Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-254/2026 18.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə və həmin qərar əsasında yazılmış 80 manat və 25 manat dəbbə pulunun silinməsinə dair İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından qərar qəbul edən orqan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (sədrlik edən hakim Nərmin Qoşqarova) ## ##### 2026cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və həmin qərar əsasında yazılmış 80 manat və 25 manat dəbbə pulunun silinməsi qərara alınmışdır. işin halları: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində Məcəllənin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarın ləğv edilməsi, ona əsassız yazılmış 80 manat məbləğində cərimə və 25 manat dəbbə pulunun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR DİN BDYP idarəsinin verdiyi BB ****** nömrəli, ##.##.2024-cü il tarixli texniki pasporta əsasən, **-GQ-*** Dövlət qeydiyyat nişanlı olan “Ford Fusion” markalı nəqliyyat vasitəsi onun şəxsi istifadəsindədir. Baş vermiş inzibati xəta pozuntusu Sumqayıt şəhər Nərimanov rayonunda ##.##.2026-ci ildə EQ ******** saylı qərarı ilə qeydiyyata alınmışdır. Tərtib edilmiş qərar üzrə onun adına qeyd olunan 80 AZN və 2 Bal cərimə 25 AZN dəbbə pulu hesablanmışdır. O, elektron qaydada elə həmin cərimə tətbiq olunan gün Baş Dövlət Yol Polisinə şikayət etmişdir. Lakin onun şikayətinə baxılmadı və məhkəməyə təqdim olunması üçün də qərarı ona vermədilər. Dəfələrlə şikayət etdikdən və sonunda bezərək şikayətində müraciətinə qarşı edilən laqeydlik və biganə yanaşma eləcə də vətəndaşların müraciəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulması ilə bağlı cənab X1 qəbuluna gedəcəyini yazan kimi dərhal onun şikayətinə baxıldı və dərhal Sumqayıt Dövlət Yol Polisi İdarəsindən ## #### 2026-cı ildə onunla əlaqə saxlanıldı və qərarı yaxınlaşaraq götürə biləcəyini bildirdilər. İnzibati xəta haqqında qərarın surəti ona ##.##.2026-cı il tarixdə Sumqayıt Yol Polisi İdarəsində imzalayaraq rəsmi olaraq almış və müddətin axımı da həmin tarixdən hesablanmalıdır. İstifadəsində olan və idarə etdiyi 77- GQ798 Dövlət qeydiyyat nişanlı olan “Ford Fusion” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən və maşını park etmək istədiyi an dönən zaman yəni maşının işıqları da görünür ki, yanılı və hərəkətdə olduğu an maşın cərimələnmişdir. Ona tətbiq olunan cərimə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə istinad edilərək qeyd olunmuşdur ki, yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə cərimə yazılıb. Halbuki foto sübutlardan da aydın görünür ki, maşını hərəkətdədir və sağa dönərək parklanma etmək istəyir. Dayanma və durma o haldır ki, maşın ümumiyyətlə heç bir hərəkət işıqları yanmasın. İdarə etdiyi maşın elektron sistemlə idarə olunur o hərəkətdə olduğu zaman avtomatik olaraq maşının ön və işıqları yanılı olur. Xüsusilə arxa hərəkət işıqları dayanma və durma zamanı sönülü olur. O isə ailəsi ilə həmin anda hərəkətdə idi və sağa dönərək maşını dayanacaqda saxlamaq niyyəti vardı. Həmin cərimə yazılan yerdə 10 saniyə belə dayanmadan ani bir məqamda dayanacağa dönmüşdür. Maşını sağa dönərək dayanacaqda saxladıqdan 5 dəqiqə sonra ona belə bir cərimə gəldi halbuki həmin an o artıq maşını dayanacaqda saxlamışdır. Ümumiyyətlə bu kameralar əgər elektron idarə olunursa və süni intelektdirsə burada kobud pozuntulara yol verilir. Bəlkə birinin ürəyi tutub yolda dayanıb bəlkə maşın həmin an yanır və ya tıxac səbəbindən dayanıb? O zaman vətəndaşın canına qəsd edilməli 80 AZN cərimə yazılmalıdır? Tətbiq edilmiş cərimə qərarı ilə qəti razı deyil bu vətəndaş hüquqlarının kobud pozulmasıdır. Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə Azərbaycan Respublikası Nazirlər kabinetinin # #### 2010-cu il tarixli *** nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarına əsasən göstərilmişdir ki, şəhər kameralarının əsas rolu və təyinatı ictimai təhlükəsizliyin təmin edilməsi, əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə nəzarətin gücləndirilməsi və hüquq pozuntularının qarşısının alınmasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, videonəzarət sistemləri əhalinin sıx toplaşdığı yerlərdə təhlükəsizliyə nəzarəti artırmaq məqsədilə yaradılır və bu sistemlərin tətbiqi DİN və digər aidiyyəti orqanlarla razılaşdırılır. Bu kameralar vasitəsilə ictimai yerlərdə baş verən hadisələrə operativ reaksiya verilməsi və hüquq-mühafizə tədbirlərinin effektivliyi təmin olunur. Şəhər kameralarının quraşdırılması və istifadəsi ictimai asayişin qorunması və cinayətlərin qarşısının alınması baxımdan praktik əhəmiyyət daşıyır. Amma bu qərarın heç bir hissəsində heç bir cümləsində qeyd olunmur ki, bu kameralar DİN video müşahidə kamerası olaraq inzibati xəta növündə cərimə tətbiq edə bilər. Bu gün ona yazılan cərimə tək onun yox milyonlarla insanın hüquqlarının pozulması ilə nəticələnən hüquqpozmasıdır. DİN kim o səlahiyyəti verib ki, şəhər müşahidə kamerası ilə İXM cərimə növü tətbiq edə bilər? heç kim bu quruma o səlahiyyəti verməyib. DİN sadəcə öz resurs imkanlarından istifadə edərək bu cərimələri leqallaşdıra bilib. Halbuki bu qanun pozuntusudur. Yuxanda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitusion hüquqlarının təmin edilməsi və bərpası eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnzibati xəta haqqındakı protokolda göstərilmişdir ki, 346.4 maddəsinin tələblərinə riayət etməmişəm. (346.4. Yanqoşqusıı olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir.) Halbuki video müşahidə ilə aydın şəkildə görmək olar ki, həmin vaxtı heç bir qayda pozuntusu törədilməmiş və bu cərimə sanki qərəzli şəkildə yazılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta təkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən sübutlar: inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin 1.1-ci bəndinə əsasən inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, 1.4-cü bəndinə əsasən vəsatət və etirazlar vermək, 1,5-ci bəndinə əsasən işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. Bildirir ki, qeyd edilmiş cərimələr İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən silinməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından qərar qəbul edən orqan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Protokol tərtib edən orqan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında elektron qərar qəbul edilmiş fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərardan Qərardan şikayət verən orqan (şəxs) İsmayıllı Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək qəbul edilmiş elektron qərarın ləğv edilərək barəsində başlamış icraata xitam verilməsinin xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi üzrə tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Aşağıdakı səbəblərdən hesab edirlər ki, İsmayıllı Rayon Məhkəməsinin 3(5-132)- ***/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli və AR DİN BDYPİ tərəfindən qəbul edilmiş elektron qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin tələbini pozduğuna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən ## ###### 2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqqında iş üzrə icraata xitam verilməlidir. Birincisi, birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Bununla bağlı qeyd edirlər ki, İdarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Poçt Haqqında AR Qanununa əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Belə olan halda işə baxılma vaxtı və yeri barədə səlahiyyətli orqana məlumatın çatıbçatmamasını aydınlaşdırmadan iş üzrə icraata xitam vermişdir. İnzibati xəta haqqında işin materiallarında işin baxılma və vaxtı və yeri barədə səlahiyyətli orqana məktubun çatdırılması barədə hər hansı sübut mövcud deyildir. İkincisi, Qeyd etmək istəyirlər ki, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında elektron qərardan və onun foto şəkillərindəndə tam aydın olur ki, sürücü avtomobili yolun hərəkət hissəsində yəni ikinci cərgədə dayandırmışdır. Göründüyü kimi nəqliyyat vasitəsinin dayandırıldığı yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yerdir və sürücü İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların saälamlıäını. əhalinin sanitariva- epidemioloii saiamatlıäını. ictimai mənəviyyatı, mülkivvəti. şəxslərin iqtisadi maraqlarını, ictimai aavdanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunculuäu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 7.1-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən Dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin l-ci hissəsinə nəsasən yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Bununla bağlı birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəmiyyətli olan halları sübuta yetirilmədən nəticədə qanunsuz və əsasssız qərar qəbul etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edir. Beləliklə də hesab edirlər ki, İsmayıllı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qərarı ləğv edilməli və Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş elektron qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Qərardan şikayət verən orqan (şəxs) İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati xəta haqqında iş üzrə qərarından qərar qəbul edən orqan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı olaraq etiraz vermişdir. Etirazda apellyasiya şikayətinin təmin ediməməsini və İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, qərar qəbul edən orqan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) və qərar qəbul edən orqan Azərbaycan Respublikası DİN BDYPİnin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İş materiallarında olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Veb Portalı”ndan çıxarılmış fotocədvəldən görünür ki, ** GQ *** dövlət qeydiyyat nömrəli “Ford Fusion” minik markalı avtomobilin qayda pozuntusu N.Nərimanov küçəsində, ##.##.2026-cı il tarixdə, saat 17:24-də müəyyən edilərək fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə N.Nərimanov küçəsində saat 17:24-də ** GQ *** dövlət qeydiyyat nömrəli “Ford Fusion” minik markalı avtomobili ilə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durması qaydalarının pozulmasına görə Məcəllənin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarı əsaslandıraraq göstərmişdir ki, inzibati xəta xüsusi yol hərəkəti qaydalarının pozuntularını avtomatik qeydə alan sertifikatlaşdırılmış texniki vasitə ilə deyil, təhlükəsizlik şəhər kamerası vasitəsilə əldə edilmiş görüntülər əsasında müəyyən edilmişdir. Təhlükəsizlik kameraları ümumi müşahidə məqsədi daşıyır və onların funksiyası yol hərəkəti qaydalarının pozulmasını avtomatik rejimdə aşkar edərək məlumatı birbaşa mərkəzi informasiya sisteminə ötürməkdən ibarət deyildir. Başqa sözlə desək, bu kameralar müxtəlif qanun pozuntularına, cinayətlərə, fövqəladə vəziyyətlərə çevik reaksiya vermək funksiyalarını yerinə yetirən "Təhlükəsiz şəhər" avtomatlaşdırılmış idarəetmə sistemi hesab edilir. Məcəllənin 122.1-ci maddəsinin məzmunundan aydın olur ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətalar yalnız foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə və bu vasitələrin məlumatları müvafiq informasiya sisteminə real vaxt rejimində birbaşa ötürüldükdə elektron qərar çıxarıla bilər. Qanunverici burada “xüsusi texniki vasitə” anlayışını ümumi müşahidə kamerası kimi deyil, yol hərəkəti qaydalarının pozulmasını avtomatik qeydə alan, sistemə inteqrasiya olunmuş və insan müdaxiləsi olmadan məlumat ötürən texniki qurğu kimi nəzərdə tutmuşdur. Həmçinin Məcəlləni 81.1-ci maddəsinə müvafiq olaraq müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Hazırkı iş üzrə isə inzibati xətanın təhlükəsizlik şəhər kamerasından əldə edilmiş görüntülərin sonradan baxılaraq qiymətləndirilməsi yolu ilə müəyyən edildiyi görünür. Bu isə Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş avtomatlaşdırılmış və real vaxt rejimində fəaliyyət göstərən mexanizmə uyğun deyildir. Bu halda inzibati xəta xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş hesab edilə bilməz. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyilə razılaşmır və bununla bağlı olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir Azərbaycan Respublikası İXM-nin 122.3-cü maddəsinə görə inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: 122.3.1. inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İş materiallarından göründüyü kimi Qərardan şikayət verən orqan (şəxs) barəsində ##.##.2026-cı il tarixdə N.Nərimanov küçəsində saat 17:24-də ** GQ *** dövlət qeydiyyat nömrə nişanlı “Ford Fusion” minik markalı avtomobili ilə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durması qaydalarının pozduğuna görə ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərara əsasən İXM-nin 346.4-cü maddəsi ilə 80 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə N.Nərimanov küçəsində saat 17:24-də ** GQ *** dövlət qeydiyyat nömrəli “Ford Fusion” minik markalı avtomobili ilə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və durması qaydalarını pozması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş, real vaxt rejimində elektron formada birbaşa informasiya sisteminə ötürülmüş və inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində barəsində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Veb Portalı”ndan çıxarılmış fotocədvəldən xətanın növü (İXM-in 346.4-cü maddəsi), xətanın yeri (N.Nərimanov küçəsi), tarixi (##.##.2026), saatı (17.24.11) həmçinin avtomobilin markası və qeydiyyat nömrəsi əks etdirilmiş və ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarda da həmin məlumatlar öz əksini tapmışdır. Həmçinin, İsmayıllı rayon məhkəməsinə ünvanladığı şikayət ərizəsində Qərardan şikayət verən orqan (şəxs) göstərmişdir ki, həmin anda hərəkətdə olmuş və sağa dönərək maşını dayanacaqda saxlamaq niyyəti olmuş, cərimə yazılan yerdə 10 saniyə belə dayanmadan ani bir məqamda dayanacağa dönmüşdür. Lakin DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Veb Portalı”ndan çıxarılmış fotocədvəldən görünür ki, sağ hissədə yerləşən dayanacaqda nəqliyyat vasitələri dayanmış, Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi nəqliyyat vasitəsi isə yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə müəyyən olunmuşdur. Beləliklə də, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 346.4cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsində göstərdiyi hallar iş materiallarında olan sübutlarla təkzib olunur və işin faktiki hallarını əks etdirmir. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarının və həmin qərar üzrə yazılmış 80 manat və 25 manat dəbbə pulunun ləğv edilməsi barədə şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1 və 135.1.2-ci maddəsinə görə, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinın 133- 137-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi, qərara aldı: İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sisteminin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarının və həmin qərar üzrə yazılmış 80 manat və 25 manat dəbbə pulunun ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz
Məhkəmə qərarları › İş №3(3-10)-254/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-254/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver