Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 3(3-10)-256/2026 18.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, “xxxx” MMC-nin nümayəndəsi Dibirov İlyas Murtuzəli oğlunun iştirakları ilə, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından inzibati xəta haqqında protokol tərtib edən edən orqan Protokolu tərtib edən orqan böyük icra məmuru X3 və zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Dibirov İlyas Murtuzəli oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-158)-292/2026 nömrəli qərarı ilə (sədrlik edən hakim Ş.Cəfərova) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Protokolu tərtib edən orqanndən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. İşin halları: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Protokolu tərtib edən orqanndə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər # #### 2026-cı il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Protokolu tərtib edən orqan icra məmuru X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ** saylı Ərazi Vergilər Departamentinin **************** nömrəli,##.##.2021-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan cəmi 6225.11 manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməlidir. Icra sənədi ##.##.2021-ci il tarixdə Şəki rayonu üzrə lcra və Probasiya Şöbəsinə daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərara qəbul olunmuş, tələbin könüllü müddətdə icrası ilə bağlı borclunun electron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü müddətdə təmin olunmamışdır. Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin *l-***** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan cəmi 130 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2023-cü il tarixdə Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərara qəbul olunmuş, tələbin könüllü müddətdə icrası ilə bağlı borclunun elektron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü müddətdə təmin olunmamışdır. Şəki Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023- cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan cəmi 2641.98 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. lcra sənədi ##.##.2023-cü il tarixdə Şəki rayonu üzrə lcra və Probasiya Şöbəsinə daxil olmuş, qanunamüvafiq qaydada icraya yönələrək icraata başlama haqqında qərara qəbul olunmuş, tələbin könüllü müddətdə icrası ilə bağlı borclunun electron sistemdə qeydiyyatda olan mobil nömrələrinə SMS bildirişlər göndərilmiş, lakin tələb borclu tərəfindən könüllü müddətdə təmin olunmamışdır. Icra sənədləri borclu tərəfindən könüllü müddətdə icra olunmadığı üçün borclununəmlakının axtarışına başlanılmış, borclunun bank və kredit təşkilatlarında hesablarının,adına qeydiyyata alınmış daşınar və daşınmaz əmlakının, sahibkarlıq fəaliyyəti iləməşğul olub-olmaması, həmçinin iş yerinin, əmək haqqı və pensiyasının olub-olmaması"Elektron Icra" informasiya sistemi vasitəsilə elektron qaydada sorğulanmış, lakinsorğunun nəticəsində borclunun "xxxx" ASC-də bankhesabının olduğu müəyyən olunmuş və ##.##.2024-cü il tarixli qərarla həmin bankhesabının üzərinə həbs qoyulmuşdur.Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlu icra sənədlərinin icrasını təmin etmədiyi üçünbarəsində məcburi gətirilmə barədə qərar qərar qəbul olunmuşdur.Borclu çağırışlara gəlmədiyi və yaşadığı ünvanı müəyyən etmək mümkün olmadığıüçün ##.##.2025-ci il tarixli qərarla axtarışa verilmişdir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlu ##.##.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə Icra və Probasiya Şöbəsinə gətirildi. Borcluya barəsindətərtib olunmuş icra sənədləri haqqında məlumat verildi. Icra sənədlərini icra etməməyinsəbəbi soruşuldu. Borclu izahatında bildirdi ki, hal-hazırda taksi sürücüsü kimi çalışır.Borclarından xəbərdardır. Yalnız "xxxx" MMC-yə olan borcundan cəmi 226manat ödəniş edib. Digər icra sənədləri üzrə hüç bir ödəniş etməyib. Borcludan icra sənədlərini icra etməsi və qalan borclarını ödəməsi tələb olundu. Borclu izahatındabildirdi ki, bu gün "xxxx" BOKT MMC-yə olan borcunu tam şəkildə ödəyə və "xxxx" MMC-yə olan borcundan 150 manat məbləğində ödəniş edə bilər. Həmçinin vergi üzrə olan borcunun ödəmə müddətinin bitdiyini və işə xitam vermək üçün vergiidarəsinə müraciət etdiyini, xitam ərizəsini bir neçə günə təqdim edə biləcəyini bildirdi.Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun hal-hazırda icra sənədləri üzrə toplam borcu 8771.01 manat məbləğindədir. Borcludan təkrar icra sənədlərini icra etməsi vəGöstərilənlərə əsasən borclu X1 yuxarıda qeyd olunanicra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zərərçəkmiş şəxs “xxxx” MMC və Protokolu tərtib edən orqan həmin qərardan apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsini və X2 təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC şikayətini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-***/**** saylı icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan cəmi 2641.98 manat məbləğində borc tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borclu cəmi 526.08 manat məbləğində ödəniş etmişdir ki, bunun da 226.08 manatı əmək haqqından məcburi qaydada tutularaq tələbkarın hesabına ödənilmiş, 300 manat məbləğində vəsait isə ##.##.2026-cı il tarixdə, yəni inzibati xəta haqqında protokola baxışdan bir gün əvvəl ödənilmişdir. Borclunun həmin günə icra sənədi üzrə qalıq borcu 2115.9 manat təşkil edir. Şikayətçi bildirir ki, məhkəmə icra məmuru tərəfindən verilmiş inzibati xəta haqqında protokolun təmin edilməməsini bununla əsaslandırmışdır ki, borclu "xxxx" MMC-yə olan borcunu üzrlü səbəblərə görə tam icra edə bilməmiş və icra sənədi üzrə borcun bir qismini barəsində inzibati xəta haqqında protokol verildikdən sonra ödəmişdir. Şikayətverən bununla razılaşmadığını bildirir və qeyd edir ki, İcra Şöbəsi tərəfindən borcluya könüllü icra müddəti verilməsinə baxmayaraq, borclu icra sənədi üzrə tələbi tam icra etməmişdir. İcra sənədi üzrə tələb xeyli müddətdir ki, icra edilməmişdir və nəticə etibarı ilə tələbkarın şikayətinə əsas olmuşdur. Şikayətverənin fikrincə, bu müddət ərzində icra sənədi üzrə tələbin icra edilməməsi üçün heç bir üzrlü səbəb ola bilməz və məhkəmə bunu nəzərə almamışdır. Bundan əlavə, borclunun icra sənədi üzrə tələbi hissəvi şəkildə ödəməsi üçün icra üsulunun dəyişdirilməsi və ya hissəvi şəkildə ödənilməsinə dair hər hansı bir məhkəmə qərarı yoxdur. Şikayətçi qeyd edir ki, borclu ilə icra sənədinin icrası ilə bağlı əlaqə zamanı dəfələrlə ödənişlə bağlı söz vermiş, lakin sözünü icra etməmiş, icra sənədinin icrasından qəsdən boyun qaçırmışdır. Proses zamanı borclu izahatında fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Borclunun izahatından da göründüyü kimi, borclu icra sənədi üzrə tələbi qısa müddət ərzində ödəmə qabiliyyətinə malikdir. Bundan əlavə, borclu icra məmuru tərəfindən dəfələrlə İcra Şöbəsinə çağırılmış və icra sənədi üzrə tələbi qısa müddət ərzində təmin etməsi tələb edilmişdir. Bir sözlə, borclu icra məmurunun qanuni tələblərini qəsdən icra etməmiş, çağırışlara gəlməmiş və icra sənədi üzrə tələbi qəsdən icra etməmişdir. Şikayətçi qeyd edir ki, məhkəmə qərar qəbul edərkən itirilmiş müddəti, hissəvi ödənişlə bağlı məhkəmə qərarının olmamasını, borclunun İcra Şöbəsinə axtarışla gətirilməsini və borclunun icra sənədi üzrə tələbi qəsdən icra etmədiyini nəzərə almamışdır. Şikayətverən Şəki Rayon Məhkəməsinin qərarını ədalətli hesab etmədiyini və məhkəmə qərarı ilə razı olmadığını bildirir. Protokolu tərtib edən orqan şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsinin **************** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 6225.11 manat vergi borcu tutularaq ** saylı Ərazi Vergilər Baş İdarəsinin hesabına ödənilməlidir. İcra sənədi ##.##.2021-ci il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcundan ümumiyyətlə ödəniş etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-19532 nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 130 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” BOKT MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2023-cü il tarixində icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu vaxtında ödəməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Şəki Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədinə əsasən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs cəmi 2641.98 manat pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi ##.##.2023-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlanılmış və borclu tərəfə icra məmuru tərəfindən tələbin könüllü müddətdə icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcunu tam şəkildə və vaxtında ödəməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq borcunu ödəməkdən yayınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra sənədləri üzrə borclarını ödəməkdən yayınmış, icra məmurunun çağırışlarına gəlməmiş, icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu çağırışlara gəlmədiyindən məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, bu dəfə də qərara məhəl qoymayaraq çağırışa gəlməmişdir. Belə olan halda borclunun məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunmuş, təqdimat təmin olunmuş, məcburi gətirilmə barədə qərar icra olunmaıs üçün Şəki ŞRPŞ-nə göndərilmiş, borclu bu dəfə də çağırışlara gəlməmiş, icra sənədlərinin icrasından açıq şəkildə yayınmışdır. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığı və olduğu ünvanı müəyyən etmək mümkün olmadığı üçün ##.##.2025-ci il tarixində borclunun axtarılması haqqında qərar qəbul olunmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixində polis əməkdaşları tərəfindən Protokolu tərtib edən orqannə gətirilmiş, borcluya haqqında olan icra sənədləri və onların tələbləri barəsində məlumat verilmiş, icra sənədləri üzrə borclarını ödəməsi tələb olunmuşdur. Lakin borclu tərəf kifayət qədər imkanı olmadığını bildirərək bu tələbləri təmin etməkdən yayınmışdır. Borclu bu qanunazidd hərəkətlərini uzun müddət davam etdirmiş, 5 ilə yaxın müddətdə icra sənədləri üzrə tələbləri yerinə yetirməmişdir. Borclunun bu əməlləri icra məmurunun qanuni tələblərini yerinə yetirməmək kimi qiymətləndiriılməlidir. Bildiyiniz kimi, İcra haqqında Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs taksi fəaliyyəti ilə məşğul olduğu, qazancının olduğu halda məhkəmə və digər orqanların qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə barəsində icra məmuru tərəfindən ##.##.2026-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, Şəki Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərarını əsassız hesab edirik. Azərbaycan Respublikası Konstitusiyasının 72.1-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Həmin Konstitusiyanın 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmin Konstitusiyanın 129.1-ci maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129.2-ci maddəyə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Buna baxmayaraq borclu tərəf Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində tərtib olunmuş icra sənədlərindən xəbərdar olsa da, işləyərək gəliri olsada icra sənədlərinin icrası istiqamətində heç bir hərəkət etməmiş, çoxsaylı çağırışlara baxmayaraq çağırışlara üzürsüz səbəbdən gəlməmiş, olunmuş xəbərdarlıqlara baxmayaraq icra sənədlərinin icrasını təmin etməyərək məhkəmə qərarlarına laqeyd münasibət göstərmiş, məhkəmə və digər orqanların icra sənədlərinin icrasına məsuliyyətsiz yanaşmışdır. Borclu tərəf həm dövlət, həm də digər tələbkarlar qarşısında olan öhdəliyini lazımınca dərk etməmiş, öz öhdəliyinə qarşı məsuliyyətsizlik göstərmişdir Məhkəmə iclasında iştirak edən “xxxx” MMC-nin nümayəndəsi Dibirov İlyas Murtuzəli oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: İXM-in 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; İXM-in 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. ** saylı Ərazi vergilər Baş İdarəsinin ##.##.2021-ci il tarixli qərarında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlu tərəfindən əsas vergi üzrə 4.587,24 manat, faiz üzrə 1.637, 87 manat olmaqla ümumilikdə 6,225,11 manat məbləğində borc ödənilmədiyinə görə tələbkar ** saylı Ərazi Vergilər Baş İdarəsinin qərarının ##.##.2021-ci il tarixindən icraya yönləndirilməsi, 6.225,11 manat borc məbləğinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan ##.##.2021-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında ##.##.2021-ci il tarixli bildirişdən görünür ki, ** saylı Ərazi Vergilər Departamentinin **************** nömrəli, ##.##.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğluna 10 gün müddətində vaxt verilmişdir. Protokolu tərtib edən orqan tərəfindən göndərilmiş, ##.##.2021-ci il tarixli xəbərdarlıq məktubunda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan ##.##.2021-ci il tarixində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Protokolu tərtib edən orqannə gəlib icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etməsi tələb olunmuşdur Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ##.##.2021-ci il tarixli Protokolda ##.##.2021-ci il tarixində borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun İcra və Probasiya Şöbəsinə çağırılmasına baxmayaraq heç bir üzürlü səbəb göstərmədən çağırışa gəlmədiyi bildirilmişdir. Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş, ##.##.2021- ci il tarixli qərarda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun məcburi surətdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan tərəfindən Şəki Rayon Məhkəməsinə ##.##.2021-ci il tarixində göndərilmiş təqdimatda Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun məcburi qaydada gətirilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şəki Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadında Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun məcburi qaydada Protokolu tərtib edən orqannə gətirilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan alınmış ##.##.2021-ci il tarixli izahatda məhkum, hesabındakı yanlışlıqlar düxələndən sonra ödəniş edəcəyini bildirmişdir. Protokolu tərtib edən orqan tərəfindən alınmış ##.##.2023-cü il tarixli qərarında borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun “xxxx” ASC-nin Şəki filialındakı hesablarda olan pul vəsaitinin-6225.11 manatın üzərinə həbs qoyulması qərara alıınmışdır. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli qərarına əsasən, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun “xxxx” ASC-nin Şəki filialında hesablarda olan pul vəsaitinin üzərinə həbs qoyulması qərara alınmışdır. Protokolu tərtib edən orqan ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Protokolu tərtib edən orqan tərəfindən Tələbin könüllü icrası haqqında ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki regional “Asan xidmət“ mərkəzində notariat ofisinin 8İ-19532 nömrəli, ##.##.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğluna 10 gün müddətində vaxt verilmişdir. Şəki Rayon Məhkəməsinin # ### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli borc tələbinə dair məhkəmə əmrində 2544 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 2594 manat borc, 47.98 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan alınaraq, “xxxx”MMC-yə ödənilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan ##.##.2023-cü il tarixli, 2(075)- ***/**** saylı İcra sənədinə əsasən, 2544 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 2594 manat borc, 47.98 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan alınaraq, “xxxx” MMC-yə ödənilməsi qərara alındığı qeyd edilmişdir. Protokolu tərtib edən orqan ##.##.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Protokolu tərtib edən orqan tərəfindən tələbin könüllü icrası haqqında göndərilmiş ##.##.2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin *-(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Kərimov Şahmar Niyazi oğluna 10 gün müddətində vaxt verilmişdir. Protokolu tərtib edən orqan tərəfindən göndərilmiş, ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubunda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan ##.##.2024-cü il tarixində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Protokolu tərtib edən orqannə gəlib icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etməsi tələb olunmuşdur. Protokolu tərtib edən orqan tərəfindən göndərilmiş, ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan ##.##.2025-ci il tarixində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Protokolu tərtib edən orqannə gəlib icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etməsi tələb olunmuşdur. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş, ##.##.2025-ci il tarixli qərarında Şəki Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli sənədinin icra olunması üçün borclunun həyat yoldaşı X4 iş yerinə göndərilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş, ##.##.2025-ci il tarixli qərarında borclu X5 184,94 manat icra ödənişinin tutulması qərara alınmışdır. Protokolu tərtib edən orqan tərəfindən tərtib edilmiş, ##.##.2025-ci il tarixli aktda borclu X5 göstərdiyi kimi Şəki şəhəri Calğalı bulaq küçəsi ev 2/27 ünvanında yaşamadığının müəyyən edildiyi bildirilmişdir. Şəki Rayon Məhkəməsinin 25 setyabr 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadında şikayətçi X4 şikayətinin təmin edilməsi, Protokolu tərtib edən orqan icra məmuru Elbrus Hacıyev tərəfindən qəbul edilmiş, Şəki Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı icra sənədinin aidiyyatı üzrə X4 iş yerinə göndərilməsi barədə qərarın ləğv edilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan tərəfindən tərtib olunmuş, ## ######## 2025-ci il tarixli qərarda borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlu barəsində axtarış elan edilməsi qərara alınmışdır. Protokolu tərtib edən orqan tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlundan alınmış ##.##.2026-cı il tarixli izahatda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlu borclarından xəbərdar olduğunu, borclarını ödəmiş olduğu haqqında sənədi yaxın müddətdə məhkəməyə təqdim edəcəyini bildirmişdir. ##.##.2026-cı il tarixində “xxxx” MMC-dən əldə edilmiş ödəniş qəbzindən görünür ki, Kərimov Şahmar Niyazi oğlu “Kontakt Home”-yə 300 manat ödəniş etmişdir. ##.##.2026-cı il tarixində “eManat”-dan əldə edilmiş ödəniş qəbzindən görünür ki, Kərimov Şahmar Niyazi oğlu “xxxxmat” MMC-yə 137 manat ödəniş etmişdir. Məhkəmə qərarının əsaslandırma hissəsi (Müəyyən etdi / Əsaslandırma) işin faktiki halları, tərəflərin dəlilləri və hüquqi normaların təhlili əsasında aşağıdakı tam və ardıcıl abzaslar şəklində tərtib edilmişdir: Apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) tələblərini, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına mane olacaq dərəcədə pozmuş, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməyərək əsassız nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun barəsində üç fərqli icra sənədi — Dövlət Vergi Xidmətinin ** saylı Ərazi Vergilər Baş İdarəsinin 6225.11 manat vergi borcuna dair ##.##.2021-ci il tarixli qərarı, "xxxx" BOKT MMC-nin xeyrinə 130 manat tutulmasına dair ##.##.2023-cü il tarixli notariat icra qeydi və "xxxx" MMC-nin xeyrinə 2641.98 manat borcun tutulmasına dair Şəki Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli məhkəmə əmri uzun illərdir icra olunmamışdır. Borcluya qanunla müəyyən edilmiş qaydada könüllü icra müddətləri verilməsinə, elektron sistem vasitəsilə çoxsaylı SMS bildirişlər və xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, o, üzrsüz səbəbdən öhdəliklərini icra etməkdən yayınmış, çağırışlara gəlməmişdir. Hətta borclunun ünvanını müəyyən etmək mümkün olmadığı üçün onun barəsində ##.##.2025-ci il tarixdə axtarış elan edilmiş və o, yalnız ##.##.2026-cı il tarixdə polis əməkdaşları tərəfindən məcburi qaydada İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Birinci instansiya məhkəməsi borclunun barəsindəki icraata xitam verərkən onun maddi imkanının zəif olmasını və protokoldan sonra müəyyən hissəvi ödənişlər etməsini əsas götürmüşdür. Lakin iş materiallarında olan ##.##.2026-cı il tarixli ödəniş qəbzlərindən aydın olur ki, borclu yalnız inzibati xəta haqqında protokol tərtib edildikdən və məhkəmə iclasından cəmi bir gün əvvəl "Kontakt Home" ("xxxx" MMC) üzrə 300 manat, "xxxxmat" MMC üzrə isə 137 manat ödəniş etmişdir. Bu ödənişlər borclunun ümumi 8771.01 manat təşkil edən toplam borcunun cüzi bir hissəsini təşkil edir və icra sənədlərinin tam icra olunması demək deyil. Eyni zamanda, borclunun icra sənədlərinin icra üsulunun dəyişdirilməsi və ya borcun hissəhissə ödənilməsi barədə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməsinə dair hər hansı qərar mövcud deyil. Borclunun öz izahatında fərdi taksi fəaliyyəti ilə məşğul olduğunu və gəlir əldə etdiyini bildirməsi, onun borcları tam ödəmək imkanının və qazancının olduğunu, lakin öhdəliklərinə laqeyd yanaşdığını sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə və Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi və qanuni qüvvəyə minmiş qərarlar dövlətin adından çıxarılır, hamı üçün məcburidir və hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun inzibati məsuliyyətə cəlb olunması üçün protokol tərtib edir və məhkəməyə göndərir. Şəxsin işləməməsi və ya maddi imkanının zəif olduğunu bəhanə etməsi onu qüvvədə olan məhkəmə qərarlarını icra etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ######## 2018-ci il tarixli Plenum qərarında qeyd olunur ki, İXM-in 528.1-ci maddəsi ilə şəxsin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən əməlin qərəzli olub-olmaması, borclunun icra məmurunun tələblərini yerinə yetirmək üçün mümkün vasitələrdən istifadə edib-etməməsi obyektiv qiymətləndirilməlidir. Hazırkı işdə isə borclunun 5 ilə yaxın müddətdə dövlət büdcəsinə olan vergi borcunu ödəməməsi, məhkəmə çağırışlarından gizlənərək axtarışa verilməsi və yalnız polis tərəfindən tutulduqdan sonra məsuliyyətdən yayınmaq məqsədilə cüzi ödənişlər etməsi onun icra prosesindən qəsdən və qərəzli olaraq boyun qaçırdığını aşkar nümayiş etdirir. İXM-in 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsini şərtləndirən halların konkret siyahısı verilmişdir. İşin materiallarının və sübutların mütənasib təhlili göstərir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Niyazi oğlunun əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi tam mövcuddur və iş üzrə icraata xitam verilməsi üçün xəta hadisəsinin və ya tərkibinin olmaması, yaxud digər hüquqi əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi İXM-in 76.1 və 80.2-ci maddələrinin tələblərinə zidd olaraq, işdə olan yazılı sənədləri, sorğu nəticələrini, axtarış aktlarını və tərəflərin izahatlarını obyektiv qiymətləndirməmiş, icraata xitam verməklə qanunsuz qərar qəbul etmişdir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, zərərçəkmiş şəxs “xxxx” MMC-nin və Protokolu tərtib edən orqan apellyasiya şikayətləri qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin əsassız qərarı ləğv edilməli və iş materialları faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, habelə qanunauvafiq yekun qərarın çıxarılması üçün yenidən baxılmaqla birinci instansiya məhkəməsinə göndərilməlidir. Sadalanan səbəblərə görə də işə apellyasiya qaydasında yenidən baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeni əsaslı bilmir. Oxşar münasibətləri nizama salan İXM-in 53-cü maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda qeyd edilən hüquq normasının məzmunundan aydın olur ki, ararşdırılan iş üzrə inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsinə səbəb ola biləcək hər hansı hal yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” AR Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Bu baxımdan da apellyasiya instansiya məhkəməsi bu fikirdədir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, işləməməsi, madddi imkanının zəif olması sonuncunu borcu ödəmək vəzifəsindən azad etmir. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” # ######## 2018ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hazırkı müraciətlə bağlı vurğulayır ki, İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsində təsbit edilmiş ədalətlilik prinsipinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsində təsbit edilən ədalətlilik prinsipi özünün fərqləndirici meyarı ilə inzibati xəta sayılan əməl və başqa hüquq pozuntuları arasında sərhəd müəyyən edir. Bu prinsip inzibati xəta sayılan əmələ görə qanun qarşısında xəta törətmiş hər bir şəxsin məsuliyyətini müəyyən etməklə, inzibati məsuliyyətin həcminin mütənasibliyini müəyyənləşdirir. İnzibati xətanın növlərinə görə tənbeh nəzərdə tutan maddələr isə ədalətlilik prinsipini rəhbər tutaraq fərdiləşdirici ölçüləri müəyyən edir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilibedilməməsi obyektiv qiymətləndirilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. İXM-in 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 135.1.1 və 135.1.6-cı maddələrinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.1-cı maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə bu qənaətdədir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Ona görə də, zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-nin və Protokolu tərtib edən orqan apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-158)-292/2026 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Məhkəmə qeyd olunanlara əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş şəxs “xxxx” MMC və Protokolu tərtib edən orqan tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-10)-256/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-10)-256/2026
18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver