinə aparmışlar və barələrində ## #### 2026-cı il tarixli MK-*/*** nömrəli material üzrə icraat başlanılmış və qanunsuz olaraq təyziq və təsir altında izahatları alınmışdır. Qumar oyununun cinayət olub-olmamasının müəyyən edilməsi üçün ilk öncə Cinayət Məcəlləsinə nəzər salınmalıdır. Həmin Məcəlləyə nəzər saldıqda görünür ki, Qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Deməli polisə həmin çayxanada qumar oynanılması barədə məlumat daxil olubsa onda həmin qumar oynama nəticəsində cinayətin törədilməsi ehtimalı varsa onda qumar oynayan şəxslər deyil qumar oyununu təşkil edən, keçirən, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edən və ya saxlayan şəxs cinayət törətmiş olur. Belə olan halda əgər polis tərəfindən çayxanada qumar oynanılması aşkar edilirsə onda qumar oynayan şəxslər deyil çayxananın sahibi və ya işlədən şəxs məsuliyyət daşıyır və buna görə də həmin vaxt onlar deyil çayxananın sahibi polis orqanına dəvət edilməli və onun əməlində CM-nin 244-1-ci maddəsinin tərkibinin olub-olmaması araşdırılmalı idi. Lakin iş materiallarında olan ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, çayxananın sahibi deyil, onlar polis şöbəsinə aparılmışlar. Buradan aydın şəkildə görünür ki, bu çayxananın sahibi ilə polisin saxta qumar oynama görüntüsü vermək üçün saxta düzüb qoşmasıdır. Göründüyü kimi polis əməkdaşlarının çayxanaya daxil olaraq həmin videogörüntünü çəkmələri üçün heç bir hüquqi əsas olmamış və həmin videogörüntülər qanunsuz olaraq çəkilmişdir. Bundan sonra polis əməkdaşlarının qanunsuz olaraq heç bir cinayət işi başlanılmadığı halda, onların təqsirləndirilən və ya şübhəli şəxs qismində cəlb edilmədikləri halda qanunsuz olaraq onjların azadlıqlarını məhdudlaşdıraraq polis şöbəsinə aparmaları və orada uzun zaman ərzində onların azadlıqlarını məhdudlaşdıraraq qanunsuz olaraq təyziq və təsir altında izahatları alınmışdır. Onlar gecə saat 02:00 radələrində polis şöbəsinə aparılmaları və qanunsuz olaraq uzun zaman ərzində orada saxlanılmaları təyziq və təsir altında həmin izahatı vermələrini tam təsdiq edir. Çünki, onlara təyqiz və təsir göstərilməsəydi könüllü şəkildə heç kim gecə saat 02:00-da polis şöbəsinə getməyə razı olmazdı. CPM-yə nəzər saldıqda görürük ki, törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlara baxılması qaydası CPM-nin 207-ci maddəsinə nəzərdə tutulmuşdur. Belə ki, CPM-nin 207.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq; 207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq; 207.1.3. törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək. Lakin ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən törədilən və ya hazırlanan cinayət haqqında hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən məlumatın daxil olması barədə qeyd mövcud deyil. Həmçinin 208-ci maddəsində törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların cinayət təqibi orqanı tərəfindən bilavasitə aşkar edilməsi qaydası müəyyən edilmişdir. Belə ki, CPM-nin 208.0-ci maddəsinə əsasən Törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi cinayət işinin başlanmasına aşağıdakı hallarda səbəb olur: 208.0.1. təhqiqatçı, müstəntiq və ya prokuror cinayətin törədilməsini göstərən halları, yaxud cinayətin törədilməsindən dərhal sonra onun izlərini və nəticələrini aşkar etdikdə; 208.0.2. təhqiqatçı cinayət haqqında məlumatı təhqiqat orqanının əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşlarından və ya bu Məcəllənin 86-cı maddəsinə müvafiq olaraq digər cinayətin təhqiqatı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda; 208.0.3. müstəntiq cinayət haqqında məlumatı bu Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq digər cinayətin istintaqı zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda; 208.0.4. prokuror cinayət haqqında məlumatı bu Məcəllənin 84-cü maddəsinə müvafiq olaraq digər cinayətin ibtidai araşdırması və ya məhkəmə icraatı zamanı, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda; 208.0.5. məhkəmə cinayət haqqında məlumatı ədalət mühakiməsinin hər hansı icraatı üzrə həyata keçirilməsi zamanı öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda. Lakin ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, polis əməkşdaşlarının həmin çayxanaya daxil olmaq və videoçəkiliş aparmaları yəni hər hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçriilməsi üçün hər hansı əsaslar mövcud olmamışdır. Belə ki, Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin III bəndinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 1) məhkəmənin (hakimin) qərarları; 2) istintaq orqanlarının qərarları; 3) əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları. IV. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə məhkəmənin (hakimin), istintaq orqanının və ya əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektinin qərarı yalnız aşağıdakı hallarda qəbul oluna bilər: 1) başlanmış cinayət işi mövcud olduqda: 3) cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda; 4) dövlət təhlükəsizliyinə və ya müdafiə qabiliyyətinə təhlükə yaradan hadisə baş verdikdə, yaxud onun qarşısı alındıqda; 5) şəxs məhkəmə, istintaq və ya təhqiqat orqanlarından gizləndikdə, cəza çəkməkdən boyun qaçırdıqda, yaxud itkin düşdükdə; 6) naməlum meyit aşkar edildikdə. Lakin ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan RespublikasıQanunun 11-ci maddəsinin III bəndində qeyd edilmiş hər hansı qərarın mövcud olması qeyd edilməmişdir. Göründüyü kimi ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda CPM-nin 208-ci maddəsində qeyd edilmiş əsaslardan hər hansı biri mövcud deyil. Qeyd edilənlərdən də göründüyü kimi ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı polis əməkdaşlarının öz vəzifə səlahiyyətlərini kobud şəkildə aşaraq Azərbaycan Respublikası CPM-ni və Əməliyyataxtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununu kobud şəkildə pozmaları ilə aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş qanunsuz və əsassız qərardır və buna görə də həmin qərar və Azərbaycan Respublikası CPM-ni və Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununu kobud şəkildə pozmaları ilə lentə alınmış videogörüntü sübut kimi qəbul edilə bilməz və həmin sübutlar sübutlar siyahısından çıxarılmalıdırlar. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 48ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. IXM-in 135.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Ona görə də, hesab edir ki, birinci instanisiya məhəməsinin iş üzrə gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmədiyindən, qanuna zidd olaraq əldə edilmiş saxta sübutlar əsasında qəbul edildiyindən Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. IXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. IXM-nin 130.1-ci qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilərək Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Proses iştirakçısının dəlilləri: Apellyasiya Məhkəməsinin iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirdi ki, onlar mart ayının 24-ü bir yerdə işləyib axşam kafeyə gedib yemək yemişlər. Daha sonra çay içmək üçün çayxanaya getmişlər. Çay içən zaman bayıra çıxmış və geri qayıdan zaman iki nəfər polis əməkdaşının gəldiyini görmüşdür. Onunla birlikdə olan şəxsin cibində pul görsəndiyi üçün polis əməkdaşları gəlib pulu çıxarıb stolun üstünə qoymuşlar və çəkiliş edərək qumar oynanıldığını bildirmişlər. Halbuki, ortada heç nə yox idi. Polis əməkdaşları onlardan nə etdiklərini soruşduqda onlar çay içərək nərd oynadıqlarını bildirmişlər. Stolda pul olmamışdır. Verilən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları onları polis şöbəsinə apararaq onlara imza etmələrini və bundan sonra evlərinə göndərəcəklərini bildirmişlər. Həmin gün çoxlu spirtli içki qəbul etdiyi və birinci dəfə polis şöbəsinə düşdüyü üçün polis əməkdaşlarının sözlərinə inanaraq imza etmişdir. Polis əməkdaşları gələn zaman nərd oynasalar da pul müqabilində oynamamışlar. Onlar nərd oynayıb qurtarandan sonra bayıra çıxmış qayıdanda polis əməkdaşlarının gəldiyini görmüşdür. Onunla nərd oynayan şəxs içkili olduğu üçün pulu cibinə tam qoya bilməmişdir. Çayxanada nərd, domino vardır. Çayxanada çayın qiyməti 50 qəpik, bir manat olmalıdır. Onların yanında Elşən və Tural adlı şəxslər olmuşdur, həmin şəxslər nərd oynamamışlar. Oğuz Rayon Polis Şöbəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından Oğuz Rayon Məhkəməsinə şikayət etmişlər, həmin şikayətə baxılanadək işin təxirə salınmasını, yaxud da Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*- ***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş edir. Apellyasiya məhkəməsində iştirak edən protokol tərtib edən orqanın nümayəndəsi, Protokolu tərtib edən orqan-nin YYÇPITQ-nin inspektoru, X2 izahat verərək bildirdi ki, Protokolu tərtib edən orqan-nin Təhqiqat Bölməsi tərəfindən qəbul edilmiş qərar əsasında inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, barəsində inzibati xəta haqqındea iş üzrə qərar qəbul edimiş şəxsin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qəbul edilmiş qərardan Oğuz Rayon Məhkəməsinə şikayət etməsi barədə məlumatı yoxdur. Təhqiqat bölməsində qəbul edilmiş qərardan və həmin şəxslərin izahatlarından görünür ki, həmin şəxslər bir manatlıq çay müqabilində qumar oynamışlar. Həmin şəxslərin əməlləri onların izahatları ilə bərabər videoçəkiliş ilə də təsdiq edilmiş, videoçəkiliş olan disk iş materiallarına əlavə edilmişdir. Həmin videçəkilişdə həmin şəxslərin tutulması öz əksini tapsa da qumar oynanılması öz əksini tapmamışdır. Həmin vaxt orada olmamış, sadəcə olaraq verilmiş qərar əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir, işin mahiyyəti barədə məlumatı yoxdur. Həmin şəxslərin izahatları Oğuz Rayon Polis Şöbəsinin təhqiqat bölməsində alınmışdır, o, özü izahat almamışdır. Onun funksiyası sadəcə olaraq verilmiş qərar əsasında inzibati icraat işi açaraq inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərməkdən ibarət olmuşdur. Çayxanada olan digər şəxslərin dindirilməsi və hadisəni təsdiq edibetməmələri barədə məlumatı yoxdur. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.1-ci maddəsinə görə, hakimin inzibati xəta haqqında iş üzrə qərarından şikayət və ya protest apellyasiya instansiyası məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilməlidir. Iş materiallarına əlavə edilmiş Protokolu tərtib edən orqan-nin ITB-nin YYÇPITQ-nin inspektoru, R Kənan Quliyev tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Oğuz rayonu, Xaçmaz kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində yerləşən Tural Hacıyevin istifadəsində olan çayxanada dövri 1 manat olmaqla nərd oynayaraq qumar oyununda iştirak etmişdir. Iş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli MK-*/*** nömrəli material üzrə Protokolu tərtib edən orqan-nin TB-nin təhqiqatçısı, R X1 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işi başlanması rədd edilmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X6 barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 525ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-in ITB-nə və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Oğuz rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. Işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hakimi IXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə göstərəcək dərəcədə pozmuşdur. Belə ki, iş materiallarında olan Protokolu tərtib edən orqan-nin PPXB-nin müavini, R Murad Yarəhmədov tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli raportdan görünür ki, xidmətdə olduğu zaman, saat 02.15-də Oğuz rayon Xaçmaz kəndi ərazisində yerləşən kafedə 3 nəfər şəxsin qumar oynadığını aşkar edərək Protokolu tərtib edən orqan-nə gətirdiklərini göstərmişdir. Həmçinin verdiyi izahatda həmin vaxt kafenin açıq olmasını görüb, oraya daxil olan zaman Xaçmaz kənd sakinləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Nofəl Şöyübovun kafedə nərd oynamasını aşkar etdiyini bildirmişdir. Halbuki, apellyasiya məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən polis əməkdaşlarının qeyd edilən kafeyə daxil olduqları vaxt Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə Nofəl Şöyübovun nərd oynadıqları müəyyən edilməmiş, oyun ləvazimatı olan nərd aşkar edilməmiş, yalnız Nofəl Şöyübovun şalvarının cibində olan 20 manat pul əskinası polis əməkdaşı tərəfindən aşkar edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokola görə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çayxanada dövrü 1 manat olmaqla nərd oynayaraq qumar oyununda iştirak etməkdə təqsirli bilinsə də, videogörüntüdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilə masada oturan digər şəxslərin qarşısında nə oyun ləvazimatı olan nərd, nə pul əskinasları (20 manat pulun Nofəl Şöyübovun şalvarının arxa cibində olduğu görünür), nə də çayın olduğu aşkar edilməmişdir. X3 Oğuz rayon polis şöbəsinə verdiyi izahatdan müəyyən olunmuşdur ki, Türkel və Nofəllə kafelərin birində spirtli içki qəbul etdikdən sonra hər üçü pul qarşılığında nərd oynamaq qərarına gəlmişlər. Özünün çayxanada iş gördüyünü, Türkel və Nofəlin isə tası (dövrü) 1 manat olmaqla nərd oynadıqlarını göstərmişdir. Lakin, həmin izahatdan qumar oyununa görə uduşun olub-olmaması, bununla da ona çay pulunun verilib-verilməməsi müəyyən edilməmiş, ümumiyyətlə aparılmış araşdırma zamanı həmin xüsusat müəyyən edilməmişdir. Halbuki, video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilən zaman polis əməkdaşlarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X6 olduqları çayxanaya daxil olduqdan sonra polis əməkdaşının qumar oyununda iştirak nəticəsində əldə edilməsi iddia edilən pul vəsaitini X6 şalvarının cibindən çıxarıldığı aşkar edilsə də, həmin pulun məhz qumar oyununda əldə edilib-edilməməsi də müəyyənləşdirilməmişdir. Belə ki, inzibati xəta haqqında protokola görə oyunun dövrü 1 manat olmaqla oynanıldığı halda aşkar edilmiş 20 manat pulun məhz qumar oyununda əldə edilməsi aydınlaşdırılmamış, həmin pul vəsaitinin qumar oyunu nəticəsində əldə edilməsinə şübhələr yarandığı halda müvafiq qaydada götürülməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Maddənin məzmunundan da göründüyü kimi, qanunvericilik sözügedən inzibati xətaya görə oyun ləvazimatının, habelə qumara qoyulmuş pul vəsaitlərinin və ya digər əmlakın, qazanılmış uduşun, mükafat və ya digər gəlirin müsadirə edilməsini də nəzərdə tutmuşdur. Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs IXM-in 525-ci maddəsilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən qumar oyununda istifadə edilmiş oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müəyyən edilməmiş, maddi sübut kimi tanınaraq müvafiq qaydada götürülməsi təmin edilməmişdir. Iş materiallarına əlavə edilmiş Oğuz Rayon Polis Şöbəsinin Təhqiqat bölməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda qumar oyununda istifadə edilmiş oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitlərinin götürülüb-götürülməməsi, maddi sübut kimi tanınıbtanınmaması məsləsinə heç bir aydınlıq gətirilməmiş, ümumiyyətlə qeyd edilən məsələlərə heç bir hüquqi qiymət verilməmişdir. Halbuki, IXM-in 77.1-ci maddəsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. 77.2. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. 77.3. Icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən qeyd edilən məsələlərlə bağlı bütün faktiki halları tam araşdırmadan qərar qəbul etmişdir. IXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. IXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qismən əsaslı olduğuna görə bu həddə təmin edilməli, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və IXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-250/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-250/2026
15.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver