Məhkəmə qərarları › İş №3(3-10)-251/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-251/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-251/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru Xaliq Göyüşov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim ) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 247.2-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmiş və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsi tərəfindən İXMion 244.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin halları: Hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsi tərəfindən İXM-in 244.2-ci və 247.2-ci maddələri ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Oğuz rayonu Kərimli kəndində xxxx” MMC tərəfindən xüsusi mülkiyyətində olan 11,0117 ha (bir parseldə yerləşən 9 sənəd üzrə) kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsinin qazılaraq üst münbit qatının korlanması və məqsədli təyinatdan kənar istifadə edilməsi faktına görə İXM-in 244.2-ci və 247.2-ci maddələrinin tələbləri pozulmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin nümayəndəsi İmamaliyev Asim Əzim oğlu birinci instasniya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Oğuz rayonu Kərimli kəndində ##.##.2026-cı il tarixdə monitorinq keçirilən zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən xüsusi mülkiyyətində olan 11,0117 hektar kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsinin qazılaraq üst münbit qatının korlanması və məqsədli təyinatdan kənar istifadə edilməsi faktı aşkar olunmuşdur. Həmin faktlar əsasında araşdırma aparılmış və toplanmış material üzrə hüquqi şəxs “xxxx” MMC barəsində İXM-in 244.2-ci və 247.2-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Hüquqi şəxsin direktoru X3 ##.##.2026 tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərdiyi ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 244.2-ci və 247.2-ci maddələri ilə MN № ******* nömrəli, ## #### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün icraata verilmişdir. Məhkəmənin baxış iclası ##.##.2026-cı il tarixinə saaat 14:15-ə təyin edilmişdir. Nümayəndələrinin ##.##.2026-cı il tarixində Bakı Kommersiya Məhkəməsində e-2-2(113)- 8132/2025 (hakim X4) saylı işdə iştirak etməsi səbəbi ilə təyin edilmiş iclasda iştirak edə bilmir. İştirakları olmadan işə baxılmasını xahiş edirlər. İnzibati xəta haqqında iş üzrə materiallarla ətraflı tanışlıq nəticəsində müəyyən edilmişdir ki, inzibati orqan tərəfindən iş üzrə faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutların toplanması və qiymətləndirilməsi zamanı qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş, həmçinin inzibati xəta haqqında iş üzrə icraatın əsas prinsipləri gözlənilməmişdir. Təqdim edilmiş inzibati xəta haqqında iş üzrə material aşağıdakı hüquqi və faktiki əsaslara görə əsassız və qanunsuz hesab edilməlidir: 1. İnzibati xəta hadisəsinin sübut olunmaması və ekspertiza rəyinin olmaması: İnzibati orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin guya 11.0117 hektar torpaq sahəsində münbit qatın korlanmasına yol verməsi iddia edilmişdir. Lakin, bu iddia yalnız ümumi və mücərrəd mülahizələrə əsaslanır və heç bir obyektiv sübutla təsdiq olunmur. Belə ki: · Torpaq sahəsinin əvvəlki və mövcud vəziyyətini müqayisə edən aqrokimyəvi, torpaqşünaslıq və ya ekoloji ekspertiza rəyi mövcud deyil; · Münbit qatın korlanması faktı elmi metodlarla (laborator analizlər, torpaq kəsiklərinin tədqiqi və s.) müəyyən edilməmişdir; · İddia olunan hüquq pozuntusu nəticəsində dövlətə və ya ətraf mühitə dəymiş zərərin məbləği hesablanmamışdır. Qeyd edilməlidir ki, bu kateqoriyadan olan işlərdə “münbit qatın korlanması” faktı yalnız müvafiq ixtisaslaşmış ekspertiza ilə müəyyən edilə bilər. Belə sübutlar olmadıqda inzibati xəta hadisəsinin mövcudluğu hüquqi cəhətdən təsdiq olunmuş hesab edilə bilməz. 2. Müdafiə hüququnun kobud şəkildə pozulması: İnzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş müdafiə hüququ təmin edilməmişdir. Belə ki: · Cəmiyyətə hər hansı baxış və ya araşdırma aparılması barədə əvvəlcədən rəsmi məlumat verilməmişdir; MMC-nin qanuni nümayəndəsinin iştirakı təmin edilməmişdir; Protokol nümayəndənin iştirakı olmadan tərtib edilmişdir. Eyni zamanda protokolda göstərilmişdir ki, direktor “ərazidə olmadığından protokolu imzalamaq mümkün olmamışdır”. Bu ifadə hüquqi baxımdan yolverilməzdir. Çünki: Şəxs icraatda iştirak etmədiyi halda onun imtinası və ya imzadan yayınması barədə qeyd aparıla bilməz; · Bu cür qeyd inzibati orqanın prosessual tələbləri formal şəkildə “yerinə yetirilmiş kimi göstərmək” cəhdindən xəbər verir. Bu hallar inzibati xəta haqqında iş üzrə icraatın qanuniliyini və obyektivliyini ciddi şəkildə şübhə altına alır. 3. Aktın birtərəfli və qeyrimötəbər sübut kimi tərtib edilməsi: İş materiallarına əlavə edilmiş ## #### 2026-cı il tarixli "Akt" yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları və Kərimli kənd bələdiyyəsinin nümayəndəsi tərəfindən, yəni eyni maraqları bölüşən tərəflərin iştirakı ilə tərtib edilmişdir. Mülkiyyətçi olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsi bu monitorinqə cəlb edilməmişdir. Həmçinin, aktı tərtib edən şəxslərin torpağın deqradasiyasını, münbit qatının korlanmasını qiymətləndirə biləcək müvafiq ekolojilaborator səlahiyyətləri və ixtisasları mövcud deyil. Bu baxımdan həmin Akt mötəbər sübut qismində qəbul edilə bilməz. 4. Vəzifə səlahiyyətlərinin aşılması və məhkəməyə müraciətdən təsir/təzyiq vasitəsi kimi istifadə edilməsi: İnzibati orqan əlavə etdiyi, hansı tarixə aid olması, miqyası, ərazinin məhz MMC-yə aid 11.0117 hektar sahənin hüdudlarında olub-olmaması texniki baxımdan rəsmi şəkildə təsdiqlənməyən və əlaqəsi olmayan foto şəkillərə əsasən qanunsuz nəticə çıxarmışdır. Yalnız vizual baxışa əsaslanaraq, dəqiq topoqrafik ölçmələr aparılmadan hüquqi şəxsi məsuliyyətə cəlb etmək qanunun aliliyi prinsipinə ziddir. Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi Şöbəsinin bu cür tələsik, ekspertizasız, birtərəfli tərtib etdiyi protokol qanunauyğun araşdırma məqsədi daşımır. Əksinə, qurum öz qanuni vəzifə səlahiyyətlərini aşaraq, həm ekoloqların, həm də mütəxəssislərin funksiyasını qeyri-qanuni olaraq öz üzərinə götürmüşdür. İnzibati orqan heç bir hüquqi əsası olmayan, sübutsuz işi məhkəməyə göndərməklə, Məhkəmə instansiyasından Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə qarşı təsir və təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Yalnız vizual baxışa əsaslanaraq, dəqiq topoqrafik ölçmələr aparılmadan şəxsi inzibati məsuliyyətə cəlb etmək qanunun aliliyi prinsipinə ziddir. 5. Ədalətlilik və obyektivlik prinsiplərinin pozulması. Yuxarıda sadalanan hallar onu göstərir ki, iş üzrə faktiki hallar müəyyən edilməmiş, sübutlar toplanmamış və qiymətləndirilməmiş, inzibati xəta haqqında iş üzrə icraat formal xarakter daşımışdır. Protokolun məcburi rekvizitlərinin tam göstərilməməsi İXM-in 99.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda, digər məlumatlarla yanaşı, aşağıdakı məcburi rekvizitlər mütləq göstərilməlidir: – inzibati xəta hadisəsinin dəqiq vaxtı və yeri; – barəsində protokol tərtib edilən şəxsin kimliyi, vəzifəsi, hüquqi şəxsdirsə, hüquqi şəxsin adı və rekvizitləri; – inzibati xətanın mahiyyəti, konkret hərəkət və hərəkətsizliyinin təsviri; – şahidlərin, zərərçəkmişlərin məlumatları (olduğu halda); – maddi zərərin miqdarı və s. Protokolda: – Xəta hadisəsinin dəqiq vaxtı və yeri aydın, birmənalı göstərilməmiş, yalnız ümumi ifadələrdən istifadə olunmuşdur. Nə konkret gün, nə saat, nə də pozuntunun baş verdiyi yer qeyd edilib; – Protokolda hüquqi şəxsin rekvizitləri natamam göstərilmiş, müəssisənin VÖEN-i, bank rekvizitləri və digər identifikasiya məlumatları tam əksini tapmamışdır; – Xəta kimi göstərilən hərəkət yalnız ümumi, qənaət xarakterli formulalarla ifadə olunmuş, hansı konkret qanun tələbinin pozulması nəticəsində nə qədər ziyan dəydiyi yazılmamışdır; – Şahidlər üçün nəzərdə tutulan qrafalar tamamilə boşdur. Yəni nə şahidlərin adları, nə ünvanları, nə də izahatları protokola daxil edilib. Halbuki protokolda guya müəyyən şəxslərin hüquqlarının pozulmasından bəhs edilir; – Protokola əlavə olunmuş sənədlərin (yoxlama aktı, izahatlar, cədvəllər və s.) dəqiq siyahısı göstərilməmiş, “əlavə olunmuş sənədlər” hissəsi boş qoyulmuşdur və oxunmayan qeydlərlə məhdudlaşmışdır. Maddi məsuliyyətin məbləğinin və hesablanma qaydasının göstərilməməsi İXM-in 192.4-cü maddəsi hüquqi şəxs barəsində kifayət qədər yüksək məbləğdə cərimə nəzərdə tutur. Lakin protokolda: – Həmin maddə üzrə tətbiq edilə biləcək cərimənin məbləği barədə heç bir məlumat verilmir; – Protokolda pozuntudan hesablamalar, konkret məbləğlər göstərilməmiş, ümumiyyətlə, maddi nəticə rəqəmlərlə ifadə olunmamışdır. Nəticədə hansı miqdarda və hansı əsaslarla cərimə tətbiq edilə biləcəyi barədə aydın təsəvvür yaradılmamış, İXM-in tələb etdiyi hüquqi müəyyənlik prinsipi pozulmuşdur. “inzibati xəta törədilmişdir” ifadəsi ilə kifayətlənmək hüquqi qiymətləndirmə üçün yetərli deyil; maddənin sanksiyasının tətbiqinə əsas verən real faktiki halların protokolda dəqiq göstərilməsi zəruridir. İzahat alınmaması və bu barədə düzgün qeyd aparılmaması İXM-in 100 və 101-ci maddələrinə görə barəsində protokol tərtib olunan şəxsə izahat vermək, münasibət bildirmək, vəsatət qaldırmaq hüququ izah edilir, onun izahatı protokola yazılır və ya xüsusi vərəqə əlavə edilir. Mübahisəli protokolda izahatın protokola əlavə edilməsi, yazılı izahat almaq üçün real şərait yaradılmamışdır. Protokolun ikinci səhifəsində “barəsində inzibati icraat aparılan fiziki şəxsin izahatı” hissələri ümumiyyətlə boş buraxılmış, oxunmayan qısa qeydlərlə məhdud qalmışdır. Nə protokolla yerində tanış olmaq, nə də iradları dərhal protokola yazdırmaq imkanı verilməmişdir. Bu isə İXM-in qeyd olunan normalarının birbaşa pozulması, eləcə də müdafiə hüququnun praktik reallaşmasına maneədir. İXM-in 15 və 16-cı maddələrinə görə hər kəs günahı sübut olunana qədər təqsirsiz sayılır; inzibati xəta haqqında iş üzrə sübutetmə vəzifəsi orqanın üzərinə düşür. Hazırkı işdə isə protokolda bu öhdəlik qanuna uyğun icra olunmuşdur. Göstərilənlərə əsasən ##.##.2026cı il tarixində saat 14:15-də keçiriləcək məhkəmə iclasına Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan, təqdim edilmiş etiraz və ərizələri əsasında baxılmasını, inzibati xəta haqqında protokolun tərtibi zamanı müdafiə hüquqlarının kobud şəkildə pozulduğunu, inzibati orqanın özbaşınalığa yol verdiyini, zərərin məbləğinin göstərilmədiyini və inzibati xəta hadisəsinin mötəbər sübutlarla təsdiqini tapmadığını nəzərə alaraq qanunsuz və əsassız hesab edilərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC həmin qərardan şikayət verərək Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının cərimə tətbiq edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Şikayətin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC şikayətini onunla əsaslandırmışdır ki, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayətə əsasən, məhkəmə torpağın “münbit qatının korlanması” barədə qənaətə gələrkən heç bir elmi sübuta əsaslanmamışdır. İXM-in 247.2-ci maddəsinin tərkibi torpağın bioloji, kimyəvi və ya fiziki xüsusiyyətlərinin pisləşməsini tələb edir, lakin bu fakt yalnız aqrokimyəvi, torpaqşünaslıq və ya ekoloji ekspertiza rəyi ilə təsdiq edilə bilər. İş materiallarında belə bir laborator analiz və ya mütəxəssis rəyinin olmadığı bildirilmişdir. Torpağın münbitliyinin itirilməsinin yalnız gözlə baxışla müəyyən edilə bilməyəcəyi, torpağın tərkibindəki qida maddələrinin azalması və ya zərərli maddələrin artmasının subyektiv rəylərlə deyil, laborator testlərlə sübut olunmalı olduğu vurğulanmışdır. Şikayətdə qeyd edilmişdir ki, cəriməyə əsas olan inzibati xəta haqqında protokol İXM-in 99-cu və 102-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Protokolun MMC-nin qanuni nümayəndəsinin iştirakı olmadan, ona xəbər verilmədən tərtib edildiyi, bunun müdafiə hüququnun birbaşa pozulması olduğu bildirilmişdir. Protokolda direktorun “ərazidə olmadığı üçün” imza atmadığının qeyd edildiyi, lakin qanunvericiliyə görə şəxs icraatda iştirak etmirsə, onun imzadan imtinası barədə qeyd aparıla bilməyəcəyi, belə halda protokolun surətinin göndərilməsi qaydasının tətbiq olunmalı olduğu vurğulanmışdır. Protokolda MMC-nin VÖEN-i, bank rekvizitləri, habelə xətanın törədildiyi dəqiq vaxt (saat və dəqiq) göstərilmədiyi, şahidlər bölməsinin tamamilə boş olduğu, bunun xəta faktını şübhə altına qoyduğu qeyd edilmişdir. Şikayətdə İXM-in 100-cü maddəsinin tələblərinə istinadən bildirilmişdir ki, protokolda xəta hadisəsinin dəqiq vaxtı və yeri aydın, birmənalı göstərilməmiş, yalnız ümumi ifadələrdən istifadə olunmuşdur; hüquqi şəxsin rekvizitləri natamam göstərilmiş, VÖEN-i, bank rekvizitləri və digər identifikasiya məlumatları tam əksini tapmamışdır; xəta kimi göstərilən hərəkət yalnız ümumi, qənaət xarakterli formulalarla ifadə olunmuş, hansı konkret qanun tələbinin pozulması nəticəsində nə qədər ziyan dəydiyi yazılmamışdır; şahidlər üçün nəzərdə tutulan qrafalar tamamilə boşdur, yəni nə şahidlərin adları, nə ünvanları, nə də izahatları protokola daxil edilmişdir; protokola əlavə olunmuş sənədlərin dəqiq siyahısı göstərilməmiş, “əlavə olunmuş sənədlər” hissəsi boş qoyulmuş və oxunmayan qeydlərlə məhdudlaşmışdır. Maddi məsuliyyətin məbləğinin və hesablanma qaydasının göstərilməməsi ilə bağlı şikayətdə qeyd edilmişdir ki, İXM-in 192.4-cü maddəsi hüquqi şəxs barəsində kifayət qədər yüksək məbləğdə cərimə nəzərdə tutur, lakin protokolda həmin maddə üzrə tətbiq edilə biləcək cərimənin məbləği barədə heç bir məlumat verilməmiş, pozuntudan hesablamalar, konkret məbləğlər göstərilməmiş, ümumiyyətlə maddi nəticə rəqəmlərlə ifadə olunmamışdır. Nəticədə hansı miqdarda və hansı əsaslarla cərimə tətbiq edilə biləcəyi barədə aydın təsəvvür yaradılmadığı, İXM-in tələb etdiyi hüquqi müəyyənlik prinsipinin pozulduğu bildirilmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, protokol tərtib olunarkən qanunvericiliklə müəyyən edilmiş hüquqlar (protokoldan şikayət vermək, protokola dair izahat və mülahizə təqdim etmək hüququ) həyata keçirmək imkanından məhrum edilmiş, hüquqlar ümumiyyətlə izah edilməmişdir. Bu hallarla yanaşı, şikayətdə İXM-in 2-ci, 4-cü, 6-cı, 76.1-ci, 84.1-ci, 100.2-ci, 100.4-cü, 134.1.3-cü, 135.1.2-ci, 145.1.4-cü və 435.2.8-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına istinad edilərək, qanunçuluq prinsipinin, müdafiə hüququnun, təqsirsizlik prezumpsiyasının və ədalətlilik prinsipinin pozulduğu iddia edilmişdir. Nəticədə, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-yə münasibətdə İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə tətbiq edilən hissəsində ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli, inzibati xəta haqqında iş üzrə Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki İş materiallarına əlavə edilmiş, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, həmin tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, həmin tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, həmin tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, həmin tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, həmin tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, həmin tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, həmin tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli, həmin tarixli ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin mülkiyyətində müvafiq olaraq 1.4289 ha, 0.9526 ha, 0.531 ha, 1.5932 ha, 1.59 ha, 1.43 ha, 2.1108 ha, 0.4226 ha, və 0.9526 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ Ərazi şöbəsinin əməkdaşları və Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli aktdan görünür ki, AzərbaycanRespublikası Prezidentinin ## ### 2020-ci il tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nə və Azərbaycan Respublikası Prezidentinin ## ###### 2000-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında" Əsasnaməyə uyğun olaraq Oğuz rayon Kərimli bələdiyyəsinin ərazisinə daxil olan Kərimli kəndində tərəfimizdən monitorinq keçirilmişdir. Monitorinq zamanı hüquqi şəxs "xxxx" MMC (hüquqi ünvanı-ünvan 1) tərəfindən xüsusi mülkiyyətində olan 11.0117 hektar (bir parseldə yerləşən 9 sənəd üzrə) kənd təsərrüfatı təyinatlı əkin ahəsinin (X-706614; Y- 4536653) qazılaraq üst münbit qatının korlanması və məqsədli təyinatdan kənar istifadə edilməsi faktı aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üst qatı yer sıyıran texnika ilə sıyrılmışdır. İş materiallarının araşdırılmasından və tərəflərin izahatlarının dinlənilməsindən görünür ki, hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin mülkiyyətində Oğuz rayonunun Kərimli kəndi ərazisində ümumi sahəsi 11.0117 hektar olan kənd təsərrüfatı təyinatlı əkin torpaq sahələri mövcuddur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qəbələ ərazi şöbəsinin əməkdaşları və yerli bələdiyyə nümayəndəsinin iştirakı ilə ##.##.2026-cı il tarixdə keçirilmiş monitorinq zamanı həmin torpaq sahəsinin xüsusi texnika ilə qazılaraq üst münbit qatının sıyrılması və korlanması, habelə torpaqdan məqsədli təyinatından kənar istifadə edilməsi faktı vizual və sənədli şəkildə təsbit edilmişdir. Bu fakt iş materiallarına əlavə olunmuş monitorinq aktı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və pozuntunun miqyasını, xarakterini aydın şəkildə əks etdirən fotoşəkillərlə tam sübuta yetirilir. İXM-in 76.1-ci maddəsinə əsasən, bu sənədlər və maddi sübutlar işin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən edən mötəbər faktiki məlumatlar — sübutlar qismində qəbul edilməlidir. Cəmiyyətin apellyasiya şikayətində irəli sürdüyü "torpağın münbit qatının korlanması faktının yalnız aqrokimyəvi və ya ekoloji ekspertiza rəyi ilə sübut oluna bilməsi" barədə dəlili hüquqi əsassızdır və rədd edilməlidir. İXM-in 247.2-ci maddəsinin sanksiyası torpağın üst münbit qatının hər hansı formada korlanmasını, sıyrılmasını və ya məhv edilməsini qadağan edir. İş materiallarında mövcud olan fotoşəkillərdən və aktlardan aşkar görünür ki, torpağın təbii strukturu ağır texnika vasitəsilə tamamilə qazılaraq yerindən çıxarılmışdır. Belə aşkar fiziki müdaxilə və torpaq qatının yerindən kənarlaşdırılması faktının müəyyən edilməsi üçün xüsusi elmi laborator analizlərin aparılması və ya ekspertiza rəyinin alınması mütləq şərt deyil. Vizual baxış, fotoşəkillər və səlahiyyətli dövlət orqanının tərtib etdiyi akt torpağın ilkin təbii vəziyyətinin pozulmasını və münbit qatın mexaniki olaraq korlanmasını sübut etmək üçün tam yetərlidir. Şikayətçinin müdafiə hüququnun pozulması, protokolun nümayəndənin iştirakı olmadan tərtib edilməsi və direktorun ərazidə olmaması səbəbindən imza edə bilməməsi barədə qeydin qanunsuzluğu ilə bağlı iddiaları da qəbul edilə bilməz. Belə ki, inzibati orqan tərəfindən qanunauyğun monitorinq aparılmış və yerində dərhal icraat sənədləri rəsmiləşdirilmişdir. Hüquqi şəxsin rəhbərliyinin və ya səlahiyyətli nümayəndəsinin pozuntu yerində hazır olmaması inzibati orqanın xəta faktını sənədləşdirmək və protokol tərtib etmək hüququnu məhdudlaşdırmır. Protokolda direktorun ərazidə olmaması barədə qeydin aparılması obyektiv reallığı əks etdirir və bu, prosessual saxtakarlıq deyil, əksinə, hadisənin dürüst qeydiyyatıdır. Sonradan hüquqi şəxsə iş materialları ilə tanış olmaq, birinci instansiya məhkəməsinə elektron kabinet vasitəsilə ətraflı etiraz və ərizələr təqdim etmək üçün tam şərait yaradılmışdır ki, bu da onun müdafiə hüququnun mahiyyət etibarilə tam təmin olunduğunu göstərir. Protokolda cəmiyyətin VÖEN-nin, bank rekvizitlərinin tam göstərilməməsi, şahidlər qrafasının boş qalması və zərərin məbləğinin rəqəmlərlə ifadə olunmaması kimi formal nöqsanlara gəlincə, bu hallar İnzibati Xətalar Məcəlləsinin 99-cu maddəsinin tələblərinin köklü şəkildə pozulması və protokolun etibarsızlığı kimi qiymətləndirilə bilməz. Protokolda xətanı törədən hüquqi şəxsin adı (Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC) və onun hüquqi ünvanı dəqiq qeyd edilmişdir ki, bu da subyektin identifikasiyası üçün tam kifayətdir. İXM-in 247.2-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün dövlətə və ya ətraf mühitə dəymiş maddi zərərin konkret məbləğdə hesablanması məcburi tərkib əlaməti deyil; torpağın münbit qatının qanunsuz qazılması və korlanması hərəkətinin özü bitmiş inzibati xəta tərkibi yaradır. Bu səbəbdən protokolda zərərin hesablanma qaydasının və ya konkret cərimə məbləğinin əvvəlcədən yazılmaması hüquqi müəyyənlik prinsipini pozmur, çünki tənbeh tədbirinin növünü və həddini müəyyən etmək birbaşa işə baxan məhkəmənin müstəsna səlahiyyətinə aiddir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını İXM-in 84.1-ci maddəsinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırmış, sübutları öz daxili inamı ilə düzgün qiymətləndirmişdir. Hüquqi şəxsə tətbiq edilmiş 5000 (beş min) manat məbləğində inzibati cərimə tənbehi İXM-in 247.2-ci maddəsinin sanksiya hədlərinə tam uyğundur. Bu tənbeh növü xətanın xarakterinə, törədilmiş pozuntunun miqyasına (11 hektardan artıq torpaq sahəsi) və hüquqi şəxsin qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunması, habelə gələcəkdə analoji torpaq pozuntularının qarşısının alınması (preventiv təsir) məqsədlərinə tam mütənasibdir. Mətnin təsviri hissəsində qeyd olunan texniki yanlışlığa — cərimə tətbiq edilən şəxs kimi səhvən başqa bir fiziki şəxsin ("X1") adının yazılmasına baxmayaraq, qərarın nəticəvi hissəsində cərimənin məhz hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMCyə tətbiq olunduğu birmənalı təsbit edilmişdir və bu texniki xəta apellyasiya şikayətinin təmin edilməsi, yaxud birinci instansiya məhkəməsinin qanuni qərarının ləğv olunması üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanuni, əsaslı və ədalətlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alan hər hansı hüquqi və ya faktiki əsas müəyyən etməmişdir. Bu səbəbdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı halda işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. Belə olan halda, məhkəmə şikayətdə qeyd etdiyi dəlillərə də münasibət bildirərək bu qənaətdədir ki, bu dəlillər Oğuz Rayon Məhkəməsinin məlum qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bununla belə məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 təyin edilmiş 1500 ( min beş yüz) manat məbləğində cərimə cəzası ilə bağlı məsələni də müzakirə edərək bu qənaətə gəlir ki, təyin edilmiş inzibati təhbeh növü onun əməllərinin xarakterinə və ictimai təhlükəliklik dərəcəsinə uyğun, eləcədə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC-ə qanunlara ciddi əməl etmək ruhunda tərbiyə olunmasında, həmçinin tənbehin islah təsiri baxımından yetərli hesab edilməlidir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə üzrə Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar