Məhkəmə qərarları › İş №3(3-10)-253/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-253/2026

14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-253/2026 14.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Hüseyn oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-167)-115/2026 nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X11 Xidmətinin Hüquq İdarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-167)-115/2026 ( sərlik edən V.Məmmədov) nömrəli qərarı ilə şikayət qismən təmin edilmi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinə göndərilmişdir. İşin halları: Şikayət verən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində İXMin 555.1-ci maddəsinə əsasən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin vəsatətlə məhkəməyə müraciət edərək, X11 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli ##.##.2026-cı il tarixli qərarından tərəfindən verilmiş şikayətə yaşadığı yer üzrə Zaqatala Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X11 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli ##.##.2026-cı il tarixli qərarı (“Qərar”) ilə İXM-in 555.1-ci maddəsinə əsasən o 1000 (bir min) manat cərimələnmişdir. Bildirir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) X7 filialının Hacıqabul şöbəsində elektrik montyoru vəzifəsində işləyən X2 mis kabellərin söküntüsü ilə əlaqədar ##.##.2025-ci il tarixdə 6 (altı) gün müddətinə Cənub regional filialının Lənkəran şöbəsinə ezam olunmuşdur. X2 ##.##.2025-ci il tarixdə rabitə quyusu əvəzinə kanalizasiya quyusunun qapağını açarkən qapağın sağ əlinin üzərinə düşməsi nəticəsində həmin əlinin iki barmağı əzilmişdir. Zərəçəkən X2 və hadisənin şahidi X19 bu hadisə barədə heç kimə məlumat vermədən işlərinə davam etmişlər. X6 Şirvan regional filialının Hacıqabul şöbəsinə qayıtdıqdan bir müddət sonra ##.##.2025-ci il tarixdə Hacıqabul şöbəsinin Əməyin mühafizəsi üzrə struktur bölməsinin əməkdaşı tərəfindən onun sağ əl dırnağındakı qaralmalar (hematoma) aşkarlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 217-ci maddəsinin 1-ci hissəsinə əsasən, Cənub regional filialı tərəfindən X11 Xidmətinə (bundan sonra - Müfəttişlik) ##.##.2025-ci il tarixli **/*** nömrəli məktubla dərhal məlumat verilmişdir. Müvafiq məsələ ilə əlaqədar Müfəttişliyin Lənkəran-X14 ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubuna əsasən, yuxarıda qeyd olunan məlumatlar zərərçəkən şəxs və hadisə şahidinin izahatları ilə təsdiq edilmişdir. Həmçinin sözügedən məktubda X2 “xxxx” publik hüquqi şəxsə müraciətinin qeydə alınmadığı və onun adına “əmək qabiliyyətinin olmaması vərəqəsi”nin açılmadığı bildirilmişdir. Eyni zamanda, zərərçəkən ##.##.2025-ci il tarixdən həmin ərazi üzrə xidməti fəaliyyət göstərən “MTE və PAB” PHŞ-nin Lənkəran, Astara və Lerik rayon şöbələrində məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün hüquq mühafizə orqanları tərəfindən göndərilmədiyi və müayinədən keçmədiyi aşkarlanmışdır. X2 ##.##.2025-ci il tarixdə iş vaxtı yüngül xəsarət alması ilə nəticələnmiş hal tibbi rəylə təsdiqlənmədiyindən baş vermiş hadisə Müfəttişliyin Lənkəran- Astara regional şöbəsi tərəfindən təhqiq edilməmişdir. Buna baxmayaraq, Müfəttişliyin Bakı Şəhər İdarəsi tərəfindən onun barəsində İXM-in 555.1- ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilməyinə dair ##.##.2026-cı il tarixli MN ******* nömrəli qərar tərtib edilmişdir. Qərarın aşağıdakı səbəblərdən əsassız və qanunsuz olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının (bundan sonra - Qaydalar) 1.6-cı bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Əmək məcəlləsinin 217-ci maddəsinin 1- ci hissəsi və bu Qaydaların 1.7-ci bəndinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X11 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X11 Xidmətinin Aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Lakin təqdim olunan sənədlərdən aydın olur ki, hadisə barədə nə zərərçəkən, nə də hadisə şahidi işəgötürənə məlumat verməmişdir. Hadisə birbaşa işəgötürən tərəfindən aşkarlanmış və dərhal aidiyyəti quruma məlumat verilmişdir. İkincisi, İnzibati Xətalar Məcəlləsinin 555.1 -ci bəndində qeyd edilir ki, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin başvermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Bildirir ki, cəmiyyət tərəfindən hadisə gizlədilməmiş, əksinə aşkarlandığı gün Müfəttişliyin yerli bölməsinə məlumat verilmişdir. Buna görə də Cəmiyyətin hərəkətlərində inzibati xəta tərkibi mövcud deyildir. Bildirir ki, ##.##.2026-cı il tarixli? MN ******* nömrəli qərar ##.##.2026-cı il tarixli müşayiət məktubu ilə göndərilmişdir. Məktub qoşmaya əlavə edilmişdir. Şikayət verən vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə yazılı izahat ünvanlayaraq bildirmişdir ki, onun barəsində X11 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarı (‘'Qərar'') ilə İXM-in 555.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində 1000 (bir min) manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir, istinad edilən inzibati xəta hadisəsi heç vaxt baş verməmişdir. Bununla bağlı o şikayət ərizəsində ətraflı olaraq qeyd etmişdir. Əlavə olaraq bildirir ki, “xxxx'’ Məhdud Məsuliyyətli Cəmiyyətinin X7 filialının Hacıqabul şöbəsində elektrik montyoru vəzifəsində işləyən X2 mis kabellərin söküntüsü ilə əlaqədar ##.##.2025-ci il tarixdə 6 (altı) gün müddətinə Cənub regional filialının Lənkəran şöbəsinə ezam olunmuşdur. X2 ##.##.2025-ci il tarixdə rabitə quyusu əvəzinə kanalizasiya quyusunun qapağını açarkən qapağın sağ əlinin üzərinə düşməsi nəticəsində həmin əlinin iki barmağı əzilmişdir. Hadisə ilə bağlı işçinin özü və hadisənin şahidi X19 bu barədə heç kimə məlumat vermədən işlərinə davam etmişlər. İşçi yalnız Hacıqabul şöbəsinə geri qayıtdıqdan sonra əməyin mühafizəsi üzrə struktur bölməsinin əməkdaşı tərəfindən onun sağ əl dırnağındakı qaralmalar aşkar edilmiş və bu barədə vəzifə öhdəliyinə müvafiq olaraq X11 Xidmətinə ##.##.2025-ci il tarixli **/*** nömrəli məktubla dərhal məlumat verilmişdir. İşçi X2 izahatında da hadisə baş verən zaman onun məlumat vermədiyini və xəstəxanada müayinədə olmadığını, habelə hər- hansı bir narazılığı və işinə davam etməkdə maneənin olmadığını bildirmişdir. Bildirir ki, sözügedən hadisə baş verən zaman bu barədə ‘'xxxx" MMCnin, o cümlədən şəxsən onun da məlumatı olmamışdır və hadisə müvafiq struktur bölmənin əməkdaşları tərəfindən aşkarlandığı vaxt bu barədə vəzifə öhdəliyinə müvafiq olaraq dərhal məlumat verilmişdir. Qeyd edilənlərdən onun bu hadisədə ümumiyyətlə təqsirinin olmadığı və ümumiyyətlə inzibati xəta hadisəsinin baş vermədiyini, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8- ci, 9-cu, 12-ci, 53-cü maddələrinin tələblərini nəzərə alaraq, onun barəsində tətbiq edilmiş cərimənin ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X11 Xidmətinin Hüquq İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı qanunsuz və əsassızdır. O bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisə barədə məlumat verilməsi işəgötürənin borcudur. İnzibati xətanın törədilməsinə səbəb işəgötürənin öz vəzifəsini yerinə yetirməməsi ilə bağlı hərəkətsizliyidir. O qeyd etmişdir ki, iş materiallarına əsasən, “xxxx” MMC-nin X7 filialının Hacıqabul şöbəsində elektrik montyoru vəzifəsində işləyən X2 ## ###### 2025-ci il tarixindən ## ###### 2025-ci il tarixinədək Cənub regional filialının Lənkəran şöbəsinə ezam edilmişdir. Həmin şəxs ## ###### 2025-ci il tarixində kanalizasiya quyusunun qapağının altında sağ əlinin 3 barmağından xəsarət almışdır. Xəsarətin yüngül olması səbəbindən o, hadisə barədə heç kimə məlumat verməmişdir və xəstəlik vərəqəsi də açılmamışdır. O vurğulamışdır ki, Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X11 Xidmətinin yerli bölməsinə məlumat verməyə borcludur. Lakin işəgötürən Qərardan şikayət verən orqan (şəxs) bu tələblərə riayət etməmiş, X11 Xidmətinə məlumat verməmişdir. O iddia etmişdir ki, məhkəmə sübutların qiymətləndirilməsini düzgün aparmamış, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. X4 Müfəttişliyi Xidməti tərəfindən İXM-in 555.1-ci maddəsi ilə tərtib olunmuş qərar tam qanuni və əsaslıdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ləğv edilsin və X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində tərtib edilmiş ## ###### 2026-cı il tarixli inzibati tənbeh qərarı qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Hüseyn oğlunun nümayəndəsi və vəkili Vəkil çıxış edərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən orqan nümayəndəsinin iştirakını təmin etməmiş, Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşdə olan ##.##.2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi X1 tərəfindən qəbul edilmiş MN seriyalı, ******* nömrəli, ## ###### 2026-cı il tarixli qərardan görünür ki, “xxxx” MMCnin işçisi X2 ##.##.2025-ci il tarixdə xəsarət alması barədə işəgötürən Qərardan şikayət verən orqan (şəxs) tərəfindən hadisənin araşdırılması üçün həmin gün DƏMX-nə məlumat verilməmiş, nətizədə Qərardan şikayət verən orqan (şəxs) İXM-in 555.1- ci maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X11 Xidmətinin Lənkəran-X14 ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, “xxxx” MMC-nin X7 filialının elektrik montyoru X2 ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinədək ezam olunduğu Cəmiyyətin Cənub regional filialının Lənkəran şöbəsinin ərazisində işləyərkən ##.##.2025-ci il tarixində iş vaxtı xəsarət alması barədə “xxxx” MMC-nin X17 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Lənkəran-X14 ünvanına daxil olmuş ##.##.2025- cü il tarixli **/*** nömrəli məlumat əsasında araşdırma aparılmış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti rəhbərliyinin X11 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə təqdim etdiyi ##.##.2025-ci il tarixli, 14- 5-108/2- ****/**** nömrəli məktubuna, məktuba əlavə edilmiş sənədlərə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işəgötürəni ilə X2 arasında bağlanmış əmək müqaviləsinə əsasən o cəmiyyətin X7 filialına elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi qüvvədədir. Cəmiyyətin X7 filialının Hacıqabul şöbəsində elektrik montyoru vəzifəsində işləyən X2 ##.##.2025-c i il tarixindən ##.##.2025-ci il tarixinədək Cənub regional filialının Lənkəran şöbəsinə ezam edilmişdir. X2 regional filialının Lənkəran şöbəsinin ərazisində işləyərkən ##.##.2025-ci il tarixində ehtiyatsızlıq etmiş və nəticədə 2 barmağı, açmaq istədiyi kanalizasiya quyusunun qapağının altında qalaraq xəsarət almışdır. Ə.Əliyev hadisədən sonra işinə davam etmişdir. Zərərçəkən X2 ##.##.2025-ci il tarixində yazıb X11 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə təqdim etdiyi izahatında göstərmişdir ki, o, ## ###### 2025-ci il tarixində kabellərin söküntüsü işini icra edərkən ehtiyatsızlıqdan sağ əli rabitə quyusu zənn edərək açmaq istədiyi kanalizasiya qapağının altında qalmışdır. Nəticədə sağ əlinin 2 barmağı yüngül dərəcədə əzilmişdir. Xəsarət yüngül olduğundan heç kimə məlumat verməmiş və işinə davam etmişdir. Özünü yaxşı hiss etdiyindən hadisədən sonra da işinə davam etmişdir. “xxxx” X5 rəhbərliyinin ##.##.2025- ci il tarixli **-*-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, X2 “xxxx” publik hüquqi şəxsə müraciəti qeydə alınmamış və onun adına “əmək qabiliyyətinin olmaması vərəqəsi” açılmamışdır. “xxxx” X5 rəhbərliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-***/**** nömrəli məktubunda göstərilmişdir ki, X2 ##.##.2025-ci il tarixindən bu günədək həmin ərazi üzrə xidməti fəaliyyət göstərən “MTE və PAB” PHŞ-nin Lənkəran, Astara və Lerik rayon şöbələrində məhkəmə-tibbi ekspertizadan keçirilməsi üçün hüquq mühafizə orqanları tərəfindən göndərilməmiş və müayinədən keçməmişdir. X2 ##.##.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş hal tibbi rəylə təsdiqlənmədiyindən baş vermiş hadisə tərəflərindən təhqiq edilmir İşdə olan “xxxx” X5 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti X7 Filialının ##.##.2025ci il tarixli, ***E/CŞRF nömrəli “Ezamiyyə haqqında” əmrindən görünür ki, Cənub regional filialının Lənkəran şöbəsində mis kabel söküntüsü ilə əlaqədar, aşağda adları qeyd edilən əməkdaşlar ##.##.2025-ci il tarixindən 6 (altı) gün müddətinə Lənkəran şəhərinə ezam olunsunlar: X24, X21, X10, Qardaşxan Əli oğlu İsmayılov və Yavər İntiqam oğlu Əliyev. İşdə olan “xxxx” X5 «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti X7 Filialının ## ###### 2025-ci il tarixli, **/*** saylı X11 ünvanlanmış məktubundan görünür ki, “xxxx” MMC-nin Cənub Şirvan regionunun Hacıqabul şəbəsində elektrik montyoru vəzifəsində işləyən X2 ##.##.2025-ci il tarixdə onlara verdiyi məlumata əsasən o, ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixədək ezam olunduğu CRF-nin Lənkəran şöbəsininn ərazisində işləyərkən ##.##.2025-ci il tarixində ehtiyatsızlıq etmiş və nəticədə sağ əlinin üç barmağı rabitə quyusu zənn edərək açmaq istədiyi kanalizasiya quyusunun qapağının altında qalaraq xəsarət alımışdır. Sözügedən əməkdaşın dediyinə görə xəsarətin yüngül olması səbəbindən o, bu hadisə barədə heç kimə məlumat verməmişdir. Həmçinin əməkdaşın xəsarət alması iş buraxılacaq ağırlığında olmaması səbəbindən (xəstəlik vərəqəsi açılmayıb) o, hadisədən sonrakı ilk iş günündə işə cəlb edilmişdir İşdə olan X2 ##.##.2025-ci il tarixli izahatından görünür ki, ##.##.2025-ci il tarixdə mis kabellərin söküntüsü ilə əlaqədar ezam olunduğu Lənkaran şəhərində işini icra edərkən diqqətsizliyi və ehtiyatsızlığı səbəbindən sağ əli rabitə quyusu zənn edərək açma istədiyi kanalizasiya qapağının altında qalmışdır. Nəticədə sağ əlinin iki barmağı yüngül dərəcədə əzilmişdir. Xəsarət yüngül olduğu üçün həkimə məlumat verməmiş, xəstəxanada olmamışdır. Özünü yaxşı hiss edir. İşimi davam etdirməkdə maneə yoxdur. Əmək qabiliyyəti yerindədir. Hadisədən sonra öz işini rahat şəkildə icra etmişdir. İşdə olan X19 ##.##.2025-ci il tarixli izahatından görünür ki, ##.##.2025-ci il tarixdə mis kabellərin söküntüsü ilə əlaqədar ezam olunduğu Lənkəran şəhərində işləri icra edərkən X2 diqqətsizliyi və ehtiyatsızlığı səbəbindən sağ əlini rabitə quyusu zənn edərək açmaq istədiyi kanalizasiya qapağının altında qalaraq sağ əlinin iki barmağını əzəndə yanında olmuşdur. Xəsarət yüngül olduğu üçün heç kimə məlumat verməmişdirlər Məhkəmə apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işin materiallarını tədqiq edib aşağıdakı əsaslara görə hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır: Belə ki, İXM-in 3-cü maddəsinə qeyd-şərtsiz əməl olunmalıdır. Həmin maddənin tələbinə görə, şəxs yalnız o zaman inzibati məsuliyyətə cəlb oluna bilər ki, onun törətdiyi əməl (hərəkət və ya hərəkətsizlik) bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin bütün elementlərini birbaşa daşımış olsun. Digər tərəfdən, İXM-in 9-cu maddəsinə əsasən, inzibati xətanın törədilməsində şəxsin təqsiri subyektiv cəhətdən sübuta yetirilməlidir. Yəni vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyində qanunvericiliyin tələblərini qəsdən və ya ehtiyatsızlıqdan pozma faktı mövcud olmalıdır. Hazırkı iş materiallarından isə görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxs Qərardan şikayət verən orqan (şəxs) Hüseyn oğlunun əməlində İXM-in 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın nə obyektiv, nə də subyektiv cəhəti formalaşmışdır. İXM-in 555.1-ci maddəsinin dispozisiyasına görə, inzibati məsuliyyət istehsalatda baş verən bədbəxt hadisənin başvermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə yaranır. Bu norma maddi-hüquqi baxımdan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsi və Nazirlər Kabinetinin ## ###### 2000-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları” ilə sıx bağlıdır. Həmin hüquqi aktların məntiqi sistemli təhlili göstərir ki, işəgötürənin bədbəxt hadisə barədə dərhal (həmin gün) məlumat vermək vəzifəsi onun bu hadisədən obyektiv olaraq məlumatlı olması faktına əsaslanır. İşəgötürənin bilmədiyi, işçinin özü tərəfindən gizlədilən və yalnız sonradan daxili nəzarət qaydasında aşkar edilən yüngül xəsarət hadisəsinə görə rəhbərliyin "məlumat verməmə" bəhanəsi ilə birbaşa məsuliyyətə cəlb olunması hüququn ümumi prinsiplərinə, xüsusən də ədalət və təqsir prinsiplərinə tamamilə ziddir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, ## ###### 2025-ci il tarixdə Lənkəran şöbəsinə ezam olunmuş elektrik montyoru X2 ehtiyatsızlığı nəticəsində sağ əlinin iki barmağının əzilməsi ilə nəticələnən hadisə baş verdiyi an nə zərərçəkən, nə də hadisənin şahidi Ramanov Əmirəhməd bu barədə işəgötürənə və ya hər hansı rəhbər şəxsə məlumat verməmiş, tibb müəssisəsinə müraciət etməmiş və əmək qabiliyyətini itirmədən öz xidməti fəaliyyətlərini rahat şəkildə davam etdirmişlər. Bu fakt zərərçəkənin və şahidin iş materiallarında olan izahatları, eləcə də xxxxnın və xxxxnin rəsmi məktubları ilə tam təsdiq olunur. Belə olan halda, işəgötürən Qərardan şikayət verən orqan (şəxs) Hüseyn oğlunun hadisə günü (##.##.2025-ci il) qeyd olunan xəsarətdən xəbərdar olması barədə işdə heç bir mötəbər sübut yoxdur. Əksinə, müəssisənin Əməyin mühafizəsi üzrə struktur bölməsinin əməkdaşları tərəfindən işçinin əlindəki hematoma daxili yoxlama zamanı aşkar edildiyi gün — yəni ## ###### 2025-ci il tarixdə — işəgötürən tərəfindən dərhal X11 Xidmətinə **/*** nömrəli rəsmi məktubla məlumat verilmişdir. Bu isə işəgötürən tərəfindən hər hansı bir gizlədilmə niyyətinin və ya hərəkətsizliyinin olmadığını, onun öz xidməti vəzifələrinə tam vicdanla yanaşdığını subbut edir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqan iş üzrə sübutların qiymətləndirilməsini İXM-in 84-cü maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv aparmamış, sadəcə formal olaraq hadisə günü ilə məlumatın verildiyi gün arasındakı zaman fərqinə istinad etmişdir. Halbuki bədbəxt hadisənin tibbi rəylə təsdiqlənməməsi, əmək qabiliyyətinin itirilməməsi vərəqəsinin açılmaması və dərhal xidməti araşdırmanın qeyri-mümkünlüyü Müfəttişliyin Lənkəran-X14 ##.##.2025-ci il tarixli məktubunda da etiraf edilmişdir. Səlahiyyətli orqanın apellyasiya şikayətində irəli sürdüyü "işəgötürən bədbəxt hadisənin ağırlıq dərəcəsindən asılı olmayaraq dərhal məlumat verməlidir" tezisi o zaman hüquqi qüvvəyə malik ola bilərdi ki, işəgötürənin bu hadisədən xəbərdar olduğu sübuta yetirilsin. Mövcud işdə isə qanunsuz icraat nəticəsində vəzifəli şəxsə qarşı obyektiv təqsirləndirməyə (təqsir olmadan məsuliyyətə cəlb etməyə) yol verilmişdir ki, bu da yuxarıda qeyd olunan İXM-in fundamental prinsipləri ilə birbaşa ziddiyyət təşkil edir. Beləliklə, X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qanuni qənaətini təkzib etmək gücündə deyildir. İXM-in 134.1.1-ci maddəsinə rəhbər tutaraq, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İXM-in 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsində görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə görə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu qənaətdədir ki, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Məhkəmə şərh olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq Qərara aldı: İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan X11 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar