Məhkəmə qərarları › İş №3(3-10)-255/2026

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-255/2026

09.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-255/2026 09.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, onun müdafiəçisi X1 və tərcüməçi X7 iştirakları ilə, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə, ## #### 1991-ci il tarixdə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Qax rayonu, Əlibəyli kəndində qeydiyyatda olan və yaşayan-Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəlinin «02» may 2026-cı il tarixdən, saat 20:30-dan hesablanması, qərarın icra olunmasının Qax rayon Polis şöbəsinə həvalə edilməsi, hüquqi xidmətə görə müdafiəçi Vəkil iştirak etdiyi 03 saata görə 33 manat məbləğində pul vəsaitinin onun vəkil hesabına köçürülməsi (Hesablaşma hesabı: Azərbaycan Beynəlxal Bankı Qax filialı, kod İBZAZ2X, Alan Bankın müxbir hesab AZ03NABZ01350100000000002944, Alan müştərinin hesab nömrəsi AZ731BAZ41040019445461147344) qərara alınmışdır. işin halları: Vətəndaş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə, saat 18:50 radələrində Qax şəhəri, Ü.Hacıbəyov küçəsində polisin qanuni tələblərini pozmuş, polisə tabe olmamışdır. Bu barədə Qax Rayon Polis Şöbəsinin sahə rəisi Ömərov Hicran Qazı oğlu tərəfindən MN 2184502 №li, ## ### 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Protokolu tərtib edən orqan-nin İTB-nin polis sahə rəisi Ömərov Hicran Qazı oğlu tərtib etdiyi protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vət.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026cı il tarixdə, Qax şəhəri Ü.Hacıbəyov küçəsində «VAZ 21015» markalı, «az ** BX ***» dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. YPX-in əməkdaşları avtomobilin duracağa aparılacağını təklif etmiş, bundan sonra vət.Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə ictimai asayişi pozaraq ünvansız söyüşlər etmiş, polisə tabe olmamış və polisin iş rejimini pozmuşdur. Daha sonra vət. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan-nə gətirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir Birinci instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında göstərmişdir ki, törətdiyi əməli səmimi olaraq etiraf edir, törətdiyi əməldən peşmandır, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən şahid, Protokolu tərtib edən orqan-nin DYPB-nin yol patrul xidməti inspektoru R İlyasov Zakir Tahir oğlu izahat verərək göstərmişdir ki, ## ### 2026-cı il tarixdə «az ** YP ***» dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə Qax şəh., Ü.Hacıbəyov küçəsi istiqamətdə hərəkətdə olduqları zaman qarşıda hərərkət olan «VAZ 21015» markalı, «az ** BX ***» dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Avtomobilin sürücüsü vət. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə ictimai asayişi pozaraq ünvansız söyüşlər etmiş, polisə tabe olmamış və polisin iş rejimini pozmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən şahid qismində iştirak edən Protokolu tərtib edən orqan-nin Yol Patrul bölməsinin baş inspektoru R şahid1 Yol Patrul İnspektoru R İlyasov Zakir Tahir oğlunun izahatına uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi vəkil Vəkil göstərmişdir ki, təqsirləndirilən şəxs əməlini səmimi etiraf edir və peşmandır. Məhkəmədən aşağı həddə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən şikayət verilmişdir. Apellyasiya Şikayətinin dəlilləri Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs müdafiəçisi, vəkil Vəkil verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) ## ### 2026-cı il tarixli qərarı ilə müdafiə etdiyi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hesab edir ki, məhkəmənin barəsində tətbiq etdiyi tənbeh növü həddindən artıq ağırdır və işin hallarına uyğun deyildir. Şikayətini aşağıdakı əsaslarla əsaslandırır: Səmimi etiraf və peşmançılıq: Müdafiə etdiyi şəxs Canaşvili.V.M. məhkəmə iclasında törətdiyi əməli səmimi etiraf etmiş və peşman olduğunu bildirmişdir. Məhkəmə öz qərarında bunu İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qəbul etmişdir. Məsuliyyəti ağırlaşdıran halların yoxluğu: Qərardan göründüyü kimi, şəxsin əməlində məsuliyyəti ağırlaşdıran heç bir hal müəyyən edilməmişdir. Cəzanın alternativliyi: İXM-in 535.1-ci maddəsinin sanksiyası iki yüz manat məbləğində cərimə tənbehi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs nəzərdə tutur. Həmin Məcəllənin 30.1-ci maddəsinə görə, inzibati həbs yalnız müstəsna hallarda tətbiq edilən tənbeh növüdür Tənbehin məqsədinə nail olunması: İnzibati tənbehin məqsədi şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməkdir. Hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs-nin əməlindən səmimi peşman olması və əvvəllər analoji xəta törətməməsi (ağırlaşdırıcı halların yoxluğu) nəzərə alınaraq, onun barəsində həbs tətbiq edilmədən, maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi ilə də islah olunması mümkündür. Odur ki, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilsin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tətbiq olunmuş 10 günlük inzibati həbs tənbehi İXM-in 535.1-ci maddəsinin sanksiyası daxilində cərimə tənbehi ilə əvəz edilməsini xahiş etmişdir. Məkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirdi ki, yol polisi xidməti əməkdaşları onu saxlayıb sürücülük vəsiqəsini təqdim etməsini istəmişlər. Onun sürücülük vəsiqəsinin müddəti bitdiyi üçün sürücülük vəsiqəsi olmamışdır. Polis əməkdaşları avtomobilin açarlarını istədikdə o, açarları verməkdən imtina etmişdir. Buna görə onu polis şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq bildirdi ki, özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. Polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsir olmamışdır. Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün bir ayağında protez vardır. Apellyasiya şikayəti ilə razıdır, barəsində seçilmiş inzibati həbsin cərimə ilə əvəz edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi X1 bildirdi ki, şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olmadığını hesab etdiyi üçün birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onun oğludur. Oğlunun əvvəllər II qrup əlilliyi olsa da, təxminən 2020-ci ildən sonra oğluna III qrup əlillik təyin edilmişdir, oğlu əlilliyə görə 180 manat pensiya alır. Məhkəmə kollegiyasının keçirilməsinin yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, …. inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər», «inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır». Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmənin tətbiq etdiyi tənbeh növü həddindən artıq ağırdır və işin hallarına uyğun deyildir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin müdafiəçisi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakıları qeyd edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş - ## ### 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs həmin tarixdə tutulmuşdur. İş materialında olan ## ### 2026-cı il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayətlə əlaqədar öyrənilmiş iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş orqan tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv surətdə baxılmış sübutlara əsaslanaraq İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, habelə inzibati xəta haqqında materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ## ### 2026-cı il tarixdə, saat 18:50 radələrində Qax şəhəri, Ü.Hacıbəyov küçəsində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbini pozmuşdur. Həmçinin birinci instansiya məhkəməsinin iclasında və apellyasiya instansiya məhkəməsinin iclasında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli hesab etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə müdafiəçi X1 şəxsin əməlində inzibati xətanın tərkib əlamətləri olmadığından birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair xahişini əsassız hesab edir. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi əməldən peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab etmiş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxsə təyin edilmiş inzibati tənbehlə bağlı qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq məhkəmənin təyin etdiyi inzibati tənbeh tədbiri törədilmiş inzibati xətanın xarakterinə, inzibati xəta törətmiş şəxsin şəxsiyyətinə, onun təqsirinin dərəcəsinə uyğun hesab edilməlidir. Buna görə də Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı işlə bağlı mövqeyi tam ədalətli və qanuni olmuşdur. Odur ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməldir. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə qanunvericiliyin qeyd olunan normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə baxışı zamanı göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat vəsait Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X1 “xxxx” ASC-nin Şəki rayon filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar