Məhkəmə qərarları › İş №3(3-10)-252/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-252/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-252/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Oğuz Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 525-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. İşin halları: Oğuz rayon Xaçmaz kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 02:00 radələrində Oğuz rayonu Xaçmaz kəndində Tural Hacıyevin istifadəsində olan çayxanada dövri 1 manat olmaqla nərd oynaması, bununla da qumar oyunlarında iştirak etməsi faktı üzrə inzibati icraat başlanılmaqla Oğuz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsi tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 525-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Protokolu tərtib edən orqan-nin İTBnin YYÇPİTQ-nin inspektoru, R X2 birinci instasniya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, polis əməkdaşı Murad Yarəhmədov ##.##.2025-ci il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində yerləşən Tural Hacıyevin istifadəsində olan çayxanaya baxış keçirən zaman gecə saat 02:00 radələrində X3 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs dövri 1 manat olmaqla nərd oynayaraq qumar oyununda iştirak etdiyini aşkar etmişdir. ## #### 2026-cı il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və toplanmış material üzrə ## ##### 2026-cı il tarixdə X3 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 525-ci maddəsi ilə müvafiq protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, Türkel Məmmədli ilə ##.##.2026-cı il tarixdə kafedə yemək yeyib sipirtli içki qəbul etmişlər və daha sonra çayxanaya gedərək nərd oynamışlar. Nərd oynayan zaman razılığa gəlmişlər ki, uduzan çayın pulunu, yəni bir manatı verməlidir. Gecə saat 01:00 radələrində bir nəfər polis əməkdaşı və bir nəfər mülki geyimli şəxs onların olduğu çayxanaya daxil olmuşlar, onlara qumar oynadıqlarını bildirmiş, onlar isə uduzanın çayın pulunu verməsi müqabilində nərd oynadıqlarını polis əməkdaşlarına bildirmişlər. Onlar içəri daxil olan zaman nərdi oynayıb qurtarmalarını və ortada nə nərd, nə də pul olmadığını demişdir. Polis əməkdaşı onun arxa cibindən şəxsi pulunu götürmüş və stolun üzərinə qoyub çəkiliş etmişdir. O, əməlindən səmimi peşman olmuşdur və barəsində inzibati cərimədən fərqli inzibati tənbehin tətbiq edilməsini istəyir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Oğuz Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bu mövqeyi tamamilə yanlışdır. Belə ki, birinci instansiya məhkəməsinin onun İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı gəldiyi nəticə tamamilə əsassızdır. Ona görə ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirə bilməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ilk öncə qeyd etmişdir ki, o, istər polis şöbəsində, istərsə də məhkəmə iclasında verdiyi izahatlarında hər hansı inzibati xətanı törətdiyini etiraf etməmişdir. Belə ki, o, qumar oynamamışdır. Bildirmişdir ki, ##.##.2026-cı il tarixdə Türkel Məmmədli və digər dostu ilə kafedə yemək yeyib spirtli içki qəbul etmiş və sonra çayxanaya gəlib nərd oynamışlar. Gecə saat 01:00 radələrində 1 nəfər polis əməkdaşı və 1 nəfər mülki şəxs onların olduğu çayxanaya daxil olmuş, polis əməkdaşlarından biri stolun üstünə pul ataraq onlara qumar oynadıqlarını bildirmiş və həmin vaxt videogörüntü əkmişdir. Polis əməkdaşı onlara təzyiq və təsir göstərərək fərqli izahat yazmağı, onları buraxacaqlarını bildirmişdir. Şöyübov qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi qanunsuz və əsassız qərarı qəbul edərkən ## #### 2026-cı il tarixli MK-*/*** nömrəli material üzrə Protokolu tərtib edən orqannin TB-nin təhqiqatçısı, R X1 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara, Oğuz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülərə istinad etmişdir. Lakin, birinci instansiya məhkəməsi həmin sübutlara istinad edərkən ilk öncə onların qanuna uyğun olaraq əldə edilib-edilməməsini araşdırmalı idi. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Şöyübov ilk öncə Oğuz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş ##.##.2026-cı il tarixdə lentə alınmış video görüntülərə hüquqi qiymət vermişdir. Onun fikrincə, ilk öncə müəyyən edilməlidir ki, polis əməkdaşlarının onların oturduğu çayxanaya daxil olaraq videogörüntü lentə almağa hüquqi əsasları olmuşdurmu? İş materiallarında olan ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, onları cinayət törətmə ehtimalı ilə qanunsuz olaraq polis şöbəsinə aparmışlar və barələrində ## #### 2026-cı il tarixli MK-*/*** nömrəli material üzrə icraat başlanılmış və qanunsuz olaraq təzyiq və təsir altında izahatları alınmışdır. Şöyübov qeyd etmişdir ki, qumar oyununun cinayət olub-olmamasının müəyyən edilməsi üçün ilk öncə Cinayət Məcəlləsinə nəzər salmaq lazımdır. Həmin Məcəlləyə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Deməli, polisə həmin çayxanada qumar oynanılması barədə məlumat daxil olubsa və həmin qumar oynama nəticəsində cinayətin törədilməsi ehtimalı varsa, onda qumar oynayan şəxslər deyil, qumar oyununu təşkil edən, keçirən, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edən və ya saxlayan şəxs cinayət törətmiş olur. Belə olan halda, əgər polis tərəfindən çayxanada qumar oynanılması aşkar edilirsə, onda qumar oynayan şəxslər deyil, çayxananın sahibi və ya işlədən şəxs məsuliyyət daşıyır və buna görə də həmin vaxt onlar yox, çayxananın sahibi polis orqanına dəvət edilməli və onun əməlində Cinayət Məcəlləsinin 244-1-ci maddəsinin tərkibinin olub-olmaması araşdırılmalı idi. Lakin iş materiallarında olan ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan göründüyü kimi, çayxananın sahibi deyil, onlar polis şöbəsinə aparılmışlar. Şöyübovun fikrincə, buradan aydın şəkildə görünür ki, çayxananın sahibi ilə polis saxta qumar oynama görüntüsü vermək üçün saxta düzüb-qoşma etmişdir. Beləliklə, polis əməkdaşlarının çayxanaya daxil olaraq həmin videogörüntünü çəkmələri üçün heç bir hüquqi əsas olmamış və həmin videogörüntülər qanunsuz olaraq çəkilmişdir. Bundan sonra polis əməkdaşları qanunsuz olaraq, heç bir cinayət işi başlanılmadığı halda, onların təqsirləndirilən və ya şübhəli şəxs qismində cəlb edilmədiyi halda, qanunsuz olaraq onların azadlığını məhdudlaşdıraraq polis şöbəsinə aparmış və orada uzun müddət azadlıqlarını məhdudlaşdırmaqla qanunsuz olaraq təzyiq və təsir altında izahatlarını almışdır. Şöyübovun bildirdiyinə görə, onların gecə saat 02:00 radələrində polis şöbəsinə aparılması və qanunsuz olaraq uzun müddət orada saxlanılması onların təzyiq və təsir altında həmin izahatı vermələrini tam təsdiq edir. Çünki, onlara təzyiq və təsir göstərilməsəydi, könüllü şəkildə heç kim gecə saat 02:00-da polis şöbəsinə getməyə razı olmazdı. Odur ki, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çıxış edərək, apellyasiya şikayətininj təmin edilməsini xahiş etdi və bildirdi ki, video görüntüdə olan pul onun şəxsi puludur. Polis əməkdaşı içəri daxil olaraq özünü təqdim etmədən cibində olan pulu götürərək, onun qumar oynadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq Protokolu tərtib edən orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını işdə olan materiallar əsasında yoxlayıb, hesab edir ki, aşağıda şərh olunan əsaslara görə şikayət təmin edilməməli və Oğuz Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxan apellyasiya məhkəməsi bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və uyğun olaraq apellyasiya şikayətinin qeyd edilən dəlilləri əsassız hesab edir. Belə ki, Oğuz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsi baş verərkən lentə alınmış video görüntülər əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X3 və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olduqları çayxanaya polis əməkdaşları daxil olduqdan sonra polis əməkdaşı X5 paltarının cibindən yarısı çöldə qalmış pul “20 manatlıq” pul əskinazını çıxaraq“ və “Pulun cibindən çıxır” deyərək pulu stolun üzərinə qoyur. İş materiallarına əlavə olunmuş Protokolu tərtib edən orqan-nin İTB-nin YYÇPİTQ-nin inspektoru, R Kənan Quliyev tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Oğuz rayonu, Xaçmaz kənd sakini Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixdə Oğuz rayonu, Xaçmaz kəndində yerləşən Tural Hacıyevin istifadəsində olan çayxanada dövri 1 manat olmaqla nərd oynayaraq qumar oyununda iştirak etmişdir. İş materiallarına əlavə olunmuş ## #### 2026-cı il tarixli MK-*/*** nömrəli material üzrə Protokolu tərtib edən orqan-nin TB-nin təhqiqatçısı, R X1 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işi başlanması rədd edilmiş, X5 və X3 barəsində İXM-in 525-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Protokolu tərtib edən orqan-in İTB-nə və ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Oğuz rayon Prokuroruna göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək ##.##.2025-ci il tarixdə axşam radələrində həmkəndliləri Tural və Türkel ilə birlikdə yemək zamanı bir qədər spirtli içki qəbul etməsini sonra gecə saatlarında kəndin orta məhlə deyilən yerində Turalın işlətdiyi çayxanaya getdiklərini orada Tural təmizlik işləri edən zaman Türkellə birlikdə uduzan çayın pulunu verməsi barədə razılaşaraq nərd oynamasını, bir qədər keçdikdən sonra oraya polis əməkdaşları gəlməsini və soruşduqda maraq müqabilində nərd oynadıqlarını etiraf etməsi barədə bildirmişdir. İşə apellyasiya qaydasında yenidən baxan məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını hərtərəfli tədqiq edərək, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığını yoxlayıb hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində inzibati xəta hadisəsinin baş vermədiyi, qumar oyununun keçirilmədiyi və video çəkilişin qanunsuz yolla əldə edildiyi iddia olunsa da, iş materialları və barəsində icraat aparılan şəxsin ilkin izahatları bu iddiaları tamamilə təkzib edir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarının tətbiqində heç bir xəta və ya qanun pozuntusuna yol verməmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## #### 2026-cı il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda əks olunmuş ilkin izahatı iş üzrə ən mühüm və təkzib olunmaz sübutlardan biridir. Həmin izahatında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs digər şəxs Türkel Məmmədli ilə birlikdə spirtli içki qəbul etdikdən sonra gecə saatlarında Tural Hacıyevin işlətdiyi çayxanaya getdiklərini, orada qarşılıqlı razılaşma əsasında uduzan tərəfin çayın pulunu (1 manat) ödəməsi şərti ilə nərd oynadıqlarını və hadisə yerinə gələn polis əməkdaşlarına da bunu, yəni maraq (maddi mənfəət) müqabilində nərd oynadıqlarını səmimi şəkildə etiraf etdiyini bildirmişdir. Şəxsin öz iradəsi ilə verdiyi bu ilkin etiraf, onun qanunla qadağan olunmuş qumar oyununda birbaşa iştirak etdiyini hüquqi baxımdan tam və qəti şəkildə subuta yetirir. İXM-in 525-ci maddəsinin sanksiyası qumar oyunlarında, yəni pul, pul ekvivalenti, pul qiymətliləri və ya digər əmlak formasında uduş (mənfəət) əldə etmək məqsədilə keçirilən və riskə əsaslanan oyunlarda iştirak etməyə görə birbaşa məsuliyyət nəzərdə tutur. Şikayətçinin apellyasiya instansiyasında oyunun mahiyyətini kiçiltməyə çalışaraq, ortada böyük məbləğdə pulun olmadığını və yalnız "çayın puluna" oynadıqlarını iddia etməsi onu inzibati məsuliyyətdən azad etmir. Qanunvericiliyin mənasına görə, qumar oyununda qoyulan riskin və ya maddi marağın həcmindən (məbləğindən) asılı olmayaraq, ortada hər hansı bir maddi mənfəətin, öhdəliyin və ya pul ekvivalentinin (bu halda çay pulunun ödənilməsi öhdəliyinin) qoyulması əməlin xarakterini birbaşa qumar oyunu kimi müəyyən edir və xəta tərkibini tam formalaşdırır. Məhkəmə kollegiyası şikayətçinin "polis əməkdaşlarının çayxanaya daxil olmağa və video çəkiliş aparmağa hüquqi əsasları olmamışdır" və "sübutlar qanunsuz yolla əldə edilmişdir" barədə dəlillərini tamamilə əsassız hesab edir. İXM-in 76.1-ci maddəsinə əsasən, xətanın olub-olmamasını və şəxsin təqsirini müəyyən edən hər cür faktiki məlumatlar, o cümlədən xüsusi texniki vasitələrin göstəriciləri və video çəkilişlər sübut sayılır. İşə baxılması zamanı məhkəmə iclasında tərəflərin iştirakı ilə lentə alınmış videogörüntülərə baxış keçirilmiş və açıq şəkildə müəyyən edilmişdir ki, ictimai yer hesab olunan çayxanada asayişin qorunması və hüquqazidd əməllərin qarşısının alınması məqsədilə fəaliyyət göstərən polis əməkdaşları qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində hərəkət etmişlər. Şikayətçinin "cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün çayxananın sahibi məsuliyyətə cəlb edilməli idi" və "polis şöbəsinə təzyiq altında aparılmışıq" iddiaları hüquqi məntiqdən uzaq olmaqla, sadəcə törədilmiş əmələ görə məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Cinayət Məcəlləsinin 244-1-ci maddəsi qumar oyunlarının təşkili və yer təşkil edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutsa da, bu hal qumar oyununda birbaşa iştirak edən şəxslərin İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə inzibati məsuliyyətini əsla istisna etmir; əksinə, hər iki qanunvericilik aktı paralel hüquqi tənzimləməni təmin edir. Şəxsin gecə saatlarında hadisə yerində aşkar edilərək qanunauyğun şəkildə izahatının alınması prosesində ona qarşı hər hansı fiziki və ya psixoloji təzyiqin göstərilməsini sübut edən heç bir obyektiv fakt məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə iş materiallarında olan video görüntülər əks olunmuş diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Oğuz rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları qeyd olunan çayxanaya daxil olduqdan sonra, polis əməkdaşı barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs üst geyiminin cibindən kənardan aşkar görünən (yarısı çöldə qalmış) 20 manatlıq pul əskinasını çıxarmış, "pulun cibindən çıxır" deyərək həmin vəsaiti stolun üzərinə qoymuşdur. Müdafiə tərəfi bu halı önə çəkərək qanunsuz sübut əldə olunması və ya qeyd edilən 20 manatın qumar pulu olmadığı iddiasını irəli sürsə də, apellyasiya instansiyası məhkəməsi həmin iddiaları tamamilə əsassız və hüquqi əhəmiyyəti olmayan mülahizələr hesab edir. Belə ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və X3 qarşı irəli sürülmüş inzibati ittihamın həcmi və predmeti, video görüntüdə əks olunan 20 manatlıq pul əskinasının qumar oyununa birbaşa qoyulması və ya bu məbləğdə uduş iddiaları üzərində qurulmamışdır. İş materiallarından, xüsusilə inzibati xəta haqqında protokoldan və cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan aydın görünür ki, səlahiyyətli orqan tərəfindən şəxslərə video çəkilişdəki 20 manat müqabilində qumar oynadıqlarına dair hər hansı bir ittiham verilməmişdir. Şəxslərin hər ikisi məhz özlərinin ilkin, könüllü və səmimi izahatlarında qeyd etdikləri faktiki hallara — yəni uduzan tərəfin çayxana sahibinə veriləcək çay pulunu (1 manat) ödəməsi şərti ilə, yəni risk və maddi maraq müqabilində nərd oynadıqları faktına görə inzibati məsuliyyətə cəlb olunmuşlar. Məhkəmə şikayətçinin "polis şöbəsində təzyiq altında izahat vermişik" barədə iddiasını həm də ona görə əsassız və özünü müdafiə xarakterli hesab edir ki, bu iddia birinci instansiya məhkəmə iclasının gedişatı və işin faktiki halları ilə tamamilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin prosessual normalarına uyğun olaraq, birinci instansiya məhkəməsində işə baxılarkən barəsində icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hər hansı kənar təsirdən uzaq, müstəqil və məhkəmənin hüquqi təminatları altında ifadə vermişdir. Şəxs əgər polis idarəsində həqiqətən də təzyiqə məruz qalmışdısa, onun dövlət adından ədalət mühakiməsini həyata keçirən müstəqil məhkəmə orqanı qarşısında bu barədə bəyanat vermək və ilkin izahatından imtina etmək üçün hər bir hüquqi imkanı mövcud idi. Lakin Oğuz Rayon Məhkəməsinin məhkəmə iclas protokolundan və iş materiallarından aydın görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs birinci instansiya məhkəməsində dindirilərkən öz ilkin mövqeyini könüllü şəkildə yenidən təsdiq etmiş, heç bir təzyiqə məruz qalmadığını nümayiş etdirərək, digər şəxslə çayxanada məhz "çay müqabilində" nərd oynadıqlarını hakim qarşısında səmimi şəkildə bir daha etiraf etmişdir. Hüquqi baxımdan məhkəmə iclasında verilən və protokollaşdırılan bu etiraf şəxsin real iradəsini əks etdirir və polis şöbəsindəki ilkin izahatın tamamilə qanuni, təzyiqsiz və obyektiv şəraitdə alındığını hüquqi cəhətdən qəti olaraq sübut edir. İXM-in 76-cı və 84-cü maddələrinin tələblərinə görə, şəxsin həm ilkin araşdırma zamanı, həm də birinci instansiya məhkəməsində bir-birini tam şəkildə təsdiq edən və ardıcıllıq təşkil edən ifadələri ən mötəbər sübutlar qrupuna daxildir. Şikayətçinin yalnız birinci instansiya məhkəməsinin qərarından narazı qaldıqdan sonra, apellyasiya mərhələsində tamamilə fərqli və ziddiyyətli mövqe nümayiş etdirərək əməlini etiraf etməməsi, onun birinci instansiyada hakim qarşısında verdiyi səmimi etirafları hüquqi qüvvədən salmır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, şəxsin birinci instansiya məhkəməsində öz ifadəsini tam təsdiq edərək xətanı etiraf etməsi, iş üzrə inzibati xəta tərkibinin subyektiv və obyektiv tərəfdən tam formalaşdığını sübuta yetirir və qərarın dəyişdirilməsi üçün heç bir hüquqi əsas qoymur. Şikayətçi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya instansiyası məhkəməsində irəli sürdüyü "Polis əməkdaşı video görüntüdə cibimdən çıxardığı 20 manatlıq pul əskinasını sonradan özümə geri qaytardı, əgər biz həmin pulla qumar oynamışdıqsa, polis pulu niyə müsadirə etmədi?" barədə dəlili işin faktiki hallarının hüquqi tövsifini dəyişmir, əksinə, səlahiyyətli orqanın qumar predmeti kimi məhz həmin 20 manatı tanımadığını bir daha subuta yetirir. İXM-in 525-ci maddəsinin "Qeyd" hissəsinin tələbinə görə, qumar oyununun predmeti olan pul vəsaitləri, digər uduş əmlakları, habelə qumar oyununun keçirilməsi üçün istifadə edilən oyun ləvazimatları mütləq qaydada müsadirə edilməlidir. İcraat aparan orqanın hadisə yerində aşkar edilən 20 manatlıq pul əskinasını qanunla müəyyən edilmiş qaydada qumar predmeti kimi rəsmiləşdirməməsi və şəxsin özünə geri qaytarması onunla izah olunur ki, həmin vəsait iş üzrə heç bir zaman qumar predmeti (ortaya qoyulan uduş fondu) kimi qəbul edilməmişdir. Şəxslər barəsində irəli sürülmüş ittiham hər iki tərəfin səmimi etiraf etdiyi kimi, ortaya pul qoyulması ilə deyil, "çay pulu müqabilində" riskə əsaslanan oyun oynanılması faktına əsaslanır. Həmin 20 manat isə sadəcə şəxsin üzərində olan şəxsi vəsaiti olduğundan, polisin onu müsadirə etməməsi İXM-in 525-ci maddəsinin tələblərinə tamamilə uyğundur və prosessual qanun pozuntusu təşkil etmir. Maddi mahiyyətinə görə real qumar predmeti olan "çayın" polis əməkdaşları tərəfindən aşkar edilərək müsadirə olunmasının obyektiv mümkünsüzlüyünə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, çayxanada sifariş olunan və uduş şərti kimi irəli sürülən çay dəstgahı (və ya çay) spesifik xüsusiyyətinə görə dərhal istehlak edilən (içilən) və ya hadisə anında hələ hazır olmayan bir predmet ola bilər. Bu baxımdan, fiziki xassələrinə görə sürətlə yox olan və ya maddi olaraq götürülməsi qeyri-mümkün olan bir qida məhsulunun (çayın) maddi sübut kimi götürülərək arxivləşdirilməsi və ya müsadirə qaydasında dövlət nəfinə yönəldilməsi obyektiv fəaliyyət dairəsindən kənardır. Bu səbəbdən, qumar predmeti olan məhsulun maddi formada müsadirə edilməməsi xətanın tərkibini aradan qaldırmır. Eyni zamanda, qumar ləvazimatı olan "nərdtaxtanın" iş materiallarına maddi sübut kimi əlavə olunmaması da iş üzrə toplanmış digər mötəbər sübutların hüquqi qüvvəsini sarsıtmır. İşdə olan ifadələrdən və video görüntülərin təhlilindən aydın olur ki, barəsində icraat aparılan şəxslər polis əməkdaşlarının gəldiyini əvvəlcədən hiss edərək nərdtaxtanı dərhal yığışdırmış və masanın üzərindən götürmüşlər. İctimai iaşə obyekti olan çayxanalarda müştərilərin istifadəsi üçün çoxsaylı nərdtaxtaların mövcudluğu ümumi məlum olan faktdır. Şəxslərin polis daxil olarkən oyunu dayandırmasını və hadisə yerində fərqli-fərqli çoxlu sayda eyni tipli oyun ləvazimatlarının olduğunu nəzərə alsaq, bilavasitə hüquqazidd əməldə istifadə olunmuş konkret həmin nərdtaxtanın digərlərindən fərqləndirilməsi və eyniləşdirilməsi vizual olaraq mümkünsüz olmuşdur. Beləliklə, nə qumar predmeti olan çayın, nə də oyun əşyası olan nərdtaxtanın obyektiv və texniki səbəblərdən maddi sübut kimi götürülməsinin qeyri-mümkünlüyü şəxslərin əməlində İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib hissəsini istisna etmir. Çünki qumar oyununun keçirilməsi faktı şəxslərin ilkin səmimi izahatları, birinci instansiya məhkəməsində bu izahatları təkrarən təsdiq etmələri, şahid ifadələri və video çəkilişlə tam, hərtərəfli və şübhə doğurmayacaq dərəcədə sübuta yetirilmişdir. Müdafiə tərəfinin bu xüsusdakı formal etirazları hüquqi əsasdan məhrumdur və rədd edilməlidir. Hazırkı halda yuxarıda iqtibas edilmiş normativ hüquqi aktların işığında işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və bu fikirdədir ki, birinci instansiya məhkəməsi qərar çıxararkən İXM-in tələblərinə düzgün əməl etmiş və qanunvericiliyin tətbiqində səhvə yol verməmişdir. Məhkəmənin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Sadalanan sübutlar birinci instansiya məhkəməsinin qərarında ətraflı təsvir olunub şərh edildiyindən, məhkəmə həmin sübutların yenidən təsvir və şərh olunmasına zərurət görmür. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə apellyasiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, işə baxarkən birinci instansiya məhkəmısinin istinad etdiyi sübutların mötəbərliyini şübhə altına alınmasına dəlalət edən hallar mövcud deyil. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 20 aprel 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar